“Ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir” sözü hədis deyil, sufi uydurmasıdır.


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İnsanlar arasında hədis olaraq bilinən və məşhur olan sözlərdən biri də Nəbi (s)-ə nisbət edilən “ümmətimin alimləri Bəni-israil peyğəmbərləri kimidir” sözüdür. Halbuki bu söz nə İslami (Şiə) və nə də sünni olsun, heç bir hədis kitabında rəvayət edilməmiş, sonradan ortaya çıxmış bir sözdür. Bunun heç bir mənbəyi və sənədi mövcud deyil. Bundan ötəri həm İslam (Şiə) alimləri və həm də sünni alimlər bu sözün uydurma olduğunu bəyan etmişdirlər. İndi həm şiə və həm də sünni alimlərin bu rəvayət haqqındakı sözlərini sizlərlə paylaşacağıq.

Oxumağa davam et

Advertisements

Qədir-Xum hədisi haqqında kitab yazan sünni mühəddislər


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qədir-Xum hədisi elə bir hədisidir ki, hər iki məzhəbin ən etibarlı, ən mötəbər mənbələrində geniş şəkildə yer almış, səhih sənədlərlə rəvayət olunmuşdur. Hər iki məzhəbin alimləri onun mütəvatir olduğunda ittifaq etmiş və haqqında kitablar yazmışlar. Mövzu haqqında ən yaxşı kitablardan biri və bəlkədə ən mükəmməli Əllamə Əmini (r.ə)-a aiddir. Bu yaxınlarda Əllamə Əmini (r.ə)-ın kitabını araşdırarkən kitabın “yazıçıların Qədir hədisinə verdiyi əhəmiyyət” hissəsində Əllamə (r.ə)-ın bu hədis haqqında kitab yazan 25 əhli sünnə aliminin adını verdiyini gördüm. Bu 25 alimdən ən məşhur olanlarını və onların bu kitabları yazmış olduğunu deyən əhli sünnə mənbələrindən çatıb, şəkillərini ala bildiklərimi sizlərlə bölüşəcəyəm. Bizlər Əllamə Əmini (r.ə)-a güvəndiyimiz üçün o 25 alimin bu mövzuda kitablar yazdığına inanırıq. Amma sünnilər bir rafizinin (!) sözünə inanmazlar deyə düşündüyümüz üçün o 25 alimdən bəzilərini çatdırırıq. Çünki bu alimlərin Qədir-Xum hədisi haqqında kitab yazdıqlarını deyən əhli sünnə qaynaqlarına çatmış və rəsmlərini çəkmişik. İndi inşəallah onları sizlərlə bölüşəcəyik. İlk öncə məsələ haqqında kitab yazan Əhli sünnə aliminin adını, daha sonra Onun belə bir kitab yazmış olduğunu təsdiq edən mənbələri çatdıracağıq.

Oxumağa davam et

Qədir-Xum bayramı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

wwwshiapicsir

Məlum olduğu kimi, İslam dinində 4 bayram var. Bunlar Ramazan bayramı, Qurban bayramı, Qədiri-Xum bayramı və Cümə günləridir. Qədir-Xum günü Nəbi (s.) Həzrət Əli (ə.)-sı xəlifə təyin etdikdən sonra müsəlmanlar hamısı Həzrət Əli (ə.s)-sı təbrik etmiş və bu hadisəni qeyd etmişdirlər. O gündən sonra da hər ilin Qədiri Xum günü Əhli-Beyt (ə.s) və müsəlmanlar bu bayramı qeyd etmişdirlər. Amma nasibilər hər mövzuda olduğu kimi, bu mövzuda da müsəlmanlara müxalifət etmiş və Qədir-Xum bayramının bidət olduğunu iddia etmişdirlər. Nasibilərin azdırıcılarından olan tarixçi Mərqizi bu barədə deyir ki:

Oxumağa davam et

Qədir-Xum hədisi şiə mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Hörmətli bacı və qardaşlarımız, keçən işlərimizdə sünni mənbələrdən Qədir-Xum hədisini, bu mənbələrdə hədisin özlərindən rəvayət edildiyi səhabələrdən bəzilərini sizlərlə paylaşmışdıq. İnşəAllah bu işimizdə isə bu mübarək hədisi İslami/Şiə mənbələrdən sizə təqdim edəcəyik. Hədisi sünni mənbələrdən köçürərkən etdiyimiz kimi burada da hədisi özlərindən rəvayət edilən səhabə (r.ə.) və imamlar (ə.s)-ə görə sıralayacağıq. Sünni mənbələrdə olduğu kimi burada da ancaq səhih hədisləri sizlərlə paylaşacağıq.

1-2. Xüzeyfə b. Əsid və Əbu Tufeyl (r.ə.) hədisi: bu hədisi Şeyx Səduq (r.ə.) “Xisal” kitabında rəvayət etmişdir.

sakaleyn-hisalsakaleyn-hisal1 sakaleyn-hisal2 sakaleyn-hisal3

Şəkildə gördüyünüz Şeyx Səduq (r.ə.)nin “Xisal” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

Oxumağa davam et

“Nuraniyyət xütbəsi” hədis deyil Qulat uydurmasıdır


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Şübhəsiz ki, nasibilər kimi qulatlar da Allah azzə və cəllənin dinini təhrif etməyə çalışan kəslərdir. Elə bu üzdəndir ki, Əhli Beyt (ə) həqiqi dini insanlara təbliğ edərkən nasibilərin yalan və təhriflərini ortaya çıxardıqları kimi Qulat firqələrinə qarşı da mübarizə etmiş və onları lənətləmişdir. Lakin kədərli bir vəziyyətdir ki, nasibilər kimi qulatların da saçdıqları zəhərli fikirlər bitməmiş və günümüzə qədər çatmışdır. Nasibilər öz məqsədləri istiqamətində hədislər uydurduğu kimi qulatlar da öz inancları istiqamətində hədislər uydurmuş və bunları Ehli Beyt (ə)-a nisbət etmişdir. Bax bu uydurmalardan biri də Nuraniyyət xütbəsi adı ilə məşhurdur ki, bunu hafiz Rəcəb əl-Bərsin bu şəkildə rəvayət etmişdir: Oxumağa davam et

Mötəbər hədislər işığında Şiəliyin-müsəlmanlığın həqiqəti


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qiymətli qardaşlarım , inşaAllah bu yazıda gerçək bir müsəlmanın – Şiənin necə olması lazım olduğunu bildirən , gerçək müsəlmanın xüsusiyyətlərinin nələr olduğunu bildirən mötəbər (səhih , həsən və müvəssəq ) hədisləri sizlərlə paylaşacağam . Bu mövzuda paylaşacağım hədislərin bəzilərini alkafi.net saytında İrandan Sıbtır Rasul ( Rəsulun taronu ) nicki ilə yazan qardaşımızın işindən aldım. İşin əsli bu linkdə : http://alkafi.net/vb/showthread.php?p=562

hak-mezhep-kuleyni  hak-mezhep-kuleyni1

Oxumağa davam et

“Mən Ba-nın altındakı nöqtəyəm” sözü hədis deyil sufi uydurmasıdır


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Son zamanlar həm kitablarda həmdə avamlar arsında məhşur olan rəvayətlərdən biridə İmam Əli (ə.s)-a nisbət edilən “mən banın altındakı nöqtəyəm” sözüdür.  İnsanlar bu sözü sanki İmam Əli (ə.s) dan qəti olaraq rəvayət edilmiş kimi dilə gətirirlər. Əslində isə bu İmam Əli (ə.s)-ın sözü olmadığı kimi heç zəyif sənədlə belə mövcud deyil. Bu üzdən bu mövzu haqda çalışmağın zəruri olduğunu bildim. Lakin Pakistandan olan Nadir Zavəri adlı qardaşın öz sitatında bu mövzu haqda araşdırması olduğu üçün sadəcə olaraq bu araşdırmanı tərcümə edərək paylaşmaq qərarına gəldim. Nadir Zavəri qardaşın bu mövzuda olan araşdırmasının linki burda: I am the Dot Under the Ba
Oxumağa davam et