“Kitab və sünnə” hədisinin araşdırılması


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Nasibilərin hədis uydurmaları məşhur və bilinən bir şeydir. Onlar ya “səhabə” adı taxdıqları kəslər üçün fəzilət hədisi uydurarlar və yaxud da Əhli Beyt (ə.s.) haqqında olan hədislərin eynisini öz səhabələrinə nisbət edərlər. Onların uydurmalarından biri də Nəbi (s.ə.ə.)-nin “sizə iki əmanət qoyuram ki, onlara tutunduqca sapmayacaqsınız: Allahın Kitabı və İtrətim Əhli Beytim” buyruğuna qarşıdır. Bu uydurma “sizə iki əmanət buraxıram ki, onlara tutunduqca sapmayacaqsınız: Allahın Kitabı və Sünnəm” şəklindədir. Şübhəsiz ki, nasibilərin qaynaqları bizim üçün ağcaqanad qanadı qədər belə dəyərə sahib deyil və buna görə bu uydurmalarda bizim nəzdimizdə dəyərsizdirlər. Ancaq biz hətta nasibilərin öz qaynaqlarından belə “Kitab və Sünnə” adlı uydurmanın əsassız olduğunu qoymağı qərara aldıq və buna görə kiçik bir iş gördük. Bu işimizdə nasibi qaynaqlarındakı bu hədisləri araşdıracağıq. Bu mövzuda nasibi qaynaqlarında 3 sənəd ilə gəlmiş hədis var:

Oxumağa davam et

Advertisements

Qədir-Xum hədisi sünni mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qədir-Xum hədisi avamından aliminə bütün müsəlmanların bildiyi, üzərində heç bir şübhə olmayan və axmaqlar xaric kimsənin inkar edə bilməyəcəyi mütəvatir bir hədisdir. Bu hadisə Rəsulullahın (s.ə.ə.) vida həccini bitirib Mədinəyə döndüyü zaman Cuhfə deyilən yerdə yaşanmışdır. Burada Allah (c.c) Rəsulu (s.ə.ə.)-yə Təbliğ (Maidə 67 ) ayəsini nazil etdi və özünə bildiriləndən təbliğ etməsini əmr etmiş, bunun üzərinə Rəsulullah (s.ə.ə.) Qədir-Xum xütbəsini irad etmiş, səhabələr Hz. Əlini təbrik etmiş və nəhayət İkmal (Maidə 3 ) ayəsi nazil olmuşdur. İnşəAllah bu işimizdə hədisin keçdiyi sünni qaynaqları, hədisin özlərindən rəvayət edildiyi səhabələri və hədisin səhihliyi vəziyyəti haqqında sizlərə məlumat verəcəyik.

Oxumağa davam et

“Əli haqq ilədir” hədisi şiə və sünni mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Müsəlmanlar arasında məhşur olan hədislərdən biri, demək olar ki, hər kəs tərəfindən tanınan Peyğəmbərin (s) “Əli haqq ilə, haqq da Əli ilədir” hədisidir. İnşallah, bu mövzuda araşdırma aparacaq, hədisin qeyd edildiyi Şiə və Sünni mənbələrini, hədisi nəql edən imam və səhabələri, hədisin səhhətini sizə təqdim edəcəyik.

Şiə mühəddislərindən Kuleyni və Səduq bu hədisi öz kitablarında rəvayət ediblər. Kuleyninin hədisi İmam Cəfəri Sadiqdən (ə), Səduqun hədisi isə İmam Əlidən (ə) rəvayət edilib.  Oxumağa davam et

Səqaleyn hədisi şiə mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi Səqaleyn hədisi bütün müsəlmanlar arasında məşhur və mütəvatir olan bir hədisdir. Ötən yazılarımızda bu hədisi sünni mənbələrindən sənədli bir şəkildə təqdim etmiş və sünni mühəddislərin hədisin səhihliyi haqqındakı bəyanlarını paylaşmışdıq. İnşəAllah bu yazımızda isə hədisi İslami/Şiə mənbələrdən təqdim edəcək, İslami/Şiə mənbələrdə hədisi rəvayət edən səhabə (r.ə.) və imalardan (ə.s.) bəzilərini sizlərlə paylaşacağıq.

1.Səhabələrdən (r.ə.) rəvayət edilən hədislər: Hədis İslami/Şiə mənbələrdə İbni Abbas, Xüzeyfə b. Əsid, Əbu Tufeyl və Ümmü Sələmə kimi səhabələrdən (r.ə.) müxtəlif sənədlərlə rəvayət edilmişdir. Burada onlardan bir neçəsini sizlərlə paylaşacağıq.

1- 1 .İbni Abbas (r.ə.) hədisi: Hədisi 4 məsumun: Hz. Rza, Hz. Təqi, Hz. Nəqi və Hz. Əskəri (ə.s.)-ın səhabələrindən Fəzl b. Şazan “Qeybət” kitabında rəvayət etmiş, Şeyx Nuri Təbərsi (r.ə.) isə “Müstədrək əl-Vəsail” kitabında ondan nəqlən rəvayət etmişdir.

Oxumağa davam et

Aişə’nin İmam Həsən ə.s’ın Rəsulullah s.ə.ə.’ın yanında dəfninə mane olması


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Aişə binti Əbu Bəkirin başda Hz. Əli omaqla Əhli Beyt fərdlərinə ə.s. qarşı olan kini İslam tarixindən azacıq məlumatı olan hər kəsə bəllidir. Aişənin bu kini Hz. Həsən ə.s.-ın dəfni zamanı bir daha açıqca özünü göstərmişdir. İmam Hüseyn qardaşı Hz. Həsən ə.s.-ı Rəsulullahın yanına dəfn etmək istədiyi zaman Aişə Əməvilərdən Mədinə hakimi Mərvan ibn Həkəm və adamlarının yardımı ilə onlara qarşı çıxmış və Hz. Həsən ə.s.-ın dəfninə mane olmuşdur. İndi bu tarixi hadisəni sənədli bir şəkildə sizinlə paylaşacağıq. Paylaşım zamanı verdiyimiz məlumatların bir qismi alkafi.net saytında “Hafidul Kuds” nicki ilə yazan qardaşımıza aiddir. “Hafidul Kuds” qardaşın çalışmasının original linki http://www.alkafi.net/vb/showthread.php?t=88

Oxumağa davam et

12 xəlifə hədisi Sünni mənbələrində | حديث اثنا عشر خليفة في كتب أهل السنة


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əhli-sünnənin ən etibarlı, ən məşhur mənbələrindən səhih sənədlərlə həqiqətləri çatdırmağa davam edirik. İnşallah, bu yazımızda nasibilərin öz mənbələrindən sənədli şəkildə və səhih sənədlərlə səhabələrin Rəsulullahdan (s.a.a) rəvayət etdiyi “12 xəlifə” hədisini qeyd edəcəyik. Oxumağa davam et

Mənzilət hədisi Şiə mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bu günki yazımızda Mənzilət hədisinin qeyd edildiyi Şiə mənbələrindən bəzilərini sizə təqdim edəcəyik:

1.Əbu Üməyyənin İmam Sadiqdən (ə) rəvayət etdiyi hədis: Bu hədisi iki imamın – yəni İmam Cavad və İmam Hadinin (ə) səhabəsi olan Əhməd b. Məhəmməd əl-Bərqi (r.a) “Məhasin” kitabında rəvayət etmişdir. Şiə və sünnilər tərəfindən etibarlılığı barəsində ittifaq edilən Siqətul İslam (İslamın etibarı) Şeyx Kuleyni (r.ə) də bu hədisi Bərqinin (r.ə) sənədi ilə Əhli-Beyt (ə) məktəbinin elm xəzinəsi “Əl-Kafi”də rəvayət etmişdir:

Oxumağa davam et