Osman b. Əffanın qatilləri kimlərdir?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Əziz qardaşlarımız, əhli sünnə və nasibilərin öz mənbələrindən sənədlər işığında həqiqətləri çatdırmağa, sizlərlə bölüşməyə davam edirik. Bu gün üzərində dayanacağımız, mənbələr işığında və yalnız səhih sənədlə tədqiq edəcəyimiz mövzu Osman b. Əffanın öldürülməsi və qatillərinin kimlər olmasıdır. Sözü çox uzatmadan mövzumuza keçirik.

1. Osman b. Əffanın qatilləri səhabə və tabeini rəhbərliyi etdiyi möminlərdir: İlk əvvəl Osman b. Əffanın qatillərinin kimlərdən ibarət olduğu haqqında ümumi məlumat veririk. Osmanı öldürmək üçün toplanan camaat kimlərdən ibarət idi? Bu sualımızı şəxsən Osman b. Əffan özü cavab verir:

katli-osman-ibni-kesir katli-osman-ibni-kesir1 katli-osman-ibni-kesir2

Şəkildə gördüyünüz sünni tarix, təfsir və hədis alimi ibn Kəsirin “əl-Bidayə vən-Nihayə” adlı kitabıdır. İşarə etdiyim yerdə bu ifadələr var:

قال الإمام أحمد‏:‏ حدثنا إسحاق بن سليمان، سمعت معاوية بن سلم أن سلمة يذكر عن مطرف، عن نافع، عن ابن عمر‏:‏ أن عثمان أشرف على أصحابه، وهو محصور، فقال‏:‏ على مَ تقتلونني‏؟ فإني سمعت رسول الله صلى الله عليه وسلم يقول‏:‏ ‏(‏‏(‏لا يحل دم امرئ إلا بإحدى ثلاث‏:‏ رجل زنى بعد إحصانه فعليه الرجم، أو قتل عمداً فعليه القتل، أو ارتد بعد إسلامه فعليه القتل‏)‏‏)‏، فوالله ما زنيت في جاهلية ولا إسلام، ولا قتلت أحداً فأقيد نفسي منه، ولا ارتددت منذ أسلمت، إني أشهد أن لا إله إلا الله وأن محمداً عبده رسوله
Əhməd b. Hənbəl dedi ki: Mənə İshaq b. Süleyman danışdı, dedi ki: Müaviyə b. Səlimin Matrifdən, onun Nafidən, onun da ibn Ömərdən zikr etdiyi bu hədisi eşitdim: Osman, mühasirədə ikən yoldaşlarına baxıb belə dedi: Məni niyə öldürəcəksiniz? Halbuki mən, Rəslullahın (s.)-ın belə buyurduğunu eşitdim: “Bir adamın qanı ancaq bu üç səbəbdən biri ilə halal olur: Bir adam ərə getdikdən sonra zina edərsə rəcim edilməsi lazımdır. Və ya birini qəsdən öldürsə, öldürülməsi lazımdır və ya İslma girdikdən sonra irtidad (dindən çıxmaq) etsə yenə öldürülməsi lazımdır”. Allaha and içirəm ki, mən nə cahiliyyə dövründə nə də Müsəlman olduqdan sonra zina etmiş deyiləm. Bir kimsə də öldürməmişəm ki, onun canına qarşılıq mənə qisas tətbiq edilsin. Müsəlman olduğumdan bəri də irtidad etmiş deyiləm. Allahdan başqa ilah olmadığına və Məhəmmədin də Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm”.

ورواه النسائي عن أحمد بن الأزهر عن إسحاق بن سليمان به
Nəsai bu hədisi Əhməd b. Əzhardan, o da İshaq b. Süleymandan rəvayət edir.

İbn Kəsir, “əl-Bidayə vən-Nihayə”, 7/200

Göründüyü kimi, ibn Kəsir hədisi Əhməd b. Hənbəldən deyibdir. Bizdə araşdırdıq və bu hədis Əhməd b. Hənbəlin “Müsnəd” kitabında 1/63-də tapdıq. Hədisdən sonra “Müsnədi Əhməd”- in mühəqqiqi Şeyx Şueyb əl-Ərnaut hədisin həsən olduğunu bəyan edib:

تعليق شعيب الأرنؤوط : حسن
Hədis həsən

Əhməd b. Hənbəl, “Müsnəd”, 1/63, hədis 452  (1/502, hədis 452)

Bir başqa əhli sünnə tarixçisi ibn Əbdurrabih isə bunları söyləyir:

وقال أبو الحسن: أقبل أهلُ مصر عليهم عبدُ الرحمن بن عُديس البَلويّ، وأهلُ البصرة عليهم حَكيم بن جَبلة العَبدي، وأهل الكوفة عليهم الأشتر – واسمه مالك بن الحارث النّخعي – في أمر عُثمان حتى قَدِموا المدينة
Əbül Həsən belə dedi: “Misir xalqı Əbdürrəhman b. Udeys əl-Bəlavi, Bəsrə xalqı Hukeym b. Cəbələ əl-Abdi, Kufə xalqı isə əl-Əştər liderliyində Osmanı Mədinədə mühasirəyə aldılar”.

İbn Əbdurrabih, “əl-İqidul-Fərid”, 2/92  (5/44)

İbn Əbdurrabihin burada zikr etdiyi liderlərdən Əbdürrəhman b. Udeys səhabə (irəlidə onun haqqında danışacağıq), Hukeym b. Cəbələ və əl-Əştər isə tabeindəndir, əl-Əştər eyni zamanda imam Əli (ə.s)-ın sağ qolu və komandiridir.

Əhməd b. Hənbəl və ibn Əbdurrabihin verdiyi məlumatlar işığında Osman b. Əffanı öldürənlərin liderliyini səhabə və tabeinlərin etdiyini görürük. Bəs, Osmanı öldürmək üçün ittifaq edən bu səhabə və tabeinlər birilərinin iddia etdiyi kimi kafir, fasiq və ya azğın idi? Çox rahatlıqla buna “xeyr” deyə cavab verə bilərik. Çünki əvvəla, Əməvilər və bəzi imam Əli (ə.s) müxalifləri xaric kimsə Osman qatillərini günahlandırmamışlar, Əməvilər ilə imam Əli müxalifləri isə bunu sırf öz maraqları üçün bəhanə etmişdirlər. İkinci olaraq, bu səhabələrdən bəziləri Rizvan beyətində iştirak etmiş adamlardır, bəziləri də imam Əli (ə.s)-ın sağ qolu, köməkçiləridir. Son olaraq onsuz da Osman b. Əffan özü belə onu öldürənlərin Allah (c.c)-ın mömin bəndələri olduğunu özü bəyan edib.

katli-osman-ibni-sad katli-osman-ibni-sad1

Şəkildə gördüyünüz əhli sünnə tarixçilərindən ibn Sadın “Təbaqat” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

قال: أخبرنا روح بن عبادة قال: أخبرنا عثمان بن عتاب عن خالد الربعي قال: إن في كتاب الله المبارك أن عثمان بن عفان رافع يديه إلى الله يقول:يا رب قتلني عبادك المؤمنون
Mənə Ruh b. Übeydə xəbər verdi, dedi ki: Osman b. Utab mənə Xalid b. Rabidən xəbər verdi dedi ki: Allahın mübarək kitabı Osmanın önündə olduğu halda əllərini qaldıraraq belə dedi: “Ya Rəbbi! Mömin bəndələrin məni öldürdülər”

İbn Sad, “Təbaqat əl-Kubra”, 3/82

2. Osman b. Əffanı öldürən səhabələr kimlərdir: Ümumiyyətlə Osman b. Əffanın qatillərinin səhabələr (r.ə) olduğunu dedikdən və dəlilləndirdikdən sonra indi də bu səhabələrdən araşdırmamızda ortaya çıxara bildiklərimizi bölüşürük:

2-1. Səhabə Əmr b. əl-Hamk əl-Xüzayi (r.ə): Əmr b. Hamk əl-Xüzayi (r.ə) Osman b. Əffanı öldürən səhabələrdən biridir, özü səhabənin böyüklərindəndir və Əli (ə.s)-ın şiələrindəndir. İndi ilk olaraq Onun (r.ə) səhabə olduğunu əhli sünnə mənbələrindən dəlilləndirək. Nəsibi rical alimi ibn Hacər Əmr b. Hamkın bioqrafiyasında deyir ki:

عمرو ابن الحمق بفتح المهملة وكسر الميم بعدها قاف ابن كاهل ويقال الكاهن بالنون ابن حبيب الخزاعي صحابي سكن الكوفة ثم مصر قتل في خلافة معاوية س ق
Əmr b. Hamk b. Qahil və ibn Qahin olduğu da deyilmişdir. İbn Həbib əl-Xüzayi səhabədir, Misirdən sonra Kufədə yaşamışdır, Müaviyənin xəlifəliyi zamanı öldürülmüşdür.

İbn Hacər, “Təqrib ət-Təhzib”, 5017-ci ravi

Onun səhabə olduğunu əz-Zəhəbi, ibn Kəsir və başqa sünni hədis və rical alimləri də bəyan etmişdirlər, amma məsələnin uzanmaması üçün bu qədərini yetərli görürük.

Haqqında məlumat verdiyimiz bu səhabə (r.ə) Osman b. Əffanı öldürmək üçün toplananların liderlərindəndir. Nəsibi rical və alimlərindən olan ibn Hibban “əs-Siqat” kitabında bu barədə deyir ki:

katli-osman-ibni-hibban katli-osman-ibni-hibban1

Şəkildə gördüyünüz ibn Hibbanın “əs-Siqat” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

وقتل رجلا من المتظلمة فخرج من أهل مصر سبعمائة رجل فيهم أربعة من الرؤساء عبد الرحمن بن عديس البلوى وعمرو بن الحمق الخزاعي وكنانة بن بشر بن عتاب الكندي وسودان بن حمران المرادي
Osmana hücum edən Misirlilər 700 nəfərdilər və başlarında Əbdürrəhman b. Udeys əl-Bəlavi, Əmr b. Əl-Hamk əl-Xüzayi, Kinanə b. Bəşir b. İtab əl-Kindi və Sudan b. Himran əl-Muradi vardı.

İbn Hibban, “əs-Siqat”, 2/256

2-2. Əbdürrəhman b. Udeys əl-Bəlavi: Osman b. Əffanın qatillərinin liderlərindən biri də Əbdürrəhman b. Udeys əl-Bəlavidir, bu şəxs səhabədir və Rizvan beyətində iştirak etmişdir. Zəhəbi onun haqqında deyir ki:

katli-osman-zehebi katli-osman-zehebi1

Şəkildə gördüyünüz nasibilərin hədis, rical və tarix alimi Zəhəbinin “Tarixul-İslam” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

عبد الرحمن بن عديس أبو محمد البلوي، له صحبة، وبايع تحت الشجرة، وله رواية، سكن مصر، وكان ممن خرج على عثمان وسار إلى قتاله، نسأل الله العافية، ثم ظفر به معاوية فسجنه بفلسطين في جماعة، ثم هرب من السجن، فأدركوه بجبل لبنان فقتل، ولما أدركوه قال لمن قتله: ويحك اتق الله في دمي، فإني من أصحاب الشجرة، فقال: الشجر بالجبل كثير، وقتله.
Əbdürrəhman b. Udeys Əbu Məhəmməd əl-Bəlavi. Səhabədir, Ağac (Rizvan beyəti) altında beyət edənlərdəndir, rəvayəti vardır. Misirdə yaşamışdı, Osmanın əleyhinə çıxmış və onun qatillərindən olmuşdur. Allahdan sağlamlıq arzulayırıq. Sonra Müaviyə onu ələ keçirib Fələstində həbs etmişdi. Həbsdən qaçsa da onu Livan dağında ələ keçirərək qətlə yetirdilər. Ələ keçirildikdə öz qatilinə “Vay sənə! Allahdan qorx, qanımı tökmə! Mən ağac altında beyət edənlərdənəm” demişdi. Qatili də cavab olaraq “dağlarda o qədər ağac var ki” demiş və onu öldürmüşdü.

قال ابن يونس: كان رئيس الخيل التي سارت من مصر إلى عثمان.
وعن محمد بن يحيى الذهلي قال: لا يحل أن يحدث عنه بشيء، هو رأس الفتنة.
İbn Yunus dedi ki: “Misirdən Osman əleyhinə üsyan edənlərin rəisi idi“.
Məhəmməd b. Yəhya əz-Zühli dedi: “Ondan rəvayət etmək halal deyil ki, O fitnənin başıdır”.

Zəhəbi, “Tarixul-İslam”, 3/531-532

Yuxarıda Əmr b. Hamk əl-Xüzayi (r.ə) haqqında məlumat verərkən Əbdürrəhman b. Udeys haqqında ibn Hibbanın sözlərini də təqdim etmişdik. Bunu yuxarıda söylədiyimiz üçün yenidən ehtiyac görmürük.

2-3. Cəhcəh b. Səid əl-Qiffari (r.ə): Osman b. Əffanın əleyhinə üsyan edən və onun qətlinə dəstək verən səhabələrdəndi.

katli-osman-zehebi katli-osman-zehebi2katli-osman-zehebi3

Şəkildə gördüyünüz əhli sünnə alimi Zəhəbinin “Tarixul-İslam” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

جهجاه بن قيس وقيل بن سعيد الغفاري، مدني، له صحبة. شهد بيعة الرضوان
Cəhcəh b. Qeys və Səid əl-Qiffari də deyilmişdir, səhabədir, Rizvan beyətinə şahid olmuşdur.

وقال ابن عبد البر: هو الذي تناول العصا من يد عثمان رضي الله عنه وهو يخطب، فكسرها على ركبته، فوقعت فيها الآكلة، وكانت عصا رسول الله صلى الله عليه وسلم
İbn Əbdülbirr deyir ki: “Osman xütbə oxuyarkən, əlindəki əsanı alaraq onu Osmanın dizinə vuraraq qıran adam məhz bu Cəhcəh idi. Osmanın dizində qanqren yarası əmələ gəldi”.

Zəhəbi, “Tarixul-İslam”, 3/560-561

Həmçinin başqa əhli sünnə tarixçisi ibn Şöbə ən-Numeyri Cəhcəh b. Səid əl-Qiffari (r.ə)-ın Osmanın əleyhinə toplaşanlardan olması haqqında bu məlumatları verir:

حدثنا موسى بن إسماعيل قال ، حدثنا يوسف بن الماجشون قال ، أخبرني عقبة بن مسلم المدني : أن آخر خرجة خرجها عثمان يوم جمعة وعليه حلة حبرة مصفرا رأسه ولحيته بورس ، قال : فما خلص إلى المنبر حتى ظن أن لن يخلص ، فلما استوى على المنبر حصبه الناس ، وقام رجل من بني غفار يقال له الجهجاه (1) فقال : والله لنغربنك إلى جبل الدخان

Ukbə b. Müslim belə rəvayət etdi: Osman Cümə günü son dəfə evindən çıxdı, gözəl bir paltar geyinmişdi. Minbərə çatdı və onun üzərində dayandı. Bunun üzərinə insanlar onu daşladı və bəni Qiffar qəbiləsindən Cəhcəh [1] adlı biri belə dedi: “Vallah! Səni Duhan dağına sürəcəyik”

Hədisin bütün raviləri etibarlıdır. Müəllifimiz Cəhcəhın adından dərhal sonra [1] qeydini etmiş və daha sonra haşiyədə belə deyib:

(1) هو جهجاه بن مسعود بن سعد بن حرام بن غفار، شهد بيعة الرضوان
Bu Cəhcəh b. Məsud b. Səid b. Haram b. Qiffardır, Rizvan beyətinə şahid olmuşdur.

İbn Şöbə ən-Numeyri, “Tarixi-Mədinə”, 3/1111

2-4. Əmr b. Bədil əl-Xüzayi (r.ə): Osman b. Əffanın qatillərindən biri də bu səhabədir. İbn Əbdülbirr onun haqqında deyir ki:

عمرو بن بديل بن ورقاء الخزاعي قال الطبراني له صحبة وهو أحد من جاء مصر في أثر عثمان واستدركه بن فتحون
Əmr b. Bədil əl-Xüzayi, ət-Təbərani onun səhabə olduğunu və Misirdən Osmanı öldürmək üçün gələnlərdən olduğunu söyləmişdir.

İbn Əbdülbirr, “əl-İstiab”, 4/606, 5781-ci ravi

Digər əhli sünnə tarixçisi ibn Şöbə ən-Numeyri isə bu mövzuda bunları söyləyir:

حدثنا عفان قال : حدثنا أبو محصن قال : حدثنا حصين بن عبد الرحمن قال : حدثني جهيم قال : أنا شاهد ، دخل عليه عمرو بن بديل الخزاعي , والتجيبي يطعنه أحدهما بمشقص في أوداجه , وعلاه الآخر بالسيف فقتلوه
Cüheym rəvayət etdi: Mən Əmr b. Bədil əl-Xüzayi və Tuceybinin (ibn Udeys əl-Bəlavi) Osmanın yanına girdiklərini və bunlardan biri bir bıçaq ilə onu bıçaqladığına, digərinin isə qılınc ilə vurub onu öldürdüyünə şahid oldum.

İbn Şöbə ən-Numeyri, “Tarixi-Mədinə”, 4/1303

2-5. Əbul Həsən əl-Mazini: Digərləri kimi səhabə və Osman b. Əffan əleyhinə üsyan edib onu öldürənlərdəndir.

Şəkildə gördüyünüz sünni rical alimlərindən ibn Əbdülbirrin “əl-İstiab” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

أبو حسن المازني
له صحبة يقال إنه ممن شهد العقبة وبدرا
وأبو حسن هذا هو القائل لزيد بن ثابت حين قال يوم الدار : يا معشر الأنصار كونوا أنصار الله عز و جل مرتين فقال له أبو حسن : لا والله لا نطيعك فنكون كما قال الله تعالى : ” أطعنا سادتنا وكبراءنا فأضلونا السبيلا “
Əbul Həsən əl-Mazini, səhabədir, Əqəbə və Bədrə şahid olmuşdur. Osman mühasirə ediləndə Zeyd b. Sabit: “Ey Ənsar icması! Haydı, ikinci dəfə Allaha yardımçılar olun” deyə danışmış, O da ona: “Xeyr, Vallah sizə tabe olmayacağıq. Allah (c.c) “Ey Rəbbimiz! Biz rəhbərlərimizə və böyüklərimizə itaət etdik də bizi yoldan azdırdılar” “buyurmuşdur” deyə cavab verdi.

İbn Əbdülbirr, “əl-İstiab”, 1/520

2-6. Niyar b. İyad əl-Əsləmi (r.ə): Səhabədir və eyni zamanda Osmanı öldürənlərdəndir.

katli-osman-ibni-hacer

Şəkildə gördüyünüz əhli sünnə alimi ibn Hacərin “əl-İsabə” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var:

نيار بن عياض الأسلمي ذكره الطبري وقال كان من أصحاب رسول الله صلى الله عليه و سلم وهو ممن كلم عثمان في حصره وناشده الله وقتله بعض أتباع عثمان
Niyar b. İyad əl-Əsləmi, Təbəri zikr etmiş və belə demişdir: “Rəsulullah (s.)- ın əshabındandır. Osmanı öldürənlərdəndir”

İbn Hacər, “əl-İsabə”, 6/483, 8842-ci ravi

2-7. Kureyb b. Əbrəhə: Səhabədir, Osman b. Əffanı öldürmək üçün toplananlardandır. Nəsibi hədis və rical alimi ibn Hibban onun haqqında deyir ki:

كريب بن أبرهة الاصبحي يقال إن له صحبة
Kureyb b. Əbrəhə əl-Əsbəhi, səhabə olduğu söylənmişdir.

İbn Hibban, “əs-Siqat”, 3/357

Əhli sünnə alimi Yaqut əl-Həməvi “Mucəm əl-Buldan” adlı kitabında deyir ki:

كان معاوية يجبس في موضع منه من يظفر به ممن ينبز بقتل عثمان بن عفان رضي الله عنه ، منهم محمد بن أبي حذيفة وكريب بن أبرهة
Müaviyə Məhəmməd b. Əbu Hudeyfə və Kureyb b. Əbrəhəni Osmanı öldürmə səbəbinə görə həbs etmişdi.

Yaqut əl-Həməvi, “Mucəm əl-Buldan”, 2/158

2-8. Zübeyir b. Avvam: Osman b. Əffanı öldürüb daha sonradan qanını axtaranlardan (!) biri də Zübeyir b. Avvamdır.

katli-osman-fethul-bari katli-osman-fethul-bari1

Şəkildə gördüyünüz nasibi rical və hədis alimi ibn Hacərin “Fəthül Bari” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

قلت : ورد فيه ما أخرجه أحمد والبزار من طريق مطرف بن عبد الله بن الشخير قال : قلنا للزبير – يعني في قصة الجمل – يا أبا عبد الله ما جاء بكم ؟ ضيعتم الخليفة الذي قتل – يعني عثمانبالمدينة ثم جئتم تطلبون بدمه – يعني بالبصرة فقال الزبير : إنا قرأنا على عهد رسول الله صلى الله عليه وسلم واتقوا فتنة لا تصيبن الذين ظلموا منكم خاصة لم نكن نحسب أنا أهلها حتى وقعت منا حيث وقعت
Mütrif b. Abdullah b. Şakir belə dedi: Biz Cəməl döyüşündə Zübeyrə: “Ey Əbu Abdullah, sizə nə oldu? Öldürülən xəlifəni zay etdiniz, sonra qanını istəməyə gəlmisiniz” dedikdə Zübeyr: “Biz Allah Rəsulu (s.) vaxtında “Bir də fitnədən çəkinin ki; İçinizdən yalnız zülm edənlərə çatmaqla qalmaz” ayəsini oxuyar və ancaq özümüzün bu ayənin hökmü altına girəcəyimizi heç güman etməzdik. Sonda bizdən olanlar oldu”

İbn Hacər, “Fəthül-Bari”, 13/4

Hədisi öz kitabında rəvayət edən Heysəmi hədis barədə deyir ki:

رواه أحمد باسنادين رجال أحدهما رجال الصحيح
Əhməd 2 sənəd ilə rəvayət etmişdir ki, onlardan birinin ricalları “Səhih” in ricallarıdır.

Heysəmi, “Məcməuz-Zəvaid”, 7/27

2-9. Təlhə b. Übeydullah: Zübeyir b. Avvam kimi bu da Osman b. Əffanın qatillərindən biri və sonralar onun qanını axtaranlardandır. Osman b. Əffanın əmisi oğlu və xəlifəliyi zamanı sağ əli olmuş olan Mərvan b. Hakim Cəməl döyüşündə eyni cərgədə olmasına baxmayaraq Təlhəni bir ox ilə öldürmüş və bunun səbəbini belə bəyan edib:

katli-osman-hakim katli-osman-hakim1

Şəkildə gördüyünüz sünni hədis alimi Hakim ən-Nişapurinin “Müstədrək” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

أخبرني محمد بن يعقوب الحافظ أنا محمد بن إسحاق الثقفي ثنا عباد بن الوليد العنزي ثنا حبان ثنا شريك بن الحباب حدثني عتبة بن صعصعة بن الأحنف عن عكراش قال : كنا نقاتل عليا مع طلحة و معنا مروان قال : فانهزمنا قال : فقال مروان : لا أدرك بثأري بعد اليوم من طلحة قال : فرماه بسهم فقتله
Akraş dedi ki: Biz Təlhə ilə birlikdə Əliyə qarşı döyüşürdük, Mərvan da bizimlə birlikdə idi. Mərvan ona baxdı və “bu gündən sonra intiqamımı istəməyəcəyəm” deyərək bir ox ilə onu (Təlhəni) öldürdü.

Hakim ən-Nişapuri, “Müstədrək”, 3/417-418, hədis 5589

Başqa bir əhli sünnə alimi ibn Hacər bu barədə deyir ki:

وأخرجه أبو القاسم البغوي بسند صحيح عن الجارود بن أبي سبرة قال : لما كان يوم الجمل نظر مروان إلى طلحة ، فقال : لا أطلب ثأري بعد اليوم ، فنزع له بسهم فقتله
Əbül Qasim əl-Bəğavi səhih sənədlə Carud b. Əbi Səbranın belə dediyini danışdı: Cəməl döyüşü günü, Mərvan b. Hakim Təlhəya baxdı və: “Bu gündən sonra artıq intiqamımı istəməyəcəyəm” – deyərək Təlhəya bir ox atıb onu öldürdü.

وأخرج يعقوب بن سفيان بسند صحيح عن قيس بن أبي حازم أن مروان بن الحكم رأى طلحة في الخيل ، فقال : هذا أعان على عثمان فرماه بسهم في ركبته ، فما زال الدم يسيح حتى مات
Yaqub b. Süfyan səhih sənədlə Qeys b. Əbi Hazimdən danışır: Mən Mərvanı, Təlhəya ox atdığı gün gördüm, ox Təlhənın dizinə sancılıb, Təlhə ölənə qədər qanı axmağa davam etdi.

İbn Hacər, “əl-İsabə”,3/432, ravi 4270

2-10. Əmr b. As: Guya Osmanın qanını axtaran Müaviyə tərəfində imam Əli (ə.s)-a qarşı döyüşmüşdür. Amma özü Osman b. Əffanın qatillərindən biridir.

katli-osman-ibni-esir katli-osman-ibni-esir1 katli-osman-ibni-esir2

Şəkildə gördüyünüz sünni hədis, tarix və rical alimi ibn Əsirin “əl-Kamil fit-Tarix” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

ففعل عثمان ، فلما خطب الناس قال له عمرو بن العاص : اتق الله يا عثمان ، فإنك قد ركبت أمورا وركبناها معك ، فتب إلى الله نتب . فناداه عثمان : وإنك هنالك يا ابن النابغة ! قملت والله جبتك منذ عزلتك عن العمل ! فنودي من ناحية أخرى : تب إلى الله . فرفع يديه وقال : اللهم إني أول تائب !  وخرج عمرو بن العاص إلى منزله بفلسطين ، وكان يقول : والله إني كنت لألقى الراعي فأحرضه على عثمان . وأتى عليا وطلحة والزبير فحرضهم على عثمان ، ( فبينما هو بقصره بفلسطين ومعه ابناه محمد وعبد الله ، وسلامة بن روح الجذامي إذ مر به راكب من المدينة ، فسأله عمرو عن عثمان ، فقال : هو محصور . قال عمرو : أنا أبو عبد الله ، قد يضرط العير والمكواة في النار . ثم مر به راكب آخر فسأله فقال : قتل عثمان . فقال عمرو : أنا أبو عبد الله ، إذا حككت قرحة نكأتها . فقال له سلامة بن روح : يا معشر قريش كان بينكم وبين العرب باب فكسرتموه ! فقال : أردنا أن نخرج الحق من خاصرة الباطل ليكون الناس في الحق شرعا سواء
Xütbə əsnasında məscidin bir kənarında oturan Əmr b. As “Allahdan qorx ey Osman! Sən bir xeyli günah altına girdin, biz də səninlə birlikdə o günahlara qatıldıq. Allaha tövbə et və Allaha dön” dedikdə, Osman dedi ki: “Demək, sən buradasan ha ey Nabiğanın oğlu! Səni vəzifədən uzaqlaşdırdığım gündən bəri qaşınıb durursan. Sənin cübbən bitlərlə doludur” amma məscidin o biri tərəfindən bir səs daha: “Allaha tövbə et” deyə qışqıranda Osman əllərini qaldırıb: “Allahım, mən sənə ilk tövbə edənlərdən biriyəm!” dedi. Əmr b. As bu hadisədən sonra Fələstindəki yerinə çıxıb getdi və o belə deyərdi: “Vallah dağ başlarında gördüyüm çobanlara çatana qədər hərkəsi Osmanın əleyhinə qızışdırırdım “. Sonra Həzrət Əli, Təlhə və Zübeyrə baş çəkərək onları Osmanın əleyhinə qızışdırır. Əmr b. As Fələstindəki iqamətgahda oğulları Məhəmməd və Abdullah ilə birlikdə oturarkən Sələmə b. Ravh əl-Cüzami də yanlarında olduğu bir zamanda Mədinədən bir atlının gəlib onlara baş çəktiyini görürlər. Əmr b. As ona Osmanın vəziyyətini soruşduqda hazırda üsyançılar tərəfindən mühasirəyə alındığını deyir. Əmr b. As ona belə deyir: “Mənə Əbu Abdullah deyərlər. Dağlama şişi hələ odun içində ikən dəvə çətinindən osurmağa başlayar”. Daha sonra Mədinədən başqa bir adam gəlib keçərkən ona vəziyyəti soruşanda Osmanın öldürüldüyü xəbərini verir. Əmr deyir: “Mənə Əbu Abdullah deyərlər. Əgər mən bir yaranı qaşıyacaq olsam, mütləq onu azdıraram”. Sələmə b. Ravh ona belə deyir: “Ey Qüreyşlilər! Sizinlə Ərəblər arasında bir qapı vardı, onu da vurub qırdınız”. Əmr ona cavab olaraq: “Biz haqqı batilin kənarından siyirib çıxarmağı istədik ki, insanlar tamamilə haqq içində olsunlar”.

İbn Əsir, “əl-Kamil fit-Tarix”, 2/533

2-11. Aişə binti Əbu Bəkr: Çox qəribə haldır ki, Aişə binti Əbu Bəkr xalqı Osman əleyhinə qızışdırıb “bu Nasel kafir olmuşdur, onu öldürün” deməsinə baxmayaraq, imam Əli (ə.s)-ın xəlifə olduğunu öyrənəndə Osmanın qanını axtarmağa başlayıb.

katli-osman-ibni-esirkatli-osman-ibni-esir3

Şəkildə gördüyünüz sünni hədis, tarix və rical alimi ibn Əsirin ” əl-Kamil fit-Tarix ” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

وكان سبب اجتماعهم بمكة أن عائشة كانت خرجت إليها ، وعثمان محصور ، ثم خرجت من مكة تريد المدينة . فلما كانت بسرف لقيها رجل من أخوالها من بني ليث يقال له عبيد بن أبي سلمة ، وهو ابن أم كلاب ، فقالت له : مهيم ؟ قال : قتل عثمان وبقوا ثمانيا . قالت : ثم صنعوا ماذا ؟ قال : اجتمعوا على بيعة علي . فقالت : ليت هذه انطبقت على هذه إن تم الأمر لصاحبك ! ردوني ردوني ! فانصرفت إلى مكة وهي تقول : قتل والله عثمان مظلوما ، والله لأطلبن بدمه ! فقال لها : ولم ؟ والله إن أول من أمال حرفه لأنت ، ولقد كنت تقولين : اقتلوا نعثلا فقد كفر . قالت : إنهم استتابوه ثم قتلوه ، وقد قلت وقالوا ، وقولي الأخير خير من قولي الأول
Digərlərinin Məkkədə yığışmalarının səbəbinə gəlincə, Osmanın mühasirə olunduğu günlərdə Aişə Məkkəyə çıxıb getmişdi. Həcc mövsümü qurtarandan sonra Mədinəyə qayıdarkən “Şərif” deyilən yerdə bəni Leysdən, yəni öz dayılarından Übeyd b. Səlimə adlı biri ilə qarşılaşır. Bu şəxs Ümmü Külabın oğlu idi. Aişə “Nələr oldu Mədinədə?” Deyə soruşduqda Übeyd: “Osman öldürülüb” – deyə cavab verir. Aişə: “Bəs ondan sonra nə etdilər?” Deyə soruşur, Übeyd bu suala: “Həzrət Əliyə beyət etmək üçün birləşdilər” deyə cavab verir. Aişə bunun üzərinə: “Sənin bu dediyin adama beyət ediləcəyinə kaş göy yerin üstünə çöküb düşsəydi. Məni geri götürün, geri götürün” demiş və Məkkəyə geri qayıtmışdı. Aişə belə deyirdi: “Vallah Osman məzlum olaraq qətlə yetirildi və mən onun qanını mütləq axtaracağam”. Übeyd ona: “Niyə qanını axtarırsan? İlk dəfə Osmanın səhv tətbiqlərə girişdiyini və yolundan azdığını söyləyən “Bu Naseli öldürün, o kafir oldu” deyən sən deyildinmi?” Deyə soruşduqda, Aişə: “Onlar Osmanın tövbə etməsini istədilər, o da tövbə etdi; Amma arxasından dönüb öldürdülər. Mən bunları demişdim,onlar da eyni şeyləri demişdilər, ancaq mənim sonradan dediyim sözlərim ilk dəfə söylədiklərimdən daha doğru və xeyirlidir”. Deyə cavab verir.

İbn Əsir, “əl-Kamil fit-Tarix”, 3/100

3. Osmanın tərəfdarları və valiləri harada idilər? Osman b. Əffanın qətli məsələsində üzərində dayanmaq lazım olan məsələlərdən birisidə sonra Osmanın intiqamçısı kəsilmiş olan Osman tərəfdarlarının harada olduğu və nə üçün Osmana kömək göndərmədikləridir. Halbuki onların hamısının əlində çox böyük imkanlar var idi, məsələn Müaviyə Ömər dövründən etibarən Suriya valiliyinə təyin olunmuş və mərkəzə bağlı olan yerli kral vəziyyətinə gəlmişdi. Suriyanın bütün hərbi gücü onun əlində olmasına baxmayaraq, Osmana kömək göndərməmişdir. Bu məsələdə əhli sünnə tarixçilərindən əş-Şəhristani bu məlumatları verir:

وكان امراء جنوده معاوية ابن ابي سفيان عامل الشام وسعد بن ابي وقاص عامل الكوفة وبعده الوليد بن عقبة وسعيد بن العاص وعبدالله بن عامر عامل البصرة وعبدالله بن سعد بن ابي سرح عامل مصر وكلهم خذلوه ورفضوه حتى اتى قدره عليه وقتل مظلوما في داره
Onun ordu komandirləri bu zatlardır: Şam valisi Müaviyə b. Əbu Süfyan, Kufə valisi Səd b. Əbu Vəqqas, onun xələfləri Vəlid b. Ukbə və Səid b. Əl-As, Bəsrə valisi Abdullah b. Amir, Misir valisi Abdullah b. Sad b. Əbu Şərh. Bu valilərin hamısı da sonunda onu tək başına qoymuş və taleyin acı təcəllisi baş vermişdir. Osman evində haqsız yerə öldürülmüş və bundan sonra bir daha heç vaxt sönməyəcək olan fitnə atəşi yanmağa başlamışdır.

Şəhristani, “əl-Miləlü vən-Nihəl”, səhifə 20

4. Nəticə: Bu vaxta qədər əldə etdiyimiz səhih və dəqiq məlumatlar Osman b. Əffanın qatillərinin səhabə və tabeinlərin liderliyini etdiyi mömin müsəlmanların olduğunu, buna baxmayaraq onun öz tərəfdarlarının, qohumlarının, sonradan qanını axtaranların onu tək buraxdıqlarını ortaya qoyur. Burada onun qatilləri arasında yer alan səhabələrdən bəziləri haqqında sizlərə məlumat verdik, bu məlumatlara Məhəmməd b. Əbu Bəkir, Hukeym b. Cəbələ, Malik əl-Əştər, Məhəmməd b. Əbu Hüzeyfə kimi tabeinleri də əlavə edə bilərik, lakin biz sözü çox uzatmağa ehtiyac görmürük. İnşəallah, əgər irəlidə lazım görsək işimizə yeni bəzi məlumatları da əlavə edəcəyik.

Allah (c.c) Osman b. Əffanı öldürüb Möminlərin Əmiri Əli (ə.s)-a beyət edən bu möminlərdən razı olsun.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma