Təbliğ ayəsi / آية التبليغ


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əziz qardaşlarımız Qurani-Kərim işığında Əhli-Beytin (ə.s) vilayətinin dəlillərini sizə təqdim etməyə davam edirik. Bu çalışmamızda “Təbliğ ayəsi” dediyimiz Maidə surəsinin 67-ci ayəsi haqqında əhli sünnə mənbələrindən hədislər çatdıracağıq. Allah (c.c) bu ayədə buyurur ki:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Onun verdiyi peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyar. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz.

Maidə surəsi 67-ci ayə

Bu ayə Qədir-Xum günü nazil olmuşdur və ayədə “Rəbbindən sənə nazil olanı” ifadəsi ilə imam Əli (ə.s)-ın xilafəti nəzərdə tutulmuşdur. Bu barədə şiə və sünni mənbələrində səhih sənədlərlə Əhli-Beyt (ə.s) və səhabə (r.ə)-dan hədislər rəvayət edilmişdir. Burada onlardan bir neçəsini çatdıracağıq. Oxumağa davam et

Advertisements