İmamların (ə.s) məsumiyyəti


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi müsəlmanların nəbi, rəsul və vəsilər (ə.s) haqqındakı inanclarından biri də onların məsum olduqları yönündədir. Əlbəttə, digər məsələlərdə olduğu kimi, bu inancın da dəlili Qurani Kərim və Peyğəmbər sünnəsi (s)-dır. Kitabı Şərifdən bu məsələ haqqındakı dəlil Təthir ayəsi dediyimiz Əhzab surəsinin 33-cü ayəsidir. Ayənin təfsiri və dəlaləti haqqında məlumat üçün linkə baxa bilərsiniz: Təthir ayəsi

İmamlar (ə.s)-ın məsumiyyəti inancına dair Peyğəmbər sünnəsi (s.)-dən dəlilə gəlincə, bu Rəsulullah (s.), Əhli-Beyt imamları (ə.s) və səhabələr (r.ə) tərəfindən rəvayət edilmiş olan mütəvatir hədislərdir. İnşəallah biz bu çalışmamızda hədislərdən bəzilərini sizlərlə bölüşəcəyik.

Oxumağa davam et

Advertisements

İmamların (ə.s) ictihad etdikləri və ictihadlarında bir-birinə müxalif olmaları haqqında şübhə və cavabı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bəzi insanlar aşağıdakı 2 hədisi yazaraq iddia edirlər ki, güya 2 imam ictihad edib və ictihadlarında ixtilaf ediblər.

Şiə şeyxi Kuleyninin məşhur kitabı “əl-Kafi” (cild 2 səhifə 87)–də belə bir hədis var:

علي بن إبراهيم ، عن أبيه ، عن ابن أبي عمير ، عن حفص بن البختري وغيره عن أبي عبد الله ( عليه السلام ) قال : اجتهدت في العبادة وأنا شاب ، فقال لي أبي : يا بني دون ما أراك تصنع ، فإن الله عز وجل إذا أحب عبدا رضي عنه باليسير
Əli bin İbrahim atasından,o İbni Əbu Umeyrden,o Həfs ibn əl-Buxturi və başqalarından, onlar da Əbu Abdullahdan (ə.s): “Mən gənc olduğum zaman ibadət ictihadlarını çox edirdim. Bu səbəbdən atam (İmam əl-Baqir (ə.s)) mənə dedi ki: “ey Oğlum, bunu etmə. Əgər Allah bəndəsini sevirsə onun bir az etdiyindən belə razı qalacaqdır”

əl-Məclisi dedi ki: “Həsən kimi Səhih” Miratul-Uqul 8/110.
əl-Behbudi dedi ki: Səhih əl-Kafi 1/77.
əl-Nəcəfi əl-Məvsuah: “Bu hədis səhihdir” 1/390.

Oxumağa davam et

İmamlar (ə) Rəsulullahın (s) varisidir


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Həzrət Əli və onun nəslindən olan məsum imamların (ə.s) Rəsulullah (s)-ın varisləri olması məsələsi müsəlmanlar (şiələr) arasında qəti olaraq bilinən inanclardan biridir. Bu inanc Rəsulullah (s)-ın dinindən, onun (s) nəslindən olan məsum imamlar (ə.s)-da bu məsələni dilə gətirmiş, müsəlmanlara bildirmiş və səhabə ilə tabein nəsli arasında da bu inanc qəti olaraq tanınmışdır. İnşəallah bu məqalədə həm şiə, həm də sünni mənşəli hədislərlə bu mövzunu sizlərə çatdıracağıq.

1) Şiə mənbəli hədislər: İslam alimlərindən Səffar, Kuleyni, Səduq, Müfid və Tusi başda olmaq üzrə bir çox hədis alimi imamlar (ə.s)-ın Rəsulullah (s)-ın varisləri olduğuna dair müxtəlif səhih yollardan hədislər rəvayət etmişdirlər. İnşəallah aşağıda bunlardan bəzilərini paylaşacağıq.

Oxumağa davam et

İmam Əli (ə) xilafəti rədd etdimi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin İslam tarixi və əqidəsinə qarşı ortaya atdığı şübhələrdən biri də Hz. Əlinin (ə) guya xilafəti istəmədiyi, rədd etdiyi iddiasıdır. İddalarına görə guya Osman ibn Əffanın öldürülməsindən sonra xalq imam Əliyə (ə) beyət etmək istədikləri zaman imam (ə) beyəti rədd etmişdir və bu iddalarınıda əsaslandırmaq üçün Seyyid Rəzinin (r.ə) “Nəhcul Bəlağə” kitabından bir xütbəni göstərməktədirlər. Biz inşaAllah əvvəlcə “Nəhcul Bəlağə”-dən xütbənin əslini sizlərə çatdıracaq, daha sonra isə onun sənədini, qaynağını və səhihliyini araşdıracağıq.

Seyyid Rəzi (r.ə) “Nəhcul Bəlağə”-nin xütbələr bölümündə imam Əlinin (ə) Osmanın öldürülməsindən sonra ona beyət etmək istəyənlərə belə bir xütbə ilə irad bildirdiyini rəvayət etmişdir: Oxumağa davam et

İmamı tanımaq nə deməkdir?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Son zamanlar bəzi avam kəslər tərəfindən sıx şəkildə gündəmə gətirilən mövzulardan biridə imamı tanımaqdır (ərəbcəsi: marifətul imam/معرفة الإمام) məsələsidir. Bəziləri bu məsələ haqda elə danışırlarki sanki bu sirli, əsrarəngiz və gizli, anlaşılması mümkün olmayan bir mövzudu. Bəs əslində imamı tanımaq nə deməkdi? İmamı tanımaq Allah əzzə və cəllə tərəfindən təyin edilmiş itaəti fərz olan höccət deməkdir ki bu yazı imamlar (ə.s) tərəfindən varid olmuş səhih hədislərə söykənir

marifet-fakih   marifet-fakih1 Oxumağa davam et

İlk dövrdəki müsəlmanlar arasında şura düşüncəsi var idimi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi əhli-sünnə və nasibilərdə xilafətin seçimlə, yəni şura ilə olduğu etiqadı mövcuddur. Bu onların etiqadıdır və bizə görə heç bir dəyəri yoxdur. Çünki, Qurani-Kərimdə və – Şiə-Sünni – hər iki məzhəbin rəvayət etdiyi mütəvatir hədislərdə xəlifənin Allah tərəfindən təyin olunduğu bəyan edilir. Lakin, biz bu araşdırmamızda sünni və nasibilərin öz mənbələrindən ilk müsəlmanlar arasında şura düşüncəsinin olmadığını sübut edəcəyik. Bu mövzuda bir neçə misal çəkəcəyik.

1.Əbu Bəkrin hakimiyyəti: Sünni və nasibilərin ilk xəlifə kimi tanıdıqları Əbu Bəkrin hakimiyyəti və ona edilən beyət o zaman müsəlmanlar arasında şura kimi bir fikirin olmadığı barədə açıq-aşkar dəlildir. Bildiyimiz kimi Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr, Ömər və Əbu Übeydə əl-Cərrahın da onların içərisində olduğu bir qrup Səqifədə öndərlik və səltənət davasına başlamışdılar. Lakin, burada səltənət üçün yığışan şəxslərdən heç biri şuradan söz açmamış, əksinə, Allahın “möminlər ancaq qardaşdırlar” (Hucurat 10) ayəsini sanki unudub, bir-birinə “Allah sənin bəlanı versin”, “Allah səni öldürsün” kimi ifadələrlə özlərini biabır etmişdilər. Əbu Bəkrin hökuməti necə ələ keçirdiyini Əhməd əl-Katibin “Raşidi xəlifə” kimi tanıdığı, hadisənin əsl qəhrəmanlarından biri olan “Ömər Xəttab belə deyir: Oxumağa davam et

İmamsız ölən cahiliyyə ölümü üzrə ölmüşdür.


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İmamət inancı müsəlmanların əqidəsinin bir hissəsini təşkil etməkdədir, eynilə nübuvvət və məad inancları kimi. Və digər əqidəvi mövzular kimi imamət mövzusu da həm Quran və həm də Peyğəmbər sünnəti ilə sabitdir. Keçən yazılarımızda Quranda imamət üzrə bir məqalə paylaşmışdıq, İnşəAllah bu yazımızda isə imamətin əqidəvi bir mövzu olduğu və imamı tanımanın necə bir mühüm mövzu olduğuna dair Peyğəmbər sünnəti’ndən dəlili sizlərlə paylaşacağıq. Bu dəlil Rəsulullah s.a.a.’dan mütəvatirən rəvayət edilən “imamı tanımadan ölən, cahiliyyə ölümü üzrə ölmüşdür” hədisidir ki, bu hədis Şiə və Sünni mənbələrində müxtəlif səhih sənədlərlə rəvayət edilmişdir. İnşəAllah yazımızda hədisi Şiə və Sünni mənbələrdən sənədli bir şəkildə paylaşacağıq.

Oxumağa davam et