Qədir-Xum bayramı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

wwwshiapicsir

Məlum olduğu kimi, İslam dinində 4 bayram var. Bunlar Ramazan bayramı, Qurban bayramı, Qədiri-Xum bayramı və Cümə günləridir. Qədir-Xum günü Nəbi (s.) Həzrət Əli (ə.)-sı xəlifə təyin etdikdən sonra müsəlmanlar hamısı Həzrət Əli (ə.s)-sı təbrik etmiş və bu hadisəni qeyd etmişdirlər. O gündən sonra da hər ilin Qədiri Xum günü Əhli-Beyt (ə.s) və müsəlmanlar bu bayramı qeyd etmişdirlər. Amma nasibilər hər mövzuda olduğu kimi, bu mövzuda da müsəlmanlara müxalifət etmiş və Qədir-Xum bayramının bidət olduğunu iddia etmişdirlər. Nasibilərin azdırıcılarından olan tarixçi Mərqizi bu barədə deyir ki:

عيد الغدير لم يكن عيدا مشروعا ولا عمله أحد من سالف الأمة المقتدى بهم ، وأول ما عرف في الاسلام بالعراق أيام معز الدولة علي بن بويه فإنه أحدثه سنة 352 فاتخذه الشيعة من حينئذ عيدا
Qədir bayramı şəri bir bayram deyil və mütəqaddim sələf imamlarından da heç kəs bu günü bayram kimi qeyd etməmişdir. Bu gün, İslam aləmində ilk əvvəl Muizzuddövlə Əli b. Buveyhin zamanında İraqda bayram kimi tanınıb. Çünki o bu bayramı 352-ci ildə kəşf edib və o vaxtdan bəri Şiə o günü bayram kimi qeyd etməyə başladı.

Mərqizi , “əl-Xitat”, 2/254-255

Eyni iddialar digər nəsibi tarixçiləri Nuveyri və ibn Kəsir (bax: İbni Kəsir, “əl-Bidayə vən-Nihayə”, 15/261) tərəfindən də dilə gətirmişdirlər. Göründüyü kimi, nasibilər Qədir bayramını Buveyhi şahlarından Muizzuddövləyə əsaslandırmaqda və 352-ci ildə onun tərəfindən kəşf edildiyini iddia etməkdədirlər. Həqiqətdə isə Qədir-Xum bayramının Qurban və Ramazan bayramları kimi bir bayram olması Sünnə ilə sabitdir. Ancaq biz burada sünnətdən bu bayramın dəlilini vermək əvəzinə nasibilərin iddialarına cavab verəcəyik.

Göründüyü kimi, nasibilər Qədiri Xum bayramını ilk dəfə 352-ci ildə Buveyhi şahlarından Muizzuddövlənin kəşf etdiyini iddia edirlər. Biz burada inşəallah hicri 352-ci ildən əvvəl vəfat etmiş alimlərin kitablarından Qədiri Xum bayramı haqqındakı hədisləri çatdıracağıq. Baxaq, hicri 352-ci ildə ortaya atıldığı iddia edilən Qədir-Xum bayramı haqqında hicri 352-ci ildən əvvəl vəfat etmiş alimlərin dediyi hədislər ortaya qoyulanda nasibilərin iddiaları nə olacaq.

veraset-kuleyni1gadir-bayrami-kuleyni1

Şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barədə ittifaq etdikləri Siqatul İslam (İslamın etibarı) Şeyx Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن أبيه، عن القاسم بن يحيى، عن جده الحسن بن راشد، عن أبي عبدالله (ع) قال: قلت: جعلت فداك للمسلمين عيد غير العيدين؟ قال:  نعم يا حسن أعظمهما وأشرفهما، قلت: وأي يوم هو؟ قال: هو يوم نصب أميرالمؤمنين صلوات الله وسلامه عليه فيه علما للناس، قلت: جعلت فداك وما ينبغي لنا أن نصنع فيه؟ قال: تصومه يا حسن وتكثر الصلاة على محمد وآله وتبرء إلى الله ممن ظلمهم فإن الانبياء صلوات الله عليهم كانت تأمر الاوصياء باليوم الذي كان يقام فيه الوصي أن يتخذ عيدا، قال: قلت: فما لمن صامه؟ قال: صيام ستين شهرا، ولا تدع صيام يوم سبع و عشرين من رجب فإنه هو اليوم الذي نزلت فيه النبوة على محمد (صلى الله عليه وآله) وثوابه مثل ستين شهرا لكم
Əli b. İbrahim mənə atasından, o Qasım b. Yəhyadan, o cəddi Həsən b. Rəşiddən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))- a dedim ki: “Sizə qurban olum, Müsəlmanların Ramazan və Qurban bayramından qeyri bayramı varmı?” İmam (ə.s) dedi ki: “Bəli, ey Həsən, onlardan daha böyük və daha şərəfli bayram var”. Dedim ki: “O gün hansı gündür?” Dedi ki: “Həzrəti Əlinin xalqa imam olaraq təyin edildiyi gündür” dedim ki: “Sənə fəda olum, o gündə bizlər nə etməliyik?” Dedi ki: “Ey Həsən, O gündə oruc tutarsan, Məhəmməd və Əhli-beytinə çox salavat gətirərsən və onlara zülm edənlərdən Allaha təbərri edərsən. Çünki bütün peyğəmbərlər xalqa vəsilərini təyin etdikləri günü bayram etmələrini əmr edirdilər”. Dedim ki: “O gündə oruc tutanın savabı nədir”? Dedi ki: “O gündə oruc tutana altmış ay oruc tutanın savabı verilir”.

سهل بن زياد، عن عبدالرحمن بن سالم، عن أبيه قال: سألت أبا عبدالله  (ع) هل للمسلمين عيد غير يوم الجمعة والاضحى والفطر؟ قال: نعم أعظمها حرمة قلت، وأي عيد هو جعلت فداك؟ قال: اليوم الذي نصب فيه رسول الله (صلى الله عليه وآله) أمير المؤمنين (عليه السلام) وقال: من كنت مولاه فعلي مولاه، قلت: وأي يوم هو؟ قال:  وما تصنع باليوم إن السنة تدور ولكنه يوم ثمانيه عشر من ذي الحجة، فقلت:  وما ينبغي لنا أن نفعل في ذلك اليوم؟ قال: تذكرون الله عز ذكره فيه بالصيام والعبادة والذكر لمحمد وآل محمد فإن رسول الله (صلى الله عليه وآله) أوصى أميرالمؤمنين (ع) أن يتخذ ذلك اليوم عيدا وكذلك كانت الانبياء (عليهم السلام) تفعل كانوا يوصون أوصيائهم بذلك فيتخذونه عيدا
Əshabımızdan bir dəstə mənə Səhl b. Ziyaddan, o Əbdürrəhman b. Səlimdən, o da atasından rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))- a belə soruşdum: “Müsəlmanların Cümə, Qurban və Fitrə bayramlarından qeyri bir bayramları varmı?” İmam (ə.s) dedi ki: “Bəli, ehtiramı daha çox olan bir bayram var”. Dedim ki: “Sənə fəda olum, o hansı bayramdır?” İmam (ə.s) dedi ki: “Həzrət Rəsulullahın “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” deyərək Möminlərin Əmiri (imam Əli (ə.s))-ı xəlifə olaraq təyin etdiyi gündür”. Dedim ki: “O gün hansı gündür?” Dedi ki: “Hansı gün olduğunu nə edəcəksən il dəyişir, ancaq o gün Zilhiccə ayının 18-i idi”. Dedim ki: “O gündə nə etməliyik?” Dedi ki: “O gündə oruc tutaraq, ibadət edərək Allahı xatırlayın və Məhəmmədə və Əhli-beytinə salavat gətirin. Çünki Rəsulullah Möminlərin Əmiri (imam Əli (ə.s))– a bu günü bayram etməsini əmr etmişdir. Keçən Peyğəmbərlər (ə.s)- də vəsilərini təyin edəndə o günü bayram etmələrini əmr edərdilər”.

Kuleyni (r.ə), “əl-Kafi”, 4/90, Oruc kitabı, Səfər babları, bab 16, hədis 6610 və 6612

Bu hədislərdən birincisini (Həsən b. Rəşidin imam Cəfər əs-Sadiq (ə.s)-dan olan rəvayətini) Şeyx Səduq (r.ə) “Fəqih”, 2/60, Oruc kitabı, bab 5, hədis 1816-də öz sənədi ilə Həsən b. Raşiddən və yenə “Səvabul-Əməl”, səhifə 74-75də 2 müxtəlif sənəd ilə Həsən b. Raşiddən və o da imam Cəfər əs-Sadiq (ə.s)-dan; Şeyx Tusi (r.ə) “Təhzib”, 4/325də Kuleyni (r.ə)-dan nəqlən rəvayət etmişdir ki, bu da bütövlükdə hədisin 3 sənədi (Kuleyninin 1 sənədi + Səduqun “Fəqih” və “Səvabul-Əməl” kitablarındakı 1 sənədi + Səduqun “Səvabul-Əməl” kitabındakı 1 sənədi) olduğu deməkdir. Sənədlərin səhihliyinə gəlincə, Səduq (r.ə)-ın “Səvabul-Əməl” kitabındakı 1 sənədi zəifdir, çünki bu sənəddə Əli b. Süleyman b. Yusif adlı ravi naməlumdur. Kuleyni (r.ə)-ın “əl-Kafi” –dəki sənədi isə səhihdir. İndi Kuleyninin sənədi haqqında Şeyx Müslim əd-Davəriyə soruşduğum sualı və Şeyxin verdiyi cavabı bölüşürəm:

gadir-bayrami-darevi

Şəkildə gördüyünüz Şeyx Müslim əd-Davəriyə ünvanladığım sual və Şeyxin cavabıdır, cavabın tərcüməsini verirəm:

بسمه تعالى
نعم السند معتبر
Allah Təalanın adı ilə. Bəli, sənəd mötəbərdir.

Sonuncu 3-cü yəni Şeyx Səduq (r.ə)-ın “Fəqih” və “Səvabul-Əməl” kitablarındakı sənədə gəlincə, bu sənəd də müttəsil (kəsintisiz)-dir və sənəddə olan bütün ravilər siqa (etibarlı)-dırlar. Yəni bu hədis Qasım b. Yəhya adlı sənəddən etibarən 3 fərqli sənəd ilə gəlir. Bunlardan ikisi (“əl-Kafi” -dəki 1 sənəd və “Fəqih” ilə “Səvabul-Əməl” kitablarındakı 1 sənəd) səhih, biri (“Səvabul-Əməl” –dəki 1 sənəd) isə zəifdir.

2-ci (Əbdürrəhman b. Səlimin atasından olan) hədis isə zəifdir. Çünki hədisin sənədində qırmızı ilə işarə etdiyim və cərh edilmiş bir ravi olan Səhl b. Ziyad vardır. Amma yuxarıda dediyimiz Həsən b. Raşid hədisi ilə bu hədisin mətni eynidir. Həsən b. Rəşidin hədisi də səhih olduğundan bu hədisin şahididir və buna əsasən bu hədisin də mətni mötəbərdir.

Məsələni uzatmamaq üçün Qədir-Xum bayramı haqqında mövcud olan digər hədis və rəvayətləri bölüşmürük. Dediyimiz 2 hədisi isə Kuleyni, Səduq və Tusi (r.ə) rəvayət etmişdirlər. Bu 3 hədis alimlərindən Kuleyni, hicrətin 329-cu ilində vəfat etmişdir. Nasibilərin isə Qədir-Xum bayramını Buveyhi şahlarından Muizzuddövlənin hicri 352-ci ildə ortaya atdığını idda edirlər. Bəs o zaman 329-cu ildə vəfat edən Kuleyni (r.ə) 352-ci ildə, yəni ölümündən 23 il sonra “ortaya çıxmış” bir bayramı necə rəvayət edir?

Bütün müsəlman qardaşlarımızın bayramını təbrik edirik, Rəbbim bizləri həqiqi İslam dini olan Əhli-Beyt (ə.s) vilayətindən ayırmasın.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma