İkmal ayəsi / آية إكمال


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qısa bir aradan sonra sənədli bir şəkildə Əhli-Beyt (ə.s) həqiqətini söyləməyə davam edirik. Bu çalışmamızda inşəallah yenə Qurani-Kərimdən Əhli Beyt (ə.s)-ın vilayəti ilə bağlı ayələrdən birini ələ alacağıq. Bu ayə “İkmal ayəsi” dediyimiz Maidə surəsinin 3-cü ayəsidir. Bildiyimiz kimi, Nəbi (s) Vida həccidən qayıdarkən Həzrət Cəbrail (ə.s) nazil olmuş və “Təbliğ ayəsi” dediyimiz Maidə surəsi 67-ci ayəsini endirmişdir. Bundan sonra Nəbi (s) Qədir-Xumda imam Əli (ə.s)-ın vilayətini elan etmişdir. Məhz bu elandan sonra Həzrət Cəbrail (ə.s) “İkmal ayəsi” dediyimiz Maidə surəsinin 3-cü ayəsini endirmişdir. Allah ( c.c) bu ayədə buyurur ki:

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا
Bu gün sizin üçün dininizi kamala çatdırdım. Sizə nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim.

Maidə surəsi 3-cü ayə

Bu ayənin yuxarıda dediyimiz kimi Qədir-Xumda, imam Əli (ə.s)-ın vilayətinin elanından sonra nazil olduğu həm şiə və həm də sünni mənbələrində səhih hədislərlə sabitdir. İnşəallah nümunə olaraq indi onlardan bir neçəsini təqdim edəcəyik: Oxumağa davam et