İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Qurani-Şərif və Peyğəmbər sünnəsi (s) işığında Əhli Beytin (ə) vilayətini, İslam gerçəklərini təqdim etməyə davam edirik. Bu günkü işimiz İsra surəsinin 26-cı ayəsinin təfsiri və Fədək mövzusu üzərində olacaq. Allah (cc) bu ayədə buyurur ki:

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ
Qohuma, yoxsula, yolda qalmışa haqqını ver.

İsra surəsi 26-cı ayə

Bu ayədə “qohum” sözü ilə məqsəd Əhli Beyt (ə), onlara verilməsi əmr edilən haqq isə Fədəkdir və ayənin nazil olmasından sonra Nəbi (s) Hz. Fatiməni (s.ə) çağıraraq Fədəyi ona vermişdir. Ayənin təfsiri ilə əlaqədar olaraq Şiə qaynaqlarında Əhli Beyt imamlarından və səhabədən, Sünni qaynaqlarında isə səhabələrdən səhih hədislər rəvayət edilmişdir. Biz indi sırası ilə həm Şiə, həm də Sünni qaynaqlarından bu hədislərdən bəzilərini sizə təqdim edəcəyik.

Oxumağa davam et

Əbu Bəkirin Fədəyi qəsb etməsi və bu mövzuda Hz. Fatimə (s.ə) ilə mübahisə.


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazılarımızda Nəbi (s) Allah c.c əmri ilə Fədəyi Hz. Fatimə (s.ə) verdiyini və Hz. Əli (ə) xəlifə olduğu zaman niyə Fədəyi  geri almadığını sizinlə paylaşmışdıq. İnşaAllah bu yazımızda isə Əbu Bəkrin rəhbərliyi ələ keçirdikdən sonra Fədəyi necə qəsb etdiyini və bu barədə Hz. Fatimə (s.ə) ilə olan mübahisələrini sizlərə təqdim edəcəyik.

şiə qaynaqlı hədislər: Kuleyni, Tusi və Müfid başda olmaq üzrə şiə hədis və tarixçiləri bu mövzu haqqında müxtəlif sənədlərlə hədis rəvayət etmişdir.

fedek-tartismasi-kuleyni fedek-tartismasi-kuleyni1 fedek-tartismasi-kuleyni2

Oxumağa davam et

İmam Əli (ə.s) xəlifə olduğu zaman Fədəyi niyə geri almayıb ?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi Fədək Hz. Fatimə s.ə.’nın şəxsi mülkü idi və bu mülk Allah c.c.’nın İsra 25 əmri ilə Nəbi s.ə.ə. tərəfindən Hz. Fatimə s.ə.’ya verilmişdir. Belə ki, məzkur ayənin təfsiri zamanı İslam/Şiə və Sünni qaynaqlı səhih hədislər işığında bu mövzunu ələ almışdıq, baxın: İsra 26-cı ayənin təfsiri

Lakin daha sonra qəsbi Qüreyş hökuməti İmam Əli ə.s. və tərəfdarlarının r.ə. maddi vəziyyətini zəiflətmək məqsədi ilə Fədəy’i də qəsb etmişdir. Burada nasibilərin ortaya atdığı bir şübhə var, bütün bu səhih hədisləri görməzdən gələrək, “Əgər Fədək Hz. Fatimə’nin mülkü olub hökumət tərəfindən qəsb edilmişdirsə o zaman niyə Hz. Əli xəlifə olduğu zaman Fədəy’i geri amadı?” deyirlər. Biz İnşəAllah bu şübhəyə səhih hədislərlə cavab verəcəyik.

Oxumağa davam et