“Nuraniyyət xütbəsi” hədis deyil Qulat uydurmasıdır


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Şübhəsiz ki, nasibilər kimi qulatlar da Allah azzə və cəllənin dinini təhrif etməyə çalışan kəslərdir. Elə bu üzdəndir ki, Əhli Beyt (ə) həqiqi dini insanlara təbliğ edərkən nasibilərin yalan və təhriflərini ortaya çıxardıqları kimi Qulat firqələrinə qarşı da mübarizə etmiş və onları lənətləmişdir. Lakin kədərli bir vəziyyətdir ki, nasibilər kimi qulatların da saçdıqları zəhərli fikirlər bitməmiş və günümüzə qədər çatmışdır. Nasibilər öz məqsədləri istiqamətində hədislər uydurduğu kimi qulatlar da öz inancları istiqamətində hədislər uydurmuş və bunları Ehli Beyt (ə)-a nisbət etmişdir. Bax bu uydurmalardan biri də Nuraniyyət xütbəsi adı ilə məşhurdur ki, bunu hafiz Rəcəb əl-Bərsin bu şəkildə rəvayət etmişdir:

ما رواه سلمان، وأبو ذر، عن أمير المؤمنين عليه السلام أنه قال: من كان ظاهره في ولايتي أكثر من باطنه خفت موازينه، يا سلمان لا يكمل المؤمن إيمانه حتى يعرفني بالنورانية، وإذا عرفني بذلك فهو مؤمن، امتحن الله قلبه للإيمان، وشرح صدره للإسلام، وصار عارفا بدينه مستبصرا، ومن قصر عن ذاك فهو شاك مرتاب، يا سلمان ويا جندب، إن معرفتي بالنورانية معرفة الله، ومعرفة الله معرفتي، وهو الدين الخالص، بقول الله سبحانه: وما أمروا إلا ليعبدوا الله مخلصين له الدين وهو الإخلاص، وقوله: (حنفاء) وهو الإقرار بنبوة محمد صلى الله عليه وآله، وهو الدين الحنيف، وقوله: (ويقيموا الصلاة)، وهي ولايتي، فمن والاني فقد أقام الصلاة، وهو صعب مستصعب. (ويؤتوا الزكاة)، وهو الإقرار بالأئمة، (وذلك دين القيمة أي) وذلك دين الله القيم. شهد القرآن أن الدين القيم الإخلاص بالتوحيد، والإقرار بالنبوة والولاية، فمن جاء بهذا فقد أتى بالدين. يا سلمان ويا جندب، المؤمن الممتحن الذي لم يرد عليه شئ من أمرنا، إلا شرح الله صدره لقبوله، ولم يشك ولم يرتاب، ومن قال لم وكيف فقد كفر، فسلموا الله أمره، فنحن أمر الله. يا سلمان ويا جندب، إن الله جعلني أمينه على خلقه، وخليفته في أرضه وبلاده وعباده، وأعطاني ما لم يصفه الواصفون، ولا يعرفه العارفون، فإذا عرفتموني هكذا فأنتم مؤمنون. يا سلمان قال الله تعالى: واستعينوا بالصبر والصلاة فالصبر محمد، والصلاة ولايتي، ولذلك قال: وإنها لكبيرة، ولم يقل وإنهما، ثم قال: (إلا على الخاشعين) ، فاستثنى أهل ولايتي الذين استبصروا بنور هدايتي. يا سلمان، نحن سر الله الذي لا يخفى، ونوره الذي لا يطفى، ونعمته التي لا تجزى، أولنا محمد، وأوسطنا محمد، وآخرنا محمد، فمن عرفنا استكمل الدين القيم. يا سلمان ويا جندب، كنت ومحمد نورا نسبح قبل المسبحات، ونشرق قبل المخلوقات، فقسم الله ذلك النور نصفين: نبي مصطفى، ووصي مرتضى، فقال الله عز وجل لذلك النصف: كن محمدا، وللآخر كن عليا، ولذلك قال النبي صلى الله عليه وآله: أنا من علي، وعلي مني، ولا يؤدي عني إلا أنا أو علي وإليه الإشارة بقوله: وأنفسنا وأنفسكم، وهو إشارة إلى اتحادهما في عالم الأرواح والأنوار، ومثله قوله: أفإن مات أو قتل، والمراد هنا مات أو قتل الوصي، لأنهما شئ واحد، ومعنى واحد، ونور واحد، اتحدا بالمعنى والصفة، وافترقا بالجسد والتسمية، فهما شئ واحد في عالم الأرواح (أنت روحي التي بين جنبي) ، وكذا في عالم الأجساد: (أنت مني وأنا منك ترثني وأرثك) ، (أنت مني بمنزلة الروح من الجسد). وإليه الإشارة بقوله: صلوا عليه وسلموا تسليما، ومعناه صلوا على محمد، وسلموا لعلي أمره، فجمعهما في جسد واحد جوهري، وفرق بينهما بالتسمية والصفات في الأمر، فقال: صلوا عليه وسلموا تسليما، فقال: صلوا على النبي، وسلموا على الوصي، ولا تنفعكم صلواتكم على النبي بالرسالة إلا بتسليمكم على علي بالولاية. يا سلمان ويا جندب، وكان محمد الناطق، وأنا الصامت، ولا بد في كل زمان من صامت وناطق، فمحمد صاحب الجمع، وأنا صاحب الحشر، ومحمد المنذر، وأنا الهادي، ومحمد صاحب الجنة، وأنا صاحب الرجعة، محمد صاحب الحوض، وأنا صاحب اللواء، محمد صاحب المفاتيح، وأنا صاحب الجنة والنار، ومحمد صاحب الوحي، وأنا صاحب الإلهام، محمد صاحب الدلالات، وأنا صاحب المعجزات، محمد خاتم النبيين، وأنا خاتم الوصيين، محمد صاحب الدعوة، وأنا صاحب السيف والسطوة، محمد النبي الكريم، وأنا الصراط المستقيم، محمد الرؤوف الرحيم، وأنا العلي العظيم. يا سلمان، قال الله سبحانه: يلقي الروح من أمره على من يشاء من عباده﴾، ولا يعطي هذا الروح إلا من فوض إليه الأمر والقدر، وأنا أحيي الموتى، وأعلم ما في السماوات والأرض، وأنا ، الكتاب المبين، يا سلمان، محمد مقيم الحجة، وأنا حجة الحق على الخلق، وبذلك الروح عرج به إلى السماء، أنا حملت نوحا في السفينة، أنا صاحب يونس في بطن الحوت، وأنا الذي حاورت موسى في البحر، وأهلكت القرون الأولى، أعطيت علم الأنبياء والأوصياء، وفصل الخطاب، وبي تمت نبوة محمد، أنا أجريت الأنهار والبحار، وفجرت الأرض عيونا، أنا كأب الدنيا لوجهها، أنا عذاب يوم الظلة، أنا الخضر معلم موسى، أنا معلم داود وسليمان، أنا ذو القرنين، أنا الذي دفعت سمكها بإذن الله عز وجل، أنا دحوت أرضها، أنا عذاب يوم الظلة، أنا المنادي من مكان بعيد، أنا دابة الأرض، أنا كما يقول لي رسول الله صلى الله عليه وآله: أنت يا علي ذو قرنيها، وكلا طرفيها، ولك الآخرة والأولى، يا سلمان إن ميتنا إذا مات لم يمت، ومقتولنا لم يقتل، وغائبنا إذا غاب لم يغب، ولا نلد ولا نولد في البطون، ولا يقاس بنا أحد من الناس، أنا تكلمت على لسان عيسى في المهد، أنا نوح، أنا إبراهيم، أنا صاحب الناقة، أنا صاحب الراجفة، أنا صاحب الزلزلة. أنا اللوح المحفوظ، إلي انتهى علم ما فيه، أنا أنقلب في الصور كيف شاء الله، من رآهم فقد رآني، ومن رآني فقد رآهم، ونحن في الحقيقة نور الله الذي لا يزول ولا يتغير. يا سلمان، بنا شرف كل مبعوث، فلا تدعونا أربابا، وقولوا فينا ما شئتم، ففينا هلك وبنا نجي. يا سلمان، من آمن بما قلت وشرحت فهو مؤمن، امتحن الله قلبه للإيمان، ورضي عنه، ومن شك وارتاب فهو ناصب، وإن ادعى ولايتي فهو كاذب. يا سلمان أنا والهداة من أهل بيتي سر الله المكنون، وأولياؤه المقربون، كلنا واحد، وسرنا واحد، فلا تفرقوا فينا فتهلكوا، فإنا نظهر في كل زمان بما شاء الرحمن، فالويل كل الويل لمن أنكر ما قلت، ولا ينكره إلا أهل الغباوة، ومن ختم على قلبه وسمعه وجعل على بصره غشاوة، يا سلمان، أنا أبو كل مؤمن ومؤمنة، يا سلمان، أنا الطامة الكبرى، أنا الآزفة إذا أزفت، أنا الحاقة، أنا القارعة، أنا الغاشية، أنا الصاخة، أنا المحنة النازلة، ونحن الآيات والدلالات والحجب ووجه الله، أنا كتب اسمي على العرش فاستقر، وعلى السماوات فقامت، وعلى الأرض ففرشت، وعلى الريح فذرت، وعلى البرق فلمع، وعلى الوادي فهمع، وعلى النور فقطع، وعلى السحاب فدمع، وعلى الرعد فخشع، وعلى الليل فدجى وأظلم، وعلى النهار فأنار وتبسم
Səlman və Əbu Zərr rəvayət etmişdir ki,
Möminlərin Əmri (İmam Əli (ə)) belə demişdir: «Mənəm vilayətimə hər kimin zahiri uyğunluğu batinindən daha çoxdusa onun tərəzidəki ağırlığı yüngül gəlir. Ey Səlman, mömin məni nuraniyətlə tanımasa imanını kamil edə bilməz. Məni nuraniyətlə tanısa mömin olar. Allahu Təala onun ürəyini iman üçün sınağa çəkmişdir. İslam üçün onun sinəsini çıxarmışdır. O dinində arif və bəsirətli bir hala gəlmişdir. Hər kim bu barədə qüsur etsə şəkk və şübhə içərisindədir. Ey Səlman, ey Cündəb, məni nuraniyətlə tanımaq Allahı tanımaqdır. Allahı tanımaq məni tanımaqdır. Bax budur xalis olan din. Subhan olan Allahın bu ayəsi, onları tövhiddən başqa bir şeyə əmr olunmazlar. O Tövhid ixlasın ta özüdür. Allah (c.c) nun “həniflər” (Bəyinnə, 5) sözünün mənası yəni Məhəmməd (s.ə.ə)-nin peyğəmbərliyinə iqrar etmək, odur Hənif olan din. “Namazı iqamə edin” (Bəyinnə, 5) sözündəki namaz mənəm vilayətimdir. Hər kim məni sevsə şübhəsiz o namazı iqamə etmişdir. O (vilayətin əmri) çətinin çətinidir. “Və zəkat verirlər.” (Bəyinnə, 5) Yəni İmamlar (ə)-a iman və təsdiq edərlər. Odur Allahın Qəyyim (hər şeyi diri tutan) dini. Quran şəhadət edir: Qəyyim olan din tövhiddə ixlas, peyğəmbərlik və vilayətdə təsdiqdir. Hər kim belə gəlmişsə o həqiqətən dinə girmişdir. Ey Səlman, ey Cündəb, ürəyi imtahan olmuş möminə əmrimizdən bir şey gəldiyində Allahu Təala onun sinəsini o şeyi qəbul etməsi üçün açar. Beləcə o əsla şəkk və şübhə etməz. Hər kim bizim əmrimizdən nə üçün və necə desə şübhəsiz kafirdir. Allahın əmrini ona buraxın. Bizik Allahın əmri. Ey Səlman və ey Cündəb, Allahu Təala məni varlıqları üzərindəki əmini qərar etdi. Onun yer üzündə, şəhərlərində və qullarındakı xəlifəsi mənəm. Tanımlayanların vəsf edə bilməyəcəyi ariflərin tanıya bilməyəcəyi şeyləri mənə əta etdi. Məni tanısanız bax o zaman sizlər mömin olarsınız. Ey Səlman Allahu Təala buyurur: Səbir və namazdan kömək alın. Səbir Məhəmməd (s.ə.ə)-dir. Namazsa mənim vilayətimdir. Buna görə Allahu Təala buyurdu: Namaz böyükdür. İkisi böyükdür şəklində buyurmadı. Sonra buyurdu: “İtaətkarlar xaric o (namaz) hər kəsə ağırdır.” (Bəqərə, 45) Beləcə mənim vilayetimin əhlini istisna etmişdir. Çünki onlar mənim hidayət nurumla bəsirətli hala gəlmişlər. Ey Səlman Allahu Təalanın gizli qalmayan sirri bizik. Onun sönməyən nuru, onun qarşılığı ödənə bilməz neməti bizik. Əvvəlimiz Məhəmməd (s.ə.ə) vasatımız (orta) Məhəmməd (s.ə.ə), sonuncumuz Məhəmməd (s.ə.ə) dir. Beləcə hər kim bizi tanısa şübhəsi Qəyyim olan dinini kamala çatdırmışdır. Ey Səlman, ey Cündəb, Mən və Məhəmməd (s.ə.ə) bir nuridik. Təqdis edənlər yoxkən biz təsbeh edərdik. Məxluqatdan əvvəl biz vardıq. Sonra Allahu Təala bu nuru Nəbiyyu Mustafa (s.ə.ə) və Vasiyyun Murtaza (ə) olaraq iki hissəyə böldü. Sonra Allahu Təala bu hissəyə buyurdu: “Məhəmməd (s.ə.ə)  ol”, digər hissəyə buyurdu; “Əli (ə) ol.”  Buna görə Nəbi (s.ə.ə) buyurdu: “Mən Əlidənəm, Əlidə məndəndir. Mənim haqqımı məndən və Əlidən başqası yerinə yetirə bilməz. Məndən yalnız Əli və mən çıxar. “Allah Təala buna” canlarımızı və canlarınızı çağıraq “(Al-i İmran, 61) sözü ilə işarə etmişdir. Bu, ikisinin nurlar və ruhlar aləmindəki bir işlərinə işarə edər. Digər bir işarədə Allah Təala buyurur: “O ölsə və ya öldürülsə” (Al-i İmran, 144) Buradakı ölən və öldürülənlərin qəsd vəsidir. Çünki o ikisi bir şeydir, bir mənadır, bir nurdur. O ikisi mənada və sifətdən İttihat (birləşmək, birlik) etmişlər. Rəsulullah (s.ə.ə) buyurmuşdur: “Sən mənim ruhumsan, cəsəd aləmində də bu belədir.” Yenə buyurmuşdur: “Sən məndən məndə səndənəm. Sən mənim mən də sənin varisinəm. “Yenə belə buyurmuşdur:” Ruhun və cəsədin bir-birinə olan nisbəti dərəcəsində sən bəndənsən. “Allah Təalanın” Ona təslim olaraq salat və salam göndərin. “(Əhzab, 56) sözünün mənası budur: Məhəmməd (s.ə.ə)-a salat göndərin, Əliyə salam edib təslim olun. Bu onun (Allah (c.c)-nun) əmridir və o ikisini vahid və tək olan cövhəri bir cəsəddə cəm etmişdir. Zahir dünyada o ikisi arasında ad və sifət fərqi qoymuşdur. Rəsulullah (s.ə.ə)- a salat edin və hamınız təslim olun. Nəbiyə salat edin və qəyyumlarına təslim olun. Əgər vilayət barəsində Ali (ə)-a təslim olmaz deyirsinizsə Nəbinin risalətinə iman gətirib salat etməniz sizə heç bir fayda verməz. Ey Səlman və ey Cündəb, Məhəmməd (s.ə.ə) Natiq, mən Samit (susqun) idim. Çünki hər bir zaman üçün bir Natiq bir də Samit qaçınılmazdır. Məhəmməd (s.ə.ə) cəmin (qiyamətdəki bir araya toplanma) sahibi, mən Həşr sahibiyəm. Məhəmməd (s.ə.ə) Munzir (xəbərdarlıqçı) mən hadiyəm (hidayət edən). Məhəmməd (s.ə.ə) cənnətin, mən rəcət (dünyaya dönüş) sahibiyəm. Məhəmməd (s.ə.ə) hovuzun, mən bayrağın sahibiyəm. Məhəmməd (s.ə.ə) Məfatih (açarlar) mən cənnət və cəhənnəmin sahibiyəm. Məhəmməd (s.ə.ə) vəhyin mən ilhamın sahibiyəm. Məhəmməd (s.ə.ə) dəlil və nişanələri, mən möcüzələrin sahibiyəm. Məhəmməd (s.ə.ə) nəbilərin xəttəmi, mən qəyyumların hatemiyim. Məhəmməd (s.ə.ə) dəvətin, mən qılınc, Kibriya və qüdrətin sahibiyəm. Məhəmməd (s.ə.ə) kərim olan nəbidir, mən sıratul mustəqiməm. Məhəmməd (s.ə.ə)  rauf və rəhmdir, mən Aliyyun Aziməm. Ey Səlman Subhan olan Allah belə buyurmuşdur: “qovuşma günündən qorxutmaq üçün qullarından istədiyinə Ruhun, əmri ilə endirər.” (Mumin, 15) Bu ruhu, qədəri və əmrini həvalə etdiyi adamdan başqasına verməz. Mənəm ölüləri dirildən, göylərdə və yerdə olan hər şeyi bilirəm. Mənəm Kitabul mubin (açıq-aşkar kitab). Ya Səlman, Məhəmməd (s.ə.ə) haqqın hüccətim qaim edəni, mən haqqın məxluqata olan hüccətiyəm. O (s.ə.ə) eyni ruhla meraca yüksəlmişdir. Mənəm Nuhu gəmidə daşıyan, mənəm balığın qarınındakı Yunusun sahibi. Mənəm Musanı dənizdən keçirən. Əvvəlki dövrləri mən həlak etdim. Nəbi və qəyyumlar elmi və fəslul xitabı (haqqla qərbli ayıran söz) bağışlayan mənəm. Məhəmməd (s.ə.ə)-in peyğəmbərliyi mənimlə tamamlandı. Çayları, dənizləri və yer üzündəki bulaqları coşdurub axıdan mənəm. Dünyanı çevirən mənəm. Zülmət gününün əzabı mənəm. Musanın müəllimi olan Xıdır mənəm. Mənəm Davud və Süleymanın müəllimi, mənəm Zülqərneyn. Allah Azzə və Cəllənin izniylə göyün tavanını yerinə yerləşdirən mənəm. Yer üzünü açıb yayan mənəm. Zülmət gününün əzabı mənəm. Mənəm uzaq məkandan nida edən. Mənəm dəbbətul ərz. Rəsulullah (s.ə.ə) belə buyurdu: “Ya Əli sənsən onun iki dövr və iki tərəfinin sahibi. Axirət vəl ula (ricat günü) sənin üçündür. “Ey Səlman, bizim olümüz öldüyündə əsla ölməmişdir. Öldürülmüşümüz əsla öldürülməmişdir. Qaibimiz qeyb olduğunda əsla qaib olmamışdır. Bizlər qarınlarda doğulmaz və doğmarıq. İnsanlardan heç kimsə bizimlə müqayisə edilə bilməz. Mənəm Beşikdə İsanın diliylə danışan, mənəm Nuh, mənəm İbrahim. Mənəm (Saleh (ə)-ın) dəvəsinin sahibi, mənəm sarsıntının sahibi, mənəm zəlzələnin sahibi, mənəm Ləvhul Məhfuz. Orda olan elmin hamısı mənə dönər. Allahın istədiyi surətlərə girib dəyişən mənəm. O surətləri görən məni görmüşdür. Məni görən onları görmüşdür. Bizik Allahın həqiqətdəki əzəli, və dəyişməyən nuru. Ey Səlman, bütün göndərilənlər (peyğəmbərlər) bizimlə şərəf tapmışdır. Bizi rəblər olaraq çağırmayın və bizim haqqımızda istədiyinizi söyləyin. Həlak olan bizdən ötəri həlak olar. Qurtuluşa çatan ancaq bizimlə çatar. Ey Səlman, deyib açıqladığım şeylərə iman edən ancaq mömindir. Allah Təala onun ürəyini iman üçün sınağa çəkmişdir. Ondan razı olmuşdur. Hər kim şəkk və şübhə etsə bax o nasibidir. Əgər mənim vilayətimdə olduğunu iddia etsə o yalançıdır. Ey Səlman mən və Əhli Beytimdən olan hidayətçiyə Allahın örtülü və gizli sirri və mukarrəb dostdurlar. Bizim hamımız vahid və birik, sirrimiz birdir. Aramızda fərq qoymayın yoxsa həlak olarsınız. Biz hər zaman vahidində Rəhmanın istədiyi şəkildə zühur edirik. Dediklərimi inkar edənlərin vay halına. Bütün bunları axmaq və nadanların başqası inkar etməz. Ürəyi, qulağı və bəsirəti möhürlənib də örtülmüş adamdan başqası inkar etməz. Ey Səlman bütün mömin və möminələrin atasıyam. Ey Səlman mənəm Tamətul Kubra (Böyük diriliş günü). Mənəm vaxtı az qala dolmuş olan qiyamət günü. Mənəm haqqı (qiyamət müsibətindən biri), mənəm Qariə (qiyamət əzablarından biri), mənəm Ğaşiyə (cəhənnəm əzabı), mənəm sahe (böyük əzablardan biri), mənəm nail olan mihnə (böyük əzab). Mənəm ayələr və dəlillər və Hicabları və Allahın vəchi. Mənəm adım ərşə yazdıqda ancaq ərş sabitlik tapdı. Göylərə yazıldı da göylər qaim oldu. Yerə yazıldı da iştirak yayılıb sərildi. Küləyə yazıldı da əsməyə başladı. Şimşəyə yazıldı da işıq saçmağa başladı. Vadilərə yazıldı da oradakı çaylar gurlayıb axmağa başladı. Nura yazıldı da nur işıldadı. Buludlara yazdıqda damla damla yağmağa başladı. Rədə (göy gurultusu) yazdıqda itaətkar oldu. Gecəyə yazdıqda qaranlığa basdırıldı. Gündüzə yazdıqda aydınlanıb işıq verdi.

hafiz Rəcəb əl-Bərsi, “Məşariku Ənvar əl-Yakin”, səyfə 255-257

Bu sözdə xütbənin mətnində gördüyümüz kimi bu İslam ilə əlaqəsi olmayan bir Qulat uydurmasıdır. Bunlar deyil İmam Əli (ə)-ın hətta ən cahil və ən avam bir müsəlmanın belə söyəməyəcəyi şeylərdir. İndi bu xütbəni həm mətn və həm də sənəd baxımından araşdıracağıq.

1. Mətn analizi: Xütbəni uyduran adam hər kimsə ustaca davranaraq bəzi səhih və məşhur hədislərə xütbənin mətnində yer verərək uydurmanı dəstəkləməyiçün, İmam (ə)-dan sadir olduğu bəzəyi verməyə çalışmışdır. Bununla birlikdə xütbənin bəzi hissələrində guluvun dozasını qaçıraraq özünü ələ vermişdir. Məsələn bu ifadələr kimi: “Mənəm Nuhu gəmidə daşıyan, mənəm balığın qarınındakı Yunusun sahibi. Mənəm Musanı dənizdən keçirən. Əvvəlki dövrləri mən həlak etdim. Nəbi və qəyyumlar elmi və fəslul xitabı (haqqla qərbli ayıran söz) bağışlayan mənəm. Məhəmməd (s.ə.ə)-in peyğəmbərliyi mənimlə tamamlandı. Çayları, dənizləri və yer üzündəki bulaqları coşdurub axıdan mənəm. Dünyanı çevirən mənəm. Zülmət gününün əzabı mənəm. Musanın müəllimi olan Xıdır mənəm. Mənəm Davud və Süleymanın müəllimi, mənəm Zülkərneyn. “

Burada izah edilənlər yəni Hz. Nuh (ə)-ı gəmidə daşıyan, Hz. Musa (ə)-ı dənizdən keçirən, əvvəlki dövrləri həlak edən və s. kimi sifətlər nişan sifətidir? Allah azzə və cəlləyə yoxsa haşa Hz. Ali (ə)-a mı? Əlbəttə ki, bunu müzakirə belə əbəsdir. Allah əzzə və cəllə buyurur ki:

وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَآئِلُونَ
Necə məmləkətləri məhv etdik. Onlara əzabımızı gecə yuxusuna getmişkən, yaxud gündüz istirahət halında ikən gəlmişdi.

Əraf surəsi 4-cü ayə

Yenə xütbədə İmam (ə)-‘ın Hz. İsa, Hz. İbrahim və Hz. Nuh (ə) olduğu bildirilir. Bu da xütbəni yaxan bir başqa qəflətdir. Yuxarıda  “Mənəm Nuhu gəmidə daşıyan” sözünü İmam (ə)-a nisbət etmiş və bunun ardından da yenə “mənəm Nuh” sözünü İmam (ə)-a nisbət etmişdir.

2. Sənəd analizi: Rəvayəti köçürən adam “Məşariku Ənvar” kitabının müəllifi hafiz Rəcəb əl-Bərsidir. Bu adam hicrətin 813-cü ilində vəfat etmiş hərf elmləri ilə maraqlanan sufi bir gulattır.

nuraniyyet-meclisi  nuraniyyet-meclisi1

Şəkildə gördüyünüz Əllamə Məclisi (r.ə)-ın “Biharul Ənvar” kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

و لا أعتمد على ما يتفرد بنقله لاشتمال كتابيه على ما يوهم الخبط و الخلط و الارتفاع و إنما أخرجنا منهما ما يوافق الأخبار المأخوذة من الأصول المعتبرة
Onun kitabında azğınlıq, səhv və quluv olduğundan ötəri rəvayət etməkdə tək qaldığı şeylərə güvənmirəm. Onun kitabından ancaq mötəbər əsillərdə mövcud olanlara uyğun olanları rəvayət edirəm.

II Məclisi (r.ə), “Biharul Ənvar”, 1/10

Bax vəziyyəti belə olan bu adam kitabında yer verdiyi bu “nuraniyyət xütbəsi” ni hər hansı bir qaynaq kitabdan (əl-Kafi, Fəqih, Təhzib, İstibsar, Bəsair və s.) rəvayət etmədiyi kimi rəvayətinə hər hansı bir sənəd və ya dayaq da göstərməmişdir. Dolayısı ilə “nuraniyyət xütbəsi” sufi bir Qulat uydurması olub hər hansı bir əsası yoxdur.

Vəlhəmdulillahi Rəbbil Aləmin .

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma