Şeyx Kuleyni (r.ə.)


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Bilindiyi kimi “Siqatul-İslam”, yəni “İslamın etibarı” adı ilə məşhur olan Şeyx Kuleyni (r.ə) bizim, yəni müsəlmanların ən böyük hədis alimlərindəndir. Həyatını Əhli Beyt (ə.s)-in hədislərini bir yerə toplamağa həsr etmiş və 20 illik fəaliyyəti sonunda “əl-Kafi” adlı misilsiz əsərini ortaya qoymuşdur. Əhli Beyt ə.s. əqidə və fiqhini bir yerə toplayan bu kitab nasibilərin işini çətinə saldığı üçün onlar bu kitab və müəllif haqqında şübhə oyandırmağa çalışırlar. Çünki Əhli Beyt (ə.s)-dən nəql olunan bu hədisləri inkar etmənin ən rahat yolu budur. Əhli Beyt (ə.s)-in hədisləri sadəcə bu qaynaqlardadır, nasibi qaynaqlarında isə Əhli Beyt (ə.s)-dən hədis yox deyiləcək qədərdir. Bunun yerinə onların kitabları, nasibi, xarici, əməvi və əhli kitab raviləri ilə dolmuşdur.

Məhz buna görə Şeyx Kuleyni (r.ə) haqqında ağıl almaz iftiralar atılmaqdadır. Lakin Şeyx Kuleyni (r.ə) belə bir insandır ki, onun ucalığını əhli sünnə və nasibilərin öz rical alimləri belə etiraf etmək məcburiyyəyində qalmışdırlar. Son vaxt nasibilər onun haqqında böhtanlı danışsalar da ilk dönəm alimləri özeləri də fərqinə varmadan Şeyx (r.ə)-in bioqrafiyasını vermiş və güvənilən olduğunu söyləmişdir. İndi onlardan bir neçə dənəsini sizinlə paylaşacağıq:

1. İbni Əsir və Şeyx Kuleyni (r.ə) haqqındaki sözləri: İbni Əsir əhli sünnənin böyük hədis, rical və tarix alimlərindəndir. Çox məşhur bir insandır, “əl-Kamil fit Tarix” adlı tarix kitabı və “Əsədul-Qabə” adlı səhabə bioqrafiyası məşhurdur. Haqqında məlumat üçün linkə baxa bilərsiz: imam İbni Əsir

Budur, əhli sünnə nəzdində bu məqama sahib olan İbni Əsir “Camiul-Usul” adlı kitabında Əbu Hüreyrə kanalı ilə Nəbi (s)-dən belə bir hədis rəvayət etməkdədir (diqqətli olun, hədis və ya onun səhih yoxsa uydurma olması bizim mövzumuza aid deyil):

b b1

 أبو هريرة – رضي الله عنه – أَنَّ رسولَ الله -صلى الله عليه وسلم- قال: إِنَّ الله يبعث لهذه الأمة على رأس كل مائة سنة من يُجَدِّد لها دينها
Əbu Hüreyrə Rəsulullah s.ə.ə.’ın belə buyurduğunu rəvayət etdi: “Allah-u Təala hər əsrin başında, dinini ihya edəcək və yüksəldəcək bir şəxs seçər”

Bu hədisdən sonra İbni Əsir hər dövrün alimlərini sayarkən Şeyx Kuleyni r.ə. haqqında belə deməkdədir:

 وأما من كان على رأس المائة الثالثة… وأبو جعفر محمد بن يعقوب الرازي من الإمامية
Üçüncü əsrin alimlərindən: imamiyyədən Əbu Cəfər Məhəmməd b. Yəqub ər-Razi.

İbni Əsir, “Camiul-Usul”, 11/329

2. Zəhəbi və onun Şeyx Kuleyni r.ə. haqqındakı sözləri: Zəhəbi əhli sünnənin böyük hədis, rical və tarix alimidir. Çox məşhurdur. Xüsusilə nasibilər onun adını əzbər bilirlər. Haqqında məlumat almaq üçün linkə baxa bilərsiniz: imam Zəhəbi

aaa

budur, Zəhəbi Şeyx Kuleyni (r.ə) haqqında belə deməkdədir:

 محمد بن يعقوب. أبو جعفر الكليني الرازي. شيخ فاضل شهير، من رؤوس الشيعة وفقهائهم المصنفين في مذاهبهم الرذلة
Məhəmməd b. Yəqub Əbu Cəfər əl-Kuleyni ər-Razi, məşhur, fəzilətli Şeyx, şiələrin başçılarından və məzhəblərinin (əsər) müəlliflərindəndir.

 وثقه الخطيب
Xətib (əl-Bağdadi) siqa (güvənilən) görmüşdür.

Əz-Zəhəbi, “Tarix əl-İslam”, 24/249

Şeyx Kuleyni (r.ə) haqqında bənzər tərifedici ifadələri demiş, onu güvənilən olaraq bilmiş olan daha başqa əhli sünnə alimləri də var. Lakin biz uzunçuluq olmasın deyə bu qədəri ilə kifayətlənirik. İndi bizə maraqlı gələn budur ki, bu nasibilər niyə belə bir İslam aliminə dil uzadmağa çalışmaqdadılar? Buna qarşılıq olara isə öz alimləri tərəfindən azğın və bidətçi elan edilən Buxari’ni müdafiə etməkdədirlər.

Şeyx Kuleyni (r.ə.)” üçün 3 cavab

  1. Geri bildiriş: Qədir-Xum hədisi şiə mənbələrində | Mən sizin aranızda İKİ ƏMANƏT qoyuram!

  2. Geri bildiriş: İmamların (ə.s) məsumiyyəti | Mən sizin aranızda İKİ ƏMANƏT qoyuram!

  3. Geri bildiriş: Qədir-Xum bayramı | Mən sizin aranızda İKİ ƏMANƏT qoyuram!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma