İmam Hüseyn (ə.s.) və Ömər ibn Xəttabın krallığı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… əvvəlki yazılarımızda da söylədyimiz kimi nasibilər və sünnilər nəzdində Əhli-Beyt imamları (ə.s) ilə xəlifələrinin arasının yaxşı olduğu, hətta imam Əli (ə.s)-in Əbu Bəkir və Ömərin şexxulislamlığını etdiyi kimi əsassız inanclar vardır. Şübhəsiz ki, bütün bunlar yalan və böhtandır və bunun sənədini həm Şiə və həm də Sünni mənbələri eyni təqdim ediblər. Biz inşaallah bu günkü işimizdə Əhli-Beyt imamlarından imam Hüseyn (ə.s)-in bu mövzudakı mövqeyini sünnilərin öz qaynaqlarından səhih hədislərlə təqdim edəcəyik.  şəkildə gördüyünüz əhli-sünnənin hədis və tarix alimi olan ibni Əsakir əş-Şafeinin “Tarixi Mədinə ət-Diməşq” adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

 huseyin-ve-ikinci-ibn-asakirhuseyin-ve-ikinci-ibn-asakir1

أخبرناه أبو محمد بن طاوس أنا عاصم بن الحسن أنا أبو عمر بن مهدي أنا محمد بن مخلد نا حاتم بن الليث نا يحيى بن حماد نا أبو عوانة عن سليمان عن عمرو بن مرة عن أبي البختري قال كان عمر يخطب على المنبر فقام إليه حسين بن علي فقال انزل عن منبر أبي فقال عمر منبر أبيك لا منبر أبي من أمرك بهذا قال فقام علي فقال ما أمره بهذا أحدا أما لأوجعنك يا عذر قال فقال لا توجع ابن أخي فقد صدق منبر أبيه
…Əbül-Behtəri dedi ki: Ömər minbərdə xütbə dediyi zaman Hüseyn ibn Əli gəldi və dedi ki: “en atamın minbərindən” Ömər dedi ki: “minbər atanındır, mənim atamın deyil. Bunu deməyini sənə kim əmr etdi?” Bunun üstünə Əli çıxıb gəldi və dedi ki: “Vallah bu sözlər bizim təşviqimizlə deyilmiş şeylər deyil” Ömər dedi ki: “doğru söylədin qardaşımın oğulu, bu atanın minbəridir”

İbni Əsakir, “Tarix ət-Diməşq”, 30/307

Şəkildə gördüyünüz əhli-sünnə alimi Süyutinin “Tarix əl-Xüləfa” adlı kitabıdır, işarələnilmiş yerdə Süyuti yuxarıda bizim təqdim etdiyimiz hədisi ibni Əsakirdən rəvayət etdikdən sonra deyir ki:

وأخرج ابن عساكر عن أبي البختري … إسناده صحيح
İbn Əsakir Əbül-Behtəridən nəql etmişdir. İsnadı səhihdir.

Süyuti, “Tarix əl-Xüləfa”, səhifə 116

Ayrıca bir başqa əhli-sünnə alimi olan ibni Şubbə (ölümü hicri 262) də bu hədisi “Tarixi Mədinə” adlı kitabında, 3/799-da başqa bir səhih sənəd ilə imam Hüseyn (ə.s)-dən rəvayət etmişdir.

Bir şərh yazın