M. İslamoğlunun Qədir-Xum ilə bağlı suala verdiyi cavaba cavab


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əhli-Sünnə forumlarından birində gəzişərkən Qədir-Xum hadisəsi haqqında Mustafa İslamoğlu verilən bir sual və o şəxsin buna verdiyi cavabın paylaşıldığını gördüm və bu cavaba bir cavab verilməsinin zəruri olduğunu düşündüyüm üçün o forumda öz cavabımı verdim. Faydalı olacağı düşüncəsi ilə buraya yazıram. Mustafa İslamoğlunun məsələ haqqındakı sözlərini buradan görə bilərsiniz, bax: http://www.mustafaislamoglu.com/731kadir-i-hum-hadisesi.html

Əziz mömin, Qədir-Xumun nəyini soruşursunuz.

Əziz müəllimim, belə olmadı. Sizin danlayırmış kimi “nəyini soruşursan” deyəcəyiniz yerdə sizdən bir şey öyrənmək istəyən şəxsə düzgün və İslamın əmr etdiyi şəkildə cavab verməyiniz lazım deyilmi? Rasulullah (s.)-dan bir şey soruşanda “aa, bunun nəyini soruşursan ay adam”-mı deyirdi, yoxsa hər kəsin anlayacağı şəkildə və dəfələrlə yorulmadan izahmı edirdi? Dolayısı ilə bu davranış sizə yaraşmadı, üzərinizə düşən Əməvi təəssübü ilə deyil, Rəsulullah (s.)-ın sünnəsi ilə cavab vermək idi. Oxumağa davam et

Advertisements