Məsumların (ə.s) əlindən başqasının əlini öpmək


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İndiki vaxtda tez-tez rastlaşdığımız məqamlardan biri də bəzi qardaşlarımızın alimlərin əllərini öpmələridir. Məlum olduğu üzrə bəzi müctəhidlər də bu işi caiz bilirlər. Bəs İslam şəriəti bu mövzuda nə deyir? Həqiqətən də bu iş caizdirmi? Yoxsa qadağan edilib? İnşəAllah bu yazıda mövzu haqqındakı hədisləri sizlərlə paylaşacağıq.

ikmal-kuleyni1el-opmek-kuleyni1

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul-İslam (İslamın etibarı) Kuleyni (r.ə)-in “əl-Kafi” kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن رفاعة بن موسى، عن أبي عبدالله (عليه السلام) قال: لا يقبل رأس أحد ولايده إلا [يد] رسول الله (صلى الله عليه وآله) أو من اريد به رسول الله (صلى الله عليه وآله).
Əli b. İbrahim mənə atasından, o ibni Əbi Umeyrdən, o Ərəfə b. Musadan, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-dən rəvayət etdi, dedi ki: «Rəsulullah (s) və ya özü ilə Rəsulullah (s) qəsd edilən birindən başqa heç kimin əli və başı öpülməz.»

علي، عن أبيه، عن ابن أبي عمير، عن زيد النرسي، عن علي بن مزيد صاحب السابري قال: دخلت على أبي عبدالله (عليه السلام) فتناولت يده فقبلتها، فقا ل: أما إنها لاتصلح إلا لنبي أو وصي نبي.
Əli mənə atasından, o ibni Əbi Umeyrdən, o Zeyd ən-Nərsidən, o da Sahibus Səbri Əli b. Məziddən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-in yanına getdim, əlini tutdum və öpdüm. İmam (ə.s) dedi ki: «Bu nəbi və ya nəbinin vəsisi xaricində heç kim üçün səhih (doğru) deyil.»

Kuleyni (r.ə), “əl-Kafi”, 2/115, İman və Küfr kitabı, bab 80, hədis 2 və 3

Bu hədislərin hər ikisi səhihdir. İlk hədisə gəlincə, onun bütün raviləri siqa (etibarlı), imami və isnadı da müttəsil (kəsilməz)-dir. İkinci hədisə gəlincə, Əli b. Məzid adlı ravi xaric bütün ravilər siqa (güvənilən)-dır. Əli b. Məzid isə məchul biridir. Ancaq hədis yenə də səhihdir! Çünki bu hədisi ibni Əbu Umeyr rəvayət etmişdir və o icma səhabələrindəndir. Rical alimlərindən Kəşşi (r.ə) bu mövzuda deyir:

أجمع أصحابنا : على تصحيح ما يصح عن هؤلاء و تصديقهم، و أقروا لهم بالفقه و العلم و هم ستة نفر آخر دون الستة نفر الذين ذكرناهم في أصحاب أبي عبد الله (عليه السلام) ، منهم يونس بن عبد الرحمن، و صفوان بن يحيى بياع السابري، و محمد بن أبي عمير، و عبد الله بن المغيرة، و الحسن بن محبوب، و أحمد بن محمد بن أبي نصر، و قال بعضهم مكان الحسن بن محبوب الحسن بن علي بن فضال و فضالة بن أيوب، و قال بعضهم مكان ابن فضال عثمان بن عيسى، و أفقه هؤلاء يونس بن عبد الرحمن و صفوان بن يحيى
Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-ın səhabələrindən zikr etdiyimiz 6 adamdan başqa, səhabələrimiz bu 6 adamdan da səhih olaraq rəvayət edilənlərin səhih olduğunu və onlardan gələn (xəbər) ləri təsdiq etməkdə, onların fiqhi bildiklərinə və alim olduqlarına icma etmişdir: Yunus b. Əbdürrəhman, Savfan b. Yəhya, Məhəmməd b. Əbu Umeyr, Abdullah b. Muğirə, Həsən b. Məhbub, Əhməd b. Məhəmməd b. Əbu Nəsr.

Kəşşi (r.ə), “Rical”, 6/556, №1050

Hədislərin mətninə gəlincə, ilk hədisdə “Rəsulullah (s) və ya özü ilə Rəsulullah (s) qəsd edilən biri” ifadəsi var. Bəziləri burada “özü ilə Rəsulullah (s) qəsd edilən biri” sözünün alimləri də əhatə etdiyini iddia edə bilərlər, onlara veriləcək cavab alim ilə Rəsulullah (s)-ın qəsd edilə bilməyəcəyidir. Əlavə olaraq onsuz da ikinci hədis bu işi ancaq nəbilər və vəsilərlə məhdudlaşdırmaqdadır. Şeyx Saleh əl-Mazandarani (r.ə) də “əl-Kafi” şərhində bu hədislər haqqında deyir:

قوله (أو من أريد به رسول الله (صلى الله عليه وآله)) أريد به الوصي وسيصرح به في الخبر التالي
İmam (ə.s)-in “özü ilə Rasullah (s)-ın qəsd edildiyi kimsə” sözünün mənası: Burada vəsi qəsd edilmişdir. Və bu ikinci hədisdə də açıqca bildirilmişdir.

قوله (أما إنها لا تصلح إلا لنبي أو وصي نبي) ظاهره عدم جواز قبلة اليد لغيرهما.
İmam (ə.s)-ın “bu nəbi və ya nəbinin vəsisi xaricində heç kim üçün səhih (doğru) deyil.” sözünün mənası: zahirə görə onlardan başqasının əlini öpməyə icazə verilməmişdir.

Şeyx Saleh əl-Mazandarani (r.ə), “Şərhi Usulul-Kafi”, 9/65

Vəlhəmdulillahi Rabbil-aləmin.

Advertisements

Məsumların (ə.s) əlindən başqasının əlini öpmək” üçün 2 cavab

    • Dediyiniz şey olar. Bəzi ayətullahlar deyir ki, alimin də əlini öpmək olar. Bu məsələdə yanaşmalar fərqlidir. Siz ən yaxşısı bu məsələdə öz müctəhidinizin rəyinə əməl edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma