İmamların (ə.s) məsumiyyəti


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi müsəlmanların nəbi, rəsul və vəsilər (ə.s) haqqındakı inanclarından biri də onların məsum olduqları yönündədir. Əlbəttə, digər məsələlərdə olduğu kimi, bu inancın da dəlili Qurani Kərim və Peyğəmbər sünnəsi (s)-dır. Kitabı Şərifdən bu məsələ haqqındakı dəlil Təthir ayəsi dediyimiz Əhzab surəsinin 33-cü ayəsidir. Ayənin təfsiri və dəlaləti haqqında məlumat üçün linkə baxa bilərsiniz: Təthir ayəsi

İmamlar (ə.s)-ın məsumiyyəti inancına dair Peyğəmbər sünnəsi (s.)-dən dəlilə gəlincə, bu Rəsulullah (s.), Əhli-Beyt imamları (ə.s) və səhabələr (r.ə) tərəfindən rəvayət edilmiş olan mütəvatir hədislərdir. İnşəallah biz bu çalışmamızda hədislərdən bəzilərini sizlərlə bölüşəcəyik.

Oxumağa davam et

İmamlar (ə) Rəsulullahın (s) varisidir


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Həzrət Əli və onun nəslindən olan məsum imamların (ə.s) Rəsulullah (s)-ın varisləri olması məsələsi müsəlmanlar (şiələr) arasında qəti olaraq bilinən inanclardan biridir. Bu inanc Rəsulullah (s)-ın dinindən, onun (s) nəslindən olan məsum imamlar (ə.s)-da bu məsələni dilə gətirmiş, müsəlmanlara bildirmiş və səhabə ilə tabein nəsli arasında da bu inanc qəti olaraq tanınmışdır. İnşəallah bu məqalədə həm şiə, həm də sünni mənşəli hədislərlə bu mövzunu sizlərə çatdıracağıq.

1) Şiə mənbəli hədislər: İslam alimlərindən Səffar, Kuleyni, Səduq, Müfid və Tusi başda olmaq üzrə bir çox hədis alimi imamlar (ə.s)-ın Rəsulullah (s)-ın varisləri olduğuna dair müxtəlif səhih yollardan hədislər rəvayət etmişdirlər. İnşəallah aşağıda bunlardan bəzilərini paylaşacağıq.

Oxumağa davam et

İmamı tanımaq nə deməkdir?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Son zamanlar bəzi avam kəslər tərəfindən sıx şəkildə gündəmə gətirilən mövzulardan biridə imamı tanımaqdır (ərəbcəsi: marifətul imam/معرفة الإمام) məsələsidir. Bəziləri bu məsələ haqda elə danışırlarki sanki bu sirli, əsrarəngiz və gizli, anlaşılması mümkün olmayan bir mövzudu. Bəs əslində imamı tanımaq nə deməkdi? İmamı tanımaq Allah əzzə və cəllə tərəfindən təyin edilmiş itaəti fərz olan höccət deməkdir ki bu yazı imamlar (ə.s) tərəfindən varid olmuş səhih hədislərə söykənir

marifet-fakih   marifet-fakih1 Oxumağa davam et

Hz. Əbu Talibin (ə) imanı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bildiyiniz kimi Hz. Əbu-Talib (ə) İslamın çətin vaxtlarında Peyğəmbərin (s) köməkçisi olmuş, onu kafirlərdən qorumuşdur.  O dünyasını dəyişəndən sonra müsəlmanların vəziyyəti daha da çətinləşdi. Yəni, Əbu Talibin (ə) Peyğəmbərə (s) köməyi bu qədər əhəmiyyətli idi. Buna baxmayaraq bəzi müsəlmanlar və nasibilər Əbu Talibin (ə) müsəlmanlığına tərəddüd edir və “Əbu Talib müsəlmandırmı?” deyə sual verir (buna cürət edir).  Amma bunun müqabilində nasibilər Əbu Süfyan, Müaviyə və bunlar kimi münafiqləri səhabə adlandırırlar. İnşallah bu mövzuda həm şiə, həm də sünni mənbələrindən səhih hədislərlə Əbu Talibin (ə) müsəlman olduğunu sübut edəcəyik. Oxumağa davam et

Səhabə Haris b. Malik əl-Ənsarinin (r.a) Şiə nəzərində məqamı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İslam böyükləri, dinimizin yayılması, cəhalətin aradan qaldırılması üçün canını və malını ortaya qoymuş, Rəsulullahın (s.a.a) kömək üçün hər zaman Onun yanında iştirak etmiş səhabələr haqqında yazılarımıza davam edirik. İnşallah bu işimizdə səhabə Haris b. Malik haqqında məlumat verəcəyik.

1.Haqqında ümumi məlumat: Rical kitablarımızda bu şəxsin Rəsulullahın (s) və ya digər məsumların səhabələrindən olduğu qeyd olunmayıb. Lakin imamlarımızdan (ə) onun fəziləti haqqında rəvayət edilən hədis onun Rəsulullahın (s) səhabələrindən olduğunu və Onun (s) dövründə şəhid olduğunu göstərir.

2. İmamların (ə) onun haqqındakı sözləri: imamlarımızdan (ə) onun haqqında rəvayət edilən bir hədis vardır ki, bu hədis tək başına onun ucalığını göstərmək üçün kifayətdir. Bu hədisi Kuleyni (r.ə) “əl-Kafi” də belə rəvayət etmişdir: Oxumağa davam et

Səhabə Cabir b. Abdullah əl-Ənsari (r.ə)-in Şiə nəzdindəki məqamı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Şiəliyin səhabə haqqındakı inancını sənədli bir şəkildə Şiə mənbələrindən ortaya qoymağa davam edirik. Bu dəfəki çalışmamız Cabir b. Abdullah əl-Ənsari (r.ə.) və onun Şiə nəzdindəki məqamı haqqında olacaqdır. İlk öncə haqqında ümumi məlumat verəcək, daha sonra imamlarımızın (ə.s.) və üləma (r.ə.)-in onun haqqındakı bəyanlarını təqdim edəcək, daha sonra onun rəvayət etmiş olduğu hədislərin keçdiyi Şiə mənbələri haqqında məlumat verəcəyik.

1. Haqqında ümumi məlumat: Cabir b. Abdullah əl-Ənsari (r.ə.) altı məsum (ə.s.)-in əshabındandır. Bunlar Rəsulullah(s.), imam Əli, Hz. Həsən, Hz. Hüseyn, Hz. Səccad və Hz. Baqir (ə.s)-dir. Bərqi və Tusi onu bu altı məsum( ə.s.)-in əshabı arasında zikr edərək haqqında bu məlumatları vermişdirlər:

Oxumağa davam et

İmamsız ölən cahiliyyə ölümü üzrə ölmüşdür.


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

İmamət inancı müsəlmanların əqidəsinin bir hissəsini təşkil etməkdədir, eynilə nübuvvət və məad inancları kimi. Və digər əqidəvi mövzular kimi imamət mövzusu da həm Quran və həm də Peyğəmbər sünnəti ilə sabitdir. Keçən yazılarımızda Quranda imamət üzrə bir məqalə paylaşmışdıq, İnşəAllah bu yazımızda isə imamətin əqidəvi bir mövzu olduğu və imamı tanımanın necə bir mühüm mövzu olduğuna dair Peyğəmbər sünnəti’ndən dəlili sizlərlə paylaşacağıq. Bu dəlil Rəsulullah s.a.a.’dan mütəvatirən rəvayət edilən “imamı tanımadan ölən, cahiliyyə ölümü üzrə ölmüşdür” hədisidir ki, bu hədis Şiə və Sünni mənbələrində müxtəlif səhih sənədlərlə rəvayət edilmişdir. İnşəAllah yazımızda hədisi Şiə və Sünni mənbələrdən sənədli bir şəkildə paylaşacağıq.

Oxumağa davam et