Nəhl surəsi 106-cı ayənin təfsiri


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bu yazıda inşaAllah səhih hədislərlə Nəhl surəsi 106- cı ayənin təfsirini paylaşacağıq. Allah əzzə və cəllə bu ayədə buyurur ki :

ن كَفَرَ بِاللّهِ مِن بَعْدِ إيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِيمَانِ
Ürəyi imanla mutmain olduğu halda , ( küfrə ) məcbur edilən kəslər istisna , kim imanından sonra Allaha kafir olsa …

Nəhl surəsi 106- cı ayə

Bu ayə Hz. Əmmar (r.ə)-ın müşriklər tərəfindən ələ keçirilib öldürülməklə təhdid edilməsi və bunun üzərinə Hz. Əmmarın təqiyyə edərək onların istədiklərini söyləməsi üzərinə enmişdir.  Bu mövzuda Şiə və Sünni qaynaqlarında dəyişik sənədlərlə hədislər rəvayət edilmişdir. Oxumağa davam et

“Nuraniyyət xütbəsi” hədis deyil Qulat uydurmasıdır


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Şübhəsiz ki, nasibilər kimi qulatlar da Allah azzə və cəllənin dinini təhrif etməyə çalışan kəslərdir. Elə bu üzdəndir ki, Əhli Beyt (ə) həqiqi dini insanlara təbliğ edərkən nasibilərin yalan və təhriflərini ortaya çıxardıqları kimi Qulat firqələrinə qarşı da mübarizə etmiş və onları lənətləmişdir. Lakin kədərli bir vəziyyətdir ki, nasibilər kimi qulatların da saçdıqları zəhərli fikirlər bitməmiş və günümüzə qədər çatmışdır. Nasibilər öz məqsədləri istiqamətində hədislər uydurduğu kimi qulatlar da öz inancları istiqamətində hədislər uydurmuş və bunları Ehli Beyt (ə)-a nisbət etmişdir. Bax bu uydurmalardan biri də Nuraniyyət xütbəsi adı ilə məşhurdur ki, bunu hafiz Rəcəb əl-Bərsin bu şəkildə rəvayət etmişdir: Oxumağa davam et

Aişənin zina ithamından tənzihi!


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Çox kədərli bir haldır ki , son zamanlarda müsəlmanlar-şiələr arasında Yasir əl- Həbib adlı bir fitnə ortaya çıxmışdır. Bu fitnə insanları təmiz İslam-şiə əqidəsindən yoldan çıxartdıqları və onları cəhalət və xurafatlara doğru istiqamətləndirir. Girişdiyi ağla sığmaz şərhlər , iddalarına dəlil deyə təqdim etdiyi ayə və hədislərin iddası ilə zərrə qədər əlaqəsi olmaması və bu kimi xüsuslar onun pozğunluğunu görmək üçün kifayətdir. Lakin yenə kədərli bir haldır ki , bu axmağın sözləri , bir tərəfinə şiş batmış kimi bağırması bəzi elm əhli olmayan qardaşlarımızın bu fitnəyə qapılmasına gətirib çıxarmışdır. Hətta iş o yerə vardı ki , bəzi qardaşlar ” Yasir əl- Həbib bir hədis demişsə demək ki , o hədis səhihdir ! ” deməyə başlamışdırlar . Bu fitnənin ortaya atdığı pozğun düşüncələrindən biri Aişənin zina etdiyi inancıdır. Tarixdə ağılı tarazlığı yerində olmayan bəzi cahillər də bu kimi sözləri söyləmişlər və İslam alimlərini , elmlərini başqa mövzulara yönəltməkdən bu kimi gərəksiz mövzulara yönəlmək məcburiyyətində buraxmışlar. Bu alimlərdən biri Nasruddin ləqəbi ilə bilinən Şeyx Abdulcəlil ibn Əbul Həsəndir. Seyyid Əbul Qaslm əl- Xoi( r.ə) onun bioqrafiyasında deyir ki : Oxumağa davam et

Dəstəmazda ayaqların yuyulması haqqında bəzi şübhələr və cavabı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu üzrə dəstəmazda ayaqlar məsh edilməlidir və bu mövzu Quran və Sünnəni Nəbəvi ilə sabitdir. Quran açıq-aşkar bir şəkildə, oxuduğunun nə mənanı verdiyini bilən hər kəsin anlayacağı sadəlikdə ayaqların məsh edilməsini əmr etməkdədir. Eyni şəkildə Sünnəni Nəbəvi (s.ə.ə)-də də ayaqların yuyulması sabitdir. Lakin nasibilər yəhudi fiqhinə tabe olduqları üçün ayaqlarını yumaqdadırlar. Bizlər nasibilərə “siz bunu yəhudilərdən əldə etdiniz” dediyimiz üçün nasibilər özlərini bu yəhudi damgasından qurtarmaq üçün İslami-Şiə qaynaqlardan ayaqların yuyulması lazım olduğuna dair dəlillər yetirməyə çalışırlar. Gətirdikləri bu sözdə dəlillər 4 hədisdir ki, inşaAllah bu yazıda onların gətirdiyi bu dəlillərə cavab verəcəyik. Oxumağa davam et

Şəri hökmləri əldə etməkdə qiyas(müqayisə) qanunidirmi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi bəzi firqələr şəri hökmləri qiyas vasitəçiliyi ilə əldə etməyi qanuni görməkdədirlər. Bildiyimiz qədəri ilə ilk dəfə bu düşüncə Əbu Hənifə tərəfindən ortaya qoyulmuşdur. Yaxşı qiyas nə anlama gəlir? bu mövzuda qısaca şərh verək:

Qiyas lüğətdə  təqdir , bərabərlik , bir şeyi digər bir şey ilə ölçmək mânasına gəlir. Buna ” qiyas ” da deyilir.

Terminin mənası, müxtəlif surətlərdə tərif edilmişlər. Bu təriflərin ikisini təqdim edirəm : Qiyas: Bir şəri məsələnin hökmünü əsas götürərək o məsələyə misil və bənzər digər bir məsələ haqqında hökm ortaya qoymaqdır.

Qiyas: şəri hökmü məlum olmayan bir hadisəni şəri hökmü bilinən başqa bir hadisəyə bənzətməklə hökm verməkdir. Beləki iki hadisədən birinin səbəbi kimi bir səbəb , digərində də tapılsa  onun hökmü kimi bir hökm bu ikinci hadisə üçün də verilə bilər. Oxumağa davam et

Mütə nikahı haqqında bəzi şübhələrə cavab


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Keçən yazılarımızda mütə nikahının caiz olduğuna dair Quran və sünnədən dəlillər və Əhli Beyt İmamları (ə) ilə səhabələr (r.ə)-ın ” mütə nikahını qadağan edən Ömər ibn Xəttabdır ” şəklindəki şahidliyini sənədli bir şəkildə sizlərlə paylaşmışdıq. Lakin həqiqətləri görmək yerinə məzhəblərinin düşüncələrini doğru göstərmə səyində olan nasibilər bütün bu dəlilləri görməməzliyə vuraraq şiə qaynaqlarından mütə nigahının haramlığına dair dəlil gətirməyə çalışırlar. Nasibinin  biri bu məqsədlə etdiyi işində deyir ki :

Oxumağa davam et

Mötəbər hədislər işığında Şiəliyin-müsəlmanlığın həqiqəti


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qiymətli qardaşlarım , inşaAllah bu yazıda gerçək bir müsəlmanın – Şiənin necə olması lazım olduğunu bildirən , gerçək müsəlmanın xüsusiyyətlərinin nələr olduğunu bildirən mötəbər (səhih , həsən və müvəssəq ) hədisləri sizlərlə paylaşacağam . Bu mövzuda paylaşacağım hədislərin bəzilərini alkafi.net saytında İrandan Sıbtır Rasul ( Rəsulun taronu ) nicki ilə yazan qardaşımızın işindən aldım. İşin əsli bu linkdə : http://alkafi.net/vb/showthread.php?p=562

hak-mezhep-kuleyni  hak-mezhep-kuleyni1

Oxumağa davam et