Nəhl surəsi 106-cı ayənin təfsiri


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bu yazıda inşaAllah səhih hədislərlə Nəhl surəsi 106- cı ayənin təfsirini paylaşacağıq. Allah əzzə və cəllə bu ayədə buyurur ki :

ن كَفَرَ بِاللّهِ مِن بَعْدِ إيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِيمَانِ
Ürəyi imanla mutmain olduğu halda , ( küfrə ) məcbur edilən kəslər istisna , kim imanından sonra Allaha kafir olsa …

Nəhl surəsi 106- cı ayə

Bu ayə Hz. Əmmar (r.ə)-ın müşriklər tərəfindən ələ keçirilib öldürülməklə təhdid edilməsi və bunun üzərinə Hz. Əmmarın təqiyyə edərək onların istədiklərini söyləməsi üzərinə enmişdir.  Bu mövzuda Şiə və Sünni qaynaqlarında dəyişik sənədlərlə hədislər rəvayət edilmişdir.

1. Şiə qaynaqlı hədislər : Bu mövzu haqqında Kuleyni və Əyyaşi dəyişik sənədlərlə hədis rəvayət etmişdir .

nahl-106-kuleyni  nahl-106-kuleyni1  nahl-106-kuleyni2

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul İslam (İslamın Güvənci ) Kuleyni (r.ə)-ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن هارون بن مسلم، عن مسعدة بن صدقة قال: قيل لابي عبدالله (عليه السلام): إن الناس يروون أن عليا (عليه السلام) قال على منبر الكوفة: أيهاالناس إنكم ستدعون إلى سبي فسبوني، ثم تدعون إلى البراءة مني فلا تبرؤ وامني، فقال: ما أكثر ما يكذب الناس على علي (عليه السلام)، ثم قال: إنما قال: إنكم ستدعون إلى سبي فسبوني، ثم ستدعون إلى البراءة مني وإني لعلى دين محمد ; ولم يقل: لا تبرؤ وامني. فقال له السائل: أرأيت إن اختار القتل دون البراءة؟ فقال: والله ما ذلك عليه وماله إلا ما مضى عليه عمار بن ياسر حيث أكرهه أهل مكة وقلبه مطمئن بالايمان، فأنزل الله عزوجل فيه ” إلا من اكره وقلبه مطمئن بالايمان ” فقال له النبي (صلى الله عليه وآله) عندها: يا عمار إن عادوا فعد فقد أنزل الله عزوجل عذرك وأمرك أن تعود إن عادوا
Əli ibn İbrahim mənə Harun ibn Müslimdən , o da Məsədə ibn Sədəqədən izah etdi dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə)) mənə dedi ki : « İnsanlar Əli (ə)-ın Kufə minbərində belə dediyini rəvayət edirlər “Ey insanlar! Yaxında mənə söyməyə çağırılacaqsınız. O təqdirdə mənə söyün, sonra məndən bəri olduğunuzu elan etməyə çağırılacaqsınız. Əsla məndən bəri olduğunuzu elan etməyin ” »  Sonra İmam (ə) dedi ki : « İnsanlar Əli (ə) adına nə çox yalan danışırlar! Əli (ə) bunu söyləmişdi: ” Yaxında mənə söyməyə çağırılacaqsınız , söyün . Sonra məndən bəri olduğunuzu elan etməyə çağırılacaqsınız , bilin ki , mən Məhəmməd (s)-in dini üzrəyəm. “Əli (ə)” məndən bəri olduğunuzu elan etməyin ” şəklində bir söz söyləməmişdir » Dedim ki: ” Bir adam Əli (ə)-dan bəri olduğunu söyləyəcəyi halda öldürülməyi gözə alsa olmaz mı ?” İmam (ə) dedi ki : « Allaha and içirəm ki , belə bir məcburiyyəti yoxdur. Onun edəcəyi Əmmar ibn Yasir kimi hərəkət etməkdir. Məkkəlilər onu zorlamışlardı və ürəyi də iman ilə dolu idi. Bunun üzərinə Allah onun haqqında bu ayəni endirdi ”  Qəlbi imanla dolu olduğu halda məcbur edilən başqa” (Nəhl surəsi 106 ) Nəbi (s)-də Əmmardan belə demişdi : “Ey Əmmar ! Əgər onlar sənə bir daha işgəncə etsələr səndə onların istədiyini söylə. Çünki Allah azzə və cəllə sənin üzrlü olduğunu bildirmiş və onların bu davranışlarını təkrarlayacaqları halda sənin də onlara bu şəkildə cavab verə biləcəyini ifadə edən bir hökm endirmişdir. ” »

علي، عن أبيه، عن ابن أبي عمير، عن جميل، عن محمد بن مروان قال:  قال لي أبوعبدالله (عليه السلام): مامنع ميثم رحمه الله من التقية، فوالله لقد علم أن هذه الآية نزلت في عمار وأصحابه ” إلا من اكره وقلبه مطمئن بالايمان
Əli ibn İbrahim mənə atasından , o ibni Əbu Umeyrdən , o Cəmilin , o da Məhəmməd ibn Mərvandan izah etdi , dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə) ) mənə dedi ki : « Miysəm (ət- Təmmar ) (r.ə) təqiyyədən tutulmadı . Allaha and içirəm ki , o bu ayənin Əmmar və yoldaşları haqqında nazil olduğunu bilirdi  “Qəlbi imanla dolu olduğu halda məcbur ediləndən başqa” (Nəhl surəsi 106) »

Kuleyni (r.ə), “əl – Kafi” , 2/134-135 , İman və Küfr kitabı , bab 97 , hədis 10-15

Bu hədislərin birincisini Əyyaşi (r.ə) ” Təfsiri Əyyaşi ” , 2 /293 , hədis 73-də mürsəl olaraq Mamər ibn Yəhyadan , o da İmam Məhəmməd əl – Baqir (ə)-dan rəvayət etmişdir . İkinci hədisi yenə Əyyaşi (r.ə) ” Təfsiri əyyaş ” , 2/292-293 , hədis 72də mürsəl olaraq Məhəmməd ibn Mərvandan , o da İmam Cəfər əs- Sadiq (ə)-dan rəvayət etmişdir .

Hədisin vəziyyətinə gəlincə , Əyyaşi (r.ə)-ın rəvayət etdiyi hədislərin ikisi də mürsəldir amma Kuleyni (r.ə)-ın sənədlərində iştirak edən ravilərdən hamısı siqə ( etibarlı) və isnadı mütəssildir . Kuleyni (r.ə)-ın rəvayət etdiyi ilk hədisin sənədi ilə rəvayət edilmiş olan bir başqa hədis Şeyx Müslim əd – Davər (h.a)-a ​​soruşulmuş və Şeyx bu sənəd haqqında bu cavabı vermişdir:

فهذا الخبر صحيح السند
Bu xəbərin sənədi səhihdir.

Şeyx Müslim əd – Davər (h.a)-ın saytı , 2-ci sual

2. Sünni qaynaqlı hədislər : Hakim və Təbəri başda olmaqla bir çox hədis , tarix və təfsir alimi dəyişik sənədlərlə bu hadisəni rəvayət etmişdir .

nahl-106-hakim  nahl-106-hakim1

Şəkildə gördüyünüz əhli sünnə hədis alimi Hakim ən – Nişapurinin ” Müstədrək ” adlı kitabıdır , işarələnilmiş yerdə bu ifadələr var:

أخبرنا عبد الرحمن بن حمدان الجلاب بهمدان ، ثنا هلال بن العلاء الرقي ، ثنا أبي ، ثنا عبيد الله بن عمرو الرقي ، عن عبد الكريم ، عن أبي عبيدة بن محمد بن عمار بن ياسر ، عن أبيه قال : أخذ المشركون عمار بن ياسر فلم يتركوه حتى سب النبي صلى الله عليه وآله وسلم ، وذكر آلهتهم بخير ثم تركوه ، فلما أتى رسول الله صلى الله عليه وآله وسلم قال : ” ما وراءك ؟ ” قال : شر يا رسول الله ، ما تركت حتى نلت منك ، وذكرت آلهتهم بخير قال : ” كيف تجد قلبك ؟ ” قال : مطمئن بالإيمان قال : ” إن عادوا فعد “
Mənə Əbdurrəhman ibn Həmdan xəbər verdi , dedi ki : Mənə Həllal ibn Əla izah etdi , dedi ki : Mənə atam izah etdi , dedi ki : Ubeyd ibn Əmr mənə Əbdülkərimdən , o Əbu Ubeydənin , o da atasından anlatdı , dedi ki : Müşriklər Əmmar ibn Yasiri ələ keçirdilər və Nəbi (s)-ə söyüb onların həm də sənin tanrılarını xeyirlə anmasına qədər onu buraxmadılar. Əmmar Rəsulullah (s)-in yanına gəlincə ( Rəsulullah (s)) dedi ki : ” Nə oldu?” Əmmar dedi ki : “Ya Rəsulullah (s) ! Sənə söyənə və onların həm də sənin tanrılarını xeyirlə anmama qədər məni buraxmadılar. “Rəsulullah (s) dedi ki :” Ürəyin necə idi? ” Əmmar dedi ki :” İmanla dolu idi. “Rəsulullah (s) dedi ki :” (Əgər ) onlar (eyni işə ) qayıtsa səndə ( əvvəl etdiyinə ) qayıt . “

Hakim , ” Müstədrək ” , 2/ 389 , hədis 3362

Hədisi ibni Əbu Xatəm ” Təfsiri ibni Əbu Xatəm ” , 7 / 2304 , hədis 12667-də , Təbəri ” Təfsiri Təbəri ” , 17/ 304 , Nəhl surəsinin təfsiri babında  rəvayət etmişdir.

Hədisin vəziyyətinə gəlincə , Hakim və onun kitabını təhqiq edən əz-Zəhəbi hədis haqqında deyirlər ki :

هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه
تعليق الذهبي قي التلخيص : على شرط البخاري ومسلم
( Hakim ): bu hədis Şeyhayn (Buxari və Müslim) şərtinə görə səhihdir amma rəvayət etməmişdir.
əz-Zəhəbi : Buxari və Müslim şərtinə görə (səhih ).

Hakim , ” Müstədrək ” , 2/ 389 , hədis 3362

Digər tərəfdən bu hədisi kitabında rəvayət etmiş olan ibni Əbi Xatəm kitabının müqəddiməsində təfsirinə ancaq səhih hədisləri aldığım bildirmişdir , baxın : ibni Əbi Xatəm , ” Təfsiri ibni Əbi Xatəm “, səhifə 14

Vəlhəmdulillahi Rəbbil Aləmin .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma