Hidayət ayəsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əziz qardaşlarımız! Bu dəfə sizə Qurani-Kərimdən Əhli Beyt (ə) həqiqətlərini çatdıracağıq. Bu yazımızda “Hidayət ayəsi” dediyimiz Rəd surəsinin 7-ci ayəni haqqında danışacağıq. Əvvəlcə ayəni köçürəcək, daha sonra isə hədislər vasitəsilə bu ayənin Əhli Beytin (ə) vəlayətinə dəlalət etdiyini göstərəcəyik.

Allah Təala buyurur:

وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَوْلآ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.

Rad surəsi 7-ci ayə

Bu ayədə “hər qövmün bir hidayət edəni var” ifadəsi ilə imam Əli (ə) nəzərdə tutulmuşdur. Bu məsələ Şiə və əhli Sünnə mənbələrində də ittifaq ilə göstərilmişdir. Biz əvvəl Şiə mənbələrindən bir hədis göstərəcəyik, daha sonra isə əhli Sünnə mənbəli bəzi hədisləri paylaşacağıq.

1. Şiə mənbəli hədislər: Şiə alimlərindən Kuleyni və Səduq başda olmaqla bir çox müfəssir və mühəddis ayənin təfsiri haqqında müxtəlif sənədlərlə bir çox hədis rəvayət etmişdirlər. Biz burada Siqatul İslam Kuleyni r.ə.’in rəvayət etdiyi hədislərdən birini yazmaqla kifayətlənəcəyik:

علي بن إبراهيم، عن أبيه، عن محمد بن أبي عمير، عن ابن اذينة، عن بريد العجلي، عن أبي جعفر (عليه السلام) في قول الله عزوجل: ” إنما أنت منذر ولكل قوم هاد ” فقال: رسول الله (صلى الله عليه وآله) المنذر ولكل زمان منا هاد يهديهم إلى ما جاء به نبي الله (صلى الله عليه وآله)، ثم الهداة من بعده علي ثم الاوصياء واحد بعد واحد
… Bureyd əl-İcli Əbu Cəfərdən (Məhəmməd Baqir (ə)) “Sən ancaq qorxudansan və hər qövmün bir hidayət edəni var” ayəsi ilə əlaqədar belə nəql edib: “Qorxudan Rəsulullah s.a.a.’dir. Hər dövrdə biz Əhli Beytdən bir hadi olar və bu hadi insanları Rəsulullahdan (s.a.a.) gətirdiyi dinə yönəldər. Rəsulullahdan (s.a.a.) sonrakı hadilərin birincisi Əli (ə)-dır. Onun ardından vəsilər bir-bir gəlmişdir. “

Kuleyni (r.a), “əl-Kafi”, 1/191-192, hədis 2

hədisin bütün raviləri siqa (güvənilən) və isnadı müttəsildir, Şeyx Hadi ən-Nəcəfi r.ə. hədis haqqında deyir ki:

الرواية صحيحة الإسناد
rəvayətin sənədi səhih’dir.

Şeyx Hadi ən-Nəcəfi r.ə, “Məvsuat əhadisi Əhli Beyt ə.s”, 12/6, hədis 14667

2. Sünni mənbəli hədislər: Ayənin imam Əli ə.s. haqqında nazil olmasına dair Sünni alimlərindən Təbəri, İbni Əsakir, Hakim, ibni Mərdəveyh və daha bir çox tarix, təfsir və hədis alimi müxtəlif sənədlərlə hədislər rəvayət etmişdir. Biz burada Təbəri’nin öz təfsirində rəvayət etmiş olduğu hədisi yazmaqla kifayətlənəcəyik:

hidayet-ayeti-taberi hidayet-ayeti-taberi1

Şəkildə gördüyünüz ət-Təbərinin “Təfsir ət-Təbəri” dediyimiz təfsiridir. İşarələnilmiş yerdə bu ifadələr var:

حدثنا أحمد بن يحيى الصوفي قال : حدثنا الحسن بن الحسين الأنصاري قال : حدثنا معاذ بن مسلم ، بياع الهروي ، عن عطاء بن السائب ، عن سعيد بن جبير ، عن ابن عباس قال : لما نزلت ( إنما أنت منذر ولكل قوم هاد ) ، وضع صلى الله عليه وسلم يده على صدره فقال : أنا المنذر ( ولكل قوم هاد ) ، وأومأ بيده إلى منكب علي ، فقال : أنت الهادي يا علي ، بك يهتدي المهتدون بعدي
… İbni Abbas (r.a.) belə deyir: “Sən ancaq qorxudansan və qövmün bir hidayət edəni vardır.” ayəsi nazil olduğu vaxt Rəsulullah (s.a.a.) əlini sinəsinə qoyub: “Mən xəbərdarlıq edənəm. Və hər qövmün bir hidayət edəni var “buyurub, əlini Əlinin çiyininə qoyub belə buyurdu:” Ey Əli, hidayətçi sənsən. Məndən sonra hidayətə çatanlar səninlə hidayətə çatacaq. “

Təbəri, “Təfsir ət-Təbəri”, 13/443, Rad 7-ci ayənin təfsiri

Əhli sünnənin digər böyük hədis alimi olan ibn Həcər “Səhihi Buxari” yə yazdığı şərhdə bu hədisin həsən olduğunu bildirmişdir:

a1

Şəkildə gördüyünüz ibni Həcər əl-Əsqəlaninin “Fəth əl-Bari” adlı kitabıdır. İşarələnilmiş yerdə bu ifadələr var:

ما أخرجه الطبري بإسناد حسن
Təbəri həsən sənədlə qeyd etmişdir.

ibni Həcər əl-Əsqəlani, “Fəth əl-Bari bi Şərhi Səhih əl-Buxari”, 8/226

yenə bir başqa əhli sünnə alimi İbni Əbu Hatəm bu ayənin təfsirində deyir ki:

قَالَ ابْنُ الْجُنَيْدِ : هُوَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ ، وَرُوِيَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ فِي إِحْدَى الرِّوَايَاتِ ، وَعَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، نَحْوَ ذَلِكَ
Cüneyd dedi ki: “o Əli b. Əbu Talib r.ə.’dir” ibni Abbas və Əbu Cəfər Məhəmməd b. Əli’dən bu fikir rəvayət edilmişdir.

ibni Əbu Hatəm, “Təfsiri ibni Əbu Hatəm”, hədis 13001

Göründüyü kimi Əbu Hatəm “hər qövmün bir hidayət edəni vardır” ifadəsi ilə imam Əli ə.s.’ın nəzərdə tutulduğuna dair Əbu Cəfər Məhəmməd b. Əli (imam Baqir) ə.s.’dan da rəvayət edilmiş olduğunu söyləməkdədir.

Yenə də bir başqa əhli sünnə təfsirçisi ibni Kəsir bu ayənin təfsiri haqqında deyir:

وقال ابن أبي حاتم : حدثنا علي بن الحسين ، حدثنا عثمان بن أبي شيبة ، حدثنا المطلب بن زياد ، عن السدي ، عن عبد خير ، عن علي : ( ولكل قوم هاد ) قال : الهادي : رجل من بني هاشم . قال الجنيد هو علي بن أبي طالب ، رضي الله عنه
قال ابن أبي حاتم : وروي عن ابن عباس ، في إحدى الروايات ، وعن أبي جعفر محمد بن علي ، نحو ذلك
İbn Əbu Hatim deyir: Bizə Əli b. Hüseynin … Əli (r.a.)-dan rəvayətində, “və hər qövmün bir hidayət edəni var” ayəsi haqqında o, belə demişdir: “Yol göstərən, Haşim oğullarından biridir.” Cüneyd: “O, Əli b. Əbu Talib (r.a.)-dır “deyir. İbn Əbu Hatim deyir ki: “Özündən gələn rəvayətlərdən birində ibn Abbasdan və Əbu Cəfər Məhəmməd b. Əlidən də bu fikrin bir bənzəri rəvayət edilmişdir.”

ibni Kəsir, “Təfsir əl-Quranil Əzim”, 4/435

Gördüyünüz kimi ibni Kəsir İbni Abbas (r.a.), Əli b. Hüseyn (imam Səccad əleyhissalam) və Əbu Cəfər Məhəmməd b. Əli (imam Baqir əleyhissalam) “ayədə keçən hadi Haşim oğullarındandır” dediyini bildirir. Yenə böyük hədis alimi olan əs-Süyuti “əd-Dürr əl-Mənsur” adlı təfsirində rəvayət edir:

a1

Şəkildə gördüyünüz əhli sünnə alimi əs-Süyutinin “Əd Durrul Mənsur” adlı təfsiridir. İşarələnilmiş yerdə bu ifadələr var:

وأخرج ابن جرير وابن مردويه وأبو نعيم في المعرفة والديلمي وابن عساكر وابن النجار قال: لما نزلت إنما أنت منذر ولكل قوم هاد وضع رسول الله صلى الله عليه وسلم يده على صدره فقال ” أنا المنذر وأومأ بيده إلى منكب علي – رضي الله عنه – فقال: أنت الهادي يا علي بك يهتدي المهتدون من بعدي “
İbni Cərir (ət-Təbəri), ibni Mərdəveyh, Əbu Nəim “əl-Mərifəh” adlı əsərdə, Deyləmi, ibni Əsakir və ən-Nəccar belə rəvayət etmişlər: “Sən ancaq xəbərdar edənsən və hər qövmün bir hidayət edəni var” ayəsi nazil olduqda, Rəsulullah (s.a.a.) əlini sinəsinin üzərinə qoydu və dedi ki: “Mən qorxudanam.” Sonra əlini Əlinin çiyininə toxundurdu və belə dedi: “Sən yol göstəricisən ey Əli, məndən sonra hidayətə çatanlar səninlə doğru yolu taparlar.”

وأخرج عبد الله بن أحمد في زوائد المسند وابن أبي حاتم والطبراني في الأوسط والحاكم وصححه وابن مردويه وابن عساكر عن علي بن أبي طالب رضي الله عنه في قوله إنما أنت منذ ولكل قوم هاد قال: رسول الله صلى الله عليه وسلم المنذر وأنا الهادي
Abdullah b. Əhməd “əz-Zəvaid əl-Müsnəd” də, İbni Əbu Xatəm, Təbərani “əl-Əvsat” adlı əsərdə, Hakim səhih olduğunu bildirib. İbni Mərdəveyh və İbni Əsakir Əli b. Əbu Talibdən: “Sən ancaq qorxudansan və hər qövmün bir hidayət edəni var” ayəsiylə əlaqədar olaraq belə rəvayət etmişdirlər: “Rəsulullah xəbərdarlıq edəndir, mən də hadiyəm.

Süyuti, “əd-Durr əl-Mənsur”, Rad surəsi 7-ci ayə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma