Hz. Hüseyn (ə.s)-a məktub yazıb dəvət edənlər müsəlman (şiə) idilər ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Son zamanlar nasibilərin Kərbəla hadisəsi ilə bağlı olaraq ortaya atdıqları şübhələrdən biri də imam Hüseyn (ə.s)-a məktub yazan və sonra onu (ə.s) köməksiz qoyan, hətta Əməvi ordusuna qoşularaq onunla savaşmağa gedən Kufəlilərin müsəlman (şiə) olduğu iddiasıdır. Kərbəla hadisəsi, bu hadisənin necə baş verdiyi, imam Hüseyn (ə.s)-ı şəhid edənlərin kimlər olduğu qəti olaraq tanınan tarixi bir həqiqətdir. Amma nasibilərin həyasızlıqda sərhəd tanımayan bir tayfa olduqlarından belə iddia onlardan sadir ola bilir.

Ortaya atılan bu iddiaya cavab olaraq bir iş hazırlamaq istəyirdim, amma alhak.org saytında Kitab Bila Ünvan niki ilə yazan qardaşımızın bu barədə inandırıcı və geniş iş apardığını gördüyüm üçün öz əldə etdiyim məlumatlarla onun paylaşdığı məlumatları çevirib bir məqalə kimi bölüşməyi qərara aldım. Dolayısı ilə, burada paylaştığım iş alhak.org saytında yazan Kitab Bila Ünvan niki ilə yazan qardaş ilə mənim tədqiqatlarım toplusudur. Kitab Bila Ünvan niki ilə yazan qardaşın işinin orijinalı bu linkdə: http://www.alhak.org/vb/showthread.php?t33186
İnşəallah işi 3 hissə şəklində paylaşacağam. İlk hissədə Kufə xalqının kimliyi; İkinci hissədə imam Hüseyn (ə.s)-a məktub yazmalarının səbəbi; Üçüncü hissədə isə müsəlmanların (şiələrin) harada olduğunu və nə üçün imam (ə.s)-a kömək etmədikləri haqqında məlumat verəcəyik. Oxumağa davam et

Hz. Hüseyn (ə.s)-ı şəhid edən nasibi imamları (səhabə və tabeinlər)


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Kərbəla hadisəsi Rəsulullah (s.) və Əhli Beyti (ə.a)-ın bağlıları (şiələr = müsəlmanlar) üçün tarixin ən acı hadisələrindən biri və zülmə qarşı müqavimət göstərmə dərsidir. Bu, tarixi bir hadisədir amma bunun əqidəvi bir çox mövzuya da təsiri vardır. Bu hadisə olduğu zaman səssiz qalan və bu cinayəti törədənləri özləri üçün əmir, xəlifə və s. kimi görən insanlar özlərini 2 od arasında qalmış kimi gördükləri üçün bu hadisəni “tarixi bir hadisədir”, “Yezid bir insandır, günahının cəzası özünə aiddir, bu məsələdə bizə söz düşməz” deyərək canını qurtarmağa çalışırlar. Belə bir yanaşma isə eynilə bəzilərinin Həzrət Yəhya (ə.)-ı şəhid edən şəxslər üçün “tarixi hadisədir” deməsi kimi batildir. Bəli, doğrudur, bu, tarixi bir hadisədir və hər kəsin törətdiyi əməlin savabı və cəzası özünə aiddir, amma bizim bu məsələdə mövqeyimiz necə olmalıdır? Məhz tarixi bir mövzunun əqidəyə təsiri olan hissə tam da budur. Biz öz əməllərimiz ilə məsul olduğumuz kimi, nəbi, rəsul və vəsilər ə.ın düşmənləri və qatilləri haqqındakı mövqe də bizim cavabdeh olduğumuz məqamdır. Görəsən müsəlman olduğunu idda edən birinin Həzrət Zəkəriyyə, Həzrət Yəhya və ya başqa bir peyğəmbər qatilləri haqqındakı mövqeyi necə olmalıdır? Bu qatillərin kafir olduqlarına inanmaq, onlardan təbərra etmək (uzaqlaşmaq), yoxsa “biz bu məsələdə cavabdeh deyilik” deməkdir?

Oxumağa davam et