İkmal ayəsi / آية إكمال


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qısa bir aradan sonra sənədli bir şəkildə Əhli-Beyt (ə.s) həqiqətini söyləməyə davam edirik. Bu çalışmamızda inşəallah yenə Qurani-Kərimdən Əhli Beyt (ə.s)-ın vilayəti ilə bağlı ayələrdən birini ələ alacağıq. Bu ayə “İkmal ayəsi” dediyimiz Maidə surəsinin 3-cü ayəsidir. Bildiyimiz kimi, Nəbi (s) Vida həccidən qayıdarkən Həzrət Cəbrail (ə.s) nazil olmuş və “Təbliğ ayəsi” dediyimiz Maidə surəsi 67-ci ayəsini endirmişdir. Bundan sonra Nəbi (s) Qədir-Xumda imam Əli (ə.s)-ın vilayətini elan etmişdir. Məhz bu elandan sonra Həzrət Cəbrail (ə.s) “İkmal ayəsi” dediyimiz Maidə surəsinin 3-cü ayəsini endirmişdir. Allah ( c.c) bu ayədə buyurur ki:

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا
Bu gün sizin üçün dininizi kamala çatdırdım. Sizə nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim.

Maidə surəsi 3-cü ayə

Bu ayənin yuxarıda dediyimiz kimi Qədir-Xumda, imam Əli (ə.s)-ın vilayətinin elanından sonra nazil olduğu həm şiə və həm də sünni mənbələrində səhih hədislərlə sabitdir. İnşəallah nümunə olaraq indi onlardan bir neçəsini təqdim edəcəyik:

1. Şiə mənbəli hədislər: Şiə alimlərindən Fərat b. İbrahim əl-Kufi, Əyyaşi, Qummi və Kuleyni (r.ə) başda olmaq üzrə bir çox mühəddis və müffəsir bu ayənin Qədir-Xumda nazil olduğuna dair hədislər rəvayət etmişdirlər. İndi bu məsələdə Kuleyni (r.ə)-ın rəvayət etdiyi hədisi çatdırırıq.

ikmal-kuleyni1 2 3

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barədə ittifaq edilmiş olan Siqatul İslam (İslamın etibarı) Şeyx Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن ابيه، عن ابن أبي عمير، عن عمر بن اذينة، عن زرارة والفضيل بن يسار، وبكير بن أعين ومحمد بن مسلم وبريد بن معاوية وأبي الجارود جميعا عن أبي جعفر (عليه السلام) قال: أمر الله عزوجل رسوله بولاية علي وأنزل عليه ” إنما وليكم الله ورسوله والذين آمنوا الذين يقيمون الصلاة ويؤتون الزكاة ” وفرض ولاية أولي الامر، فلم يدروا ما هي، فأمر الله محمدا (صلى الله عليه وآله) أن يفسر لهم الولاية، كما فسر لهم الصلاة، والزكاة والصوم والحج، فلما أتاه ذلك من الله، ضاق بذلك صدر رسول الله (صلى الله عليه وآله) وتخوف أن يرتدوا عن دينهم وأن يكذبوه فضاق صدره وراجع ربه عزوجل فأوحى الله عزوجل إليه ” يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس ” فصدع بأمر الله تعالى ذكره فقام بولاية علي (عليه السلام) يوم غدير خم، فنادى الصلاة جامعة وأمر الناس أن يبلغ الشاهد الغائب
Ömər b. Uzeynə Zurarə, Fudayl b. Yəsar, Bukeyr b. Ayən, Məhəmməd b. Müslim, Bureyd b. Müaviyə və Əbul-Caruddan, onlar da Əbu Cəfər (imam Baqir (ə.s))– dən belə rəvayət etmişlər: Allah Əzzə və Cəllə, Rəsuluna, Əlinin vilayətini əmr etdi və ona bu ayəni endirdi: “Sizin vəliniz ancaq Allah, Rəsulu və iman gətirənlərdir. Onlar ki, namazı qılırlar və rukuda ikən zəkat verirlər”. (Maidə, 55) Bundan başqa əmir sahibinin vilayətini fərz qıldı. Amma Müsəlmanlar bunun nə demək olduğunu anlamadılar. Bunun üzərinə uca Allah, Məhəmmədə (s), namazı, zəkatı, orucu və həcci izah etdiyi kimi vilayəti də onlara açıqlamasını əmr etdi. Bu əmr, Allah tərəfindən gəlincə, Rəsulullahın sinəsi, bu əmr qarşısında sıxıldı. Bunu eşidən bəzi adamların dinlərindən dönmələrindən və özünü yalanlamalarından narahat oldu. Sinəsi bu narahatçılıqla sıxıntılıykən Rəbbinə müraciət etdi. Allah Əzzə və Cəllə ona bu ayəni göndərdi: “Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Onun elçiliyini yerinə yetirməmiş olarsan. Allah insanlardan səni qoruyacaq”. (Maidə, 67)

Bunun üzərinə Rasulullah (s) Allah-Təalanın əmrini aşkar bir şəkildə çatdırdı. “Qədir-Xum” günündə Əlinin vilayətini elan edib. Bu məqsədlə insanları camaat namazına çağırdı və hazır olanların orada olmayanlara bunu çatdırmasını əmr etdi.

قال عمر بن اذنية: قالوا جميعا غير أبي الجارود – وقال أبوجعفر (عليه السلام): وكانت الفريضة تنزل بعد الفريضة الاخرى وكانت الولاية آخر الفرائض، فأنزل الله عزوجل “اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي” قال أبوجعفر (عليه السلام): يقول الله عزوجل: لا انزل عليكم بعد هذه فريضة، قد أكملت لكم الفرائض
Ömər b. Uzeynə deyir ki: Əbu Carud xaricindəkilər dedilər: Əbu Cəfər (imam Baqir (ə.s)) dedi: “Gümanlar bir-birinin ardınca nazil olurdular ki, Vilayət, vacib əməllərin ən sonuncusudur. Allah Əzzə və Cəllə bu ayəni endirdi: “Bu gün sizin üçün dininizi kamil etdim və üzərinizdəki nemətimi tamamladım”. (Maidə, 3)

Əbu Cəfər (imam Baqir (ə.s)) deyir ki: “Allah, bu ayədə bizə bunları deyir: Bundan sonra üzərinizə hər hansı bir fərz enməyəcəkdir. Artıq sizin üçün fərzləri kamala çatdırdım”.

Kuleyni (r.ə), “əl-Kafi”, 1/173-174, hədis 4

Bu hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və sənədi müttəsildir, Şeyxül-İslam Əllamə II Məclisi (r.ə) “əl-Kafi” şərhi olan “Miratul Uqul” kitabında hədis haqqında deyir ki:

الحديث الرابع: حسن
Dördüncü hədis: həsən

II Məclisi (r.ə), “Miratul-Uqul”, 3/250

Və yenə Şeyx Hadi ən-Nəcəfi (r.ə) bu hədisi “Məvsuat Əhadisi Əhli-Beyt (ə.s)” adlı kitabında “əl-Kafi”-dən nəqlən rəvayət etdikdən sonra hədis barədə deyir ki:

الرواية صحيحة الإسناد
Rəvayətin sənədi səhihdir.

Şeyx Hadi ən-Nəcəfi (r.ə), “Məvsuat Əhadisi Əhli-Beyt (ə.s)”, 8/415, hədis 10368

Bu ayənin təfsiri ilə bağlı Şiə mənşəli onlarca hədisdən yalnız bir dənəsi idi, indi isə sünni mənşəli hədisləri çatdırırıq.

2. Sünni mənşəli hədislər: Ayənin Qədir- Xum günü nazil olduğuna dair sünni üləma ibn Mərdəveyh, Xətib əl-Bağdadi və ibn Əsakir kimi təfsir və hədis alimləri Əbu Hüreyrə və Əbu Səid əl-Hudri (r.ə)-dan müxtəlif sənədlərlə hədislər rəvayət etmişdirlər. İndi burada Əbu Hüreyrə rəvayət etdiyi hədisi çatdıracağıq.

4 5

Şəkildə gördüyünüz əhli sünnə hədis və tarix alimi Xətib əl-Bağdadinin “Tarixul-Bağdad” adlı kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:

نا عبد الله بن علي بن محمد بن بشران أنا علي بن عمر الحافظ أنا أبو حبشون بن موسى بن ايوب الخلال نا علي بن سعيد الرملي نا ضمرة بن ربيعة القرشي عن ابن شوذب عن مطر الوراق عن شهر بن حوشب عن ابي هريرة قال من صام يوم ثماني عشرة من ذي الحجة كتب له صيام ستين شهرا وهو يوم غدير خم لما اخذ النبي ( صلى الله عليه و سلم ) بيد علي بن أبي طالب فقال ألست ولي المؤمنين قالوا بلى يا رسول الله قال من كنت مولاه فعلي مولاه فقال عمر بن الخطاب بخ بخ لك يا ابن أبي طالب أصبحت مولاي ومولى كل مسلم فأنزل الله عز و جل ” اليوم أكملت لكم دينكم “ ومن صام يوم سبعة وعشرين من رجب كتب له صيام ستين شهرا وهو أول يوم نزل جبريل  بالرسالة
Şəhr b. Havşəb Əbu Hüreyrədən dedi ki: Hər kim Zilhəccənin on səkkizində oruc tutarsa, əvəzində Allah-Təala ona altı ay oruc tutmuş kimi savab yazar. O gün Qədir-Xum günüdür, o gün, Rəsulullah (s) Əli b. Əbu Talibin əlindən tutaraq belə buyurdu: “Məgər mən Möminlərin vəlisi deyiləm?” Hazır olanlar: “Bəli, eləsən ey Allahın Rəsulu” deyə cavab verdilər. Davamında buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. Ondan sonra Ömər b. Ömər ibni Xəttab dedi: “Nə xoşbəxt sənə, nə xoşbəxt sənə ey Əbu Talibin oğlu, sən mənim və bütün müsəlmanların mövlası oldun”. Daha sonra “Bu gün dininizi sizin üçün kamil etdim” ayəsi nazil oldu. Kim Rəcəb ayının iyirmi yeddisində oruc tutarsa, ona altı ayın oruc tutmağının savabı yazılır. Bu gün, Cəbrayıl (ə.s)-ın Həzrət Məhəmmədə (s) ilk vəhyi gətirdiyi gündür.

Xətib əl-Bağdadi, “Tarix əl-Bağdad”, 9/222

Bu hədisi ibn Mərdəveyh öz sənədi ilə ibn Əsakir isə əvvəl Xətib əl-Bağdadidən nəqlən rəvayət etmişdir, daha sonra isə 2 müxtəlif sənəd ilə bu hədisi Əbu Hüreyrədən rəvayət etmişdir, bax: İbni Əsakir, “Tarixi-Dəməşq”, 42/233-234

Nə qəribədir ki, bu hədisi öz təfsir kitaplarıda rəvayət edən ibni Kəsir və əs-Süyuti Əbu Hüreyrə hədisinin zəif olduğunu iddia etmişdirlər. Əs-Süyuti bu barədə deyir ki:

وأخرج ابن مردويه والخطيب وابن عساكر بسند ضعيف عن أبي هريرة
İbn Mərdəveyh, Xətib əl-Bağdadi və ibn Əsakir zəif sənəd ilə Əbu Hüreyrədən rəvayət etmişdirlər.

Süyuti, “əd-Durr əl-Mənsur”, Maidə 3-ün təfsiri

Əllamə Əmini (r.ə) “əl-Qədir” kitabında bu iddiaya belə cavab vermişdir:

قلنا: إن كان مراده من عدم الصحة غميزة في الاسناد ففيه أن رواية أبي هريرة صحيحة الاسناد عند أساتذة الفن ، منصوص على رجالها بالتوثيق ، وسنفصل ذلك عند ذكر صوم الغدير….. وإن كان يريد عدم الصحة من ناحية معارضتها لما روي من نزول الآية يوم عرفة فهو مجازف في الحكم البات بالبطلان على أحد الجانبين ، وهب أنه ترجح في نظره الجانب الآخر لكنه لا يستدعي الحكم القطعي ببطلان هذا الجانب كما هو الشأن  عند تعارض الحديثين ، لا سيما مع إمكان الجمع بنزول الآية مرتين كما احتمله سبط ابن الجوزي في تذكرته ص 18 كغير واحدة من الآيات الكريمة النازلة غير مرة واحدة ومنها البسملة النازلة في مكة مرة وفي المدينة أخرى وغيرها مما يأتي
Süyutiyə cavab olaraq deyirik ki: Əgər Süyutinin “səhih deyil” sözündən məqsədi, hədisin sənədinin zəif olduğudusa, onun bu sözü doğru ola bilməz. Çünki Əbu Hüreyrənin rəvayəti bu sahədəki ustadların yanında sənədi səhih bir hədisdir, o hədisin sənədindəki adamlar onlara görə etibarlı adamlardır. Qədir orucunu zikr etdikdə bu məsələni ətraflı açıqlayacağıq. (Yox) Əgər Süyuti “səhih deyil” sözündən, bu rəvayətin, “İkmal ayəsi Ərəfə günündə nazil oldu” deyən rəvayətlə zidd olduğunu deyirsə, o zaman o, iki tərəfdən birinin batil olduğuna qəti hökm verməklə dəlilsiz danışmış olar. İki tərəfdən birinin onun nəzərində ağır basdığını ehtimal etsək belə, bu, digər tərəfin batil olduğuna qəti hökm verməyi tələb etməz. Belə ki, iki hədis təərrüz etdiyində vəziyyət belədir. Xüsusilə ayə iki dəfə nazil olmasına ehtimal verməklə, hər iki rəvayəti də qəbul etmək mümkün olarsa, belə etmək lazımdır. Belə ki, Sibt b. Cevzi bu ehtimalı vermişdir. Məsələn; Bəsmələ kimi bir çox ayə, bir dəfə Məkkədə, bir dəfə Mədinədə və digər yerlərdə nazil olmuşdur.

Əllamə Əmini (r.ə), “əl-Qədir”, 1/236-237

Əllamə Əmini (r.ə) daha sonra “Qədir günü oruc tutmağının hədisi” hissəsində bizim başda Əbu Hüreyrədən rəvayət etdiyimiz hədisin sənədini araşdırmış və hədisin sənədindəki ravilərin hamısının etibarlı adamlar olduğunu ortaya qoymuşdur. Bizdə bu ravilərin hamısının bioqrafiyasını nasibilərin rical elmində nüfuz sahibi olaraq gördükləri əz-Zəhəbidən çatdıracağıq. Görək bu hədisin sənədindəki ravilərdən hansı zəifimiş:

2-1. Əbu Hüreyrə (ابي هريرة): Hədisin ilk rəvayəti Əbu Hureyrədir. Məlum olduğu kimi, əhli sünnə nəznində böyük səhabədir və əhli sünnəyə görə səhabənin hamısı ədalətli və etibarlı kəslərdir ki, əhli sünnə nəznində ən çox hədis rəvayət edən səhabələrdən biridir Əbu Hüreyrə, Buxari və Müslimin “Səhih”–ləri Əbu Hüreyrənin hədisləri ilə doludur. Ona görə Əbu Hüreyrə haqqında daha çox məlumat verməyə, rical kitablarından dəlillər təqdim etməyə ehtiyac görmürük.

2-2. Şəhr b. Havşəb (شهر بن حوشب): Hədisimizin ikinci ravisi, bu sözləri Əbu Hüreyrədən rəvayət edən şəxs Şəhr b. Havşəbdir. Əz-Zəhəbi onun haqqında deyir ki:

شهر بن حوشب أبو سعيد الأشعري الشامي ، مولى الصحابية أسماء بنت يزيد الأنصارية . كان من كبار علماء التابعين
Şəhr b. Havşəb, Əbu Səid əl-Əşəri əş-Şami. Səhabədən Əsmə b. Yezid əl-Ənsarinin məvalisi, tabeinin böyük alimlərindəndir

روى حرب الكرماني ، عن أحمد بن حنبل : شهر ثقة ، ما أحسن حديثه
وقال الترمذي : قال محمد – يعني البخاري – : شهر حسن الحديث
Hərb əl-Kirmani Əhməd b. Hənbəldən rəvayət etdi: Şəhr siqa (etibarlı)-dır, hədisləri həsən (gözəl)-dir.
Tirmizi dedi ki: Buxari belə dedi: Şəhr həsənul hədisidir (gözəl hədis rəvayət edən).

Zəhəbi, “Siyər”, 4/374

2-3. Mütəhhər əl-Varraq (مطر الوراق): Hədisimizin üçüncü ravisidir, Şəhr b. Havşəbin Əbu Hüreyrədən aldığı hədisi rəvayət edən şəxsdir. Əz-Zəhəbi onun haqqında deyir ki:

مطر الوراق
الإمام الزاهد الصادق ، أبو رجاء بن طهمان الخراساني
Mütəhhər əl-Varraq, imam, zahid, sadiq, Əbu Rəca b. Təhman əl-Xorasani.

قال يحيى بن معين: صالح
قال الخليل بن عمر بن إبراهيم : سمعت عمي عيسى يقول : ما رأيت مثل مطر الوراق ، في فقهه وزهده
وقال مالك بن دينار : رحم الله مطرا الوراق ، إني لأرجو له الجنة
Yəhya b. Main dedi: “salehdir”
Xəlil b. Ömər b. İbrahim dedi ki: İsanın belə dediyini eşitdim: “Fiqh və zöhd barəsində Mütəhhər əl-Varraq mislində birini görmədim”
Və Malik b. Dinar dedi ki: “Allah Mütəhhər əl-Varraqa rəhmət etsin, onun üçün cənnəti arzulayıram”

Zəhəbi, “Siyər”, 5/453

Mütəhhər əl-Varraq eyni zamanda Buxari və Müslimin ravilərindəndir.

2-4. Əbdürrəhman b. Şevzəb (ضمرة بن ربيعة القرشي): Hədisin dördüncü ravisidir. Əz-Zəhəbi onun haqqında bu məlumatları verir:

عبد الله بن شوذب البلخي ، ثم البصري ، الإمام ، العالم أبو عبد الرحمن ، نزيل بيت المقدس
Əbdürrəhman b. Şevzeb əl-Bəlhi, sonra Bəsri, imam, əllamə, Əbu Əbdürrəhman, Beytul Müqəddəsdə yaşamışdır.

وثقه أحمد بن حنبل وغيره
Əhməd b. Əbi və başqalarına görə etibarlıdır.

Zəhəbi, “Siyər”, 7/92

2-5. Zəmurə b. Rabia (ضمرة بن ربيعة القرشي): Hədisin beşinci ravisi, əz-Zəhəbi haqqında deyir ki:

ضمرة بن ربيعة الإمام الحافظ القدوة ، محدث فلسطين ، أبو عبد الله الرملي
Zəmurə b. Rabia, imam, hafiz, qudva, Fələstinin mühəddisi Əbu Abdullah ər-Raməli

وقال ابن معين والنسائي : ثقة
وقال أبو حاتم : صالح
وقال ابن سعد : كان ثقة
İbn Main və Nisai dedilər ki: “Siqa (etibarlı)-dır”
Əbu Hatim dedi ki: “salehdir”
İbn Səd dedi ki: “Siqa (etibarlı)-dır”.

Zəhəbi, “Siyər”, 9/326-327

2-6. Əli b. Səid ər-Raməli (علي بن سعيد الرملي): Hədisimizin altıncı ravisidir, etibarlıdır, ibn Həcər əl-Əskalani haqqında belə deyir:

علي بن أبي حملة مولى قريش شيخ ضمرة بن ربيعة القرشي الحمصي أبو علي الرملي
Əli b. Əbu Həmlə… Əbu Əli ər-Raməli

ما علمت به بأساً ولا رأيت أحداً إلى الآن تكلَّم فيه، وهو صالح الأمر، ولم يُخرج له أحدٌ من أصحاب الكتب الستّة مع ثقته
Mən onun haqqında heç pis bir şey eşitməmişəm və heç kimdən onun haqqında yaxşı olmayan şey eşitmədim, o saleh və siqa (etibarlı) biridir.

Zəhəbi, “Mizan əl-İtidal”, 2/224

2-7. Habşun b. Musa (أبو حبشون بن موسى بن ايوب الخلال): Hədisin yeddinci ravisidir, etibarlıdır, əz-Zəhəbi haqqında belə deyir:

حبشون ابن موسى بن أيوب الشيخ ، أبو نصر البغدادي الخلال
Habşun b. Musa b. Eyyub, Şeyx Əbu Nəsr əl-Bağdadi əl-Xəllal

وكان أحد الثقات
Siqatdan (güvənilirlər) biridir.

Zəhəbi, “Siyər”, 15/316

2-8. Əli b. Ömər əd-Darəktuni (علي بن عمر الحافظ): Hədisin səkkizinci ravisidir, əhli sünnənin böyük hədis imamlarındandır, “Sünən əd-Darəktuni” adlı hədis kitabının müəllifidir.

2-9. ibni Büşran (عبد الله بن علي بن محمد بن بشران): Hədisin doqquzuncu ravisidir, etibarlı bir insandır, əz-Zəhəbi onun haqqında bu məlumatları verir:

ابن بشران الشيخ العالم المعدل ، المسند ، أبو الحسين ، علي بن محمد بن عبد الله بن بشران بن محمد بن بشر ، الأموي البغدادي
İbn Büşran, Şeyx, Müsnəd, Əbul Hüseyn, Əli b. Məhəmməd b. Abdullah b. Büşran b. Məhəmməd, b. Bişr, əl-Əməvi əl-Bağdadi.

قال الخطيب : كان تام المروءة ، ظاهر الديانة ، صدوقا ثبتا
Xətib (əl-Bağdadi) dedi ki: “Sadiq, zəbt”.

Zəhəbi, “Siyər”, 17/312

Göründüyü kimi, bu hədisin sənədindəki bütün ravilər əhli sünnə rical elminə görə siqa (etibarlı) və fəzilət sahibi insanlardır. Yoxsa ibn Kəsir və əs-Süyutinin dediyi kimi bu sənəd zəif deyil. Üstəlik, Əbu Hüreyrənin hədisi yalnız bir sənəd ilə rəvayət edilmiş deyil, yuxarıda dediyimiz kimi Xətib əl-Bağdadi bu hədisi bir sənəd ilə və ibn Əsakir də Xətib əl-Bağdadidən nəqlən rəvayət etməsinə əlavə olaraq 2 müxtəlif sənəd də zikr etmişdir. Biz bu 3 sənəddən yalnız birini araşdırdıq və sənədindəki bütün ravilərin etibarlı olduğunu gördük. Elə isə ibn Kəsir və əs-Süyuti necə olur da bu hədislərin zəif olduğunu iddia edirlər?

فَوَقَعَ الْحَقُّ وَبَطَلَ مَا كَانُواْ يَعْمَلُونَ فَغُلِبُواْ هُنَالِكَ وَانقَلَبُواْ صَاغِرِينَ
Bax, beləcə haqq ortaya çıxdı və onların etdikləri batil oldu və orada məğlubiyyətə uğrayıb kiçildilər.

Əraf surəsi 118119-cu ayələr

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma