Qədir-Xum hədisi sünni mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qədir-Xum hədisi avamından aliminə bütün müsəlmanların bildiyi, üzərində heç bir şübhə olmayan və axmaqlar xaric kimsənin inkar edə bilməyəcəyi mütəvatir bir hədisdir. Bu hadisə Rəsulullahın (s.ə.ə.) vida həccini bitirib Mədinəyə döndüyü zaman Cuhfə deyilən yerdə yaşanmışdır. Burada Allah (c.c) Rəsulu (s.ə.ə.)-yə Təbliğ (Maidə 67 ) ayəsini nazil etdi və özünə bildiriləndən təbliğ etməsini əmr etmiş, bunun üzərinə Rəsulullah (s.ə.ə.) Qədir-Xum xütbəsini irad etmiş, səhabələr Hz. Əlini təbrik etmiş və nəhayət İkmal (Maidə 3 ) ayəsi nazil olmuşdur. İnşəAllah bu işimizdə hədisin keçdiyi sünni qaynaqları, hədisin özlərindən rəvayət edildiyi səhabələri və hədisin səhihliyi vəziyyəti haqqında sizlərə məlumat verəcəyik.

1. imam Əli (ə.s.) hədisi: Əhli sünnə mühəddislərindən Əhməd, ibni Əbu Asim , Nəsai , ibni Həcər və başqaları bu hədisi dəyişik sənədlərlə imam Əli (ə.s.)-dan rəvayət etmişdir .

gadir-hadisi-ibni-hacergadir-hadisi-ibni-hacer1
Şəkildə gördüyünüz əhli sünnə mühəddislərindən ibni Həcər əl-Əsqalaninin “Mətalibul Aliyyə” adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

وَقَالَ إِسْحَاقُ : أَخْبَرَنَا أَبُو عَامِرٍ الْعَقَدِيُّ ، عَنْ كَثِيرِ بْنِ زَيْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ عُمَرَ بْنِ عَلِيٍّ ، عَنْ أَبِيهِ ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : إِنَّ النَّبِيَّ صلى الله عليه وسلم حَضَرَ الشَّجَرَةَ بِخُمٍّ ، ثُمَّ خَرَجَ آخِذًا بِيَدِ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : أَلَسْتُمْ تَشْهَدُونَ أَنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى رَبُّكُمْ ؟ قَالُوا : بَلَى ، قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وسَلَّمَ : أَلَسْتُمْ تَشْهَدُونَ أَنَّ اللَّهَ وَرَسُولَهُ أَوْلَى بِكُمْ مِنْ أَنْفُسِكُمْ ، وَأَنَّ اللَّهَ وَرَسُولَهُ أَوْلِيَاؤُكُمْ ؟ فَقَالُوا : بَلَى قَالَ : فَمَنْ كَانَ اللَّهُ وَرَسُولُهُ مَوْلاَهُ ، فَإِنَّ هَذَا مَوْلاَهُ ، وَقَدْ تَرَكْتُ فِيكُمْ مَا إِنْ أَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا : كِتَابُ اللَّهِ تَعَالَى ، سَبَبُهُ بِيَدِهِ ، وَسَبَبُهُ بِأَيْدِيكُمْ ، وَأَهْلُ بَيْتِي
İshaq dedi ki: Əbu Amr mənə Kəsr b. Ziyaddan , o Məhəmməd b. Ömərdən , o atası Ömər b. Əlidən, o da Əli b. Əbu Talibdən xəbər verdi, dedi ki: «Rəsulullah (s.ə.ə.) Qədir-Xum’da mənim əlimdən tutdu və dedi ki: “Allah Təalanın sizin Rəbbiniz olduğuna şahidlik edirsinizmi ?” Dedilər ki: “Bəli ya Rəsulullah. “Rəsulullah (s.ə.ə.) dedi ki: “Allah və Rəsulunun sizlərə öz nəfslərinizdən daha övla olduğuna şahidlik edirsinizmi ? və Allah və Rəsulunun sizin vəliniz olduğuna ? “dedilər ki: “bəli ya Rəsulullah. “Rəsulullah (s.ə.ə.) belə buyurdu: “Allah və Rəsulu kimin mövlasıdırsa bu (Əli) da onun mövlasıdır. Və mən sizə iki əmanət buraxıram ki, onlara sarıldıqca əsla azmayacaqsınız , Allah Təalanın Kitabı və itrətim Əhli Beytim.”

Hədisdən sonra ibni Həcər deyir ki :

هَذَا إِسْنَادٌ صَحِيحٌ
Bu isnad səhihdir.

İbni Həcər, “Mətalibul Aliyyə”, 16/ 142 , hədis 3943

Sünnilərin bir başqa hədis alimi olan Busayri də bu hədisi öz kitabında köçürdükdən sonra hədis haqqında deyir ki :

رواه إسحاق بسند صحيح
İshaq səhih isnad ilə rəvayət etmişdir .

Busayri, “İthaful Hiyartul Mahara”, 7/210

İmam Əli (ə.s.)-dan gələn bir başqa Qədir-Xum hədisini isə Nəsai ilə Əhməd rəvayət etmişdir ki, burada imam Əli (ə.s.) bu hədis üçün səhabələri şahidliyə dəvət etmiş və onlardan bir çox səhabə buna şəhadət gətirmişdir.

gadir-hadisi-hasais gadir-hadisi-hasais1 gadir-hadisi-hasais2 gadir-hadisi-hasais3 gadir-hadisi-hasais4 gadir-hadisi-hasais5 gadir-hadisi-hasais6
Şəkillərdə gördüyünüz əhli sünnənin böyük imamı , Kutubu sittə imamlarından Nəsainin “Xəsais” adlı kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

أخبرنا احمد بن شعيب قال : أخبرني هارون بن عبد الله البغدادي الحبال ، قال : حدثنا مصعب بن المقدام ، قال : حدثنا فطر بن خليفة ، عن ابي الطفيل وأخبرنا أبو داود قال : حدثنا محمد بن سليمان ، حدثنا فطر عن ابي الطفيل ، عن عامر بن وائلة قال : جمع علي الناس في الرحبة فقال لهم : انشد بالله كل امرئ مسلم سمع رسول الله صلى الله عليه وسلم يقول : يوم غدير خم : ألستم تعلمون اني اولى المؤمنين من انفسهم وهو قائم ثم اخذ بيد علي فقال : من كنت مولاه فعلي مولاه ، اللهم وال من والاه وعاد من عاداه .  قال أبو الطفيل : فخرجت وفي نفسي منه شئ فلقيت زيد بن ارقم واخبرنا فقال : تشك أنا سمعته من رسول الله صلى الله عليه وسلم واللفظ لابي داود
mənə Harun b. Abdullah əl-Bağdadi xəbər verdi, dedi ki: mənə Musab b. Miqdad izah etdi, dedi ki : Fıtr b. Xəlifə mənə Əbu Tufeyl’dən izah etdi və mənə Əbu Davud xəbər verdi, dedi ki : mənə Məhəmməd b. Süleyman izah etdi, dedi ki: Fıtr mənə Əbu Tufeyl Amr b. Vasilədən izah etdi, dedi ki: Əli insanları Rahbədə bir yerə yığdı və onlara dedi ki : «Allah üçün aranızda Rəsulullah (s.ə.ə.)’in Qədir-Xum günü ayaqda , mənim əlimdən tutmuş halda” mən sizə öz nəfsinizdən daha övla deyiləmmi? mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Allahım! ona dost olana dost, düşmən olana düşmən ol . “dediyini eşidən bir müsəlman var mı ?» (ravi) Əbu Tufeyl dedi ki : «Mən özümü bir şey (şübhə) olduğu halda oradan ayrıldım və Zeyd b. Ərkamın yanına gəlib ona danışdım, o dedi: “buna şübhə edirsən? mən bunu Rəsulullah (s.ə.ə.)-dan eşitdim.”»

أخبرنا احمد بن شعيب ، قال : اخبرنا الحسين بن حريث المروزي ، قال : اخبرنا الفضل بن موسى ، عن الاعمش ، عن ابي اسحاق عن سعيد بن وهب قال : قال علي كرم الله وجهه في الرحبة : أنشد بالله من سمع رسول الله صلى الله عليه وسلم  يوم غدير خم يقول : ان الله ورسوله ولي المؤمنين ، ومن كنت وليه فهذا وليه ، اللهم وال من والاه وعاد من عاداه ، وانصر من نصره . قال : فقال سعيد : قام إلى جنبي ستة ، وقال زيد بن يثيع : قام عندي ستة ، وقال عمرو ذي مر : احب من أحبه وأبغض من أبغضه وساق الحديث . رواه اسرائيل عن اسحاق عن عمرو ذي مر
Mənə Hüseyn b. Haris xəbər verdi, dedi ki: Fudeyl b. Musa mənə Aməşdən , o Əbu İshaqdan , o da Səid b. Vəhəbdən xəbər verdi, dedi ki: Əli (k.v.) Rahbədə dedi ki : «Allah üçün sizlərdən kim Rəsulullah (s.ə.ə.)-nin Qədir-Xum günü” Allah və Rəsulu möminlərin vəlisidir və mən kimin vəlisiyəmsə bu (Əli) da onun mövlasıdır . Allahım! onu sevəni sev, ona düşmən olana düşmən ol və ona kömək edənə kömək et . “dediyini eşitdi? » Səid b. Vəhəb dedi ki: “mənim yanımdan 6 nəfər qalxdı.”Və Zeyd b. Yüsəy dedi ki : “mənim yanımdan da 6 adam qalxdı. “

أخبرنا احمد بن شعيب ، قال : اخبرنا علي بن محمد بن علي ، قال : حدثنا خلف بن تميم ، قال : حدثنا اسرائيل ، قال : حدثنا ابو اسحاق ، عن عمرو ذي مر قال : شهدت عليا بالرحبة ينشد اصحاب محمد : أيكم سمع رسول الله صلى الله عليه وسلم يقول يوم غدير خم ما قال ؟ فقام اناس فشهدوا انهم سمعوا رسول الله صلى الله عليه وسلم يقول : من كنت مولاه فعلي مولاه ، اللهم وال من والاه ، وعاد من عاداه ، واحب من احبه ، وابغض من ابغضه ، وانصر من نصره
mənə Əli b. Məhəmməd b. Əli xəbər verdi, dedi ki : mənə Xələf b. Təmim izah etdi, dedi ki : mənə İsrail izah etdi, dedi ki: Əbu İshaq mənə Amr Zimurdan izah etdi, dedi ki : Əlinin Rahbədə Məhəmməd (s.ə.ə.)-nin səhabələrinə and verərək belə dediyini gördüm: « hansınız Qədir-Xum günü söylədiklərini eşitdi ? » bunun üzərinə insanlar qalxaraq Rəsulullah (s.ə.ə.)-nin ” mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Allahım! ona dost olana dost, düşmən olana düşmən ol . Onu sevəni sev və ona buğz edənə buğz et. Ona kömək edənə kömək et .” dediyini eşitdiklərinə şəhadət verdilər .

أخبرنا يوسف بن عيسى ، قال : أخبرنا الفضيل بن موسى قال : حدثنا الاعمش ، عن ابي اسحاق ، عن سعيد بن وهب ، قال : قال علي رضي الله عنه في الرحبة : أنشد بالله من سمع رسول الله صلى الله عليه وسلم يوم غدير خم يقول : الله وليي وانا ولي المؤمنين ، ومن كنت وليه فهذا وليه ، اللهم وال من والاه وعاد من عاداه وانصر من نصره ، فقال سعيد : إلى جنبي ستة ، وقال حارثة بن نصر : قام ستة ، وقال زيد بن يثيغ : قام عندي ستة ، وقال عمرو ذو مر : أحب من أحبه وابغض من أبغضه
Mənə Yusuf b. İsa xəbər verdi, dedi ki : mənə Fudeyl b. Musa xəbər verdi, dedi ki : Aməş mənə Əbu İshaqdan , o da Səid b. Vəhəbdən izah etdi, dedi ki: Əli (k.v.) Rahbədə dedi ki : «Allah üçün sizlərdən kim Rəsulullah (s.ə.ə.)-nin Qədir-Xum günü “Allah və Rəsulu möminlərin vəlisidir və mən kimin vəlisiyəmsə bu (Əli) da onun mövlasıdır. Allahım! onu sevəni sev, ona düşmən olana düşmən ol və ona kömək edənə kömək et.” dediyini eşitdi ?» Səid b. Vəhəb dedi ki : ” mənim yanımdan 6 nəfər qalxdı. ” Həris b. Nəsr dedi ki : ” mənim yanımdan da 6 adam qalxdı. ” Və Zeyd b. Yüsey dedi ki : “mənim yanımdan da 6 adam qalxdı.”

Nəsai, “Xəsais “, səhifə 81-82, hədis 88; səhifə 85-86, hədis 93-93; səhifə 119-120, hədis 151

Hədisi Əhməd b. Hənbəl “Müsnəd”, 4/379, hədis 19321-də və “Fədail əs-Səhabə”, 2/849, hədis 1167-də Əbu Tufeyl (r.ə)-dən rəvayət etmişdir . Hədisin səhihliyinə gəlincə, Nəsai və Əhmədin sənədlərindəki bütün ravilər etibarlı, isnadlar müttasildir. Nəsəninin “Xəsais” kitabının mühəqqiqlərindən Əbu İshaq əl-Huveyni yuxarıda əlavə şəkillərdə də olduğu kimi hədislərin səhih olduğunu söyləmişdir. Eyni şəkildə Əhməd b. Hənbəlin “Müsnəd” kitabının mühəqqiqlərindən Şuayb əl-Arnaut hədis haqqında deyir ki :

تعليق شعيب الأرنؤوط: إسناده صحيح رجاله ثقات رجال الشيخين غير فطر بن خليفة فمن رجال أصحاب السنن وروى له البخاري مقرونا
Şuayb əl-Arnaut : İsnadı səhih, rical Fatr b. Xələf xaric etibarlı, Buxari və Müslimin ricallarindandır ki, o da Sünən əshabnının ricalındandır .

Əhməd b. Hənbəl, “Müsnəd”, 4/379, hədis 19321

Yenə Əhməd b. Hənbəlin digər kitabı “Fədail əs-Səhabə”-nin mühəqqiqlərindən Vasiyullah b. Məhəmməd Abbas deyir ki :

إسناده حسن
İsnadı həsən

Əhməd b. Hənbəl , “Fədail əs-Səhabə”, 2/849, hədis 1167

Sünni hədis və təfsir alimi olan ibni Kəsir də bu hədisi “əl-Bidayə vən-Nihayə” adlı kitabında Nəsaidən rəvayət etdikdən sonra (hədis) haqqında deyir ki :

وهذا إسناد جيد
Və bu sənəd gözəldir.

İbni Kəsr, “əl-Bidayə vən-Nihayə”, 7/671

Nasibilərin son dövr mühəddislərindən olan əl-Albani də hədis haqqında deyir ki :

أخرجه أحمد (4/370) و ابن حبان في “صحيحه” (2205 – موارد الظمآن) و ابن أبي عاصم (1367 و 1368) و الطبراني (4968) و الضياء في “المختارة” (رقم – 527 بتحقيقي) . قلت: و إسناده صحيح على شرط البخاري . و قال الهيثمي في “المجمع” (9/104): رواه أحمد و رجاله رجال الصحيح غير فطر بن خليفة و هو ثقة
(bu hədisi) Əhməd, ibni Hibban “Səhih”-də, ibni Əbi Asim , Təbərani və (Busayri) “Muxtara”-da rəvayət etmişdir. (mən əl-Albani) deyirəm ki: Hədisin isnadı Buxarinin şərtlərinə görə səhihdir və Heysəmi “Məcməuz Zəvaid”-də rəvayət etdikdən sonra belə demişdir : “Əhməd rəvayət etmişdir, Fatr b. Xələf xaric Rical “Səhih” in ricallarıdır ki, o da etibarlıdır”

əl-Albani ,”Silsiləti əhadis əs-Sahiha”, 4 /331

Bu səhih hədisdən gördüyümüz üzrə imam Əli (ə.s.) özü bu rəvayəti nəql edib səhabələrdən də şahidlik etmələrini istəməkdədir. 4-cü rəvayətdə olduğu kimi səhabədən 18 adam və 1-ci rəvayətdə olduğu kimi səhabə Zeyd b. Ərkam (r.ə.) bunu Rəsulullah (s.ə.ə.)-dən eşitdiklərinə şəhadət etmişdir ki, bunu da səhabə Əbu Tufeyl rəvayət etməkdədir. Bu isə 21 səhabənin (imam Əli, Zeyd b. Ərkam , Əbu Tufeyl və 18 nəfər) Qədir-Xum hədisini köçürdüyünü göstərir ki, bu Qədir-Xum hədisinin təvatürünün isbatı üçün kifayətdir.

2-3. Əbu Tufeyl və Zeyd b. Ərkam hədisi: yuxarıda təqdim etdiyimiz hədislərdə imam Əli (ə.s.)-ın sözünə Zeyd b. Ərkamın şəhadət etdiyini və bunu da Əbu Tufeyl’in rəvayət etdiyini onsuz da görmüşdük. Burada isə bu 2 səhabədən (r.ə.) gələn digər hədisləri paylaşacağıq.

gadir-hadisi-hasais gadir-hadisi-hasais7 gadir-hadisi-hasais8
Şəkillərdə gördüyünüz əhli sünnənin böyük imamı , Kutubu sittə imamlarından Nəsainin “Xəsais” adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

أخبرنا محمد بن المثنى قال ثنا يحيى بن حماد قال ثنا أبو عوانة عن سليمان قال ثنا حبيب بن أبي ثابت عن أبي الطفيل عن زيد بن أرقم قال: لما رجع رسول الله صلى الله عليه وسلم عن حجة الوداع ونزل غدير خم أمر بدوحات فقممن ثم قال: «كأني قد دعيت فأجبت، إني قد تركت فيكم الثقلين أحدهما أكبر من الآخر كتاب الله وعترتي أهل بيتي فانظروا كيف تخلفوني فيهما فإنهما لن يتفرقا حتى يردا علي الحوض» ثم قال: «إن الله مولاي وأنا ولي كل مؤمن» ثم أخذ بيدي علي فقال: «من كنت وليه فهذا وليه، اللهم وال من والاه وعاد من عاداه»
Mənə Məhəmməd b. Müsənna xəbər verdi, dedi ki: mənə Yəhya b. Həmmad izah etdi, dedi ki: Əbu Avan mənə Süleymandan izah etdi, dedi ki: Həbib b. Əbu Sabit mənə Əbu Tufeyl’den, o da Zeyd b. Ərkamdan izah etdi, dedi ki : «Rəsulullah (s.ə.ə.) vida Həccindən dönüb Qədir-Xum deyilən mövqedə qonaqlayanda, kölgəlik ağacların altının süpürülüb təmizlənməsini əmr etdi. Təmizlik edildikdən sonra belə buyurdu: “Sanki dəvət edilmiş və dəvətə razılıq edəcək kimiyəm ! Sizlərə biri digərindən daha böyük iki qiymətsiz əmanət buraxıram. Allahın Kitabı və itrətim, Əhli Beytim. Məndən sonra onlara necə davranacağınıza diqqət yetirin. Çünki onlar, hovuz başında mənimlə qovuşana qədər bir-birlərindən əsla ayrılmayacaqlar! “Sonra dedi ki: “Şübhəsiz ki, Allah mənim mövlam , mən də bütün möminlərin vəlisiyəm .” Daha sonra Əlinin əlindən tutaraq dedi ki :” Mən kimin mövlasıyamsa , bu da onun mövlasıdır ! Allahım, Onu sevəni sən də sev, ona düşmən olana sən də düşmən ol!“»

فقلت لزيد: سمعته من رسول الله صلى الله عليه وسلم؟ قال: ما كان في الدوحات رجل إلا رآه بعينه وسمعه بإذنه
Əbu Tufeyl dedi ki : Zeydə “Bunu Allahın Rəsuluna (s.ə.ə) həqiqətən eşitdinmi ! ?” Deyə soruşduqda bu cavabı verdi: “Bəli, o gün ağacların altında olub da bunları gözləriylə görməyən və qulaqlarıyla eşitməyən heç kim yoxdur !”

Nəsai, “Xəsais”, səhifə 72-73 , hədis 74

Hədisi yenə Nəsai “Sünənul Kubra”, 5/148“Fədail əs-Səhabə”, hədis 45-də eyni sənəd ilə ; Təhavi “Şərhi Müşkilil Əsər”, 5/18-19, hədis 1765‘də Nəsaidən nəqlən ; Təbərani “Mucəm əl-Kəbir” , 5/ 166, hədis 4969-da öz sənədi ilə; Hakim ən-Nişapuri “Müstədrək”, 3 /118, hədis 4576-da rəvayət etmişdir.

Hədisin səhihliyinə gəlincə, hədisin sənədi əhli sünnə nəzdində ən səhih sənədlərdəndir və Sünnilərin böyük mühəddisləri bu sənədin səhihliyinə hökm vermişdir. Nəsainin “Xəsais” kitabını təhqiq edən Şeyx Əbu İshaq əl-Huveyni hədis haqqında deyir ki:

إسناده صحيح
İsnadı səhihdir.

Nəsai, “Xəsais”, səhifə 72-73 , hədis 74

Sünni təfsir və tarix alimi olan ibni Kəsir bu hədisi “əl-Bidayə vən-Nihayə” adlı kitabında Nəsaidən nəql etdikdən sonra deyir ki:

قال شيخنا أبو عبد الله الذهبي: وهذا حديث صحيح
Şeyximiz Əbu Abdullah əz-Zəhəbi “bu hədis səhihdir” dedi.

İbni Kəsr, “əl-Bidayə vən-Nihayə”, 7/668

Yenə hədisi Nəsaidən nəqlən öz kitabında qeyd edən Təhavi hədis haqqında deyir ki :

قَالَ أَبُو جَعْفَرٍ: فَهَذَا الْحَدِيثُ صَحِيحُ الْإِسْنَادِ , لَا طَعْنَ لِأَحَدٍ فِي أَحَدٍ مِنْ رُوَاتِهِ
Bu hədisin sənədi səhihdir , heç kim onun ravilərindən heç birinə tan etməmişdir.

Əbu Cəfər ət-Tahavi, “Şərhi Müşkilil Əsər “, 5/18-19, hədis 1765

Hədisi öz kitabında rəvayət edən Hakim hədisin səhihliyi haqqında deyir ki :

هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه بطوله
شاهده حديث سلمة بن كهيل عن أبي الطفيل أيضا صحيح على شرطهما
(Hakim): bu hədis Şeyxeynin şərtinə görə səhihdir lakin rəvayət etməmişlər. Sələmə b. Kuheylin Əbu Tufeyldən olan rəvayəti də eyni ilə Şeyxeynin şərtinə görə səhihdir.

Hakim ən – Nişaburi , ” Müstədrək “, 3 /118 , hədis 4576

4. Bəra b. Azib hədisi: onun hədisini isə Kutubu sittə imamlarından ibni Macə rəvayət etmişdir .

gadir-hadisi-ibni-mace gadir-hadisi-ibni-mace1
Şəkillərdə gördüyünüz əhli sünnənin böyük hədis imamı , Kutubu sittə imamlarından ibni Macənin “Sünən” adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا أَبُو الْحُسَيْنِ أَخْبَرَنِي حَمَّادُ بْنُ سَلَمَةَ عَنْ عَلِيِّ بْنِ زَيْدِ بْنِ جُدْعَانَ عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ عَنْ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ أَقْبَلْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّتِهِ الَّتِي حَجَّ فَنَزَلَ فِي بَعْضِ الطَّرِيقِ فَأَمَرَ الصَّلَاةَ جَامِعَةً فَأَخَذَ بِيَدِ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ أَلَسْتُ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ قَالُوا بَلَى قَالَ أَلَسْتُ أَوْلَى بِكُلِّ مُؤْمِنٍ مِنْ نَفْسِهِ قَالُوا بَلَى قَالَ فَهَذَا وَلِيُّ مَنْ أَنَا مَوْلَاهُ اللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ اللَّهُمَّ عَادِ مَنْ عَادَاهُ
Mənə Əli b. Məhəmməd izah etdi, dedi ki: mənə Əbulhüseyn izah etdi, dedi ki: Hammad b. Sələmə mənə Əli b. Ziyad b. Cadandan, o Adi b. Sabitin, o da Bəra b. Azibdən rəvayət etdi , dedi ki: «Biz Rəsulullah (s.ə.ə.)-in ifa etmiş olduğu həcc səfərində özü ilə yola çıxmışdıq. O, yolun bir səmtində, yerləşdi camaatla namaz qılma əmrini verdi. Daha sonra Əli (r.ə)-nin əlini tutdu və dedi ki: “Mən möminlərə, öz nəfslərindən övla deyiləm mi ?” ( Səhabələr ) dedilər: “Bəli.” Rəsulullah (s.ə.ə.) dedi ki: “Mən hər möminə, öz nəfsindən övla deyiləm mi ? ” ( səhabələr ) dedilər: “Bəli.” Rəsulullah (s.ə.ə.) dedi ki: “mən kimə öz nəfsindən daha övla isəm bu da onun mövlasıdır. Allahım ona dost olan dost, düşmən olana düşmən ol.”»

İbni Macə, “Sünən”, 1/43, Müqəddimə, hədis 116

5. Əbu Əyyub əl-Ənsari hədisi: onun hədisini İbni Əbu Şeybə, Əhməd və Təbərani rəvayət etmişdir .

gadir-hadisi-ahmed
Şəkildə gördüyünüz sünni hədis alimlərindən Əhməd b. Hənbəlin “Fədail əs-Səhabə” adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

حدثنا عبد الله قال حدثني أبي قثنا يحيى بن آدم قثنا حنش بن الحارث بن لقيط النخعي عن رياح الحارث قال جاء رهط إلى علي بالرحبة فقالوا السلام عليك يا مولانا فقال كيف أكون مولاكم وأنتم قوم عرب قالوا سمعنا رسول الله صلى الله عليه وسلم يقول يوم غدير خم من كنت مولاه فهذا مولاه
Mənə Yəhya b. Adəm izah etdi, dedi ki: ibni Haris ən-Nəhai, mənə Riyah əl-Harisi izah etdi, dedi ki : «Bir neçə nəfər , Kufə məscidinin həyətində dayanan Hz. Əlinin yanına gələrək belə dedilər: “Salam olsun sənə ey mövlamız.” Hz. Əli, onlara dedi ki: “siz Ərəb bir tayfasınız , necə sizin ixtiyar ola bilərəm ?” Dedilər ki: “Qədir-Xum günündə Rəsulullah (s.ə.ə.)-ın belə dediyini eşitdik: Mən kimin mövlasıyamsa bu Əli də onun mövlasıdır.”

قال رياح فلما مضوا اتبعتهم فسألت من هؤلاء قالوا نفر من الأنصار فيهم أبو أيوب الأنصاري
Riyah əl-Haris dedi ki: «O adamlar oradan ayrılıb getdiklərində mən də arxalarınca getdim. Onların kim oldğunu soruşanda dedilər ki: “Biz Ənsardan bir qrupuq.” Aralarında Əbu Əyyub əl-Ənsari də var idi. »

Əhməd b. Hənbəl, “Fədail əs-Səhabə”, 2/707, hədis 967

Hədisi İbni Əbu Şeybə, “Müsənnəf “, 10/481 hədis 32671-də ; Təbərani, “Mucəm əl-Kəbir”, 4/173, hədis 4053-də rəvayət etmişdir. Hədisin sənədindəki ravilqr etibarlı və isnadları müttəsildir. Əhməd b. Hənbəlin “Fədail əs-Səhabə” kitabını təhqiq etmiş olan Vasiyullah b. Məhəmməd Abbas hədis haqqında deyir ki :

إسناده صحيح 
İsnadı səhih

Əhməd b. Hənbəl, ” Fədail əs-Səhabə”, 2/707, hədis 967

Yenə bu hədisi ” Məcməuz Zəvaid” adlı kitabında Əhməd və Təbəranidən rəvayət edən Heysəmi hədis haqqında deyir ki:

رواه أحمد والطبراني ورجال أحمد ثقات
Əhməd və Təbərani rəvayət etmişdir və Əhmədin ricalları etibarlılardandır.

Heysəmi, “Məcməuz Zəvaid”, 9/103, hədis 14610

Nasibilərin son dövr şeyxlərindən əl-Albani bu hədisi rəvayət etdikdən sonra belə deyir:

أخرجه أحمد ( 5 / 419 ) و الطبراني ( 4052 و 4053 ) من طريق حنش بن الحارث بن لقيط النخعي الأشجعي عن رياح بن الحارث .قلت : و هذا إسناد جيد رجاله ثقات
Əhməd və Təbərani Hanşun b. Həris b. Qeyd ən-Nəhai əl-Əşcəyi yolu ilə Rəbah b. Harsdan rəvayət etmişdir. Deyirəm ki: “bu sənəd gözəldir və ricalları etibarlıdır. “

əl-Albani, “Silsilətu Əhaid əs-Sahiha”, 4/340

6. Sad b. Əbu Vəqqas hədisi: Onun hədisini Nəsai “Xəsais” kitabında rəvayət etmişdir .

gadir-hadisi-hasaisgadir-hadisi-hasais9
Şəkillərdə gördüyünüz əhli sünnənin böyük imamı , Kutubu sittə imamlarından Nəsainin “Xəsais” adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

اخبرنا زكريا بن يحيى ، قال حدثنا نصر بن علي ، قال : حدثنا عبد الله بن داود ، عن عبد الواحد بن أيمن عن ابيه ، ان سعدا قال : قال رسول الله صلى الله عليه وسلم : من كنت مولاه فعلي مولاه
Mənə Zəkəriyya b. Yəhya xəbər verdi, dedi ki: mənə Nəsr b. Əli izah etdi, dedi ki: Abdullah b. Davud mənə Əbdulvahid b. Eymədən, o da atasından rəvayət etdi, dedi ki: Sad dedi ki: Rəsulullah (s.ə.ə.) dedi ki: “mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır.”

Hədisdən sonra kitabın mühəqqiqlərindən Əbu İshaq əl-Huveyni hədis haqqında deyir ki:

إسناده صحيح
İsnadı səhih

Nəsai, “Xəsais”, səhifə 75, hədis 78

7. Əbu Hureyrə hədisi: Onun hədisini Xətib əl-Bağdadi, ibni Mərdəveyh və ibni Əsakir rəvayət etmişdir .

ikmal-bagdadi ikmal-bagdadi1
Şəkillərdə gördüyünüz əhli sünnə hədis və tarix alimi Xətib əl-Bağdadinin “Tarixul Bağdad” adlı kitabıdır. İşarələnilmiş yerdə bu ifadələr var:

نا عبد الله بن علي بن محمد بن بشران أنا علي بن عمر الحافظ أنا أبو حبشون بن موسى بن ايوب الخلال نا علي بن سعيد الرملي نا ضمرة بن ربيعة القرشي عن ابن شوذب عن مطر الوراق عن شهر بن حوشب عن ابي هريرة قال من صام يوم ثماني عشرة من ذي الحجة كتب له صيام ستين شهراوهو يوم غدير خم لما اخذ النبي ( صلى الله عليه و سلم ) بيد علي بن أبي طالب فقال ألست ولي المؤمنين قالوا بلى يا رسول الله قال من كنت مولاه فعلي مولاه فقال عمر بن الخطاب بخ بخ لك يا ابن أبي طالب أصبحت مولاي ومولى كل مسلم فأنزل الله عز و جل ” اليوم أكملت لكم دينكم “ ومن صام يوم سبعة وعشرين من رجب كتب له صيام ستين شهرا وهو أول يوم نزل جبريل  بالرسالة
… Şəhr b. Havşəb Əbu Hüreyrədən dedi ki : Hər kim Zilhiccənin on səkkizində oruc tutarsa, qarşılığında Allah-u Təala ona altı ay oruc tutmuş kimi savab yazar. O gün Qədir-Xum günüdür, o gün, Rəsulullah (s.ə.ə.), Əli b. Əbu Talibin əlindən tutaraq belə buyurdu : “Görəsən mən Möminlərin vəlisi deyiləmmi ?” Hazır olanlar: “Bəli, elədi ey Allahın Rəsulu” deyə cavab verdilər. Davamında buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Ondan sonra Ömər b. Xəttab belə dedi: “Nə xoşbəxt sənə, nə xoşbəxt sənə ey Əbu Talibin oğlu, sən mənim və bütün müsəlmanların mövlası oldun. “Daha sonra” Bu gün dininizi sizlərə kamil etdim …” ayəsi nazil oldu. Kim Rəcəb ayının iyirmi yeddisində oruc tutsa, ona altı ayın orucunun savabı yazılar. Bu gün , Cəbrayıl (ə)-ın Hz. Məhəmmədə (s.ə.ə.) ilk vəhyi gətirdiyi gündür.

Xətib əl-Bağdadi, ” Tarixul-Bağdad”, 9/222

Bu hədisin sənədi də səhihdir , hədisin səhhətinə etiraz edənlərə cavab üçün baxın : İkmal ayəsi

Nəticə olaraq, bu qısa araşdırmada ortaya qoyduğumuz üzrə bu hədis səhabələrdən 25 adamdan rəvayət edilmişdir və hər səhabədən də bir neçə dəyişik sənəd ilə gəlmişdir. Yəni hədisin mütəvatirliyi mövzusunda ən kiçik bir şübhə belə mövcud deyil və hətta İslam tarixi, fiqhi, əqaid, Quran təfsiri və bu kimi mövzularda bu hədis kimi çox sənəd ilə rəvayət edilmiş hədis mövcud deyil.

Vəlhəmdulillahi Rabbil aləmin .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma