Mütə nikahı haqqında bəzi şübhələrə cavab


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazılarımızda mütə nikahının caiz olduğuna dair Quran və sünnədən dəlillər və Əhli Beyt İmamları (ə) ilə səhabələr (r.ə)-ın ” mütə nikahını qadağan edən Ömər ibn Xəttabdır ” şəklindəki şahidliyini sənədli bir şəkildə sizlərlə paylaşmışdıq. Lakin həqiqətləri görmək yerinə məzhəblərinin düşüncələrini doğru göstərmə səyində olan nasibilər bütün bu dəlilləri görməməzliyə vuraraq şiə qaynaqlarından mütə nigahının haramlığına dair dəlil gətirməyə çalışırlar. Nasibinin  biri bu məqsədlə etdiyi işində deyir ki :

Qiymətli qardaşlarımız , bu gün Mütə etməkdə olan şiə zehninə öz qaynaqları nəzdində cavab verəcəyik.

عن محمد بن الحسن بن شمون قال: كتب أبوالحسن (ع) إلى بعض مواليه (لاتلحوا على المتعة، إنما عليكم إقامة السنة)  (الفروع 2/44)، (وسائل الشيعة 1/450).
Məhəmməd b. Şəmul belə dedi: Əbu Həsən bəzi valilərinə məktub yazaraq belə dedi: ” Mütə nigahını halal qəbul etməyin. Sizə düşən sünnəti tətbiq etməkdir. “

Furu Əl Kafi 2/44; Vəsail Şiə 1 4/450

وكان عليه السلام يوبخ أصحابه ويحذرهم من المتعة فقال: أما يستحي أحدكم أن يرى موضع فيحمل ذلك على صالحي إخوانه وأصحابه؟ (الفروع 2/44)، (وسائل الشيعة 1/450).
Eyni zamanda o (İmam Hüseyn (ə.s) ) tərəfdarlarını Mütə nigahına qarşı danlayır və xəbərdar edirdi.

Furu əl Kafi 2/44; Vesail əl Şiə 1/450

عن عمار قال: قال أبو عبد الله عليه السلام لي ولسليمان بن خالد: (قد حرمت عليكما المتعة) (فروع الكافي 2/48)، (وسائل الشيعة 14/450).
Əmmar nəql etdi ki: Əbu Abdullah (İmam Hüseyn (ə.s)) mənə və Süleym b. Xalidə “Sizə mütəni haram qıldım ” dedi.

Furu əl Kafi 2/48; Vəsail Şiə 14/450

قال أمير المؤمنين صلوات الله عليه:
( حرم رسول الله صلى الله عليه وآله يوم خيبر لحوم الحمر الأهلية ونكاح المتعة) انظر (التهذيب 2/186)، (الاستبصار 2/142) ، (وسائل الشيعة 14/441).
Əmirəl Möminin (ə.s) dedi : ” Hz.Peyğəmbər (s) Xeybər günü Eşşək əti yeməyi və mütə nigahını qadağan etdi. “

Ət- Tahdhib 2/186 ; Al – Istbsar 2/ 142; Vəsail əl Şiə 14/144

Şübhənin cavabı: Burada nasibilərin dəlil deyə gətirdiyi rəvayətlər qəsdlə olaraq yalan, səhv tərcümə edilərək , sənədi zəif olan və şiə hədis alimlərinin öz kitablarına cavab vermək , tənqid etmək üçün aldığı rəvayətlərdir. İnşəAllah indi sıra ilə bu rəvayətləri bir-bir cavablandıracağıq.

1-ci rəvayət:  Bu  “əl-Kafi”də İmam Əli ər- Rza (ə)-dan rəvayət edilmiş hədisdir. Lakin hədis, qəsdən səhv tərcümə edilmişdir. Hədisin “əl-Kafi ” dən əsli və doğru tərcüməsi:

عدة من أصحابنا، عن سهل بن زياد، عن محمد بن الحسن بن شمون قال: كتب أبوالحسن (ع) إلى بعض مواليه لاتلحوا على المتعة، إنما عليكم إقامة السنة  فلا تشتغلوا بها عن فرشكم وحرائر كم فيكفرن ويتبرين ويدعين على الامر بذلك ويلعنونا
Əshabımızdan bir qismini mənə Səhl ibn Ziyaddan, o da Məhəmməd ibn Həsən ibn Şəmundan rəvayət etdi, dedi ki : Əbul-Həsən (İmam Əli ər- Rza (ə)) bəzi valilərinə belə yazdı: Mütədə israr etməyin, sizə ancaq sünnəti iqamə etmək düşər.”

Kuleyni (r.ə), “əl-Kafi”, 5/453, Nikah kitabı, Mütə babları, 2-ci bab, hədis 3

Göründüyü kimi bu hədisdə  “Mütə nigahını halal qəbul etməyin” deyə bir ifadə mövcud deyil. Hədisin mətnində “lə təlhava alə mütə ( لاتلحوا على المتعة )”  sözü var ki, bunun da mənası “halal qəbul etməyin”  deyil  “israr etməyin”dir. Bu isə “mütə nikahı haramdır” demək deyil , “işin gücün ancaq mütə olmasın” deməkdir. Bu hədisin tərcüməsində edilən təhrifatdır. Digər tərəfdən, hədis sənəd baxımından zəifdir, çünki sənədində Səhl ibn Ziyad ilə Məhəmməd ibn Həsən ibn Şəmum adlı ravilər vardır. Səhl ibn Ziyad haqqında əvvəlki yazılarımızda məlumat verdiyimiz üçün yalnız link bura qoyuruq, baxın : Səhl ibn Ziyad

Məhəmməd ibn Həsən ibn Şəmuna gəlincə, o qulat və çox zəif biridir. Seyyid Əbul Qasım əl-Xoyi (r.ə) onun haqqında deyir ki :

محمد بن الحسن بن شمون
Məhəmməd ibn Həsən ibn Şəmun

قالالنجاشي: محمدبنالحسنبنشمون،أبوجعفر: بغدادي، واقف،ثمغلاءوكانضعيفاجدا،فاسدالمذهب
Nəcaşi (r.ə) dedi ki : “Məhəmməd ibn Həsən ibn Şəmun, Əbu Cəfər əl-Bağdadi . Vaqifi məzhəbindəndir, sonra Qulat oldu və çox zəif biridir, məzhəbi fasid( xarab)’dir. “

وعدهفيأصحابالعسكريعليهالسلام (20)،قائلا: محمدبنالحسنابنشمون، غال،بصري
(Şeyx Tusi (r.ə)) onu əl-Əsgəri (İmam Həsən əl -Əsgəri (ə) )-ın səhabələri içərisində zikr edərək deyir ki : “Məhəmməd ibn Həsən ibn Şəmun: qulattır , Bəsrəlidir . “

وقال ابن الغضائري: محمد بن الحسن بن شمون، أصله بصري، واقف، ثم غلا، ضعيف متهافت، لا يلتفت إليه ولا إلى مصنفاته، وسائر ما ينسب إليه
İbni Ğadairi (r.ə) dedi ki : “Məhəmməd ibn Həsən ibn Şəmun, əslən Bəsrəlidir . Vaqifi idi, sonraları Qulat oldu. zəifdir , ona müsənnafatlarına ( yazdığı kitablara ) və ona nisbət edilənlərə əhəmiyyət verilməməlidir.”

وقالفيترجمةالمفضلبنعمر (154) فيالحديث 4: ” محمدبنالحسنبنشمون، وهوأيضامنهم ” (منالغلاة)
Kəşşi (r.ə) Müfəddəl ibn Ömərin bioqrafiyasında , 4-cü hədisin sənədində dedi ki : “Məhəmməd ibn Həsən ibn Şəmun da qulatlardandır .

Seyyid Əbul-Qasim əl-Xoyi (r.ə), “Mücəm ricalil-hədis”, 16/234-237, 10509-cu ravi

Şeyxul-İslam da  “əl-Kafi” şərhində hədis haqqında deyir ki :

الحديثالثالث: ضعيف
3- cü hədis: zəif

II Məclisi (r.ə), “Miratul-Uqul”, 20/233

2-ci rəvayət:  Bu  “əl-Kafi”də İmam Cəfər əs-Sadiq (ə) -dan rəvayət edilmiş bir hədisdir. Lakin İmam Cəfər əs-Sadiqin də, İmam Hüseynin də künyəsi Əbu Abdullah olduğundan ötəri nasibi Əbu Abdullah ilə İmam Hüseyn (ə)-ın nəzərdə tutulduğunu zənn etmişdir. Hədisin “əl – Kafi”dən əsli və tərcüməsi:

علي بن محمد، عن صالح بن أبي حماد، عن ابن سنان، عن المفضل بن عمر قال:  سمعت أبا عبدالله (ع) يقول في المتعة: دعوها أما يستحيي أحدكم أن يرى في موضع العورة فيحمل ذلك على صالحي إخوانه وأصحابه
Əli ibn Məhəmməd mənə Saleh ibn Əbu Həmmaddan, o [ Məhəmməd] ibni Sinandan, o da Mufəddəl ibn Ömərdən izah etdi, dedi ki: Əbu Abdullah (İmam Cəfər əs-Sadiq (ə))-ın mütə haqqında belə dediyini eşitdim: “Ondan uzaq durun, birinin övrət yerinizi görüb onu qardaşlarına və yoldaşlarına danışmasından qorxmursunuz? “

Kuleyni (r.ə), “əl-Kafi”, 5/453, Nikah kitabı, Mütə babları, 2-ci bab, hədis 4

Bu hədis isə zəifdir, çünki onun sənədində qırmızı ilə işarələdiyimiz ravi Məhəmməd ibn Sinan vardır və o zəifdir. Necə ki, Şeyxul-İslam “əl- Kafi”  şərhində hədis haqqında deyir ki :

الحديثالرابعضعيف
4- cü hədis: zəifdir.

II Məclisi (r.ə), “Miratul-Uqul”, 20/233

3- cü rəvayət: Bu da yenə “əl-Kafi” də İmam Cəfər əs- Sadiq (ə.s)-dan rəvayət edilmiş bir hədisdir. Lakin tərcümə zamanı hədisin mətni qəsdən kəsilmişdir. Hədisin hamısı və tərcüməsi belədir:

عدة من أصحابنا، عن سهل بن زياد، عن علي بن أسباط، ومحمد بن الحسين جميعا، عن الحكم بن مسكين، عن عمار قال: قال أبوعبدالله (ع) لي ولسليمان بن خالد:  قد حرمت عليكما المتعة من قبلي مادمتما بالمدينة لانكما تكثران الدخول علي فأخاف أن تؤخذا، فيقال: هؤلاء أصحاب جعفر
Əshabımızdan bir qismi mənə Səhl ibn Ziyaddan, o Əli ibn Əsbatdan və (əshabımızdan bir qismi) mənə Məhəmməd ibn Hüseyndən, bunların hamısı Hakim ibn Miskindən, o da Əmmardan rəvayət etdi, dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə)) mənə və Süleyman ibn Xalidə dedi ki : « Mədinədə olduğunuz müddətcə mütəni öz tərəfimdən sizə haram qıldım. Çünki siz mənim yanıma çox gəlirsiniz, sizi tutub “bunlar Cəfərin səhabələridir” demələrindən qorxaram.»

Kuleyni (r.ə), “əl-Kafi”, 5/467, Nikah kitabı, Mütə babları, hədis 10

Göründüyü kimi, bu hədisdə isə İmam (ə) mütə nikahını bir müddətə olmaqla yalnız Əmmar və Süleyman ibn Xalid üçün qadağan etmişdir.

4-cü rəvayət: Bu Şeyx Tusi (r.ə)-ın cavab vermək üçün öz kitabına aldığı bir rəvayətdir. Onsuzda mövzu haqqında məlumatı olan hər kəsə məlum olduğu kimi Şeyx Tusi (r.ə)-ın ” Təhzib ” və ” İstibsar ” adlı kitablarında hər hansı bir mövzuda əvvəl səhih hədisləri vermək daha sonra isə o mövzuda olan zəif və ya təqiyyə ilə varid olan hədislərə yer verib onları cavablandırır. Burada da vəziyyət eynidir, Şeyx Tusi (r.ə) bu hədisdən əvvəl mütə nikahının halal olduğuna dair rəvayətləri qeyd etməkdədir, daha sonra isə nasibinin gətirdiyi rəvayətə yer verib onu cavablandırmaqdadır . Şeyx (r.ə) deyir ki :

واما ما رواه محمد بن يحيى عن أبي جعفر عن أبي الجوزا عن الحسين بن علوان عن عمرو بن خالد عن زيد بن علي عن آبائه عن علي عليهم السلام قال: حرم رسول الله صلى الله عليه وآله يوم خيبر لحوم الحمر الأهلية ونكاح المتعة
Amma Məhəmməd ibn Yəhyadan rəvayət edilən onun Əbu Cəfərdən, onun Əbul-Cəvzadan , onun Hüseyn ibn Ulvandan , onun Əmr ibn Xaliddən , onun Zeyd ibn Əlidən , onun atalarından , onların da Əli (ə)-dan rəvayət etdiyi “Rəsulullah (s) Xeybər günü evcil eşşəklərin ətini yeməyi və mütə nikahını haram etdi. ” Rəvayətinə gəlincə …

فان هذه الرواية وردت مورد التقية وعلى ما يذهب إليه مخالفوا الشيعة، والعلم حاصل لكل من سمع الاخبار ان من دين أئمتنا عليهم السلام إباحة المتعة فلا يحتاج إلى الاطناب فيه
Bu rəvayət təqiyyə ilə və şiəyə müxalif olanların məzhəbi ilə varid olmuşdur. (mütə haqqındakı) bütün hədisləri oxuduqda hasil olan mütənin mübah olduğunun İmamlarımız (ə)-ın dinindən olmasıdır.

Şeyx Tusi (r.ə), “Təhzib”, 7/251-252

Göründüyü kimi Şeyx Tusi (r.ə) bunu rəvayət etmək məqsədi ilə deyil, cavab vermək məqsədi ilə kitabına almışdır. Şeyx Tusinin bu rəvayəti təqiyyəyə həml etməsinin səbəbi, hədisləri ayırmaq üçün İmamlar (ə)-ın öyrətdiyi qaydalardır. Çünki bu qaydalardan biri  “eyni mövzuda bir-birinə zidd 2 hədis mövcudsa onu ammə (sünni) rəvayətlərə ərz edin və onlara müxalif olanı alın” şəklindədir. İmamlarımız (ə)-ın öyrətdiyi bu qaydaları görmək üçün linkə baxın : hədisləri ayırd etmək üçün məsumlar (ə)-ın öyrətdiyi qaydalar

Lakin bu rəvayəti təqiyyə səbəbi ilə rədd etməyə ehtiyac yoxdur. Çünki İmamlar (ə)-ın öyrətdiyi qaydalar, İmamlar (ə)-dan sadir olan hədislər üçündür, onlara nisbət edilən hər hədis üçün deyil. Yəni əgər bir mövzuda İmam (ə)-dan səhih sənədlə bir-birinə müxalif 2 rəvayət gəlmişsə o zaman onları sünni hədislərə ərz etmək lazımlıdır. Halbuki bu hədis İmam(ə)-dan səhih olaraq rəvayət edilməmişdir. Çünki onun sənədində Əmr ibn Xalid zeydi, Hüseyn ibn Ulvan isə sünnidir. Hər ikisi siqə (etibarlı) ravilərdir, lakin şiəyə ( isnaaşəriyyə məzhəbinə) müxalif məzhəblərə mənsub olduqları üçün bu rəvayətləri məqbul deyil. Bu hədis elmində bilinən bir şeydir, necə ki Şeyx Tusi (r.ə) bu mövzuda deyir ki :

وإذا كان الراوي من فرق الشيعة مثل الفطحية والواقفة والناووسية وغيرهم، نظر فيها يرويه: فإن كان هناك قرينة تعضده أو خبر آخر من جهة الموثوقين بهم وجب العمل بهوإن كان هناك خبر آخر يخالفه من طريق الموثوقين، وجب إطراح ما اختصوا بروايته والعمل بما رواه الثقة. وإن كان ما رووه ليس هناك ما يخالفه ولا يعرف عن الطائفة العمل بخلافه، وجب أيضا العمل به
Əgər ravi Fətahiyyə, Vaqifiyyə, Navusiyyə və bu kimi başqa şiə təriqətlərindən isə onun rəvayətinə baxılar. Əgər onun rəvayətinin doğruluğuna bir qərinə və ya başqa bir səhih hədis var isə onun rəvayəti ilə əməl edilər. Əgər onun rəvayəti siqə (etibarlı) ravilərin rəvayət etdiyi başqa bir rəvayətə müxalif isə o zaman onun rəvayəti rədd edilir və siqə (etibarlı) ravilərin rəvayəti ilə əməl edilər. Əgər onun rəvayəti Şiəyə müxalif deyilsə və Şiə də onun rəvayətinin əleyhinə əməl etmirsə onun rəvayəti ilə əməl edilər.

Şeyx Tusi (r.ə), “İddətul-Üsul”, səhifə 150

Vəlhəmdulillahi Rəbbil Aləmin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma