“Kitab və sünnə” hədisinin araşdırılması


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin hədis uydurmaları məşhur və bilinən bir şeydir. Onlar ya “səhabə” adı taxdıqları kəslər üçün fəzilət hədisi uydurarlar və yaxud da Əhli Beyt (ə.s.) haqqında olan hədislərin eynisini öz səhabələrinə nisbət edərlər. Onların uydurmalarından biri də Nəbi (s.ə.ə.)-nin “sizə iki əmanət qoyuram ki, onlara tutunduqca sapmayacaqsınız: Allahın Kitabı və İtrətim Əhli Beytim” buyruğuna qarşıdır. Bu uydurma “sizə iki əmanət buraxıram ki, onlara tutunduqca sapmayacaqsınız: Allahın Kitabı və Sünnəm” şəklindədir. Şübhəsiz ki, nasibilərin qaynaqları bizim üçün ağcaqanad qanadı qədər belə dəyərə sahib deyil və buna görə bu uydurmalarda bizim nəzdimizdə dəyərsizdirlər. Ancaq biz hətta nasibilərin öz qaynaqlarından belə “Kitab və Sünnə” adlı uydurmanın əsassız olduğunu qoymağı qərara aldıq və buna görə kiçik bir iş gördük. Bu işimizdə nasibi qaynaqlarındakı bu hədisləri araşdıracağıq. Bu mövzuda nasibi qaynaqlarında 3 sənəd ilə gəlmiş hədis var:

Oxumağa davam et