İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Qurani-Şərif və Peyğəmbər sünnəsi (s) işığında Əhli Beytin (ə) vilayətini, İslam gerçəklərini təqdim etməyə davam edirik. Bu günkü işimiz İsra surəsinin 26-cı ayəsinin təfsiri və Fədək mövzusu üzərində olacaq. Allah (cc) bu ayədə buyurur ki:

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ
Qohuma, yoxsula, yolda qalmışa haqqını ver.

İsra surəsi 26-cı ayə

Bu ayədə “qohum” sözü ilə məqsəd Əhli Beyt (ə), onlara verilməsi əmr edilən haqq isə Fədəkdir və ayənin nazil olmasından sonra Nəbi (s) Hz. Fatiməni (s.ə) çağıraraq Fədəyi ona vermişdir. Ayənin təfsiri ilə əlaqədar olaraq Şiə qaynaqlarında Əhli Beyt imamlarından və səhabədən, Sünni qaynaqlarında isə səhabələrdən səhih hədislər rəvayət edilmişdir. Biz indi sırası ilə həm Şiə, həm də Sünni qaynaqlarından bu hədislərdən bəzilərini sizə təqdim edəcəyik.

1.Şiə qaynaqlı hədislər: Bu ayənin təfsiri ilə əlaqədar olaraq Şiə üləmasından Kuleyni, Səduq, Müfid, Firat b. İbrahim əl-Kufi, Əli b. İbrahim əl-Qummi, Əyyaşi, Məhəmməd b. Süleyman əl-Kufi, Məclisi kimi mühəddis və təfsirçilər bir çox hədis rəvayət etmişdir. Biz nümunə olaraq onlardan bir neçəsini təqdim edəcəyik. Şeyx Kuleyni (r.ə) belə rəvayət etməkdədir:

علي بن محمد بن عبدالله، عن بعض أصحابنا أظنه السياري، عن علي بن أسباط قال
قال: إن الله تبارك وتعالى لما فتح على نبيه (صلى الله عليه وآله) فدك وما والاها، لم يوجف عليه بخيل ولا ركاب فأنزل الله على نبيه (صلى الله عليه وآله) ” وآت ذا القربى حقه (1) ” فلم يدر رسول الله (صلى الله عليه وآله) من هم، فراجع في ذلك جبرئيل وراجع جبرئيل (عليه السلام) ربه فأوحى الله إليه أن ادفع فدك إلى فاطمة (عليها السلام)، فدعاها رسول الله (صلى الله عليه وآله) فقال لها: يا فاطمة إن الله أمرني أن أدفع إليك فدك، فقالت: قد قبلت يا رسول الله من الله ومنك
…Əli b. Esbat dedi ki: (imam Kazım (ə) Abbasi kralı əl-Mehdiyə) dedi ki: “Allah Təbarəkə və Təala, Fədək və mücavir sahələrinin Peyğəmbərimiz tərəfindən, üzərinə atlı və dəvəli süvarilərin hücumu olmadan fəth edilməsini təmin edincə, Peyğəmbərinə belə vəhy etdi: “Qohuma haqqını ver.” (İsra, 26) Rəsulullah (s) bununla kimlərin nəzərdə tutulduğunu bilmirdi. Bu barədə Cəbrailə müraciət etdi, Cəbrail də Rəbbinə müraciət etdi. Bunun üzərinə Allah ona belə vəhy etdi: “Fədəyi Fatiməyə ver.” Rəsulullah (s) Fatiməni çağırdı və ona dedi ki: “Ey Fatimə! Allah mənə, Fədəyi sənə verməmi əmr etdi.” Fatimə dedi ki: “Allahın və sənin bu hədiyyənizi qəbul etdim.”

Kuleyni (r.ə), “əl-Kafi”, 1/543, hədis 5

və yenə Şeyx Səduq (r.ə) belə rəvayət etməkdədir:

حدثنا علي بن الحسين بن شاذويه المؤدب و جعفر بنمحمد بن مسرور رضي الله عنهما قالا حدثنا محمد بن عبد الله بن جعفر الحميري عنأبيه عن الريان بن الصلت قال
و الآية الخامسة قول الله عز و جل وَ آتِ ذَا الْقُرْبى حَقَّهُ خصوصيةخصهم الله العزيز الجبار بها و اصطفاهم على الأمة فلما نزلت هذه الآية على رسولالله ( ص ) قال ادعوا إلي فاطمة فدعيت له فقال يا فاطمة قالت لبيك يا رسول الله فقالهذه فدك مما هي لم يوجف عليه بالخيل و لا ركاب و هي لي خاصة دون المسلمين و قدجعلتها لك لما أمرني الله تعالى به فخذيها لك و لولدك فهذه الخامسة
…Reyyan b. Salt dedi ki: (imam Rza (ə) Abbasi Məmunun məclisində müxalif alimlərlərə İtrət haqqında Qurandan dəlil gətirərkən belə dedi) Beşinci ayə: “Qohumlarının haqqını ver.” (İsra/26) Bu, əziz və cabbar olan Allahın Əhli Beytə məxsus etdiyi bir xüsusiyyətdir. Allah-Təala onları bütün ümmətdən seçmə etmişdir. Bu ayə Rəsulullaha nazil olduğu zaman Fatiməni (s.ə) yanına çağırdılar. Fatimə (s.ə) gəldiyi zaman Rəsulullah (s): “Ey Fatimə!” deyə buyurdu. Fatimə (s.ə); “Əmr edin ey Allahın rəsulu!” dedi. Rəsulullah buyurdu ki: “Bu Fədək, döyüşsüz əldə edilən qənimətlər arasındadır. Buna görə (Allahın hökmünə görə) mənə aiddir; başqalarının onda haqqı yoxdur. İndi Allah (c.c) əmr etdiyi üçün onu sənə bağışladım. Elə isə onu özün və övladların üçün al.”

Şeyx Səduq (r.ə), “Uyuni Əxbar ər-Rza ə.s”, səhifə 229-230, bab 23, hədis 1

Bu ayənin təfsiri haqqında şiə qaynaqlarında keçən digər hədisləri Seyid Haşim Bəhrani (r.ə) sənədləri ilə birlikdə “Ğayətul-Məram” kitabında yığmışdır, baxın: Seyid Haşim Bəhrani (r.ə), “Ğayətul Məram”, 3/284-286

2. Sünni qaynaqlı hədislər: Əhli-Sünnə qaynaqlarında da bu ayənin təfsiri ilə əlaqədar olaraq Əbu Səid əl-Xudri və ibni Abbas (r.ə)-dən hədislər rəvayət edilmişdir. Bu hədisləri Əbu Yalə, Bəzzar və ibni Mərdəveyh öz sənədləri ilə rəvayət etmiş, onlardan nəqlən isə ibni Hacər və Süyuti öz kitablarında qeyd etmişdirlər.

isra-26-ebu-yala isra-26-ebu-yala1

Şəkildə gördüyünüz sünni hədis alimi Əbu Yalə əl-Məvsilinin “Müsnəd” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

قَرَأْتُ عَلَى الْحُسَيْنِ بْنِ يَزِيدَ الطَّحَّانِ هَذَا الْحَدِيثِ، فَقَالَ‏:‏ هُوَ مَا قَرَأْتُ عَلَى سَعِيدِ بْنِ خُثَيْمٍ، عَنْ فُضَيْلٍ، عَنْ عَطِيَّةَ، عَنْ أَبِي سَعِيدٍ، قَالَ‏:‏ لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ ‏{‏وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ‏}‏ دَعَا النَّبِيُّ صلى الله عليه وسلم فَاطِمَةَ وَأَعْطَاهَ فَدَكَ‏
…Əbu Səid əl-Xudri dedi ki: “Qohuma, yoxsula və yolda qalmışa haqqını ver” ayəsi nazil olduğu zaman, Rəsulullah (s) Fatiməni çağıraraq Fədəyi ona verdi.

Əbu Yalə, “Müsnəd”, 2/334, hədis 1075

Yuxarıda da söylədiyim kimi bu mövzuda Bəzzar və ibni Mərdəveyh də öz sənədləri ilə hədislər rəvayət etmişdirlər. Süyuti bu mövzudakı hədisləri öz təfsirində isnadları ilə birlikdə yığmışdır. Ayənin təfsirində Süyuti deyir ki:

وأخرج البزار وأبو يعلى وابن أبي حاتم وابن مردويه عن أبي سعيد الخدري رضي الله عنه قال: لما نزلت هذه الآية وآت ذي القربى حقه دعا رسول الله صلىالله عليه وسلم فاطمة فأعطاها فدك
Bəzzar, Əbu Yələ, ibni Əbu Xatəm və ibni Mərdəveyh Əbu Səid əl-Xudri (r.ə)-dən belə rəvayət etmişdirlər: “Qohuma, yoxsula və yolda qalmışa haqqını ver” ayəsi nazil olduğu zaman, Rəsulullah (s) Fatiməni çağıraraq Fədəyi ona verdi.

وأخرج ابن مردويه عن ابن عباس رضي الله عنهما قال: لما نزلت وآت ذي القربى حقه أقطع رسول الله فاطمة فدكا
ibni Mərdəveyh ibni Abbas (r.ə)-dən belə rəvayət etmişdir: “Qohuma, yoxsula və yolda qalmışa haqqını ver” ayəsi nazil olduğu zaman, Rəsulullah (s) Fədəyi Fatiməyə verdi.

Süyuti, “əd-Durrul-Mənsur”, İsra surəsi 26-cı ayənin təfsiri (online mənbə 2)

2-1. Hədisin səhhəti: Bu hədis ibni Abbas və Əbu Səid əl-Xudri (r.ə)-dən rəvayət edilmişdir. Biz Əbu Səid əl-Xudri (r.ə)-nin hədisini rəvayət edən ravilərin hamısının vəziyyətini əhli-sünnə rical kitablarından təqdim edəcəyik ki, hədisin səhhəti haqqında heç bir şübhəyə yer qalmasın.

Əbu Səid əl-Xudri (r.ə) (أبو سعيد الخدري): Hədisimizin ilk ravisidir, səhabədir və əhli-sünnə nəzdində səhabənin hamısı ədalətli və höccətdir. Buna görə haqqında çox məlumat verməyə ehtiyac duymuruq.

Atiyyə əl-Uvfi (عطية العوفي): Hədisimizin ikinci ravisidir, əhli-sünnənin rical elmində nüfuzlu alimlərindən Yəhya b. Main, ibni Sad, İbni Şahin, ibni Hacər və əl-İcli onun etibarlı olduğunu bəyan etmiş, Əhməd, Tirmizi, ibni Əbu Xatəm, Əbu Davud və başqaları ondan hədis rəvayət etmiş və onun raviləri arasında keçdiyi hədislərin səhhətini təsdiqləmişdirlər. Nümunə üçün rical alimlərindən bir neçə dənəsinin bəyanını köçürürük. İbni Main onun haqqında deyir ki:

سمعت يحيى يقول عطية العوفي هو عطية الجدلي قيل ليحيى كيف حديث عطية قال صالح
Yəhya (b. Main) nın belə dediyini eşitdim: Atiyyə əl-Uvfi, o Atiyyə əl-Cədəlidir. Yəhya (b. Main) ya “Atiyyənin hədisi necədir?” deyə soruşuldu, dedi ki: “salehdir”

“Tarixi ibni Main”, 3/500, 2446-cı ravi

Bir başqa əhli-sünnə rical alimi ibni Səd onun bioqrafiyasında deyir ki:

عطية بن سعد بن جنادة العوفي
Atiyyə b. Səid b. Cəndəh əl-Uvfi

وكان ثقة إن شاء الله
Allahın iznilə siqa (güvənilən) dır.

ibni Sad, “Təbaqat əl-Kubra”, 6/304

Sünni rical alimlərindən olan ibni Şahin siqa (etibarlı) raviləri yığdığı kitabında Atiyyəni zikr edərək deyir:

عطية العوفي ليس به بأس قاله يحيى
Atiyyə əl-Uvfi: Yəhya b. Main dedi ki: “onda problem yoxdur”

ibni Şahin, “Tarix Əsma əs-Siqat”, səhifə 247, 970-ci ravi

Eyni şəkildə əl-İcli də Atiyyəni siqa sayanlardandır. əl-İcli siqa (etibarlı) raviləri tanıtdığı “Marifət əs-Siqat” kitabında Atiyyə haqqıda belə deyir:

عطية العوفي كوفي تابعي ثقة وليس بالقوي
Atiyyə əl-Uvfi Kufi, tabeindəndir, siqa (güvənilən) dır və qavi deyil.

əl-İcli, “Marifət əs-Siqat”, 2/140

Sünni və nasibilərin Kutubi-sittə imamlarından olan Tirmzi “Sünən”ində Atiyyədən rəvayət etməkdə və onun hədisləri üçün “həsən” deməkdədir. Nümunə olaraq “Sünəni-Tirmizi”dən bir hədis təqdim edəcəyik. Tirmizi “Sünən”ində Atiyyə əl-Uvfi -> Əbu Səid əl-Xudri (r.ə) isnadı ilə bir hədis nəql etdikdən sonra deyir:

قَالَ أَبُو عِيسَى هَذَا حَدِيثٌ حَسَنٌ غَرِيبٌ
Əbu İsa dedi ki: “bu hədis həsən qəribdir.”

Tirmizi, “Sünən”, Mənaqib kitabı, hədis 3680

Yəni Tirmizi nəzdində Atiyyə sadiq və siqa (etibarlı) bir ravi mövqeyindədir. Bir başqa nasibi hədis və təfsir alimi, ibni Teymiyyənin şagirdi ibni Kəsr də öz təfsirində “Müsnədi-Əhməd” kitabından Atiyyə əl-Uvfi -> Əbu Səid əl-Xudri (r.ə) isnadı ilə bir hədis nəql etdikdən sonra deyir ki:

تفرد به أحمد ، وإسناده حسن
Yalnız Əhməd rəvayət etmiş olub, isnadı həsəndir.

ibni Kəsr, “Təfsir əl-Quranil Əzim”, 6/256, Qəsəs surəsi 81-82-ci ayələrin təfsiri

Bundan əlavə olaraq sufi mühəddis Mahmud Səid Məmduh təvəssül haqqındakı hədisləri təxric etdiyi kitabında Fudeyl b. Məzruk -> Atiyyə əl-Uvfi -> Əbu Səid əl-Xudri (r.ə) isnadı ilə gələn bir hədisi bu alimlərin təsdiqlədiyini söyləyər:

وإسناد هذا الحديث من شرط الحسن، وقد حسنه جمع من الحفاظ منهم الحافظ الدمياطي في ” المتجر الرابح في ثواب العمل الصالح ” (ص 471 – 472)، والحافظ أبو الحسن المقدسي شيخ
الحافظ المنذري كما في ” الترغيب والترهيب ” (3 / 273)
والحافظ العراقي في ” تخريج أحاديث الإحياء ” (1 / 291)
والحافظ ابن حجر العسقلاني في ” أمالي الأذكار ” (1 / 272)
وقال الحافظ البوصيري في ” مصباح الزجاجة ” (1 / 99): لكن رواه ابن خزيمة في صحيحه من طريق فضيل بن مرزوق فهو صحيح عنده
Və bu hədisin isnadı həsən şərtinə uyğundur. Və hafizlərdən bir camaat bu hədisi həsən saymışdır. Məsələn hafiz Dumeyti “əl-Mütəcirur-Rabbih fi Savabul-aməlus-Saleh” kitabının 471-472-ci səhifəsində; hafiz Munziri “Tağrib vət-Tərhib”, 3/273-də; hafiz İraqi “Təhric Əhadis əl-Əhya”, 1/291-də; hafiz ibni Hacər əl-Əsqəlani “Əmali əl-Əzkar”, 1/272-də (bu hədisi həsən saymışdırlar). Və hafiz Busayri “Misbah əl-Zecacəh”, 1/99-da dedi ki: “lakin ibni Xuzeymə “Səhih”ində Fudeyl b. Məzruk yolu ilə rəvayət etmişdir və bu bizim nəzdimizdə səhihdir”

Mahmud Səid Məmduh, “Rəfaə münazara”, 134-135

Yəni ibni Xuzeymə, Busayri, ibni Hacər, İraqi və Dumeyti də Atiyyə el-Uvfini siqa olaraq qəbul etməkdədirlər. Amma Atiyyə el-Uvfini cərh edənlərə gəlincə, əvvəlcə nasibi hədis və rical elmi qaydaları tərəfindən bir ravi haqqında ixtilaflı fikirlər olsa, o zaman hədis həsən səviyyəsinə enər, zəif olmaz. İkincisi, Atiyyə əl-Uvfi haqqındakı cərh hökmləri səhvlidir. Sufi mühəddis Məmduh təvəssül haqqındakı kitabında Atiyyəni cərh edənlərə cavab verərək hamısının səhvli olduğunu ortaya qoymaqdadır. Baxın: Mahmud Səid Məmduh, “Rəfaə münazara”, səh. 143-159

Bu ravi haqqında məlumat verərkən sufi mühəddis Məmduhun onu cərh edənlərə cavab verdiyini, cərhlərinin səhvli və dəyərsiz olduğunu ortaya qoyduğu qeyd edildi. Bu cərhler içərisində Atiyyə haqqında onun yalançı əl-Kəlbidən hədis alıb bunu Əbu Səid əl-Xudriyə nisbət etdiyi iddiasıdır. Sufi mühəddis kitabında səhifə 145-dən 152-ə qədər bu məsələyə cavab verməkdədir. Qısa olaraq buna toxunacağıq. Sufi mühəddis kitabında bu hekayəni şəxsən əl-Kəlbinin özünün bəyan etdiyini söyləməkdədir, yəni Atiyyə haqqındakı bu iddianın qaynağı əl-Kəlbinin özüdür və məlum olduğu kimi, əl-Kəlbinin özü yalançıdır. Ona görə cərh və tədil alimlərinin doğruluğunu təsdiqlədiyi bir ravi, bundan əlavə bir müsəlman üçün bir yalançının şahidliyi qəbul edilə bilməz. Sufi mühəddis bu iddianın əl-Kəlbidən qaynaqlandığını özündən əvvəl sübut etmiş iki rical aliminin bu iddia haqqındakı sözlərini də qeyd etməkdədir:

الحافظ البارع أبو الفرج عبد الرحمن بن رجب الحنبلي حيث قال في شرح علل الترمذي (ص 471) بعد نقله أصل الحكاية عن العلل للإمام أحمد ما نصه:
ولكن الكلبي لا يعتمد على ما يرويه
hafiz Əbulfərəc ibni Rəcəb əl-Hənbəli “Şərhi-İləlu-Tirmizi”, səhifə 471-də bu hekayəsinin əslini imam Əhmədin “İləl” kitabından qeyd etdikdən sonra deyir ki: “lakin nə rəvayət etsə əl-Kəlbiyə güvənilə bilməz”

الحافظ السيد أحمد بن الصديق الغماري، فقال في الهداية في تخريج أحاديث البداية (6 / 172) في أثناء كلام له عن عطية العوفي: وإنما نقلوا عنه التدليس في حكاية ما أراها تصح مع الكلبي
hafiz Seyid Bəğavi “Hidayə fi təxrici Əhadis əl-Bidayə”, 6/172-də Atiyyə haqqında kəlama qarşı deyir ki: “onun (Atiyyənin) tədlisi ancaq əl-Kəlbidən rəvayət edilmişdir”

Mahmud Səid Məmduh, “Rəfaə münazara”, səhifə 147

Başqa sözlə bu iddia əl-Kəlbinin yalanından başqa bir şey deyil.

Fudeyl b. Mərzuq (فُضيلِ بن مرزُوقٍ): Hədisimizin üçüncü ravisidir, əhli-sünnə qaynaqlarında özündən hədis rəvayət edilmiş və əhli-sünnənin böyük rical alimləri onun etibarlılığını təsdiqləmişdirlər. Şeyximiz Təbəsi (r.ə) sünni qaynaqlarda özlərindən hədis rəvayət edilmiş olan Şiə ravilərin bioqrafiyasını ehtiva edən kitabında onun haqqında bu məlumatları verir:

وقال المثنى بن معاذ العنبري، عن أبيه قال: سألت سفيان الثوري عنه فقال: ثقة
وقال الهيثم بن جميل: كان من أئمة الهدى زهدا وفضلا
ibni Muaz Mənbəri atasından belə rəvayət etmişdir: Süfyan əs-Səvridən onun haqqında soruşdum, (o) da dedi ki: “siqa (güvənilən) dır”
və ibni Cəmil dedi ki: “o hidayət imamı, zahid və fəzilətli biri idi.”

رواياته في الكتب الستة
صحيح مسلم، وسنن أبي داود، والترمذي، وابن ماجة
Müslim, Əbu Davud, Tirmizi və ibni Macə ondan rəvayət etmişdirlər.

Şeyx Təbəsi (r.ə), “Ricaluş-Şiə fi əsanid əs-Sünnə”, səhifə 341, 101-ci ravi

“Səhihi Müslim”də Fudeyl b. Məzruq sənədi ilə gələn bir hədis:

وحدثني أبو كريب محمد بن العلاء حدثنا أبو أسامة حدثنا فضيل بن مرزوق حدثني عدي بن ثابت عن أبي حازم عن أبي هريرة قال قال رسول الله صلى الله عليه وسلم أيها الناس إن الله طيب لا يقبل إلا طيبا وإن الله أمر المؤمنين بما أمر به المرسلين فقال يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا إني بما تعملون عليم وقال يا أيها الذين آمنوا كلوا من طيبات ما رزقناكم ثم ذكر الرجل يطيل السفر أشعث أغبر يمد يديه إلى السماء يا رب يا رب ومطعمه حرام ومشربه حرام وملبسه حرام وغذي بالحرام فأنى يستجاب لذلك
mənə Əbu Kureyb Məhəmməd b. Aladan rəvayət etdi (dedi ki): bizə Fudeyl b. Merzuq rəvayət etdi (dedi ki): mənə Adiyy b. Sabit, Əbu Həzzimdən, o da Əbu Hüreyrədən rəvayət etdi: Rəsulullah (s. a. a) dedi ki: “Ey İnsanlar! Şübhəsiz ki Allah, Tayyibdir, Tayyibdən başqa bir şey qəbul etməz. Allah, möminlərə də Rəsullara əmr etdiyi şeyləri əmr edərək: “Ey Rəsullar! Halal olan şeylərdən yeyin və saleh əməllər edin. Çünki mən, sizin etdiklərinizi çox yaxşı bilərəm”, “Ey iman edənlər! Sizə verdiyimiz ruzilərin halal olanlarından yeyin.” buyurmuşdur.” sonra Rəsulullah (s. a. a) bunları söylədi: “Bir kimsə uzun səfərə çıxar, saçları dağılmış, toza torpağa bulanmış bir halda əllərini səmaya uzadaraq: “Ya Rəbbi, ya Rəbbi!” deyə dua edər, halbuki yediyi haram, içdiyi haram, geydiyi haram özü haramla bəslənmiş olsa beləsinin duası necə qəbul edilə bilər?»

Müslim, “əs-Səhih”, Zəkat kitabı, hədis 1015

Yuxarıda təvəssül haqqında yazdığı kitabından qeydlər etdiyimiz sufi mühəddis Mahmud Səid Məmduh bu ravi haqqında belə deyir:

أما عن فضيل بن مرزوق فهو من رجال مسلم في صحيحه ووثقه جماعة من الأئمة منهم
amma Fudeyl b. Mərzuqa geldiyimiz zaman, o Müslimin “Səhih”indəki şəxslərdəndəndir və imamlardan camaat onu təvsiq etmişdirlər. Onlardan bəziləri:

العجلي في ثقاته (ص 384) فقال: جائز الحديث ثقة. ووثقه السفيانان ابن عيينة والثوري
وقال ابن عدي في الكامل (6 / 2045): ولفضيل أحاديث حسان وأرجو أنه لا بأس به
وقال أحمد بن حنبل كما في الجرح (7 / 75): لا أعلم إلا خيرا
وقال الحافظ الكبير الهيثم بن جميل: كان من أئمة الهدى زهدا وفضلا
ووثقه ابن شاهين بإدخاله في الثقات ص 185
وكذا ابن حبان فذكره في (7 / 316) من الثقات
أما إمام الجرح والتعديل يحيى بن معين فقد نقل عنه خمسة من أصحابه توثيقه لفضيل بن مرزوق فقال عثمان بن سعيد الدارمي عنه: لا بأس به. وقال عباس الدوري عنه: ثقة. وقال عبد الخالق بن منصور عنه: صالح الحديث. وقال ابن محرز عنه: صويلح. أما أحمد بن زهير بن أبي خيثمة فمرة قال: ثقة، ومرة قال: ضعيف
əl-İcli “Siqat”ında dedi ki: “hədisləri caizdir, siqa (güvənilən) dır və Süfyan b. Uyeynə ilə Süfyan əs-Səvri onu təvsiq etmişdir”
ibni Adi “Kamil” kitabında dedi ki: “Fudeylin hədisləri həsəndir və onda problem yoxdur”
Əhməd b. Hənbəl dedi ki: “onun haqqında xeyrdən başqa bir şey bilmirəm”
və böyük hafiz ibni Cəmil dedi ki: “o hidayət imamı, zahid və fəzilətli biri idi”
və ibni Şahin onu “əs-Siqat” (“Etibarlılar“) kitabına daxil etmişdir.
və eyni şəkildə ibni Hibban onu “əs-Siqat” kitabında zikr etmişdir.
amma Cərh və tədil imamı Yəhya b. Mainə gəlincə, səhabələrimizdən 5 adam ondan Fudeyl b. Məzruqun təvsiqini qeyd etmişdir. Osman b. Səid əd-Darimi Yəhya b. Maindən dedi ki: “onda (Fudeyl b. Məzruqda) problem yoxdur” və Abbas ed-Duri Yəhya b. Maindən dedi ki: “siqa (güvenilən) dır” və ibni Mənsur Yəhya b. Maindən dedi ki: “salihul hədisdir” və ibni Məhraz Yəhya b. Maindən dedi ki: “salehdir” və ibni Əbu Heysəmə bir dəfə Yəhya b. Maindən “siqa (etibarlı)”, bir dəfə isə “zəif” demişdir.

Mahmud Səid Məmduh, “Rəfaə münazara”, səh. 135-136

daha sonra Memduh səhifə 137dən 143ə qədər Fudeyl b. Mezruku cerh edənlərin (ibni Hibban, Nəsəs(n)i, Əbu Xatəm və b.) cavablarını geniş şəkildə verməkdədir. baxın: Mahmud Səid Məmduh, “Rəfaə münazara”, səh. 137-143

İndi isə Fudeyl və Atiyyə haqqındakı cərh hökmlərinin səhvli olduğunu sufi mühəddis Mahmud Səid Məmduhun “Rəfaə münazara” kitabından təqdim edirik:

الأول: قال الحاكم في ” سؤالات مسعود السجزي ” له: فضيل ابن مرزوق ليس من شرط الصحيح فعيب على مسلم بإخراجه في الصحيح. ا ه‍ قلت: هذا في نظر الحاكم وليس في نظر مسلم بن الحجاج، وقول مسلم مقدم على قول الحاكم في هذا الفن.
ثم إن كلام الحاكم لا يدل على الجرح في شئ، وكم عاب الحاكم على الشيخين إخراجهما لحديث بعض الناس في صحيحيهما فلم يلتفت إلى قوله كما تجد ذلك مبسوطا في كتب المصطلح، على أن الحاكم صحح لفضيل بن مرزوق في المستدرك
Hakim “Sualat Məsud əs-Səcəzi” kitabında dedi: “Fudeyl b. Mərzuq “əs-Səhih”in şərtinə uyğun deyil və Müslimin “əs-Səhih”də ondan təxric etməsi bir ayıbdır” mən (Məmduh) deyirəm ki: “bu Hakimin öz fikiridir, Müslimin deyil. Və Müslimin ifadəsi bu elmdə Hakimin ifadəsindən daha üstündür. Sonra Hakimin (Fudeyl b. Merzuq) haqqındakı kəlamı cərh haqqında heç bir şeyə dəlalət etməz…. Hakimin özü “Müstədrək” kitabında Fudeyl b. Merzuq hədisini səhih saymışdır.”

الثاني: أبو حاتم الرازي حيث قال (7 / 75 الجرح): صدوق صالح الحديث يهم كثيرا يكتب حديثه، قال ابن أبي حاتم: يحتج به، قال: لا
قلت: لا يخفى تشدد أبي حاتم الرازي في الجرح حتى قال عنه الحافظ الذهبي – وهو من أهل الاستقراء التام في الرجال كما قال عنه الحافظ ابن حجر – في ” سير أعلام النبلاء ” (13 / 81) يعجبني كثيرا كلام أبي زرعة في الجرح والتعديل يبين عليه الورع والمخبرة بخلاف رفيقه أبي حاتم فإنه جراح. ا ه‍ وقال الذهبي في ” السير ” أيضا (13 / 260): إذا وثق أبو حاتم رجلا فتمسك بقوله فإنه لا يوثق إلا رجلا صحيح الحديث، وإذا لين رجلا أو قال: لا يحتج به فتوقف حتى ترى ما قال غيره فيه، فإن وثقه أحد فلا تبن على تجريح أبي حاتم
Əbu Xatəm ər-Razi “Cərh və Tədil”, 7/75-də (Fudeyl b. Merzuq haqqında) dedi ki: “sadiqdir, hədisləri salehdir” oğlu ibni Əbu Xatəm “onunla ihticac (sözilə hökm) edilərmi?” dediyində “xeyr” demişdir. Mən (Məmduh) deyirəm: “Əbu Xatəm ər-Razinin cərhdə şiddətli olduğu gizli deyil. Hətta hafiz əz-Zəhəbi “Siyər”, 13/260-da deyir: “Əgər Əbu Xatəm bir adamı təvsiq etsə ona sarıl, çünki o səhih hədis sahibi olanlardan başqasını təvsiq etməz. Amma əgər bir raviyi zəiflətsə və ya “onunla ihticac edilməz” desə o zaman dayan! Və başqalarının o ravi haqqında nə dediyinə bax, əgər biri o ravini təvsiq etsə Əbu Xatəmə tabe olma”

أما قول النسائي ” ضعيف ” فإنه من الجرح المبهم غير المفسر فيرد في مقابل التعديل الذي ورد في حق فضيل بن مرزوق عن عدد من الأئمة الحفاظ الذين تقدم ذكرهم.
مثال الجرح المبهم المردود قول الحافظ في مقدمة الفتح (ص 437) في ترجمة محمد بن بشار البصري:
ضعفه عمرو بن علي الفلاس ولم يذكر سبب ذلك فما عرجوا على جرحه
amma Nəsainin (Fudeyl b. Merzuq haqqındakı) “zəifdir” ifadəsinə gəlincə, bu bəlli olmayan bir cərhtir və müfəssər deyil, tədil qarşısında rədd edilir və təqdim etdiyimiz kimi hafiz imamlar Fudeyl b. Mərzuqu təvsiq etmişdirlər. Bəlli olmayan cərhə nümunə olaraq hafiz ibni Hacərin “Fəthül-Bari” müqəddiməsi, səhifə 437-də, Məhəmməd b. Bişir əl-Bəsri haqqında dediklərini təqdim edirik. (ibni Hacər deyir ki) “Əmr b. Əli onun zəif olduğunu söyləmiş və səbəbini zikr etməmişdir buna görə (onun) cərhindən dönülməlidir”

Mahmud Səid Məmduh, “Rəfaə münazara”, səh. 137-140

Daha sonra Məmduh ibni Hibbanın Fudeyl b. Mərzuq haqqındakı etirazlarını cavablandırmaqda və son olaraq əz-Zəhəbinin Fudeyl b. Merzuqun hədisləri haqqındakı hökmünü qeyd etməkdədir:

الذهبي في (سير أعلام النبلاء) (7 / 342) فقال: ما ذكره في الضعفاء البخاري ولا العقيلي ولا الدولابي وحديثه (أي فضيل بن مرزوق) في عداد الحسن
əz-Zəhəbi “Siyər”, 7/342-də dedi: “Buxari, Uqayli və Dəvləbi onu zəif saymamışdırlar və (Fudeyl b. Merzuqun) hədisləri həsəndir”

Mahmud Səid Məmduh, “Rəfaə münazara”, səh. 142-143

nəticə olaraq, şəxsən nasibi rical elmi qaydalarına görə Fudeyl b. Merzuq haqqındakı cərh hökmləri səhvli və dəyərsizdir. Onun hədisləri həsəndir.

Bura qədər sufi mühəddis Məmduhun şəxsən nasibi hədis və rical elminə görə hər iki ravi haqqındakı cərh hökmlərinin səhvli və dəyərsiz olduğunu sübut edildiyini gördük. Amma fərz edilsə ki, bu iki ravi haqqında bu cərh hökmləri doğru olmuş olsun, o zaman nə olar? Nasibi rical və hədis elminə görə hədis zəif olarmı? Əlbəttə xeyr. Çünki nasibi rical və hədis elminə görə ravi haqqında ixtilaf olsa o hədis zəif deyil, həsən olar. Necə ki, bunu onların böyük hədis və rical alimləri olan ibni Hacər, Zərkəşi, Əli əl-Qari, Heysəmi, əl-Əlbani və digərləri bəyan etmişdirlər. Nümunə olaraq Heysəminin ixtilaflı bir ravi haqqındakı hökmünü təqdim edirik:

رواه أحمد وفيه عبدالله بن محمد بن عقيل وهو سيء الحفظ قال الترمذي صدوق وقد تكلم فيه بعض أهل العلم من قبل حفظه وسمعت محمد بن إسماعيل يعني البخاري يقول كان أحمد بن حنبل وإسحق بن إبراهيم والحميدي يحتجون بحديث ابن عقيل قلت فالحديث حسن والله أعلم
Əhməd rəvayət etmişdir və sənədində Abdullah b. Məhəmməd b. Aqil vardır ki, onun yaddaş problemi var idi. Tirmizi onun üçün deyir ki: “sadiqdir və bəzi elm əhli onun yaddaşı mövzusunda danışmışdırlar. Və Buxarinin belə dediyini eşitdim: Əhməd b. Hənbəl, İshaq b. İbrahim və Humeydi ibni Aqilin hədislərini rəvayət etmişdirlər” mən (Heysəmi) deyirəm: “bu hədis həsəndir, Vallahu aləm”

əl-Heysəmi, “Məcməuz-Zəvaid”, 1/260-261

Əlavə olaraq, yuxarıda Atiyye əl-Uvfi haqqında məlumat verərkən ibni Xuzeymə, Busayri, ibni Hacər, İraqi və Dutminin Fudeyl b. Məzruq -> Atiyye əl-Uvfi -> Əbu Səid əl-Xudri (r.ə) isnadı ilə gələn hədisi təsdiqlədiklərini gördük. Yəni bu alimlər nəzdində Fudeyl b. Məzruq da siqa (etibarlı) və sadiqdir.

Səid b. Xusim əl-Hilali (سعِيدُ بن خُثيمٍ): Hədisimizin sonuncu ravisidir, əhli-sünnə nəzdində etibarlı bir ravidir. Şeyximiz Təbəsi (r.ə) sünni qaynaqlarda özlərindən hədis rəvayət edilmiş olan Şiə ravilərin bioqrafiyasını ehtiva edən kitabında onun haqqında bu məlumatları verir:

قال ابن حجر: صدوق
وقال أبو زرعة: ليس به بأس
وذكره ابن حبان في الثقات
ibni Hacər dedi ki: “Sadiqdir”
Əbu Zura dedi ki: “onda problem yoxdur”
və ibni Hibban (onu) “əs-Siqat (etibarlılar)” kitabında zikr etmişdir.

رواياته في الكتب الستة
سنن الترمذي
Tirmizi ondan rəvayət etmişdir.

Şeyx Təbəsi (r.ə), “Ricaluş-Şiə fi əsanid əs-Sünnə”, səhifə 139, 41-ci ravi

3. İsra surəsinin Məkki olması məsələi: Hörmətli bacı və qardaşlarımız, bu ayənin təfsiri haqqında sünni qaynaqlarından təqdim etmiş olduğumuz Əbu Səid əl-Xudri (r.ə) hədisi üçün etiraz edilə bilər ki,
“Bu hadisənin baş verməsi mümkün deyil. Çünki İsra surəsi Hicrətdən əvvəl, yəni Məkkədə enmişdir. Lakin Xeybər Hicrətdən 7 il sonra fəth edilmiş və Fədək bağları da o zaman ələ keçirilmişdir. Yəni, bu halda İsra 26 nazil olduğu zaman Həzrəti Peyğəmbərin (s) Həzrəti Fatiməni (s.ə) çağırması və Fədəyi ona verməsi imkansızdır. Çünki İsra surəsi Fədəyin fəthindən illər əvvəl nazil olmuşdur. Bu səbəblə də hədis zəifdir.”

Cavab: İsra surəsinin Məkki olduğu doğrudur, lakin bir surənin Məkki (və ya Mədəni) olmasının mənası onun bütün ayələrinin Məkki (və ya Mədəni) olduğu demək deyil. Bir çox Məkki surədə Mədəni ayə və eyni şəkildə Mədəni surədə Məkki ayə var ki, bu xüsus Quran elmləri və təfsir haqqında azca məlumata sahib olan hər kəsə məlumdur. Biz indi burada sözümüzə dəlil olaraq şəxsən nasibinin özünün dəlil olaraq təqdim etdiyi təfsir alimi Qurtubinin öz təfsirində söylədiklərini təqdim edəcəyik. Qurtubi İsra surəsinin təfsirində deyir:

تفسير سورة الإسراء
İsra surəsinin təfsiri

هذه السورة مكية ، إلا ثلاث آيات : قوله – عز وجل – وإن كادوا ليستفزونك حين جاء رسول الله – صلى الله عليه وسلم – وفد ثقيف ، وحين قالت اليهود : ليست هذه بأرض الأنبياء . وقوله – عز وجل – : وقل رب أدخلني مدخل صدق وأخرجني مخرج صدق وقوله – تعالى – إن ربك أحاط بالناس الآية . وقال مقاتل : وقوله – عز وجل – إن الذين أوتوا العلم من قبله الآية
Bu surə, üç ayə müstəsna Məkkədə enmişdir: Birincisi “Yaxında səni bu yerdən çıxarmaq üçün mütləq narahat edəcəklər.” (76-cı ayə) buyruğu olub Rəsulullah (s) a, Səqif heyəti gəlib yəhudilər: “Bura peyğəmbərlərin gəldikləri diyar deyil”, dedikləri vaxt enmişdi. İkincisi uca Allahın: “De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart…” (80-ci ayə) buyruğudur. Üçüncüsü isə: “Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir…” (60-cı ayə) ayəsidir. Muqatil deyir ki; “Uca Allahın: “…Çünki bundan əvvəl özlərinə elm verilmiş olanlara…” buyruğu da Mədinədə enmişdir.

Qurtubi, “Camiul-Əhkam”, 10/185

Göründüyü kimi, Qurtubi ayənin Məkki olduğunu söyləməkdədir. Amma özü 3 ayəni, Muqatilin isə 4-cü bir ayəni daha müstəsna tutduğunu söyləməkdədir. Yəni, ümumiyyətlə Məkki bir surədə Mədəni ayənin və eyni zamanda bunun tam əksinin, yəni Mədəni bir surədə Məkki ayənin olması mümkündür. Bu halda, səhih bir sənəd ilə ayənin Mədinədə endiyi rəvayət edilsə, bu surənin eniş yerinə zidd deyil, əksinə o ayənin Mədəni olduğu mövzusunda höccətdir.

4. Əgər deyilsə ki, “Mədinədə nüzul olunduğunu söylənən ayələr içərisində İsra 26 olmamaqdadır. Necə ki, ibni Kəsr öz təfsirində bu mövzunu ifadə etmiş və demişdir ki:

Hədis müşküldür. Çünki ayə Məkkədə enmişdir. Fədək isə, ancaq hicrətin yeddinci ilində Xeybərlə birlikdə fəth edilmişdir. Elə isə bu iki hadisənin birlikdə baş verməsi necə mümkün olar? “

(ibni Kəsr, “Təfsiri isra 26”)

ibni Kəsr bu ayənin Məkkədə nazil olduğunu ifadə etmişdir və iddia yersizdir. Ayə Məkki bir ayədir və Nəzərdə tutulan hadisədən illər əvvəl nazil olmuşdur. Yəni Qurtubinin söylədiyi 3 ayənin içərisində İsra 26 yoxdur və ibni Kəsr bu ayənin Məkkədə endiyini bildirmişdir.”

Cavab: Zatən Qurtubinin sözləri qeyd edilərkən “Qurtubi İsra surəsinin 26-cı ayəsinin də Mədəni olduğunu söyləyir” deyilməmişdir ki, cavab olaraq “Çünki, Mədinədə nazil olduğunu söylədiyi ayələrdə İsra 26 olmamaqdadır.” sözləri sual edilə. Zatən Qurtubinin bu ayənin Məkki və ya Mədəni olmasından danışdığı söylənməmişdir. Və ya onun “bu bu ayələr Mədənidir” sözü də o ayələrin Mədəni olması mövzusunda höccət olaraq təqdim edilməmişdir. Lakin Qurtubinin sözlərinin qeyd edilməsində məqsəd azacıq da olsa təfsir və Quran elmlərindən xəbərdar olan hər kəsin bildiyi bir xüsusa işarə etmək idi. Və o xüsus budur ki, bir surənin Məkki olması onun bütün ayələrinin Məkki olduğu demək deyil. Bu xüsusun sübutuna dair Qurtubidən dəlil gətirildi, yəni ümumi bir qanuna işarə edildi. Məxsusi olaraq “bu-bu ayələr Mədənidir” deyilmədi və Qurtubinin sözünü də o ayələrin Mədəni olmasında höccət olaraq qeyd edilmədi. Yəni deyilənin xülasəsi budur ki, bir surənin Məkki olması onun bütün ayələrinin Mədəni olması demək deyil və buna görə də “İsra surəsi Məkkidir, ona görə 26-cı ayənin Fədək haqqında nazil olması mümkünsüzdür” etirazı etibarsızdır. Və necə ki, Qurtubi “bu surə Məkkidir, amma bu ayələr istisnadır” deyir. Biz də eyni şəkildə nassa söykənərək 26-cı ayənin də Mədəni ayələrdən olduğunu söyləyirik. Bu nass isə həm Şiə və həm də sünni qaynaqlı səhih sənədlə gələn hədislərdir. “Səhihi Buxari”dən bir hədisə nəzər salsaq görərik ki, Buxari “Səhih”ində İsra surəsi 85-ci ayəsinin təfsirində belə deyir:

حدثنا عمر بن حفص بن غياث حدثنا أبي حدثنا الأعمش قال حدثني إبراهيم عن علقمة عن عبد الله رضي الله عنه قال بينا أنا مع النبي صلى الله عليه وسلم في حرث وهو متكئ على عسيب إذ مر اليهود فقال بعضهم لبعض سلوه عن الروح فقال ما رأيكم إليه وقال بعضهم لا يستقبلكم بشيء تكرهونه فقالوا سلوه فسألوه عن الروح فأمسك النبي صلى الله عليه وسلم فلم يرد عليهم شيئا فعلمت أنه يوحى إليه فقمت مقامي فلما نزل الوحي قال ويسألونك عن الروح قل الروح من أمر ربي وما أوتيتم من العلم إلا قليلا
…Abdullah b. Məsud (r.ə) dedi ki: mən Nəbi (s.a.a)nın maiyyetinde Mədinə tarlalarında gedirdim. Nəbi (s. a. a) də xurma budağından bir dəyənəyə söykənmişdi. O sırada bir neçə Yəhudi rast gəldi, bəzisi bəzisinə “Bu ruhdan soruşun”, dedi. Digər bəzisi də “bu sizə yaxşılıq gətirməz” dedi. bəzisi də: “Sizi xoşlanmayacağınız bir şeylə qarşılamasın” dedi. Sonda Ondan soruşun dedilər, Nəbi (s.a.a)dan ruhdan soruşdular. Nəbi (s. a. a) özüsünü saxladı, onlara heç bir cavab vermədi. Mən Ona vəhy endirilməkdə olduğunu bildim və olduğum yerdə dikildim. Vəhy enincə dedi ki: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir” (İsra 85)

Buxari, “əs-Səhih”, 3/252-253, Təfsir kitabı, hədis 4721

Göründüyü kimi, Buxarinin ibni Məsud (r.ə)-dən rəvayət etdiyi hədisə görə İsra surəsi 85-ci ayə Mədinədə enmişdir, amma Qurtubi İsra surəsində olan Mədəni ayələri sayarkən İsra surəsi 85-ci ayəni zikr etməmişdir.

Vəlhəmdulillahi rabbil-aləmin

Bir şərh yazın