İsra surəsinin 26-cı ayəsinin təfsiri və Nəbinin (s) Fədəyi Hz. Fatiməyə (s.ə) verməsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bundan sonra… Qurani-Şərif və Peyğəmbər sünnəsi (s) işığında Əhli Beytin (ə) vilayətini, İslam gerçəklərini təqdim etməyə davam edirik. Bu günkü işimiz İsra surəsinin 26-cı ayəsinin təfsiri və Fədək mövzusu üzərində olacaq. Allah (cc) bu ayədə buyurur ki:

وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ
Qohuma, yoxsula, yolda qalmışa haqqını ver.

İsra surəsi 26-cı ayə

Bu ayədə “qohum” sözü ilə məqsəd Əhli Beyt (ə), onlara verilməsi əmr edilən haqq isə Fədəkdir və ayənin nazil olmasından sonra Nəbi (s) Hz. Fatiməni (s.ə) çağıraraq Fədəyi ona vermişdir. Ayənin təfsiri ilə əlaqədar olaraq Şiə qaynaqlarında Əhli Beyt imamlarından və səhabədən, Sünni qaynaqlarında isə səhabələrdən səhih hədislər rəvayət edilmişdir. Biz indi sırası ilə həm Şiə, həm də Sünni qaynaqlarından bu hədislərdən bəzilərini sizə təqdim edəcəyik.

Oxumağa davam et

Advertisements

İkmal ayəsi / آية إكمال


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qısa bir aradan sonra sənədli bir şəkildə Əhli-Beyt (ə.s) həqiqətini söyləməyə davam edirik. Bu çalışmamızda inşəallah yenə Qurani-Kərimdən Əhli Beyt (ə.s)-ın vilayəti ilə bağlı ayələrdən birini ələ alacağıq. Bu ayə “İkmal ayəsi” dediyimiz Maidə surəsinin 3-cü ayəsidir. Bildiyimiz kimi, Nəbi (s) Vida həccidən qayıdarkən Həzrət Cəbrail (ə.s) nazil olmuş və “Təbliğ ayəsi” dediyimiz Maidə surəsi 67-ci ayəsini endirmişdir. Bundan sonra Nəbi (s) Qədir-Xumda imam Əli (ə.s)-ın vilayətini elan etmişdir. Məhz bu elandan sonra Həzrət Cəbrail (ə.s) “İkmal ayəsi” dediyimiz Maidə surəsinin 3-cü ayəsini endirmişdir. Allah ( c.c) bu ayədə buyurur ki:

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا
Bu gün sizin üçün dininizi kamala çatdırdım. Sizə nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim.

Maidə surəsi 3-cü ayə

Bu ayənin yuxarıda dediyimiz kimi Qədir-Xumda, imam Əli (ə.s)-ın vilayətinin elanından sonra nazil olduğu həm şiə və həm də sünni mənbələrində səhih hədislərlə sabitdir. İnşəallah nümunə olaraq indi onlardan bir neçəsini təqdim edəcəyik: Oxumağa davam et

Təbliğ ayəsi / آية التبليغ


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əziz qardaşlarımız Qurani-Kərim işığında Əhli-Beytin (ə.s) vilayətinin dəlillərini sizə təqdim etməyə davam edirik. Bu çalışmamızda “Təbliğ ayəsi” dediyimiz Maidə surəsinin 67-ci ayəsi haqqında əhli sünnə mənbələrindən hədislər çatdıracağıq. Allah (c.c) bu ayədə buyurur ki:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Onun verdiyi peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyar. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz.

Maidə surəsi 67-ci ayə

Bu ayə Qədir-Xum günü nazil olmuşdur və ayədə “Rəbbindən sənə nazil olanı” ifadəsi ilə imam Əli (ə.s)-ın xilafəti nəzərdə tutulmuşdur. Bu barədə şiə və sünni mənbələrində səhih sənədlərlə Əhli-Beyt (ə.s) və səhabə (r.ə)-dan hədislər rəvayət edilmişdir. Burada onlardan bir neçəsini çatdıracağıq. Oxumağa davam et

Nəhl surəsi 106-cı ayənin təfsiri


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bu yazıda inşaAllah səhih hədislərlə Nəhl surəsi 106- cı ayənin təfsirini paylaşacağıq. Allah əzzə və cəllə bu ayədə buyurur ki :

ن كَفَرَ بِاللّهِ مِن بَعْدِ إيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِيمَانِ
Ürəyi imanla mutmain olduğu halda , ( küfrə ) məcbur edilən kəslər istisna , kim imanından sonra Allaha kafir olsa …

Nəhl surəsi 106- cı ayə

Bu ayə Hz. Əmmar (r.ə)-ın müşriklər tərəfindən ələ keçirilib öldürülməklə təhdid edilməsi və bunun üzərinə Hz. Əmmarın təqiyyə edərək onların istədiklərini söyləməsi üzərinə enmişdir.  Bu mövzuda Şiə və Sünni qaynaqlarında dəyişik sənədlərlə hədislər rəvayət edilmişdir. Oxumağa davam et

Quranın zahiri və batini vardır


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Şübhəsiz ki, Rəsulullah s.ə.ə.’in möcüzələrindən ən böyüyü Allah c.c.’un özünə endirdiyi uca kitabımız Qurani Kərim’dir. Quran bütün dövrlərə meydan oxuyan, bəlağətinə heç bir kəlamın çata bilməyəcəyi, aydınlaşdırıcı, yol göstərən, dərs verən bir kitabdır. Onun müxtəlif tərəflərindən biri də zahiri ilə birlikdə batininin də olmasıdır ki, bu xüsusiyyət kitabı bizə gətirən Rəsulullah s.ə.ə.’ın özündən nəql olunmuşdur. İnşəAllah bu yazımızda bu mövzuda Şiə və Sünni mənbələrində rəvayət edilmiş olan hədislərdən bəzilərini sizlərlə paylaşacağıq.

Oxumağa davam et

Rəsulullah (s): “Ya Əli, qurtuluşa çatanlar sən və sənin şiələrindir!”


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əhli Beyt (ə) məktəbinin, bu yolun davamçıların haqq üzrə olduqları açıq-aşkardır. Çünki onlar Rəsulullahın (s.a.a.) əmri ilə yalnız Quran və Əhli Beyt (ə), Rəsulullahın (s.a.a.) 12 xəlifəsinə (ə) üz tuturlar. Allah (c.c.) haqq əhlinin haqqı isbat edə bilməsi, haqqın günəş kimi işıq saçmağını təmin etmək üçün haqqın dəlillərini batilin öz içində belə qoymuşdur.Buna ən gözəl nümunə köhnə dinlərin hazırda əldə olan təhrif olunmuş kitablarında (Tövrat, İncil və s.) belə Rəsulullahın (s.a.a.) peyğəmbərliyinə və 12 xəlifənin imamətinə dəlalət edən ayələrin olmasıdır. Allah batil dinlərin qaynaqlarında İslamın, Rəsulullahın (s.a.a.) və Əhli Beytin (ə) dəlillərini qoyduğu kimi, batil məzhəblər içində də Əhli Beytin (ə) vilayətinə dair dəlillər ortaya qoymuşdur. Əlavə olaraq Əhli Beytin (ə) vilayətini təbii olanlarında haqq üzrə olduqlarına dair nişanəlar buraxmışdır. Biz inşallah bu başlıqda bu dəlilləri sizlərlə paylaşacağıq. İşimizdə Allaha təvəkkül edir və təkcə Ondan yardım diləyirik…

Oxumağa davam et

Hidayət ayəsi


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əziz qardaşlarımız! Bu dəfə sizə Qurani-Kərimdən Əhli Beyt (ə) həqiqətlərini çatdıracağıq. Bu yazımızda “Hidayət ayəsi” dediyimiz Rəd surəsinin 7-ci ayəni haqqında danışacağıq. Əvvəlcə ayəni köçürəcək, daha sonra isə hədislər vasitəsilə bu ayənin Əhli Beytin (ə) vəlayətinə dəlalət etdiyini göstərəcəyik.

Allah Təala buyurur:

وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَوْلآ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.

Rad surəsi 7-ci ayə

Oxumağa davam et