İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Qurani-Şərif və Peyğəmbər sünnəsi (s) işığında Əhli Beytin (ə) vilayətini, İslam gerçəklərini təqdim etməyə davam edirik. Bu günkü işimiz İsra surəsinin 26-cı ayəsinin təfsiri və Fədək mövzusu üzərində olacaq. Allah (cc) bu ayədə buyurur ki:

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ
Qohuma, yoxsula, yolda qalmışa haqqını ver.

İsra surəsi 26-cı ayə

Bu ayədə “qohum” sözü ilə məqsəd Əhli Beyt (ə), onlara verilməsi əmr edilən haqq isə Fədəkdir və ayənin nazil olmasından sonra Nəbi (s) Hz. Fatiməni (s.ə) çağıraraq Fədəyi ona vermişdir. Ayənin təfsiri ilə əlaqədar olaraq Şiə qaynaqlarında Əhli Beyt imamlarından və səhabədən, Sünni qaynaqlarında isə səhabələrdən səhih hədislər rəvayət edilmişdir. Biz indi sırası ilə həm Şiə, həm də Sünni qaynaqlarından bu hədislərdən bəzilərini sizə təqdim edəcəyik.

Oxumağa davam et

Hz. Hüseyn (ə.s)-a məktub yazıb dəvət edənlər müsəlman (şiə) idilər ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Son zamanlar nasibilərin Kərbəla hadisəsi ilə bağlı olaraq ortaya atdıqları şübhələrdən biri də imam Hüseyn (ə.s)-a məktub yazan və sonra onu (ə.s) köməksiz qoyan, hətta Əməvi ordusuna qoşularaq onunla savaşmağa gedən Kufəlilərin müsəlman (şiə) olduğu iddiasıdır. Kərbəla hadisəsi, bu hadisənin necə baş verdiyi, imam Hüseyn (ə.s)-ı şəhid edənlərin kimlər olduğu qəti olaraq tanınan tarixi bir həqiqətdir. Amma nasibilərin həyasızlıqda sərhəd tanımayan bir tayfa olduqlarından belə iddia onlardan sadir ola bilir.

Ortaya atılan bu iddiaya cavab olaraq bir iş hazırlamaq istəyirdim, amma alhak.org saytında Kitab Bila Ünvan niki ilə yazan qardaşımızın bu barədə inandırıcı və geniş iş apardığını gördüyüm üçün öz əldə etdiyim məlumatlarla onun paylaşdığı məlumatları çevirib bir məqalə kimi bölüşməyi qərara aldım. Dolayısı ilə, burada paylaştığım iş alhak.org saytında yazan Kitab Bila Ünvan niki ilə yazan qardaş ilə mənim tədqiqatlarım toplusudur. Kitab Bila Ünvan niki ilə yazan qardaşın işinin orijinalı bu linkdə: http://www.alhak.org/vb/showthread.php?t33186
İnşəallah işi 3 hissə şəklində paylaşacağam. İlk hissədə Kufə xalqının kimliyi; İkinci hissədə imam Hüseyn (ə.s)-a məktub yazmalarının səbəbi; Üçüncü hissədə isə müsəlmanların (şiələrin) harada olduğunu və nə üçün imam (ə.s)-a kömək etmədikləri haqqında məlumat verəcəyik. Oxumağa davam et

Osman b. Əffanın qatilləri kimlərdir?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Əziz qardaşlarımız, əhli sünnə və nasibilərin öz mənbələrindən sənədlər işığında həqiqətləri çatdırmağa, sizlərlə bölüşməyə davam edirik. Bu gün üzərində dayanacağımız, mənbələr işığında və yalnız səhih sənədlə tədqiq edəcəyimiz mövzu Osman b. Əffanın öldürülməsi və qatillərinin kimlər olmasıdır. Sözü çox uzatmadan mövzumuza keçirik.

1. Osman b. Əffanın qatilləri səhabə və tabeini rəhbərliyi etdiyi möminlərdir: İlk əvvəl Osman b. Əffanın qatillərinin kimlərdən ibarət olduğu haqqında ümumi məlumat veririk. Osmanı öldürmək üçün toplanan camaat kimlərdən ibarət idi? Bu sualımızı şəxsən Osman b. Əffan özü cavab verir:

katli-osman-ibni-kesir katli-osman-ibni-kesir1 katli-osman-ibni-kesir2

Şəkildə gördüyünüz sünni tarix, təfsir və hədis alimi ibn Kəsirin “əl-Bidayə vən-Nihayə” adlı kitabıdır. İşarə etdiyim yerdə bu ifadələr var:

Oxumağa davam et

İmam Əli ər-Rza (ə.s)-in ziyarətinin fəziləti haqqında hədislər


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İslam dinində israrla vurğulanan məqamlardan biri də nəbi, peyğəmbər və imamlar (ə.s)-ın ziyarətidir. Məsumlar (ə.s)-ın qəbirlərini ziyarət etmək üzərində çox durulan, hədislərdə önəm verilən məsələlərdən biridir. Məsumlar (ə.s)-ın ziyarəti haqqında rəvayət edilən bu hədislərdən bəziləri belədir:

ziyaret-saduk1 ziyaret-saduk2 ziyaret-saduk3 ziyaret-saduk4

Şəkildə gördüyünüz Şeyx Səduq (r.ə)-ın “Uyunu Əxbar ər-Rza (ə.s)” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var: Oxumağa davam et

Hz. Hüseyn (ə.s)-ı şəhid edən nasibi imamları (səhabə və tabeinlər)


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Kərbəla hadisəsi Rəsulullah (s.) və Əhli Beyti (ə.a)-ın bağlıları (şiələr = müsəlmanlar) üçün tarixin ən acı hadisələrindən biri və zülmə qarşı müqavimət göstərmə dərsidir. Bu, tarixi bir hadisədir amma bunun əqidəvi bir çox mövzuya da təsiri vardır. Bu hadisə olduğu zaman səssiz qalan və bu cinayəti törədənləri özləri üçün əmir, xəlifə və s. kimi görən insanlar özlərini 2 od arasında qalmış kimi gördükləri üçün bu hadisəni “tarixi bir hadisədir”, “Yezid bir insandır, günahının cəzası özünə aiddir, bu məsələdə bizə söz düşməz” deyərək canını qurtarmağa çalışırlar. Belə bir yanaşma isə eynilə bəzilərinin Həzrət Yəhya (ə.)-ı şəhid edən şəxslər üçün “tarixi hadisədir” deməsi kimi batildir. Bəli, doğrudur, bu, tarixi bir hadisədir və hər kəsin törətdiyi əməlin savabı və cəzası özünə aiddir, amma bizim bu məsələdə mövqeyimiz necə olmalıdır? Məhz tarixi bir mövzunun əqidəyə təsiri olan hissə tam da budur. Biz öz əməllərimiz ilə məsul olduğumuz kimi, nəbi, rəsul və vəsilər ə.ın düşmənləri və qatilləri haqqındakı mövqe də bizim cavabdeh olduğumuz məqamdır. Görəsən müsəlman olduğunu idda edən birinin Həzrət Zəkəriyyə, Həzrət Yəhya və ya başqa bir peyğəmbər qatilləri haqqındakı mövqeyi necə olmalıdır? Bu qatillərin kafir olduqlarına inanmaq, onlardan təbərra etmək (uzaqlaşmaq), yoxsa “biz bu məsələdə cavabdeh deyilik” deməkdir?

Oxumağa davam et

İmam Hüseyn (ə.s.) və Ömər ibn Xəttabın krallığı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… əvvəlki yazılarımızda da söylədyimiz kimi nasibilər və sünnilər nəzdində Əhli-Beyt imamları (ə.s) ilə xəlifələrinin arasının yaxşı olduğu, hətta imam Əli (ə.s)-in Əbu Bəkir və Ömərin şexxulislamlığını etdiyi kimi əsassız inanclar vardır. Şübhəsiz ki, bütün bunlar yalan və böhtandır və bunun sənədini həm Şiə və həm də Sünni mənbələri eyni təqdim ediblər. Biz inşaallah bu günkü işimizdə Əhli-Beyt imamlarından imam Hüseyn (ə.s)-in bu mövzudakı mövqeyini sünnilərin öz qaynaqlarından səhih hədislərlə təqdim edəcəyik.  şəkildə gördüyünüz əhli-sünnənin hədis və tarix alimi olan ibni Əsakir əş-Şafeinin “Tarixi Mədinə ət-Diməşq” adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

Oxumağa davam et

Hz. Fatimə (s.ə.)-nin məzarı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Əfəndimiz (s)-nın vəfatından 75 gün sonra biricik qızı, dünya və cənnət qadınlarının seyyidəsi, imamlar anası olan Hz. Fatimə (s.ə) şəhid olmuşdur. Çox kədərli bir vəziyyətdir ki, müsəlmanların böyük bir hissəsi Hz. Fatimə (s.ə)-nin məzarının yerini belə bilməməkdədir. Biz inşəallah bu işimizdə Şiə və Sünni qaynaqlarından səhih sənədlərlə Əhli Beyt imamlarından (ə.s) bu mövzuda rəvayət edilmiş olan hədisləri təqdim edəciyik.

1. Şiə qaynaqlı hədislər: Şiə üləmasından Himyəri, Kuleyni, Səduq və Tusi başda olmaq üzrə bir çox mühəddis bu mövzu haqqında müxtəlif sənədlərlə imamlardan (ə.s) hədislər rəvayət etmişdirlər. İmam Əli ər-Rza, imam Əli ən-Nəqi və imam Həsən əl-Əsgəri (ə.s)-in səhabələrindən olan Abdullah ibn Cəfər əl-Himyəri (r.ə) bu mövzuda “Qurb əl-İsnad” adlı kitabında belə rəvayət edir:

Oxumağa davam et

İmam Əli (ə) xilafəti rədd etdimi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin İslam tarixi və əqidəsinə qarşı ortaya atdığı şübhələrdən biri də Hz. Əlinin (ə) guya xilafəti istəmədiyi, rədd etdiyi iddiasıdır. İddalarına görə guya Osman ibn Əffanın öldürülməsindən sonra xalq imam Əliyə (ə) beyət etmək istədikləri zaman imam (ə) beyəti rədd etmişdir və bu iddalarınıda əsaslandırmaq üçün Seyyid Rəzinin (r.ə) “Nəhcul Bəlağə” kitabından bir xütbəni göstərməktədirlər. Biz inşaAllah əvvəlcə “Nəhcul Bəlağə”-dən xütbənin əslini sizlərə çatdıracaq, daha sonra isə onun sənədini, qaynağını və səhihliyini araşdıracağıq.

Seyyid Rəzi (r.ə) “Nəhcul Bəlağə”-nin xütbələr bölümündə imam Əlinin (ə) Osmanın öldürülməsindən sonra ona beyət etmək istəyənlərə belə bir xütbə ilə irad bildirdiyini rəvayət etmişdir: Oxumağa davam et

Əbu Bəkirin Fədəyi qəsb etməsi və bu mövzuda Hz. Fatimə (s.ə) ilə mübahisə.


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazılarımızda Nəbi (s) Allah c.c əmri ilə Fədəyi Hz. Fatimə (s.ə) verdiyini və Hz. Əli (ə) xəlifə olduğu zaman niyə Fədəyi  geri almadığını sizinlə paylaşmışdıq. İnşaAllah bu yazımızda isə Əbu Bəkrin rəhbərliyi ələ keçirdikdən sonra Fədəyi necə qəsb etdiyini və bu barədə Hz. Fatimə (s.ə) ilə olan mübahisələrini sizlərə təqdim edəcəyik.

şiə qaynaqlı hədislər: Kuleyni, Tusi və Müfid başda olmaq üzrə şiə hədis və tarixçiləri bu mövzu haqqında müxtəlif sənədlərlə hədis rəvayət etmişdir.

fedek-tartismasi-kuleyni fedek-tartismasi-kuleyni1 fedek-tartismasi-kuleyni2

Oxumağa davam et

Osman ibn Əffan niyə öldürüldü?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra … keçən yazımızda muxaliflərin birbaşa öz mənbələrindən təqdim etdiyimiz sənədlər işığında 3-cü Qureyş kralı Osman b. Əffanın səhabə və tabeinlərin liderliyini etdiyi mömin müsəlmanlar tərəfindən öldürüldüyünü ortaya qoymuşduq. Bu yazımızda isə inşəAllah Osman b. Əffanın qətlinə nəyin səbəb olduğunu araşdıracağıq. Görəsən həqiqətən Əməvi mollası Seyf b. Ömərin iddia etdiyi kimi Osman b. Əddana qarşı insanları ibni Səba mı ayaqlandırırdı?

 sebeb-katli-osman-nesai sebeb-katli-osman-nesai1sebeb-katli-osman-nesai2

Şəkildə gördüyünüz əhli sünnə alimi, kutubi sittə imamlarından Nəsainin “Xəsais” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

Oxumağa davam et