İmam Əli ər-Rza (ə.s)-in ziyarətinin fəziləti haqqında hədislər


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İslam dinində israrla vurğulanan məqamlardan biri də nəbi, peyğəmbər və imamlar (ə.s)-ın ziyarətidir. Məsumlar (ə.s)-ın qəbirlərini ziyarət etmək üzərində çox durulan, hədislərdə önəm verilən məsələlərdən biridir. Məsumlar (ə.s)-ın ziyarəti haqqında rəvayət edilən bu hədislərdən bəziləri belədir:

ziyaret-saduk1 ziyaret-saduk2 ziyaret-saduk3 ziyaret-saduk4

Şəkildə gördüyünüz Şeyx Səduq (r.ə)-ın “Uyunu Əxbar ər-Rza (ə.s)” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var: Oxumağa davam et

II Məclisi (r.ə) “Ayələrdə Allah (c.c)-nin endirdiyinin xilafına olan təhrif” adında bab açmışdırmı?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əvvəlki yazılarımızda İslam (Şiə) düşməni olan nasibilərin İslami mənbələrdən Qurani-Kərimin muharref olduğuna dair gətirdikləri sözdə dəlillərdən bəzilərini araşdırarkən ortaya qoyduq ki, onların gətirdikləri dəlillər ya tərcüməsi təhrif edilərək mənası azdırılmış mətnlər, ya zəif hədislər, yaxudda müəllifləri belə bəlli olmayan kitabları İslam alimlərinə nisbət etməkdir. İnşəallah bu yazımızda bu həqiqəti bir daha nümayiş etdirəcəyik.

Oxumağa davam et

Hz. Hüseyn (ə.s)-ı şəhid edən nasibi imamları (səhabə və tabeinlər)


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Kərbəla hadisəsi Rəsulullah (s.) və Əhli Beyti (ə.a)-ın bağlıları (şiələr = müsəlmanlar) üçün tarixin ən acı hadisələrindən biri və zülmə qarşı müqavimət göstərmə dərsidir. Bu, tarixi bir hadisədir amma bunun əqidəvi bir çox mövzuya da təsiri vardır. Bu hadisə olduğu zaman səssiz qalan və bu cinayəti törədənləri özləri üçün əmir, xəlifə və s. kimi görən insanlar özlərini 2 od arasında qalmış kimi gördükləri üçün bu hadisəni “tarixi bir hadisədir”, “Yezid bir insandır, günahının cəzası özünə aiddir, bu məsələdə bizə söz düşməz” deyərək canını qurtarmağa çalışırlar. Belə bir yanaşma isə eynilə bəzilərinin Həzrət Yəhya (ə.)-ı şəhid edən şəxslər üçün “tarixi hadisədir” deməsi kimi batildir. Bəli, doğrudur, bu, tarixi bir hadisədir və hər kəsin törətdiyi əməlin savabı və cəzası özünə aiddir, amma bizim bu məsələdə mövqeyimiz necə olmalıdır? Məhz tarixi bir mövzunun əqidəyə təsiri olan hissə tam da budur. Biz öz əməllərimiz ilə məsul olduğumuz kimi, nəbi, rəsul və vəsilər ə.ın düşmənləri və qatilləri haqqındakı mövqe də bizim cavabdeh olduğumuz məqamdır. Görəsən müsəlman olduğunu idda edən birinin Həzrət Zəkəriyyə, Həzrət Yəhya və ya başqa bir peyğəmbər qatilləri haqqındakı mövqeyi necə olmalıdır? Bu qatillərin kafir olduqlarına inanmaq, onlardan təbərra etmək (uzaqlaşmaq), yoxsa “biz bu məsələdə cavabdeh deyilik” deməkdir?

Oxumağa davam et

Şeyx Həsən əl-Əcmi (h.ə)-dən Əhməd əl-Kəzzaba cavablar


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Hörmətli oxucular, inşəAllah bu başlıq altında Şeyx Həsən əl-Əcmi (h.ə.)-nin son zamanlarda populyarlaşan nasibi Əhməd əl-Kəzzaba verdiyi cavabları sizlərlə paylaşacağıq. Şeyx Həsənin cavabları alkafi.net saytında özü tərəfindən “Təlamiz (şagird)” üzv adı ilə yayımlanmışdır. Əhməd el-Katibin hər hansı bir iddiasına qarşı Şeyxin verdiyi cavabı köçürərkən cavabın iştirak etdiyi linki də sizlərlə paylaşacağam. Şeyx Həsən h.anın öz rəsmi saytının linki isə belədir: http://www.h-alajmi.com/

Xəbərdarlıq: yazı içərisində mötərizədə olan açıqlamlar bizim tərəfimizdən əlavə edilmişdir.

Oxumağa davam et