İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Qurani-Şərif və Peyğəmbər sünnəsi (s) işığında Əhli Beytin (ə) vilayətini, İslam gerçəklərini təqdim etməyə davam edirik. Bu günkü işimiz İsra surəsinin 26-cı ayəsinin təfsiri və Fədək mövzusu üzərində olacaq. Allah (cc) bu ayədə buyurur ki:

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ
Qohuma, yoxsula, yolda qalmışa haqqını ver.

İsra surəsi 26-cı ayə

Bu ayədə “qohum” sözü ilə məqsəd Əhli Beyt (ə), onlara verilməsi əmr edilən haqq isə Fədəkdir və ayənin nazil olmasından sonra Nəbi (s) Hz. Fatiməni (s.ə) çağıraraq Fədəyi ona vermişdir. Ayənin təfsiri ilə əlaqədar olaraq Şiə qaynaqlarında Əhli Beyt imamlarından və səhabədən, Sünni qaynaqlarında isə səhabələrdən səhih hədislər rəvayət edilmişdir. Biz indi sırası ilə həm Şiə, həm də Sünni qaynaqlarından bu hədislərdən bəzilərini sizə təqdim edəcəyik.

Oxumağa davam et