Məsumların (ə.s) əlindən başqasının əlini öpmək


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İndiki vaxtda tez-tez rastlaşdığımız məqamlardan biri də bəzi qardaşlarımızın alimlərin əllərini öpmələridir. Məlum olduğu üzrə bəzi müctəhidlər də bu işi caiz bilirlər. Bəs İslam şəriəti bu mövzuda nə deyir? Həqiqətən də bu iş caizdirmi? Yoxsa qadağan edilib? İnşəAllah bu yazıda mövzu haqqındakı hədisləri sizlərlə paylaşacağıq.

ikmal-kuleyni1el-opmek-kuleyni1

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul-İslam (İslamın etibarı) Kuleyni (r.ə)-in “əl-Kafi” kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

Oxumağa davam et

“Ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir” sözü hədis deyil, sufi uydurmasıdır.


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İnsanlar arasında hədis olaraq bilinən və məşhur olan sözlərdən biri də Nəbi (s)-ə nisbət edilən “ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir” sözüdür. Halbuki bu söz nə İslami (Şiə) və nə də sünni olsun, heç bir hədis kitabında rəvayət edilməmiş, sonradan ortaya çıxmış bir sözdür. Bunun heç bir mənbəyi və sənədi mövcud deyil. Bundan ötəri həm İslam (Şiə) alimləri və həm də sünni alimlər bu sözün uydurma olduğunu bəyan etmişdirlər. İndi həm şiə və həm də sünni alimlərin bu rəvayət haqqındakı sözlərini sizlərlə paylaşacağıq.

Oxumağa davam et

Seyyid Mürtəza (r.ə)-in “əş-Şafii” kitabından Əbu Bəkr və Ömər haqqında olan şübhəyə cavab


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Çoxdandır ki, ərəb nasibilərinin forumlarında Əbu Bəkir və Ömərin “fəziləti” haqqında şiə kitablarından “dəlillər” paylaşılır. əslində isə bu paylaşımlar hər zamanki kimi nasibilərin kəsib-doğrama əməliyyatından başqa bir şey deyil. bu gün face-də bəzilərinin bu “dəlillər”i bizim dilə tərcümə edib paylaşdığını, qardaşlarını sevindirdiyini gördüm. ona görə də bu dəlillərə cavab yazmağın lazım olduğunu düşünərək bu yazını hazırladım. nasibilərin iddiasını aşağıdaki şəkildə görə bilərsiniz.

Oxumağa davam et

“Ey rəblər Rəbbi, ey ilahlar İlahı” hədisi haqqındakı şübhəyə cavab


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilər şiə mənbələrində olan bəzi hədisləri sitat gətirib bəzi iddialar irəli sürürlər. Biz bu məqaləmizdə inşəAllah həmin iddialara cavab verməyə çalışacağıq.

“əl-Kafi” kitabında Tövhidə zidd olan şirk:

Əbu Abdullah dedi ki: Səcdə halında olduğun zaman da ki: “ey rəbblər Rəbbi, ey ilahlar İlahı” (əl-Kafi, 2/412)

Nuri (r.ə)-in kitablarından birinin adının “Fəslul-xitab fi təhrifi Kitabi-Rəbbil-Mütəxəssis” olması səbəbilə də belə iddia irəli sürürlər:

Bu lənətlənmiş, həm Allahın kitabının təhrif edildiyini isbat etməyə çalışır, həm də Allahı Rəblərin Rəbbi olaraq təyin edərək şirkə qaçır. Allah aləmlərin tək Rəbbidir.

Oxumağa davam et

İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Qurani-Şərif və Peyğəmbər sünnəsi (s) işığında Əhli Beytin (ə) vilayətini, İslam gerçəklərini təqdim etməyə davam edirik. Bu günkü işimiz İsra surəsinin 26-cı ayəsinin təfsiri və Fədək mövzusu üzərində olacaq. Allah (cc) bu ayədə buyurur ki:

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ
Qohuma, yoxsula, yolda qalmışa haqqını ver.

İsra surəsi 26-cı ayə

Bu ayədə “qohum” sözü ilə məqsəd Əhli Beyt (ə), onlara verilməsi əmr edilən haqq isə Fədəkdir və ayənin nazil olmasından sonra Nəbi (s) Hz. Fatiməni (s.ə) çağıraraq Fədəyi ona vermişdir. Ayənin təfsiri ilə əlaqədar olaraq Şiə qaynaqlarında Əhli Beyt imamlarından və səhabədən, Sünni qaynaqlarında isə səhabələrdən səhih hədislər rəvayət edilmişdir. Biz indi sırası ilə həm Şiə, həm də Sünni qaynaqlarından bu hədislərdən bəzilərini sizə təqdim edəcəyik.

Oxumağa davam et

İmamların (ə.s) məsumiyyəti


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi müsəlmanların nəbi, rəsul və vəsilər (ə.s) haqqındakı inanclarından biri də onların məsum olduqları yönündədir. Əlbəttə, digər məsələlərdə olduğu kimi, bu inancın da dəlili Qurani Kərim və Peyğəmbər sünnəsi (s)-dır. Kitabı Şərifdən bu məsələ haqqındakı dəlil Təthir ayəsi dediyimiz Əhzab surəsinin 33-cü ayəsidir. Ayənin təfsiri və dəlaləti haqqında məlumat üçün linkə baxa bilərsiniz: Təthir ayəsi

İmamlar (ə.s)-ın məsumiyyəti inancına dair Peyğəmbər sünnəsi (s.)-dən dəlilə gəlincə, bu Rəsulullah (s.), Əhli-Beyt imamları (ə.s) və səhabələr (r.ə) tərəfindən rəvayət edilmiş olan mütəvatir hədislərdir. İnşəallah biz bu çalışmamızda hədislərdən bəzilərini sizlərlə bölüşəcəyik.

Oxumağa davam et

İmamların (ə.s) ictihad etdikləri və ictihadlarında bir-birinə müxalif olmaları haqqında şübhə və cavabı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bəzi insanlar aşağıdakı 2 hədisi yazaraq iddia edirlər ki, güya 2 imam ictihad edib və ictihadlarında ixtilaf ediblər.

Şiə şeyxi Kuleyninin məşhur kitabı “əl-Kafi” (cild 2 səhifə 87)–də belə bir hədis var:

علي بن إبراهيم ، عن أبيه ، عن ابن أبي عمير ، عن حفص بن البختري وغيره عن أبي عبد الله ( عليه السلام ) قال : اجتهدت في العبادة وأنا شاب ، فقال لي أبي : يا بني دون ما أراك تصنع ، فإن الله عز وجل إذا أحب عبدا رضي عنه باليسير
Əli bin İbrahim atasından,o İbni Əbu Umeyrden,o Həfs ibn əl-Buxturi və başqalarından, onlar da Əbu Abdullahdan (ə.s): “Mən gənc olduğum zaman ibadət ictihadlarını çox edirdim. Bu səbəbdən atam (İmam əl-Baqir (ə.s)) mənə dedi ki: “ey Oğlum, bunu etmə. Əgər Allah bəndəsini sevirsə onun bir az etdiyindən belə razı qalacaqdır”

əl-Məclisi dedi ki: “Həsən kimi Səhih” Miratul-Uqul 8/110.
əl-Behbudi dedi ki: Səhih əl-Kafi 1/77.
əl-Nəcəfi əl-Məvsuah: “Bu hədis səhihdir” 1/390.

Oxumağa davam et