Mütə nikahının halal olduğunu deyən sahəbə və tabeinlər


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Ötən yazımızda səhabələrin mütə nikahını Ömər b. Xəttabın qadağan etdiyi istiqamətindəki sözlərini şəxsən nasibilərin ən etibarlı qaynaqlarından araşdırdıq. Bu yazımızda da inşəallah nasibilərin ən böyük hədis, təfsir və fiqh kitablarından mütə nikahını halal olaraq görən səhabələrin adlarını deyəcəyik. İlk olaraq adlarını bildirəcək, daha sonra isə hədis kitablarından mütə nikahı haqqında onların nəql etdikləri hədislərdən 1 dənəsini çatdıracağıq. İşimizdə Allaha təvəkkül edir və yalnız Ondan yardım diləyirik.

 1 2 3

Şəkildə gördüyünüz nasibilərin böyük imamı ibn Həzmin “əl-Muhalla” adlı kitabının 9-cu cildinin 519-520-ci səhifələridir. İşarələnmiş yerdə ibn Hazm eynilə bunları deyir:  Oxumağa davam et

Advertisements

Mütə nikahı haqqında bəzi şübhələrə cavab


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazılarımızda mütə nikahının caiz olduğuna dair Quran və sünnədən dəlillər və Əhli Beyt İmamları (ə) ilə səhabələr (r.ə)-ın ” mütə nikahını qadağan edən Ömər ibn Xəttabdır ” şəklindəki şahidliyini sənədli bir şəkildə sizlərlə paylaşmışdıq. Lakin həqiqətləri görmək yerinə məzhəblərinin düşüncələrini doğru göstərmə səyində olan nasibilər bütün bu dəlilləri görməməzliyə vuraraq şiə qaynaqlarından mütə nigahının haramlığına dair dəlil gətirməyə çalışırlar. Nasibinin  biri bu məqsədlə etdiyi işində deyir ki :

Oxumağa davam et

Muminun surəsi 6-cı ayə mütə nikahını nəsx etmişdirmi ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… bu yazımızda İnşəAllah mütə nikahının caizliyi mövzusunda ortaya atılan bir şübhəyə cavab verəcəyik. Əhli Sünnət alimlərindən bəziləri mütə nikahının qadağan olunmasının Ömər ibn Xəttab tərəfindən olduğu gerçəyini qəbul etmək istəmirlər, bunun qarşılığında mənbələrində səhih olaraq gələn onlarla hədisə qarşı çıxır və Allahın kitabındakı mütə ayəsini fərqli formada şərh edirlər. Sanki bunlar üçün Ömər ibn Xəttabın sözü Allahın sözündən daha üstündür. Bu kimsələr Muminun surəsinin 6-cı ayəsinin mütə nikahını nəsx etmiş olduğunu iddia edirlər. İddialarını da dəstəkləmək üçün səhabə İbni Abbasın (r.ə.) adına hədis uydururlar. Bununla həm İbni Abbasın mütə haqqında olan fikrindən döndüyünü və həm də böyük bir səhabənin bu ayədən “mütə haramdır” hökmünü əldə etdiyini, binaenaleyh bu ayənin mütəni nəsx etdiyini söyləməyə çalışırlar. Əvvəlcə İbni Abbasa (r.ə.) istinad edilən hədisə nəzər yetirək :

Oxumağa davam et

Qurtubi: “Cümhura görə Nisa 24 ayəsi Mutə ayəsidir.”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi Şiə ilə Əhli sünnənin ixtilaflarından biri də mutə nigahı haqqındadır. Şiə ilə Əhli sünnə bu nigahın Rəsulullah (s.a.a) zamanında olduğu mövzusunda ittifaq etmişdir. İxtilaf nöqtəsi isə bu nigahın qadağan olunub olunmamasındadır. Belə ki, əhli sünnə bu nigahı Rəsulullahın (s.a.a) nəhy etdiyini söyləyir, Şiə isə bu nigahı Rəsulullahın (s.a.a) deyil 2-ci ərəb kralı Ömər b. Xəttabın qadağan etdiyini, onun qadağasının isə bir mənası olmadığı, halalı haram edə bilməyəcəyi üçün bu nigahın halal və caiz olduğunu söyləyir. Şiə mutə nigahı haqqında həm Qurandan və həm də hədislərdən dəlillər təqdim edir. Qurandan təqdim etdiyimiz dəlil “mutə ayəsi” dediyimiz Nisa surəsinin 24-cü ayəsidir. Biz bu ayə ilə mutə nikahının qəsd edildiyini söyləyirik, əhli sünnədən bəziləri isə buna etiraz edirlər. Biz bu yazımızda bu etirazları ələ almayacağıq və ya bunlara cavab verməyəcəyik. Bu yazımızda yalnız əhli sünnənin öz təfsirçilərindən birinin bu ayənin təfsirində söylədiklərini köçürəcəyik. Oxumağa davam et