İmam Əli ər-Rza (ə.s)-in ziyarətinin fəziləti haqqında hədislər


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İslam dinində israrla vurğulanan məqamlardan biri də nəbi, peyğəmbər və imamlar (ə.s)-ın ziyarətidir. Məsumlar (ə.s)-ın qəbirlərini ziyarət etmək üzərində çox durulan, hədislərdə önəm verilən məsələlərdən biridir. Məsumlar (ə.s)-ın ziyarəti haqqında rəvayət edilən bu hədislərdən bəziləri belədir:

ziyaret-saduk1 ziyaret-saduk2 ziyaret-saduk3 ziyaret-saduk4

Şəkildə gördüyünüz Şeyx Səduq (r.ə)-ın “Uyunu Əxbar ər-Rza (ə.s)” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var: Oxumağa davam et

Hz. Fatimə (s.ə.)-nin məzarı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Əfəndimiz (s)-nın vəfatından 75 gün sonra biricik qızı, dünya və cənnət qadınlarının seyyidəsi, imamlar anası olan Hz. Fatimə (s.ə) şəhid olmuşdur. Çox kədərli bir vəziyyətdir ki, müsəlmanların böyük bir hissəsi Hz. Fatimə (s.ə)-nin məzarının yerini belə bilməməkdədir. Biz inşəallah bu işimizdə Şiə və Sünni qaynaqlarından səhih sənədlərlə Əhli Beyt imamlarından (ə.s) bu mövzuda rəvayət edilmiş olan hədisləri təqdim edəciyik.

1. Şiə qaynaqlı hədislər: Şiə üləmasından Himyəri, Kuleyni, Səduq və Tusi başda olmaq üzrə bir çox mühəddis bu mövzu haqqında müxtəlif sənədlərlə imamlardan (ə.s) hədislər rəvayət etmişdirlər. İmam Əli ər-Rza, imam Əli ən-Nəqi və imam Həsən əl-Əsgəri (ə.s)-in səhabələrindən olan Abdullah ibn Cəfər əl-Himyəri (r.ə) bu mövzuda “Qurb əl-İsnad” adlı kitabında belə rəvayət edir:

Oxumağa davam et