Səhabə Haris b. Malik əl-Ənsarinin (r.a) Şiə nəzərində məqamı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İslam böyükləri, dinimizin yayılması, cəhalətin aradan qaldırılması üçün canını və malını ortaya qoymuş, Rəsulullahın (s.a.a) kömək üçün hər zaman Onun yanında iştirak etmiş səhabələr haqqında yazılarımıza davam edirik. İnşallah bu işimizdə səhabə Haris b. Malik haqqında məlumat verəcəyik.

1.Haqqında ümumi məlumat: Rical kitablarımızda bu şəxsin Rəsulullahın (s) və ya digər məsumların səhabələrindən olduğu qeyd olunmayıb. Lakin imamlarımızdan (ə) onun fəziləti haqqında rəvayət edilən hədis onun Rəsulullahın (s) səhabələrindən olduğunu və Onun (s) dövründə şəhid olduğunu göstərir.

2. İmamların (ə) onun haqqındakı sözləri: imamlarımızdan (ə) onun haqqında rəvayət edilən bir hədis vardır ki, bu hədis tək başına onun ucalığını göstərmək üçün kifayətdir. Bu hədisi Kuleyni (r.ə) “əl-Kafi” də belə rəvayət etmişdir: Oxumağa davam et

Səhabə Cabir b. Abdullah əl-Ənsari (r.ə)-in Şiə nəzdindəki məqamı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Şiəliyin səhabə haqqındakı inancını sənədli bir şəkildə Şiə mənbələrindən ortaya qoymağa davam edirik. Bu dəfəki çalışmamız Cabir b. Abdullah əl-Ənsari (r.ə.) və onun Şiə nəzdindəki məqamı haqqında olacaqdır. İlk öncə haqqında ümumi məlumat verəcək, daha sonra imamlarımızın (ə.s.) və üləma (r.ə.)-in onun haqqındakı bəyanlarını təqdim edəcək, daha sonra onun rəvayət etmiş olduğu hədislərin keçdiyi Şiə mənbələri haqqında məlumat verəcəyik.

1. Haqqında ümumi məlumat: Cabir b. Abdullah əl-Ənsari (r.ə.) altı məsum (ə.s.)-in əshabındandır. Bunlar Rəsulullah(s.), imam Əli, Hz. Həsən, Hz. Hüseyn, Hz. Səccad və Hz. Baqir (ə.s)-dir. Bərqi və Tusi onu bu altı məsum( ə.s.)-in əshabı arasında zikr edərək haqqında bu məlumatları vermişdirlər:

Oxumağa davam et

Əhli beyt (ə.s) məktəbində adil sayılan səhabələr


Araşdırmalar nəticəsində səhabələrin üç qismə bölünməsi bəlli olur:

1. Ədaləti sabit olmuş səhabələr (Əbuzər, Miqdad, Salman Farsi, Əmmar Yasir və s.)
2. Zülmü və fasiqliyi sabit olmuş səhabələr. (Vəlid ibn Uqbə və s.)
3. Məçhul olan səhabələr. (və s.)  Səhabələrin çoxluğunu məçhul səhabələr təşkil edir.

Aşağıda Ayətullah Şeyx Usamə Ali Şeyx Bilal Nəcəfinin adil səhabələr barədə araşdırması (onların adları) təqdim olunur: Oxumağa davam et