İmamların (ə.s) məsumiyyəti


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi müsəlmanların nəbi, rəsul və vəsilər (ə.s) haqqındakı inanclarından biri də onların məsum olduqları yönündədir. Əlbəttə, digər məsələlərdə olduğu kimi, bu inancın da dəlili Qurani Kərim və Peyğəmbər sünnəsi (s)-dır. Kitabı Şərifdən bu məsələ haqqındakı dəlil Təthir ayəsi dediyimiz Əhzab surəsinin 33-cü ayəsidir. Ayənin təfsiri və dəlaləti haqqında məlumat üçün linkə baxa bilərsiniz: Təthir ayəsi

İmamlar (ə.s)-ın məsumiyyəti inancına dair Peyğəmbər sünnəsi (s.)-dən dəlilə gəlincə, bu Rəsulullah (s.), Əhli-Beyt imamları (ə.s) və səhabələr (r.ə) tərəfindən rəvayət edilmiş olan mütəvatir hədislərdir. İnşəallah biz bu çalışmamızda hədislərdən bəzilərini sizlərlə bölüşəcəyik.

1-ci hədis: İmam Əli (ə.s)-dan rəvayət edilmişdir, Səffar, Kuleyni və Səduq öz müxtəlif və səhih sənedləri ilə rəvayət edirlər:
masumiyyet-saffarmasumiyyet-saffar1
Şəkildə gördüyünüz imam Həsən Əsgəri (ə.s)-ın səhabəsi və Siqatul-İslam (İslamın inamı) Kuleyni (r.ə)-ın müəllimi olan Məhəmməd b. Həsən Səffar (r.ə)-ın “Bəsair əd-Dərəcat” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

حدثنا أحمد بن محمد عن الحسين بن سعيد عن حماد بن عيسى عن إبراهيم بن عمر اليماني عن سليم بن قيس الهلالي عن أمير المؤمنين صلوات الله ع قال إن الله طهرنا وعصمنا وجعلنا شهداء على خلقه وحجته في ارضه وجعلنا مع القران وجعل القران معنا لا نفارقه ولا يفارقنا
Əhməd b. Məhəmməd mənə Hüseyn b. Səiddən, o Həmmad b. İsadan, o İbrahim b. Ömər əl-Yəmənidən, o Süleym b. Qeysdən, o da Möminlərin Əmiri (imam Əli (ə.s))-dan rəvayət etdi, dedi ki: “Allah Təbarakə və Təala, bizi təmizlədi, bizi məsum qıldı, bizi qulları üzərində şahidlər etdi və bizi ərzində höccət etdi. Bizi Quran ilə bərabər və Quranı bizimlə bərabər qıldı. Nə biz Qurandan ayrılırıq, nə də Quran bizdən ayrılır”.

Səffar (r.ə), “Bəsair əd-Dərəcat”, 2/114, hədis 6

Hədisi Kuleyni “əl-Kafi”, 1/112, 9-cu bab, hədis 5-də ravi Həmmad b. İsaya qədər müxtəlif bir sənəd ilə; Şeyx Səduq “Kəmaluddin”, səhifə 240, hədis 63-də ravi Həmmad b. İsaya qədər müxtəlif bir sənəd ilə, ondan sonra isə “Bəsair” in sənədi ilə rəvayət etmişdir. Hər üç sənəddə iştirak edən ravilər siqa (etibarlı) və sənədlər müttəsildir. Şeyxül- İslam Əllamə II Məclisi (r.ə) “əl-Kafi” şərhində hədis barədə deyir ki:

حسن عندي
Hədis mənim nəzdimdə həsəndir.

II Məclisi (r.ə), “Miratul-Uqul”, 2/343

2-ci hədis: İmam Sadiq (ə.s)dan rəvayət edilmişdir, Kuleyni “əl-Kafi” də rəvayət edir:
veraset-kuleyni1masumiyyet-kuleyni1 masumiyyet-kuleyni2
Şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barədə ittifaq etdikləri Siqatul-İslam (İslamın inamı) Şeyx Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن الحسن بن محبوب، عن إسحاق بن غالب، عن أبي عبدالله (عليه السلام) في خطبة له يذكر فيها حال الائمة (عليه السلام) و صفاتهم:
فالامام هو المنتجب المرتضى، والهادي المنتجى، والقائم المترجى، اصطفاه الله بذلك واصطنعه على عينه في الذر حين ذرأه، وفي البرية حين برأه، ظلا قبل خلق نسمة عن يمين عرشه، محبوا بالحكمة في علم الغيب عنده، اختاره بعلمه، وانتجبه لطهره، بقية من آدم (عليه السلام) وخيرة من ذرية نوح، ومصطفى من آل إبراهيم، وسلالة من إسماعيل، وصفوة من عترة محمد (صلى الله عليه وآله) لم يزل مرعيا بعين الله، يحفظه ويكلؤه بستره، مطرودا عنه حبائل إبليس وجنوده، مدفوعا عنه وقوب الغواسق ونفوث كل فاسق، مصروفا عنه قوارف السوء، مبرء ا من العاهات، محجوبا عن الآفات، معصوما من الزلات، مصونا عن الفواحش كلها
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməd b. İsadan, o Həsən b. Məhbubdan, o İshaq b. Qalibdən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-dan, imamların hallarını və sifətlərini izah etdiyi bir çıxışında belə dediyini rəvayət etdi, dedi ki: “İmam, seçilmiş, razı olunmuş, yol göstərici, xilaskar, gözlənilən, ümid bağlanan qaimdir. Allah, bunun üçün onu seçib. Allah, onu gözünün qabağında zərr aləmində yaratmış, insanları yaratmazdan əvvəl onu bir kölgə kimi ərşinin sağında Saralmışdır. Qeyb elminin daxilindəki hikməti ona bəhs etmişdir. Onu, elmi üçün seçmiş və tərtəmiz olduğu üçün onu görkəmli etmişdir. Adəm (ə.s)-ın xilafəti ona çatmış, Nuh (ə.s)-ın nəslinin xeyirli xüsusiyyətləri, onda cəm olmuşdur. O, İbrahim (ə.s)-ın nəslinin göz bəbəyi, İsmayıl (ə.s)-ın sülaləsindən gəlmə, Məhəmməd (s.)-ın itrətinin görkəmlisidir. Həmişə Allahın nəzarəti altındadır, Allah onu qoruyur, pərdəsi ilə örtür. İblisin və ordularının tələlərini, ondan uzaqlaşdırır. Gecə qaranlığının içində saxladığı pisliklərə, hər fasiqin düyünlərə üfürdüyü əfsunlara qarşı müdafiə edilmişdir. Pisliklərin ard-arda baş göstərmələrindən, fəlakətlərin gəlməsindən uzaq tutulmuşdur. Bəlaların ona ilişməsinə mane olunmuş, zəlalətdən məsum qılmış, hər cür pis əməldən uzaq tutulmuşdur”.

Kuleyni (r.ə), “əl-Kafi”, 1/120-121, 15-ci bab, hədis 2

Hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və sənəd müttəsildir, Şeyxül- İslam Əllamə II Məclisi (r.ə) “əl-Kafi” şərhində hədis barədə deyir ki:

الحديث الثاني: صحيح
2-ci hədis: Səhih

II Məclisi (r.ə), “Miratul-Uqul”, 2/400

3-cü hədis: İmam Sadiq (ə.s)-dən rəvayət edilmişdir, Kuleyni “əl-Kafi” də rəvayət edir:
veraset-kuleyni1masumiyyet-kuleyni3
Şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barədə ittifaq etdikləri Siqatul-İslam (İslamın etibarı) Şeyx Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

محمد بن يحيى، عن أحمد بن محمد، عن البرقي، عن أبي طالب، عن سدير قال:  قلت لابي عبدالله (عليه السلام):
فما أنتم؟  قال نحن خزان علم الله، نحن تراجمة أمر الله، نحن قوم معصومون، أمر الله تبارك وتعالى بطاعتنا ونهى عن معصيتنا، نحن الحجة البالغة على من دون السماء و فوق الارض
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməddən, o Bərkidən, o Əbu Talibdən, o da Sədirdən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-a dedim ki: “Siz nəsiniz”? İmam (ə.s) dedi ki: “Biz, Allahın elminin gözətçiləriyik, biz Allahın əmrinin mütərcimləriyik, biz məsum bir dəstəyik. Allah Təbarakə və Təala, insanların bizə itaət etmələrini əmr etmiş, bizə qarşı çıxmalarını qadağan etmişdir. Biz, Allahın, göyün altındakı və yerin üstündəki məhruqatına təqdim etdiyi dəlilləriyik”.

Kuleyni (r.ə), “əl-Kafi”, 1/161, 53-cü bab, hədis 6

Hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və sənəd müttəsildir, Şeyxül- İslam Əllamə II Məclisi (r.ə) “əl-Kafi” şərhində hədis barədə deyir ki:

الحديث السادس حسن
6-cı hədis: Həsən

II Məclisi (r.ə), “Miratul-Uqul”, 3/159

4-cü hədis: İmam Sadiq (ə.s)-dan rəvayət edilmişdir, Kuleyni “əl-Kafi” də rəvayət edər:

veraset-kuleyni1masumiyyet-kuleyni4

Şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barədə ittifaq etdikləri Siqatul-İslam (İslamın etbiarı) Şeyx Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

عدة من أصحابنا، عن سهل بن زياد ; وعلي بن إبراهيم، عن أبيه، جميعا عن ابن محبوب، عن علي بن رئاب قال: سألت أبا عبدالله (عليه السلام) عن قول الله عزوجل:  ” وما أصابكم من مصيبة فبما كسبت أيديكم ” أرأيت ما أصاب عليا وأهل بيته (عليهم السلام) من بعده هو بما كسبت أيديهم وهم أهل بيت طهارة معصومون؟ فقال: إن رسول الله (صلى الله عليه وآله) كان يتوب إلى الله ويستغفره في كل يوم وليلة مائة مرة من غير ذنب، إن الله يخص أولياء ه بالمصائب ليأجرهم عليها من غير ذنب
Əshabımızdan bir dəstə mənə Səhl b. Ziyaddan və Əli b. İbrahim mənə atasından, bunların hamısı ibn Məhbubdan, o da Əli b. Riabdan rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-dan “başınıza gələn hər bir müsibət öz əllərinizlə törətdikləriniz üzündəndir” (Şura, 30) ayəsi haqqında soruşdum və dedim ki: “Səncə Əli (ə.s) və ondan sonra Əhli-Beytinin başına gələnlər, öz əlləri ilə etdikləri üzündən idimi? Onlar tərtəmiz məsumlar olduqları halda bu ayə onlara da aiddirlərmi?” İmam (ə.s) dedi ki: “Rəsulullah (s.) heç bir günah işləmədiyi halda, bir gün və gecədə yüz dəfə tövbə edir, Allahdan bağışlanma diləyirdi. Allah dostlarına xüsusi müsibətlər verir ki onlara, günah etmədikləri halda savab versin”

Kuleyni (r.ə), “əl-Kafi”, 2/247, 199-cu bab, hədis 2

Hədisi Şeyx Səduq (r.ə) “Məanil-Əxbar”, səhifə 383-384, hədis 15-də ravi ibn Məhbubə qədər öz sənədi ilə, ondan sonra isə “əl-Kafi” nin sənədi ilə rəvayət etmişdir. Hər iki sənəddə iştirak edən ravilər siqa (etibarlı) və sənədlər müttəsildir. Şeyx Hadi ən-Nəcəfi hədis barədə deyir ki:

الرواية معتبرة الإسناد
Rəvayətin sənədi səhihdir.

Şeyx Hadi ən-Nəcəfi (r.ə), “Məvsuat Əhadisi-Əhli-Beyt (ə.s)”, 2/271, hədis 189

5-ci hədis: Rəsulullah (s.) və səhabə ibn Abbas (r.ə)-dan rəvayət edilmişdir, Səduq “Uyun” və “Kəmaluddin” kitablarında rəvayət edər:

masumiyyet-saduk masumiyyet-saduk1 masumiyyet-saduk2

Şəkildə gördüyünüz Şeyx Səduq (r.ə)-ın “Uyunu əxbar ər-Rza (ə.s)” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

حدثنا علي بن عبد الله الوراق الرازي قال: حدثنا سعد بن عبد الله قال: حدثنا الهيثم بن أبي مسروق النهدي عن الحسين بن علوان عن عمرو بن خالد عن سعد بن طريف عن الأصبغ بن نباته عن عبد الله بن عباس قال: سمعت رسول الله (ص) يقول انا وعلى والحسن والحسين وتسعه ولد الحسين مطهرون معصومون
Mənə Əli b. Abdullah ər-Razi rəvayət etdi, dedi ki: Mənə Sad b. Abdullah rəvayət etdi, dedi ki: Huşeym b. Əbi Misvar mənə Hüseyn b. Ulvandan, o Amr b. Xaliddən, o Sad b. Zərifdən, o Esbağ b. Nubatədən, o da Abdullah b. Abbasdan rəvayət etdi, dedi ki: Rəsulullah (s.)-ın belə dediyini eşitdim: “Mən, Əli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs, pak və günahsızıq”.

Şeyx Səduq (r.ə), “Uyunu Əxbar ər-Rza (ə.s)”, 1/65-66, hədis 30

Hədisi Şeyx Səduq eyni sənəd ilə “Kəmaluddin”, səhifə 280, hədis 28-də rəvayət etmişdir. Hədisin sənədində yer alan bütün ravilər siqa (etibarlı) və sənəd müttəsildir. Ravilərdən Hüseyn b. Ulvan ammə (sünni) olduğu üçün hədis müvəssəqdir. Şeyx Hadi ən-Nəcəfi hədis barədə deyir ki:

الرواية معتبرة الإسناد
Rəvayətin sənədi mötəbərdir.

Şeyx Hadi ən-Nəcəfi (r.ə), “Məvsuat-Əhadisi-Əhli- Beyt (ə.s)”, 7/183, hədis 8414

Bura qədər söylədiklərimiz İslami/Şiə mənbələrdən mövzu ilə əlaqədar mütəvatir hədislərdən bir neçə dənəsi idi. Mənbələrdə bunun kimi daha onlarca müxtəlif səhih sənədlərlə rəvayət olunmuş hədislər vardır.

Ancaq bu qədərini yetərli görürük. İnşəallah indi də sünnilərin mənbələrindən məsələ ilə bağlı bir hədisi sizlərlə bölüşəcəyik.
masumiyyet-beyhaki masumiyyet-beyhaki1 masumiyyet-beyhaki2
Şəkildə gördüyünüz sünni alimlərdən Beyhəqinin “Dəlailun-Nübuvvə” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

أَخْبَرَنَا أَبُو الْحُسَيْنِ بْنُ الْفَضْلِ ، قَالَ : أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ سُفْيَانَ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ عَبْدِ الْحَمِيدِ ، قَالَ : حَدَّثَنَا قَيْسٌ ، عَنِ الْأَعْمَشِ ، عَنْ عَبَايَةَ بْنِ رِبْعِيٍّ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : ” إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَسَمَ الْخَلْقَ قِسْمَيْنِ ، فَجَعَلَنِي فِي خَيْرِهِمَا قِسْمًا ، وَذَلِكَ قَوْلُهُ { وَأَصْحَابُ الْيَمِينِ } ، { وَأَصْحَابُ الشِّمَالِ } فَأَنَا مِنْ أَصْحَابِ الْيَمِينِ وَأَنَا خَيْرُ أَصْحَابِ الْيَمِينِ . ثُمَّ جَعَلَ الْقِسْمَيْنِ أَثْلَاثًا ، فَجَعَلَنِي فِي خَيْرِهَا ثُلُثًا ، فَذَلِكَ قَوْلُهُ تَعَالَى { فَأَصْحَابُ الْمَيْمَنَةِ }{ وَالسَّابِقُونَ السَّابِقُونَ } فَأَنَا مِنَ السَّابِقِينَ ، وَأَنَا خَيْرُ السَّابِقِينَ . ثُمَّ جَعَلَ الْأَثْلَاثَ قَبَائِلَ ، فَجَعَلَنِي فِي خَيْرِهَا قَبِيلَةً ، وَذَلِكَ قَوْلُ اللَّهِ تَعَالَى { وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ } وَأَنَا أَتْقَى وَلَدِ آدَمَ ، وَأَكْرَمُهُمْ عَلَى اللَّهِ , وَلَا فَخْرَ . ثُمَّ جَعَلَ الْقَبَائِلَ بُيُوتًا ، فَجَعَلَنِي فِي خَيْرِهَا بَيْتًا ، وَذَلِكَ قَوْلُهُ عَزَّ وَجَلَّ { إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا } فَأَنَا وَأَهْلُ بَيْتِي مُطَهَّرُونَ مِنَ الذُّنُوبِ
Mənə Əbul Hüseyin b. Fəzl xəbər verdi, dedi ki: Mənə Abdullah b. Cəfər xəbər verdi, dedi ki: Mənə Yaqub b. Süfyan rəvayət etdi, dedi ki: Mənə Yəhya b. Abdulhumeyd rəvayət etdi, dedi ki: Qeys mənə Aməştən, o Abaiyə b. Rəbidən, o da ibn Abbasdan rəvayət etdi, dedi ki: Rəsulullah (s.) dedi ki: “Cənabı Allah, xalqı iki hissəyə ayırdı. Məni, onların ən xeyirlisindən qıldı. Əshabi yəmin ilə əshabi şimal ayələrindən nəzərdə tutulan məna da budur. Mən, əshabı yəmindənəm və mən, əshabı yəminin də ən xeyirlisiyəm. Sonra o iki hissəni, üçlü qrupa ayırdı. Mən, o xeyirli hissənin üç qrupu içərisində ən xeyirlisindənəm. Əshabi meymənə, sabiqun əs-sabiqun ayələrindən qəsd olunan məna da budur. Mən, yaxşılıqda önə keçənlərdənəm və onların da ən xeyirlisiyəm. Sonra Allah, o üçlü qrupu qəbilələrə böldü. Məni ən xeyirli qəbilədən qıldı. “Sizi xalqlar və qəbilələr halına qoyduq ki, bir-birinizi asanlıqla tanıyasınız. Şübhəsiz, Allah yanında ən dəyərliniz, Ona qarşı gəlməkdən ən çox çəkinəninizdir. Allah Alimdir, Xəbirdir. (Hucurat,13) Ayəsində nəzərdə tutulan məna da budur. Öyünmək olmasın, ancaq mən, Allah qatında Adəm oğullarının ən qiymətlisi və ən təqvalısıyam! Sonra uca Allah, qəbilələri ailələrə ayırıb, məni ən xeyirli ailədən qıldı. “Ancaq və ancaq Allah, ey Əhli-Beyt, sizdən hər növ pisliyi, günahı aradan qaldırmaq və sizi tam bir təmizliklə tərtəmiz bir hala gətirmək istəyər” (Əhzab, 33) ayədə nəzərdə tutulan məna da budur. Mən və Əhli Beytim günahlardan mütəhhərik (təmizlənmiş)”.

Beyhəqi, “Dəlailun-Nübuvvə”, 1/170-171

Vəlhamdulillahi Rəbbil aləmin.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma