Məsumların (ə.s) əlindən başqasının əlini öpmək


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İndiki vaxtda tez-tez rastlaşdığımız məqamlardan biri də bəzi qardaşlarımızın alimlərin əllərini öpmələridir. Məlum olduğu üzrə bəzi müctəhidlər də bu işi caiz bilirlər. Bəs İslam şəriəti bu mövzuda nə deyir? Həqiqətən də bu iş caizdirmi? Yoxsa qadağan edilib? İnşəAllah bu yazıda mövzu haqqındakı hədisləri sizlərlə paylaşacağıq.

ikmal-kuleyni1el-opmek-kuleyni1

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul-İslam (İslamın etibarı) Kuleyni (r.ə)-in “əl-Kafi” kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

Oxumağa davam et

“Ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir” sözü hədis deyil, sufi uydurmasıdır.


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İnsanlar arasında hədis olaraq bilinən və məşhur olan sözlərdən biri də Nəbi (s)-ə nisbət edilən “ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir” sözüdür. Halbuki bu söz nə İslami (Şiə) və nə də sünni olsun, heç bir hədis kitabında rəvayət edilməmiş, sonradan ortaya çıxmış bir sözdür. Bunun heç bir mənbəyi və sənədi mövcud deyil. Bundan ötəri həm İslam (Şiə) alimləri və həm də sünni alimlər bu sözün uydurma olduğunu bəyan etmişdirlər. İndi həm şiə və həm də sünni alimlərin bu rəvayət haqqındakı sözlərini sizlərlə paylaşacağıq.

Oxumağa davam et

Seyyid Mürtəza (r.ə)-in “əş-Şafii” kitabından Əbu Bəkr və Ömər haqqında olan şübhəyə cavab


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Çoxdandır ki, ərəb nasibilərinin forumlarında Əbu Bəkir və Ömərin “fəziləti” haqqında şiə kitablarından “dəlillər” paylaşılır. əslində isə bu paylaşımlar hər zamanki kimi nasibilərin kəsib-doğrama əməliyyatından başqa bir şey deyil. bu gün face-də bəzilərinin bu “dəlillər”i bizim dilə tərcümə edib paylaşdığını, qardaşlarını sevindirdiyini gördüm. ona görə də bu dəlillərə cavab yazmağın lazım olduğunu düşünərək bu yazını hazırladım. nasibilərin iddiasını aşağıdaki şəkildə görə bilərsiniz.

Oxumağa davam et

“Ey rəblər Rəbbi, ey ilahlar İlahı” hədisi haqqındakı şübhəyə cavab


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilər şiə mənbələrində olan bəzi hədisləri sitat gətirib bəzi iddialar irəli sürürlər. Biz bu məqaləmizdə inşəAllah həmin iddialara cavab verməyə çalışacağıq.

“əl-Kafi” kitabında Tövhidə zidd olan şirk:

Əbu Abdullah dedi ki: Səcdə halında olduğun zaman da ki: “ey rəbblər Rəbbi, ey ilahlar İlahı” (əl-Kafi, 2/412)

Nuri (r.ə)-in kitablarından birinin adının “Fəslul-xitab fi təhrifi Kitabi-Rəbbil-Mütəxəssis” olması səbəbilə də belə iddia irəli sürürlər:

Bu lənətlənmiş, həm Allahın kitabının təhrif edildiyini isbat etməyə çalışır, həm də Allahı Rəblərin Rəbbi olaraq təyin edərək şirkə qaçır. Allah aləmlərin tək Rəbbidir.

Oxumağa davam et