Şəri hökmləri əldə etməkdə qiyas(müqayisə) qanunidirmi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi bəzi firqələr şəri hökmləri qiyas vasitəçiliyi ilə əldə etməyi qanuni görməkdədirlər. Bildiyimiz qədəri ilə ilk dəfə bu düşüncə Əbu Hənifə tərəfindən ortaya qoyulmuşdur. Yaxşı qiyas nə anlama gəlir? bu mövzuda qısaca şərh verək:

Qiyas lüğətdə  təqdir , bərabərlik , bir şeyi digər bir şey ilə ölçmək mânasına gəlir. Buna ” qiyas ” da deyilir.

Terminin mənası, müxtəlif surətlərdə tərif edilmişlər. Bu təriflərin ikisini təqdim edirəm : Qiyas: Bir şəri məsələnin hökmünü əsas götürərək o məsələyə misil və bənzər digər bir məsələ haqqında hökm ortaya qoymaqdır.

Qiyas: şəri hökmü məlum olmayan bir hadisəni şəri hökmü bilinən başqa bir hadisəyə bənzətməklə hökm verməkdir. Beləki iki hadisədən birinin səbəbi kimi bir səbəb , digərində də tapılsa  onun hökmü kimi bir hökm bu ikinci hadisə üçün də verilə bilər. Oxumağa davam et