“Ey rəblər Rəbbi, ey ilahlar İlahı” hədisi haqqındakı şübhəyə cavab


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilər şiə mənbələrində olan bəzi hədisləri sitat gətirib bəzi iddialar irəli sürürlər. Biz bu məqaləmizdə inşəAllah həmin iddialara cavab verməyə çalışacağıq.

“əl-Kafi” kitabında Tövhidə zidd olan şirk:

Əbu Abdullah dedi ki: Səcdə halında olduğun zaman da ki: “ey rəbblər Rəbbi, ey ilahlar İlahı” (əl-Kafi, 2/412)

Nuri (r.ə)-in kitablarından birinin adının “Fəslul-xitab fi təhrifi Kitabi-Rəbbil-Mütəxəssis” olması səbəbilə də belə iddia irəli sürürlər:

Bu lənətlənmiş, həm Allahın kitabının təhrif edildiyini isbat etməyə çalışır, həm də Allahı Rəblərin Rəbbi olaraq təyin edərək şirkə qaçır. Allah aləmlərin tək Rəbbidir.

Şübhənin cavabı: Bu şübhə daha əvvəl ərəbcə forumlarda nasibilər tərəfindən ortaya atılmış və alkafi.net saytında yazan Cabirul Muhəmmədi qardaşımız tərəfindən cavablandırılmışdır. Biz də burada Cabirul Muhəmmədi qardaşımızın verdiyi cavabı tərcümə edib paylaşacağıq. Cabirul Muhəmmədi qardaşın yazısının əsli: http://www.alkafi.net/vb/showthread.php?t=245

Nasibilərin iddialarına dəlil olaraq gətirdikləri hədisi Kuleyni (r.ə) “əl-Kafi” kitabında belə rəvayət etməkdədir:

علي بن إبراهيم، عن أبيه، عن عمروبن عثمان، عن علي بن عيسى، عن عمه قال: قلت له: علمني دعاء أدعو به لوجع أصابني؟ قال: قل وأنت ساجد: ” ياالله يا رحمن [يا رحيم] يا رب الارباب وإله الآلهة ويا ملك الملوك ويا سيد السادة اشفني بشفائك من كل داء وسقم فإني عبدك أتقلب في قبضتك “.
Əli b. İbrahim mənə atasından, o Əmr b. Osmandan, o Əli b. İsadan, o da əmisindən rəvayət etdi, dedi ki: Ona (imam Cəfər əs-Sadiq (ə.s))-a dedim ki: “mənə bir dua öyrət ki, bir yerim ağrıdığı zaman o duanı oxuyum.” İmam (ə.s) dedi ki: «Səcdə halında belə de: “Ey Allah! Ey Rəhman! Ey Rəhim! Ey rəbblərin Rəbbi! Ey ilahların İlahı! Ey hökmdarların Hökmdarı! Ey seyidlərin Seyidi! Şəfanla hər cür xəstəliyə və ağrıya qarşı mənə şəfa ver. Çünki mən sənin qulunam və sənin ətəyindəyəm, məni dolandıran sənsən.”»

Kuleyni (r.ə), “əl-Kafi”, 2/566, Dua kitabı, bab 56, hədis 11

Göründüyü kimi burada Allah (azzə və cəllə) haqqında “rəbblərin Rəbbi və ilahların İlahı” deyilməkdədir. Lakin bunun mənası nasibilərin iddia etdiyi kimi müsəlmanlar (şiələr) nəzdində -haşa- bir çox Rəbb və İlahın olduğu demək deyil. İnşəallah indi hər iki ifadə haqqında şərh verəcəyik.

“Rəbblər Rəbbi” sözü məlum olduğu kimi Rəbb sözü lüğətdə əfəndi, müəllim və s. kimi mənalara gəlməkdədir. Bu mövzuda Hz. Əbdülmüttəlibin “mən o dəvələrin rəbbi (sahibi)yəm, Kəbənin də bir rəbbi (sahibi) var, sizin qarşınızı alacaq” sözünü nümunə verə bilərik. Eyni şəkildə Hz. Yusif (ə.s)-in, həbsdən çıxacaq olan yoldaşına söylədiyi “məni Rəbbinin yanında an” sözü də bu dediyimizə dəlildir. Allah (azzə və cəllə) Yusif surəsinin 42-ci ayəsində buyurulur ki:

وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِّنْهُمَا اذْكُرْنِي عِندَ رَبِّكَ فَأَنسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ
(Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Rəbbinin yanında məni yada sal!” Lakin şeytan ona (Yusifin) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.

Yusif surəsi 42-ci ayə

Göründüyü kimi Hz. Yusuf (ə.s) yoldaşına “məni Rəbbinin yanında an” deyir. Bunun mənası haşa Hz. Yusif (ə.s)-in Misir hökmdarını Rəbb olaraq gördüyü müdür? Qətiyyən xeyr, Hz. Yusuf (ə.s)-in sözündə keçən Rəbb sözünün mənası sahibin, əfəndin deməkdədir. Yəni məni sahibinin, əfəndinin yanında an. Həmçinin hədisdə keçən “ey rəbblər Rəbbi” ifadəsindən də məqsəd “ey əfəndilər əfəndisi”, “ey tərbiyəçilərin tərbiyəçisi” və buna bənzər başqa mənalardır.

“İlahlar İlahı” sözünə gəlincə, burada “ilahlar” ilə qəsd edilən başqaları tərəfindən ilah olaraq qəbul edilən şeylərdir. Yəni Allah hər şeyin, başqaları tərəfindən ilah olaraq qəbul edilən şeylərin də ilahıdır.

Bu duada keçən “ey rəbblər Rəbbi, ey ilahların İlahı” sözləri “Səhifəni Səccadiyyə” kitabında bir duada da keçməkdədir. Kitabı şərh edən Seyid Məhəmməd əş-Şirazi bu sözlər haqqında deyir:

(يارب الارباب ) الرب يطلق على كل مرب وصاحب ،يقال للمعلم : رب ولصاحب الشيئ: رب الشيئ وهكذا ، والله تعالى مربي كل اؤلئك الارباب (واله كل مألوه ) أي : كل ما يعبده الناس كالاصنام وما اشبه ،فإن الله تعالى إله كل ذلك وعبادة الناس لها باطلة
“ey rəbblər Rəbbi” sözünün mənası: Rəbb sözü lüğətdə mürəbbi və sahib mənasında istifadə edilir. Müəllimə rəbb deyildiyi kimi, bir şeyin sahibinə də rəbb deyilir. Allah Təala da bütün bu rəbblərin mürəbbisidir. “Hər ilah sayılanın İlahıdır.” sözünün mənası: Yəni insanların tapındıqları büt və bənzəri bütün şeylərin də ilahıdır. Allah Təala bütün bunların ilahıdır. İnsanların da bu bütlərə və bənzəri şeylərə ibadətləri də batildir.

Seyid Məhəmməd əş-Şirazi, “Şərhi-Səhifə əs-Səccadiyyə”, səhifə 210, 47-ci duanın şərhi

Bura qədər lüğət və ayələr ilə hədisdə keçən “ey rəbblər Rəbbi, ey ilahlar İlahı” sözlərinin mənasını verdik və hədisin mənasının nasibilərin iddia etdikləri kimi olmadığını ortaya qoyduq. İndi isə nasibilərin öz mənbələrindən bu mövzuda bir hədis və alimlərindən birinin bu mövzudakı sözlərini sizlərlə paylaşacağıq.

rabbler-buhari rabbler-buhari1

Şəkildə gördüyünüz nasibi alimlərindən Buxarinin “əs-Səhih” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا أبو معمر حدثنا عبد الوارث حدثنا أيوب حدثنا عكرمة عن ابن عباس رضي الله عنهما قال إن رسول الله صلى الله عليه وسلم لما قدم أبى أن يدخل البيت وفيه الآلهة فأمر بها فأخرجت فأخرجوا صورة إبراهيم وإسماعيل في أيديهما الأزلام فقال رسول الله صلى الله عليه وسلم قاتلهم الله أما والله لقد علموا أنهما لم يستقسما بها قط فدخل البيت فكبر في نواحيه ولم يصل فيه
Mənə Əbu Mamər rəvayət etdi, dedi ki: mənə Əbdülvaris rəvayət etdi, dedi ki: İkrimə mənə ibni Abbas (r.ə)dən rəvayət etdi, dedi ki: Rəsulullah (Fəth günü Məkkəyə) gəldiyi zaman Kəbəyə girməkdən çəkindi. Çünki Kəbənin içində ilahlar vardı. Rəsulullah bunların çıxarılmasını əmr etdi və çıxarıldılar. Səhabələr, İbrahim və İsmayıl (ə.s)-in əllərində fal qələmləri olduğu halda edilmiş surətlərini də çölə çıxardılar. Rəsulullah (s): “Allah bunları edənləri həlak etsin! Diqqət yetirin! Andla söyləyirəm; bu bütpərəstlər, bu iki peyğəmbərin heç vaxt belə fal oxlarıyla ruzi axtarmadıqlarını bilmişlər” buyurdu. Daha sonra Beytə girdi və Beytin hər tərəfində təkbir gətirdi; lakin Beytdə namaz qılmadı.

Buxari, “əs-Səhih”, 1/493, Həcc kitabı, bab 54, hədis 1601

Hədisdən açıqca göründüyü kimi ibni Abbas (r.ə) Kəbənin içində olan bütlər haqqında ilahlar deməkdədir. Görəsən bunun mənası ibni Abbas (r.ə)-nin o bütləri ilah bildiyidirmi? Görəsən bu sözlərdən ötəri nasibilər ibni Abbas (r.ə)-nin də müşrik olduğunu mu iddia edəcəklər?

Nasibilərin təfsir alimlərindən Fəxri ər-Razi bu mövzuda deyir:

والوجه الثاني في التأويل أن نقول قوله : ( هذا ربي ) معناه هذا ربي في زعمكم واعتقادكم ، ونظيره أن يقول الموجد للمجسم على سبيل الاستهزاء : إن إلهه جسم محدود أي في زعمه واعتقاده قال تعالى : ( وانظر إلى إلهك الذي ظلت عليه عاكفا ) [ طه : 97 ] وقال تعالى : ( ويوم يناديهم فيقول أين شركائي ) [ القصص : 62 ] وكان صلوات الله تعالى عليه يقول : “يا إله الآلهة” . والمراد أنه تعالى إله الآلهة في زعمهم
Deyirik ki: Hz. İbrahim (ə.s)-in, “Bu, mənim Rəbbim” sözü, “Bu, sizin inancınıza və iddianıza görə mənim Rəbbim” mənasını verir. Bunun bir bənzəri də, tövhid əhli olan bir kimsənin, bir mücəssiməyə, istehza ilə “Onun ilahı, məhdud bir cisimdir” deməsidir. Bu, “Onun iddia və inancına görə belədir” mənasındadır. Necə ki, Cənabı-Haqq, “üstünə düşüb tapındığın tanrına bax…” (Taha, 97) və “O gün (Allah) onlara, “Hanı batil zənn ilə iddia edib dayandığınız ortaqlarınız hardadır?” deyə nida edəcək” (Qəsəs, 62) buyurmuşdur. Hz. Peyğəmbər (s) də, “ey ilahlar İlahı” deyərdi ki, bundan məqsədi, “O müşrik və kafirlərin iddiasına görə ilah olanların ilahı” mənasıdır.

Fəxri ər-Razi, “Təfsiri Kəbir”, 6/346, Ənam surəsi 76-79-cu ayələrin təfsiri

Vəlhəmdulillahi Rabbil aləmin.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma