Qurtubi: “Cümhura görə Nisa 24 ayəsi Mutə ayəsidir.”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi Şiə ilə Əhli sünnənin ixtilaflarından biri də mutə nigahı haqqındadır. Şiə ilə Əhli sünnə bu nigahın Rəsulullah (s.a.a) zamanında olduğu mövzusunda ittifaq etmişdir. İxtilaf nöqtəsi isə bu nigahın qadağan olunub olunmamasındadır. Belə ki, əhli sünnə bu nigahı Rəsulullahın (s.a.a) nəhy etdiyini söyləyir, Şiə isə bu nigahı Rəsulullahın (s.a.a) deyil 2-ci ərəb kralı Ömər b. Xəttabın qadağan etdiyini, onun qadağasının isə bir mənası olmadığı, halalı haram edə bilməyəcəyi üçün bu nigahın halal və caiz olduğunu söyləyir. Şiə mutə nigahı haqqında həm Qurandan və həm də hədislərdən dəlillər təqdim edir. Qurandan təqdim etdiyimiz dəlil “mutə ayəsi” dediyimiz Nisa surəsinin 24-cü ayəsidir. Biz bu ayə ilə mutə nikahının qəsd edildiyini söyləyirik, əhli sünnədən bəziləri isə buna etiraz edirlər. Biz bu yazımızda bu etirazları ələ almayacağıq və ya bunlara cavab verməyəcəyik. Bu yazımızda yalnız əhli sünnənin öz təfsirçilərindən birinin bu ayənin təfsirində söylədiklərini köçürəcəyik. Oxumağa davam et