“Kitab və sünnə” hədisinin araşdırılması


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin hədis uydurmaları məşhur və bilinən bir şeydir. Onlar ya “səhabə” adı taxdıqları kəslər üçün fəzilət hədisi uydurarlar və yaxud da Əhli Beyt (ə.s.) haqqında olan hədislərin eynisini öz səhabələrinə nisbət edərlər. Onların uydurmalarından biri də Nəbi (s.ə.ə.)-nin “sizə iki əmanət qoyuram ki, onlara tutunduqca sapmayacaqsınız: Allahın Kitabı və İtrətim Əhli Beytim” buyruğuna qarşıdır. Bu uydurma “sizə iki əmanət buraxıram ki, onlara tutunduqca sapmayacaqsınız: Allahın Kitabı və Sünnəm” şəklindədir. Şübhəsiz ki, nasibilərin qaynaqları bizim üçün ağcaqanad qanadı qədər belə dəyərə sahib deyil və buna görə bu uydurmalarda bizim nəzdimizdə dəyərsizdirlər. Ancaq biz hətta nasibilərin öz qaynaqlarından belə “Kitab və Sünnə” adlı uydurmanın əsassız olduğunu qoymağı qərara aldıq və buna görə kiçik bir iş gördük. Bu işimizdə nasibi qaynaqlarındakı bu hədisləri araşdıracağıq. Bu mövzuda nasibi qaynaqlarında 3 sənəd ilə gəlmiş hədis var:


1. İbn Auf hədisi: Nasibi hədis alimi və Maliki məzhəbinin imamı olan Malik b. Ənəs bu mövzuda “Muvatta” adlı kitabında sənədsiz olaraq bir rəvayət təqdim etmişdir:

وحدثني عن مالك أنّه بلغه أنّ رسول الله صلى الله عليه وسلم قال: تركت فيكم أمرين لن تضلوا ما تمسّكتم بهما، كتاب الله وسنة نبّيه
Malikə bu rəvayət edildi: Rəsulullah (s.ə.ə.): “Sizə iki şey qoyuram. Bunlara sıx bağlandığınız müddətcə, əsla doğru yoldan sapmayacaqsınız. Bunlar, Allahın kitabı və Peyğəmbərinin sünnəsidir.” buyurmuşdur.

Malik, “Muvatta”, Taleh kitabı, hədis 3

Malikin rəvayət etdiyi bu hədis mürsəldir, sənədsiz bir hədisdir. Halbuki hədis elmində hədislərin səhih və ya zəif olduğunu ayırd etmək üçün hədisin sənədi əhəmiyyətlidir. Hədis elmində sənədin əhəmiyyətini görmək istəyənlər linkə baxa bilərlər: Hədislərdə sənədin əhəmiyyəti

Qısacası Malikin kitabına hədis deyə yazdığı bu sözlərin əsli yoxdur. Ona görə Maliki alimlərindən ibni Abdulberr vəziyyəti qurtarmaq üçün Malikin “Muvatta” kitabına yazdığı “ət-Təmhid” adlı şərhində hədis üçün 2 sənəd zikr etmişdir. Biz ibni Abdulbərrin zikr etdiyi sənədlərdən birini indi, digərini isə “Əbu Hürəyrəyə isnad edilən hədis” başlığında araşdıracağıq. İbni Abdulberrin zikr etdiyi sənədlərdən biri belədir:

وحدثنا عبد الرحمن بن يحيى قال : حدثنا أحمد بن سعيد قال : حدثنا محمد بن إبراهيم الديبلي قال : حدثنا علي بن زيد الفرائضي قال : حدثنا الحنيني ، عن كثير بن عبد الله بن عمرو بن عوف ، عن أبيه ، عن جده ، قال : قال رسول الله – صلى الله عليه وسلم : تركت فيكم أمرين لن تضلوا ما تمسكتم بهما كتاب الله ، وسنة نبيه
Kəsr b. Abdullah b. Əmr b. Auf atasından, o da babasından belə rəvayət etmişdir: Rəsulullah (s.ə.ə.) belə buyurdu: “sizə yapışdığınız müddətcə sapmayacağınız iki şey buraxıram, Allahın kitabı və Nəbinin sünnəsi.”

İbni Abdulbərr, “ət-Təmhid”, 14/331

Hədisin sənədində qırmızı ilə işarələdiyim ravi Kəsr b. Abdullah zəifdir.

كثير بن عبدالله
بن عمرو بن عوف بن زيد المزني المدنى
Kəsr b. Abdullah b. Ömər b. Auf b. Zeyd əl-Muzini əl-Mədəni

قال ابن معين: ليس بشئ
وقال الشافعي وأبو داود: ركن من أركان الكذب
وقال الدارقطني وغيره: متروك
وقال أبو حاتم: ليس بالمتين
وقال النسائي: ليس بثقة
(Yəhya) b. Main dedi ki: “bir şey deyil”
Şafii və Əbu Davud dedilər ki: “yalanın sütunlarından biridir”
Darəktuni və başqaları dedilər ki: “tərk edilmişdir”
Əbu Xatəm dedi ki: “mötəbər deyil”
Nəsai dedi ki: “etibarlı deyil”

əz-Zəhəbi, “Mizan əl-Etidal”, 3/407, 6943-cü ravi

Bu hədisi rəvayət edən Kəsr b. Abdullahın vəziyyəti idi. Amma Kəsr b. Abdullahın başqa bir xüsusiyyəti daha var. O nə vaxt “atamdan, o da babamdan rəvayət etdi” desə demək ki, uydurma rəvayət edir. Bunu əhli sünnənin öz rical alimləri bəyan etməkdədir:

وقال ابن حبان: له عن أبيه، عن جده – نسخة موضوعة
İbni Hibban dedi ki: “o nə vaxt atasından, o da babasından desə demək ki, məvzuat (uydurma) rəvayət edir.”

əz-Zəhəbi, “Mizan əl-Etidal”, 3/407, 6943-cü ravi

Yuxarıda da təqdim etdiyimiz kimi Kəsr b. Abdullah bu hədisi atasından, o da babasından rəvayət etmişdir, yəni uydurmadır.

2. İbni Abbas (r.ə)-nə isnad edilən hədis: Bu hədisi Hakim ən-Nişapuri rəvayət etmiş, lakin hədisin səhihliyi haqqında heç bir şey söyləməmişdir:

أخبرنا أبو عبدالله الحافظ، أخبرني إسماعيل بن محمد بن الفضل الشعراني، ثنا جدّي، ثنا ابن أبي أويس، ثنا أبي، عن ثور بن زيد الديلي، عن عكرمة، عن ابن عبّاس رضي الله عنهما: أن رسول الله صلى الله عليه وسلّم خطب الناس في حجة الوداع فقال: يا أيها الناس؛ إني قد تركت فيكم ما إن اعتصمتم به فلن تضلّوا أبدا، كتاب الله وسنة نبيّه
…ibni Abbas (r.ə) dedi ki: Rəsulullah (s.ə.ə.) Vida həccində insanlara xütbə dedi və belə dedi: “Ey insanlar, sizə sarıldığınız müddətcə sapmayacağınız iki əmanət buraxıram Allahın kitabı və Nəbinin sünnəsi”

Hakim ən -Nişapuri, “Müstədrək”, 1/171, hədis 319

Bu hədisin sənədində 2 problem vardır:

2-1. İbni Əbu Uveys: Qırmızı ilə işarələdiyimiz ilk ravidir. Nasibi rical alimi Ukayli onu zəiflər arasında zikr etmiş və belə demişdir:

إسماعيل بن عبد الله بن أبي أويس المديني
İsmayıl b. Abdullah b. Əbu Uveys əl-Mədəni

معاوية بن صالح قال سمعت يحيى بن معين يقول أبو أويس وابنه ضعيفان
وحدثني أسامة الرقاق بصري يقول سمعت يحيى بن معين يقول إسماعيل بن أبي أويس يسوى فلسا
Müaviyə b. Saleh dedi ki: Yəhya b. Mainin belə dediyini eşitdim: “Əbu Uveys və oğlu (ibni Əbu Uveys) zəifdilər”
Rakik əl-Bəsri dedi ki: Yəhya b. Mainin belə dediyini eşitdim: “İbni Əbu Uveys həlak olmuşdur”

Ukayli, “ət-Duafa”, 1/87

Və bir başqa əhli sünnə rical alimi olan ibni Həcər onun biyoqrafiyasında bu məlumatları verməkdədir:

اسماعيل بن عبدالله بن عبدالله بن أويس بن مالك بن أبي عامر الاصبحي
İsmayıl b. Abdullah b. Abdullah b. Uveys b. Malik b. Əbu Amrə əl-Ashabi

وقال معاوية بن صالح عنه هو وأبوه ضعيفان
النسائي ضعيف وقال في موضع آخر غير ثقة
Müaviyə b. Saleh Yəhya b. Maidən belə dedi: “o və atası zəifdirlər”
Nəsai dedi ki: “zəifdir, etibarlı deyil”

İbni Həcər, “Təhzib ət-Təhzib”, 1/271-272, 568-ci ravi

bir başqa nasibi rical alimi olan İbni Adi isə onun haqqında bunları bəyan etməkdədir:

إسماعيل بن أبي أويس
İsmayıl b. Əbu Uveys

النضر بن سلمة المروزي يقول بن أبي أويس كذاب
Nadr b. Sələmə əl-Mərvəzi dedi ki: “İbni Əbu Uveys yalançıdır”

İbni Adi, “əl-Kamili fid-Duafa”, 1/323

2-2. Əbu Uveys: Az əvvəl haqqında məlumat verdiyimiz ravinin atasıdır. Oğlu kimi özü də zəifdir, yuxarıda oğlu haqqında məlumat verərkən Yəhya b. Mainin onun haqqında da “zəifdir” dediyini təqdim etmişdik. Bir başqa rical alimi İbni Adi onu zəiflər arasında zikr etmiş və belə demişdir:

عبد الله بن عبد الله بن أبي عامر القرشي التيمي أبو أويس الأصبحي المديني
Abdullah b. Abdullah b. Əbu Amrə əl-Qurəşi ət-Dəmimi Əbu Uveys əl-Asbahi əl-Mədəni

وسمعت يحيى بن معين يقول بن أبي أويس وأبوه يسرقان الحديث
Yəhya b. Mainin belə dediyini eşitdim: “ibni Əbu Uveys və atası hədis oğurlayarlar”

İbni Adi, “əl-Kamili fid-Duafa”, 4/182

3. Əbu Hürəyrəyə isnad edilən hədis: bu hədis ibni Abdulbərrin Malikin “Muvatta” kitabına yazdığı şərhdə, Hakim “Müstədrək”-də və Beyhəqi “Sünən”-də rəvayət etmişdir, hədis belədir (ifadə Hakimindir):

أخبرنا أبو بكر بن إسحاق الفقيه أنبأ محمد بن عيسى بن السكن الواسطي ثنا داود بن عمرو الضبي ثنا صالح بن موسى الطلحي عن عبد العزيز بن رفيع عن أبي صالح عن أبي هريرة رضي الله عنه قال : قال رسول الله صلى الله عليه و سلم : إني قد تركت فيكم شيئين لن تضلوا بعدهما : كتاب الله و سنتي و لن يتفرقا حتى يردا علي الحوض
…Əbu Hüreyrə dedi ki: Rəsulullah (s.ə.ə.) belə buyurdu: “Sizə iki şey qoyuram. Bunlara sıx bağlandığınız müddətcə, əsla doğru yoldan sapmayacaqsınız. Bunlar, Allahın kitabı və Peyğəmbərinin sünnəsidir və onlar hovuz başında mənə qovuşana qədər bir-birindən ayrılmayacaq.”

Hakim ən-Nişapuri, “Müstədrək”, 1/171, hədis 319
İbni Abdulbərr, “ət-Təmhid”, 14/331

Bu hədisin sənədi də əvvəlkilər kimi xarabdır, hədisin sənədində qırmızı ilə işarələdiyimiz ravi Saleh b. Musa ət-Talhi vardır, nasibi rical alimi əz-Zəhəbi onun haqqında belə deyir:

صالح بن موسى
بن عبدالله) بن إسحاق بن طلحة)
ابن عبيد الله القرشى الطلحى. كوفى ضعيف
Saleh b. Musa b. Abdullah b. İshaq b. Təlhə b. Ubeydullah əl-Qurəşi ət-Talhi əl-Kufi, zəifdir.

قال يحيى: ليس بشئ، ولا يكتب حديثه
وقال البخاري: منكر الحديث
قال النسائي: متروك
Yəhya (b. Main) dedi ki: “bir şey deyil, hədisi yazılmaz”
Buxari dedi ki: “münkərul hədisdir”
Nəsai dedi ki: “Tərk olunmuşdur”

əz-Zəhəbi, “Mizan əl-Etidal”, 2/302, 3831-ci ravi

Bu da “Kitab və Sünnə” deyə nasibilərin dillərində gəzən, məscidlərində xütbələrdə oxuduqları uydurma hədisin vəziyyəti. Sənədi ya yalançı, ya zəif ya da uyduran kəslərdən meydana gəlməkdədir.

Vəlhəmdülillahi Rabbil Aləmin

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma