Hz. Fatimə (s.ə.)-nin məzarı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Əfəndimiz (s)-nın vəfatından 75 gün sonra biricik qızı, dünya və cənnət qadınlarının seyyidəsi, imamlar anası olan Hz. Fatimə (s.ə) şəhid olmuşdur. Çox kədərli bir vəziyyətdir ki, müsəlmanların böyük bir hissəsi Hz. Fatimə (s.ə)-nin məzarının yerini belə bilməməkdədir. Biz inşəallah bu işimizdə Şiə və Sünni qaynaqlarından səhih sənədlərlə Əhli Beyt imamlarından (ə.s) bu mövzuda rəvayət edilmiş olan hədisləri təqdim edəciyik.

1. Şiə qaynaqlı hədislər: Şiə üləmasından Himyəri, Kuleyni, Səduq və Tusi başda olmaq üzrə bir çox mühəddis bu mövzu haqqında müxtəlif sənədlərlə imamlardan (ə.s) hədislər rəvayət etmişdirlər. İmam Əli ər-Rza, imam Əli ən-Nəqi və imam Həsən əl-Əsgəri (ə.s)-in səhabələrindən olan Abdullah ibn Cəfər əl-Himyəri (r.ə) bu mövzuda “Qurb əl-İsnad” adlı kitabında belə rəvayət edir:

أحمد بن محمد بن نصر البزنطي قال: سألت الرضا عليه السلام عن فاطمة بنت رسول الله صلى الله عليه وآله أي مكان دفنت؟ فقال: سأل رجل جعفراً عليه السلام عن هذه المسألة – وعيسى بن موسى حاضر – فقال له عيسى: دفنت في البقيع. فقال الرجل: ما تقول؟ فقال: قد قال لك. فقلت له: أصلحك الله، ما أنا وعيسى بن موسى؟ أخبرني عن آبائك! فقال: دفنت في بيتها
Əhməd b. Məhəmməd b. Əbu Nəsr Bəzzənti dedi ki: ər-Rza (ə.s)-dən Fatimə (s.ə)-nın məzarının harada olduğunu soruşdum. Dedi ki “bir adam bu mövzunu Cəfər (ə.s)-ə soruşmuş, bunun üzərinə orada olan İsa b. Musa “Bəqi qəbiristanlığına dəfn edildi” demiş, sualı soruşan adam “nə deyirsən?” deyincə İsa b. Musa “dediyim kimidir” şəklində cavab vermiş, adamın Cəfər (ə.s)-ə “mənə (bu mövzuda) atalarından bir xəbər ver” deməsi üzərinə Cəfər (ə.s) “evinə dəfn edildi” demişdir”

Himyəri (r.ə), “Qurbul-İsnad”, səhifə 367, hədis 1314

Bu hədisin isnadı səhihdir və müəllif Himyəri bu hədisi yalnız 1 ravi, imam Rza (ə.s)-in bir başqa səhabəsi olan Bəzənti vasitəçiliyi ilə rəvayət etmişdir ki, Bəzənti siqa (etibarlı) və icma səhabələrindəndir. Seyid Əbul-Qasim əl-Xoyi (r.ə) onun bioqrafiyasında deyir ki:

أحمد بن محمد بن أبي نصر البزنطي
Əhməd b. Məhəmməd b. Əbu Nəsr əl-Bəzənti

قال الشيخ (63): أحمد بن محمد بن أبي نصر زيد مولى السكوني أبو جعفر، وقيل: أبو على، المعروف بالبزنطي، كوفي (ثقة) لقي الرضا عليه السلام، وكان عظيم المنزلة عنده، وروى عنه كتاباً
وعدّه في رجاله: من أصحاب الكاظم عليه السلام (34)، قائلاً: أحمد بن محمد بن أبي نصر، مولى السكوني (السكون) ثقة، جليل القدر
وفي أصحاب الرضا عليه السلام (2)، قائلاً: أحمد بن محمد بن أبي نصر البزنطي، ثقة، مولى السكوني (السكون)، له كتاب الجامع، روى عن أبي الحسن موسى عليه السلام
وقال النجاشي: أحمد بن محمد بن عمرو بن أبي نصر زيد مولى السكون أبو جعفر، المعروف بالبزنطي، كوفي، لقي الرضا وأبا جعفر عليهما السلام،وكان عظيم المنزلة عندهما
Şeyx Tusi (r.ə) “Fihrist” kitabında dedi ki: “Əhməd b. Məhəmməd b. Əbi Nəsr, Əbu Cəfər və Əbu Əli də deyilmişdir, “Bəzənti” deyə bilinir, Kufəlidir. Siqa(etibarlı)dır, ər-Rza (ə.s)-i görmüşdür və onun (imam (ə.s)-in) nəzdində böyük mövqeyə malik olmuşdur və imamdan 2 kitab rəvayət etmişdir”
Şeyx Tusi (r.ə) “Rical” kitabında Qazıntım (ə.s)in səhabələri içərisində zikr edərək demişdir ki: “Əhməd b. Məhəmməd b. Əbi Nəsr, siqa (etibarlı), dəyəri uca bir adamdır”
Şeyx Tusi (r.ə) “Rical” kitabında Rza (ə.s)in səhabələri içərisində zikr edərək demişdir ki: “Əhməd b. Məhəmməd b. Əbi Nəsr əl-Bəzənti, siqa (etibarlı)dır, Əbul-Həsən Musa (imam Kazım (ə.s.))-dan “Camiə” adlı kitab rəvayət etmişdir.
və Nəcaşi dedi ki: “Əhməd b. Məhəmməd b. Əmr b. Əbu Nəsr, Əbu Cəfər, “Bəzənti” deyə bilinəndir, ər-Rza və Əbu Cəfər (imam Məhəmməd Təqi (ə. s))-ı görmüşdür və böyük mövqeyə malikdir

Seyid Əbul-Qasim əl-Xoyi (r.ə), “Mucəm ricalil-hədis”, 3/31, 803-cü ravi

Yəni hədis səhihdir. Yenə bu mövzuda imam Rza (ə.s)-dən bir başqa hədisi də Şeyx Kuleyni (r.ə) rəvayət etmişdir.

nahl-106-kuleynifatima-s-a-kabri-kuleyni1

Şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barəsində ittifaq etdikləri Siqatul-İslam (İslamın etibarı) Şeyx Kuleyni (r.ə)-nin “əl-Kafi” kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

علي بن محمد وغيره، عن سهل بن زياد، عن أحمد بن محمد بن أبي نصر قال: سألت الرضا (عليه السلام) عن قبر فاطمة (عليها السلام) فقال: دفنت في بيتها فلما زادت بنو امية في المسجد صارت في المسجد
…Əhməd b. Məhəmməd b. Əbu Nəsr belə rəvayət etmişdir: ər-Rza (ə.s)-dən Fatimə (s.ə)-nin məzarının harada olduğunu soruşdum, imam (ə.s) dedi ki: “Evində dəfn edildi, sonra Ümeyyə oğulları məscidi genişlətdirincə, məzarı da məscidə qatıldı.”

Kuleyni (r.ə), “əl-Kafi”, 1/293, hədis 9

Bu hədisin sənədi zəifdir çünki hədisin sənədində qırmızı ilə işarələdiyim ravi Səhl b. Ziyad vardır ki, o zəif və qulattır. Lakin Şeyx Tusi (r.ə) bu hədisi“Təhzib əl-Əhkam”, 3/255-də başqa bir sənəd ilə rəvayət etmişdir ki, onun sənədindəki ravilər siqa (etibarlı), mədh edilmiş və hədisin isnadı da müttasildir. Şeyxul-İslam Əllamə II Məclisi Şeyx Tusi (r.ə)-nin “Təhzib əl-Əhkam” kitabının şərhi olan “Milazul-Əhyar” kitabında bu hədis üçün deyir ki:

الحديث الخامس و العشرون: صحيح
25-ci hədis: səhih

II Məclisi (r.ə), “Milazul-Əhyar”, 5/481

Bunlar şiə qaynaqlarında imamlar (ə.s)-dən mövzu haqqında rəvayət edilən hədislər idi, inşəallah indi də sünni qaynaqlardan bu mövzuda hədislər təqdim edəcəyik.

2. Sünni qaynaqlı hədislər: Şiə qaynaqlarında olduğu kimi sünni qaynaqlarında da bu mövzudakı hədislər Əhli-Beyt imamlarından rəvayət edilmişdir.

fatima-s-a-kabri-ibni-subbafatima-s-a-kabri-ibni-subba2  fatima-s-a-kabri-ibni-subba1

Şəkildə gördüyünüz əhli sünnə tarix alimi ibni Şubbə ən-Numeyrinin “Tarixi-Mədinə” adlı kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

قال وأخبرني عبد العزيز بن عمران، عن حماد بن عيسى، عن جعفر بن محمد، عن أبيه قال: دفن علي فاطمة رضي الله عنها ليلا في منزلها الذي دخل في المسجد، فقبرها عند باب المسجد
…Cəfər b. Məhəmməd (imam Sadiq (ə.s)) atası (imam Baqir (ə.s)-dan belə rəvayət etdi: “Əli (ə.s.) Fatimə (s.ə)-ni gecə ikən evinə defn etdi (daha sonra məscid genişlətdirilincə) qəbir də məscidə daxil oldu”

حدثنا أبو غسان، عن عبد الله بن إبراهيم بن عبيد الله، أن جعفر بن محمد كان يقول: قبرت فاطمة رضي الله عنها في بيتها الذي أدخله عمر بن عبد العزيز في المسجد
…Abdullah b. İbrahim b. Ubeydullah dedi ki: Cəfər b. Məhəmməd (imam Sadiq (ə.s)) belə dedi: “Fatimə (r.ə)-nin məzarı evində idi, Ömər b. Əbdüləziz (məscidi genişlətdirincə) məscidə daxil oldu”

İbni Şubbə ən-Numeyri, “Tarixi-Mədinə”, 1/106-107

Bir şərh yazın