Hz. Hüseyn (ə.s)-a məktub yazıb dəvət edənlər müsəlman (şiə) idilər ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Son zamanlar nasibilərin Kərbəla hadisəsi ilə bağlı olaraq ortaya atdıqları şübhələrdən biri də imam Hüseyn (ə.s)-a məktub yazan və sonra onu (ə.s) köməksiz qoyan, hətta Əməvi ordusuna qoşularaq onunla savaşmağa gedən Kufəlilərin müsəlman (şiə) olduğu iddiasıdır. Kərbəla hadisəsi, bu hadisənin necə baş verdiyi, imam Hüseyn (ə.s)-ı şəhid edənlərin kimlər olduğu qəti olaraq tanınan tarixi bir həqiqətdir. Amma nasibilərin həyasızlıqda sərhəd tanımayan bir tayfa olduqlarından belə iddia onlardan sadir ola bilir.

Ortaya atılan bu iddiaya cavab olaraq bir iş hazırlamaq istəyirdim, amma alhak.org saytında Kitab Bila Ünvan niki ilə yazan qardaşımızın bu barədə inandırıcı və geniş iş apardığını gördüyüm üçün öz əldə etdiyim məlumatlarla onun paylaşdığı məlumatları çevirib bir məqalə kimi bölüşməyi qərara aldım. Dolayısı ilə, burada paylaştığım iş alhak.org saytında yazan Kitab Bila Ünvan niki ilə yazan qardaş ilə mənim tədqiqatlarım toplusudur. Kitab Bila Ünvan niki ilə yazan qardaşın işinin orijinalı bu linkdə: http://www.alhak.org/vb/showthread.php?t33186
İnşəallah işi 3 hissə şəklində paylaşacağam. İlk hissədə Kufə xalqının kimliyi; İkinci hissədə imam Hüseyn (ə.s)-a məktub yazmalarının səbəbi; Üçüncü hissədə isə müsəlmanların (şiələrin) harada olduğunu və nə üçün imam (ə.s)-a kömək etmədikləri haqqında məlumat verəcəyik. Oxumağa davam et