“Kitab və Sünnə” hədisinin araşdırılması.


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin hədis uydurmaları məşhur və tanınmış bir şeydir. Onlar ya “səhabə” adı verdikləri şəxslər üçün fəzilət hədisi düzəldirlər. Yaxud da Əhli-Beyt (ə) haqqındakı hədislərin eynisini öz səhabələrinə nisbət verirlər. Onların biri də Nəbinin (s.a.a) “sizə iki əmanət qoyuram ki, onlara sarıldığınız müddətdə azmazsınız: Allahın Kitabı və İtrətim – Əhli-Beytim” hədisi barədədir. Bu uydurma  “sizə iki əmanət qoyuram ki, onlara sarıldığınız müddətdə azmazsınız: Allahın Kitabı və Sünnətim” şəklindədir. Şübhəsiz ki, nasibilərin  mənbələri bizim üçün heç bir dəyərə sahib deyil və buna görə bu uydurmalar da bizim gözümüzdə dəyərsizdir. Ancaq biz hətta nasibilərin öz mənbələrindən belə “Kitab və Sünnə” adlı uydurmanın əsilsiz olduğunu sübut etmək qərarına gəldik və buna görə də kiçik bir araşdırma apardıq. Bu işimizdə nasibi mənbələrindəki bu hədisləri araşdıracağıq. Oxumağa davam et