Qədir-Xum hədisi şiə mənbələrində


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Hörmətli bacı və qardaşlarımız, keçən işlərimizdə sünni mənbələrdən Qədir-Xum hədisini, bu mənbələrdə hədisin özlərindən rəvayət edildiyi səhabələrdən bəzilərini sizlərlə paylaşmışdıq. İnşəAllah bu işimizdə isə bu mübarək hədisi İslami/Şiə mənbələrdən sizə təqdim edəcəyik. Hədisi sünni mənbələrdən köçürərkən etdiyimiz kimi burada da hədisi özlərindən rəvayət edilən səhabə (r.ə.) və imamlar (ə.s)-ə görə sıralayacağıq. Sünni mənbələrdə olduğu kimi burada da ancaq səhih hədisləri sizlərlə paylaşacağıq.

1-2. Xüzeyfə b. Əsid və Əbu Tufeyl (r.ə.) hədisi: bu hədisi Şeyx Səduq (r.ə.) “Xisal” kitabında rəvayət etmişdir.

sakaleyn-hisalsakaleyn-hisal1 sakaleyn-hisal2 sakaleyn-hisal3

Şəkildə gördüyünüz Şeyx Səduq (r.ə.)nin “Xisal” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا محمد بن الحسن بن أحمد بن الوليد رضي الله عنه قال: حدثنا محمد بن – الحسن الصفار، عن محمد بن الحسين بن أبي الخطاب، ويعقوب بن يزيد جميعا، عن محمد بن أبي عمير، عن عبد الله بن سنان، عن معروف بن خربوذ، عن أبي الطفيل عامر بن واثلة، عن حذيفة بن أسيد الغفاري قال: لما رجع رسول الله صلى الله عليه وآله من حجة الوداع ونحن معه أقبل حتى انتهى إلى الجحفة فأمر أصحابه بالنزول فنزل القوم منازلهم، ثم نودي بالصلاة فصلى بأصحابه ركعتين، ثم أقبل بوجهه إليهم فقال لهم: إنه قد نبأني اللطيف الخبير أني ميت وأنكم ميتون، وكأني قد دعيت فأجبت وأني مسؤول عما أرسلت به إليكم، وعما خلفت فيكم من كتاب الله وحجته وأنكم مسؤولون، فما أنتم قائلون لربكم؟ قالوا: نقول: قد بلغت ونصحت وجاهدت – فجزاك الله عنا أفضل الجزاء – ثم قال لهم: ألستم تشهدون أن لا إله إلا الله وأني رسول الله إليكم وأن الجنة حق؟ وأن النار حق؟ وأن البعث بعد الموت حق؟ فقالوا: نشهد بذلك، قال: اللهم اشهد على ما يقولون، ألا وإني أشهدكم أني أشهد أن الله مولاي، وأنا مولى كل مسلم، وأنا أولى بالمؤمنين من أنفسهم، فهل تقرون لي بذلك، وتشهدون لي به؟ فقالوا: نعم نشهد لك بذلك، فقال: ألا من كنت مولاه فإن عليا مولاه وهو هذا، ثم أخذ بيد علي عليه السلام فرفعها مع يده حتى بدت آباطهما: ثم: قال: اللهم وال من والاه، وعاد من عاداه، وانصر من نصره واخذل من خذله، ألا وإني فرطكم وأنتم واردون علي الحوض، حوضي غدا وهو حوض عرضه ما بين بصرى وصنعاء فيه أقداح من فضة عدد نجوم السماء، ألا وإني سائلكم غدا ماذا صنعتم فيما أشهدت الله به عليكم في يومكم هذا إذا وردتم علي حوضي، وماذا صنعتم بالثقلين من بعدي فانظروا كيف تكونون خلفتموني فيهما حين تلقوني؟ قالوا: وما هذان الثقلان يا رسول الله؟ قال: أما الثقل الأكبر فكتاب الله عز وجل، سبب ممدود من الله ومني في أيديكم، طرفه بيد الله والطرف الآخر بأيديكم، فيه علم ما مضى وما بقي إلى أن تقوم الساعة، وأما الثقل الأصغر فهو حليف القرآن وهو علي بن أبي طالب و عترته عليهم السلام، وإنهما لن يفترقا حتى يردا علي الحوض
Mənə Məhəmməd b. Həsən b. Vəlid (r.ə.) rəvayət etdi, dedi ki: Məhəmməd b. Həsən əs-Saffar mənə Məhəmməd b. Hüseyn b. Əbülxəttab və Yaqub b. Yeziddən, onlar Məhəmməd b. Əbu Umeyrdən, o Abdullah b. Sinandan, o Maruf b. Xarrəbuzdan, o Əbu Tufeyldən, o da Xüzeyfə b. Əsid əl-Giffaridən rəvayət etdi, dedi ki: Rəsulullah (s) Vida Həccindən geri döndüyündə bizlər də Onunla birlikdə Cuhfeyə çatana qədər yönəldik. Rəsulullah (s) səhabələrinə yerləşmələrini əmr etdi. Birlik də yerləşmə mənzillərində yerləşdilər. Ardından namaz üçün səs edildi. Rəsulullah (s) səhabələrinə iki rükət namaz qıldırdı. Sonra da özlərinə yönələrək belə buyurdu: “Lətif və Xəbir olan Zatı-Cəlil mənim vəfat edəcəyimdən məni xəbərdar etdi. Özümü çağırılmış və icabət etmiş kimi hiss edirəm. Sizə çatdırmam istənən mesaj və aranızda arxada qoyduğum Allahın Kitabı və dəlilini bildirmə nöqtəsində məsul olduğum kimi, sizlər də məsulsunuz. Rəbbinizə nə cavab verəcəksiniz?” Səhabələr dedilər ki: “Bizlər sənin şübhəsiz təbliğ vəzifəsini yerinə yetirdiyinə, nəsihətdə etdiyinə və haqqıyla cihad etdiyinə şahidlik edirik. Bizə qarşılıq yerinə yetirmiş olduğun şeylərə qarşılıq Allahı Təala sənə mükafatlar bəxş etsin.” Rəsulullah (s) dedi ki: “Allahdan başqa heç bir tanrı olmadığına, mənim sizə göndərilmiş Onun elçisi olduğuma, cənnət, cəhənnəm və ölümdən sonra dirilişin haqq olduğuna şahidlik etməzsinizmi?” Səhabələr dedilər ki: “Bunların bütününə şahidlik edirik.” Rəsulullah (s) dedi ki: “Allahım! Bunların dilə gətirdiyi şeylərə şahid ol. Agah olun! Mən də Allahı Təalanın mövlam olduğuna, mənim də hər möminin mövlası olduğuma, möminlərə öz nəfslərindən daha övla olduğuma sizi şahid edirəm. Bunu mənim üçün təsdiq edər və mənim üçün şahidlik edərsinizmi?” Səhabələr dedilər ki: “Bəli, buna sənin üçün şahidlik edirik.” Bu şahidlik üstündən Rəsulullah (s) belə buyurdu: “Agah olun! Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır.” Daha sonra Əli (ə.s)-in əlindən tutub qoltuq altları görünənə qədər onun əlini havaya qaldırdı, sonrasında da belə buyurdu: “Allahım! Ona dost olana dost, düşmən olana düşmən ol. Ona kömək edənə kömək et, onu tək buraxanı tək burax. Ey insanlar! Mən sizdən əvvəl (Kövsər) hovuzun başına gedəcəyəm, siz orada mənim yanıma gələcəksiniz. O hovuzun genişliyi Səna və Busra arası qədərdir. O hovuzda, ulduzlar sayı qədər qədəhlər var. Agah olun! Mən sabah Qiyamət günündə sizlər hovuzun başına gəldiyinizdə sizdən bu gün şahidliyini etdiyiniz şeylər haqqında necə davrandığınızı soruşacağam. Məndən sonra Səqaleynə necə davrandığınızı soruşacağam. Məndən aldığınız təlimlər barəsində məndən sonra necə davranacağınıza baxın.” Səhabələrdən birisi “ya Rəsulullah, Səqaleyn nədir?” deyə soruşduqda Rəsulullah (s) dedi ki: “Böyük əmanət Allahın kitabıdır. Bir tərəfi Allahın əlindədir, digər tərəfi isə sizin əlinizdədir. Ona sıx sarılın, azmayın. Onda əvvəlkilərə və Qiyamət gününə qədər gələcək olan sonrakılara dair məlumat var. Qiymətli kiçik əmanət isə: Quranın anlaşılması olan Əli b. Əbu Talib və İtrətidir. Onlar hovuzun başında mənə çatana qədər bir-birlərindən ayrılmayacaqlar.”

قال معروف بن خربوذ: فعرضت هذا الكلام على أبي جعفر عليه السلام فقال: صدق أبو الطفيل – رحمه الله – هذا الكلام وجدناه في كتاب علي عليه السلام وعرفناه
Maruf b. Xarrəbuz dedi ki: bu sözləri Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s.))ə ərz etdim, imam (ə.s) dedi ki: “Əbu Tufeyl -Allah ona rəhmət etsin- doğru söyləmişdir. Bu sözlər Əli (ə.s)in kitabında yazılıdır və biz bunu tanıyırıq.”

وحدثنا أبي رضي الله عنه قال: حدثنا علي بن إبراهيم، عن أبيه، عن محمد بن – أبي عمير
Və mənə atam (r.ə.) rəvayət etdi, dedi ki: Əli b. İbrahim mənə atasından, o Məhəmməd b. Əbu Umeyrdən rəvayət etdi.

وحدثنا جعفر بن محمد بن مسرور رضي الله عنه قال: حدثنا الحسين بن محمد ابن عامر، عن عمه عبد الله بن عامر، عن محمد بن أبي عمير
Və mənə Cəfər b. Məhəmməd b. Misvar (r.ə.) rəvayət etdi, dedi ki: Hüseyn b. Məhəmməd b. Əmmar mənə əmisi Abdullah b. Əmmardan, o da Məhəmməd b. Əbu Umeyrdən rəvayət etdi.

وحدثنا محمد بن موسى بن المتوكل رضي الله عنه قال: حدثنا علي بن الحسين السعد آبادي، عن أحمد بن أبي عبد الله البرقي، عن أبيه، عن محمد بن أبي عمير، عن عبد الله بن سنان، عن معروف بن خربوذ، عن أبي الطفيل عامر بن واثلة، عن حذيفة بن – أسيد الغفاري بمثل هذا الحديث سواء
Və mənə Məhəmməd b. Musa b. Mütəvəkkil (r.ə.) rəvayət etdi, dedi ki: Əli b. Hüseyn əl-Əsədabadi mənə Əhməd b. Əbu Abdullah əl-Bərkidən, o atasından, o Məhəmməd b. Əbu Umeyrdən, o Abdullah b. Sinandan, o Məruf b. Xarrəbuzdan, o Əbu Tufeyldən, o da Xuzeyfə b. Əsid əl-Gıffaridən bu hədisin mislini rəvayət etdi.

Şeyx Səduq (r.ə.), “Xisal”, 1/65-67, hədis 98

Göründüyü kimi Şeyx Səduq (r.ə.) bu hədisi Məhəmməd b. Əbu Umeyrə qədər 4 müxtəlif sənəd ilə rəvayət etmişdir. 4 yol ilə Məhəmməd b. Əbu Umeyrə çatan sənəd ondan sonra isə Abdullah b. Sinan -> Maruf b. Xarrəbuz -> Əbu Tufeyl -> Xüzeyfə b. Əsid şəklində davam etməkdədir. Məhəmməd b. Əbi Umeyrə qədər olan bu 4 yoldan birinci və ikincisi səhihdir, Məhəmməd b. Əbu Umeyrdən sonrakı ravilər isə hamısı siqa (etibarlı) və mədh edilmiş kəslərdir. Seyid Xoyi (r.ə.) hədis haqqında deyir ki:

وبعض طرق الرواية صحيح
Rəvayətin bəzi tariqləri (yolları, sənədləri) səhihdir.

Seyid Əbulqasım əl-Xoyi (r.ə.), “Mucəm ricalil-hədis”, 10/222-223, 6118-ci ravi

Hədisi Əbu Tufeyl vasitəçiliyi ilə Xuzeyfə b. Əsiddən eşidən Məruf ibn Xarrəbuz bu hədisi imam Baqir (ə.s)-ə ifadə etməkdə və imam (ə.s) onun səhhətini (səhihliyini) təsdiqləməkdədir. Və məlumdur ki, səhih bir sənəd ilə imamlar (ə.s)-in bir hədisi təsdiqləməsi o hədisin mütəvatir olduğunu söyləmək üçün kifayətdir.

3. imam Baqir (ə.s) hədisi: Mənbələrimizdə bu hədis imam Baqir (ə.s)-dən müxtəlif sənədlərlə rəvayət edilmişdir. Onsuzda yuxarıda da səhabə Xuzeyfə b. Əsid ilə Əbu Tufeyl (r.ə.) rəvayətini də imam (ə.s)-in təsdiqlədiyini görmüşdük. Burada isə “Bəsair” və “əl-Kafi” imam (ə.s)-dən rəvayət edilmiş 2 ayrı hədisi paylaşacağıq.

gadir-hadisi-saffar gadir-hadisi-saffar1 gadir-hadisi-saffar2

Şəkildə gördüyünüz imam Həsən əl-Əsgəri (ə.s)-in səhabəsi olan Məhəmməd b. Həsən əs-Saffarın “Bəsair ət-Dəracat” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا عبد الله بن عامر عن أبي عبد الله البرقي عن الحسين بن عثمان عن محمد بن الفضيل عن أبي حمزة قال سئلت أبا جعفر عليه السلام عن قول الله تبارك وتعالى ومن يكفر بالايمان فقد حبط عمله وهو في الآخرة من الخاسرين قال تفسيرها في بطن القرآن يعنى من يكفر بولاية على وعلى هو الايمان قال سئلت أبا جعفر عليه السلام عن قول الله تعالى وكان الكافر على ربه ظهيرا قال تفسيرها على بطن القرآن يعنى على هو ربه في الولاية والطاعة والرب هو الخالق الذي لا يوصف وقال أبو جعفر عليه السلام ان عليا آية لمحمد وأن محمدا يدعو إلى ولاية على اما بلغك قول رسول الله صلى الله عليه وآله من كنت مولاه فعلى مولاه اللهم وال من والاه وعاد من عاداه فوالي الله من والاه وعاد الله من عاداه واما قوله انكم لفي قول مختلف فإنه على يعنى انه لمختلف عليه وقد اختلفت هذه الأمة في ولايته فمن استقام على ولاية على دخل الجنة ومن خالف ولاية على دخل النار واما قوله يؤفك عنه من افك فإنه يعنى عليا من افك من ولايته افك على الجنة فذلك قوله يوفك عنه من افك واما قوله وانك لتهدى إلى صراط مستقيم انك لتأمر بولاية علي عليه السلام وتدعو إليها وعلى هو الصراط المستقيم وأما قوله فاستمسك بالذي أوحى إليك انك على صراط مستقيم انك على ولاية على وعلى هو الصراط المستقيم واما قوله فلما نسوا ما ذكروا يعنى فلما تركوا ولاية على وقد أمروا بها فتحنا عليهم أبواب كل شئ يعنى مع دولتهم في الدنيا وما بسط إليهم فيها واما قوله حتى إذا فرحوا بما أوتوا اخذناهم بغتة فإذا هم مبلسون يعنى قيام القائم
Abdullah b. Üməra mənə Əbu Abdullah əl-Bərkidən, o Hüseyn b. Osmandan, o Məhəmməd b. Fudayldan, o da Əbu Həmzə əs-Sumalidən rəvayət etdi, dedi ki: Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s))-a Allah Tebarəkə və Təalanın “Hər kim də inanılması lazım olanları inkar etsə, bütün işlədiyi boşa gedər. Axirətdə də o, ziyana uğrayanlardandır. ” (Maidə, 5) ayəsi haqqında soruşdum, imam (ə.s) dedi ki: «Bu ayənin, Quranın batini mənası baxımından şərhi, “Kim Əlinin vilayətini inkar etsə…” şəklindədir. O vilayət və itaət mövzusunda Onun rəbbidir, Rəbb isə xarakterizə olunmayan Yaradıcıdır.» və Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s)) dedi ki: «Əli (ə.s) Məhəmməd (s)-nin bir ayəsidir. Məhəmməd (s) Əlinin vilayətinə dəvət edir. Sənə Rəsulullah (s)-in “Mən kimin mövlasıyamsa Əli də Onun mövlasıdır. Allahım Ona dost olana dost, düşmən olana düşmən ol.” buyruğu çatmadımı? Rəsulullah (s)-in bu sözləri üzərinə Allah Təala Əlini dost edəni dost, düşmən edəni də düşmən etdi. “Siz ziddiyyətli sözlər içindəsiniz.” (Zariyat, 8) ayəsinə gəlincə, bu “Əli haqqında ziddiyyətli sözlər içindəsiniz” mənasındadır. Bu ümmət Onun vilayəti mövzusunda ixtilafa düşdü. Əlinin vilayətinin gərəyini haqqıyla yerinə yetirən kimsə cənnətə, bu vilayətə müxalif çıxan kimsə isə cəhənnəm atəşinə girər. “Ondan çevrilən çevrilər.” ifadəsi isə Əlinin vilayətinə çevrilən isə cənnətə çevrilmiş olar. “Şübhəsiz ki sən də insanları doğru bir yola aparırsan.” (Şura, 52) buyruğu isə şübhəsiz sən Əlinin vilayətini əmr edər və Ona dəvət edərsən mənasındadır. Əli (ə.s) Sırati-Müstəqimdir. “Elə isə sən, sənə vəhy edilən Qurana sarıl. Şübhəsiz ki sən doğru bir yol üzərindəsən.” (Zuxruf, 43) ayəsi isə sən Əlinin vilayəti üzrəsən, Əli sıratı-müstəqimdir mənasındadır. “Özlərinə xatırladılanları unutduqlarında.” (Ənam, 44) ayəsi isə Əlinin vilayətini tərk etdiklərində onunla əmr olundular mənasındadır. “onlara hər şeyin qapısını açdıq.” (Ənam, 44) ayəsi isə yəni dünyadakı var-dövlətləriylə birlikdə və onlara dünyada yayılan nemətlərlə ” (Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular..” (Ənam, 44) yəni Qaimin qiyamına qədər.»

Səffar (r.ə.), “Bəsair ət-Dəracat”, 1/109-110, hədis 5

Bu hədisin sənədi müttəsil və raviləri siqa (güveilən)dır. İmam Baqir (ə.s)-dən gələn bir başqa Qədir-Xum hədisini Kuleyni (r.ə.) “əl-Kafi” kitabında belə rəvayət edir:

fedek-tartismasi-kuleyni gadir-hadisi-kuleyni1 gadir-hadisi-kuleyni2

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul-İslam (İslamın etibarı) Kuleyni (r.ə.)nin “əl-Kafi” kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن ابيه، عن ابن أبي عمير، عن عمر بن اذينة، عن زرارة والفضيل بن يسار، وبكير بن أعين ومحمد بن مسلم وبريد بن معاوية وأبي الجارود جميعا عن أبي جعفر (عليه السلام) قال: أمر الله عزوجل رسوله بولاية علي وأنزل عليه ” إنما وليكم الله ورسوله والذين آمنوا الذين يقيمون الصلاة ويؤتون الزكاة ” وفرض ولاية أولي الامر، فلم يدروا ما هي، فأمر الله محمدا (صلى الله عليه وآله) أن يفسر لهم الولاية، كما فسر لهم الصلاة، والزكاة والصوم والحج، فلما أتاه ذلك من الله، ضاق بذلك صدر رسول الله (صلى الله عليه وآله) وتخوف أن يرتدوا عن دينهم وأن يكذبوه فضاق صدره وراجع ربه عزوجل فأوحى الله عزوجل إليه ” يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس ” فصدع بأمر الله تعالى ذكره فقام بولاية علي (عليه السلام) يوم غدير خم، فنادى الصلاة جامعة وأمر الناس أن يبلغ الشاهد الغائب
Əli b. İbrahim mənə atasından, o ibni Əbi Umeyrdən, o Ömər b. Uzeynədən, o Zürarə, Fudayl b. Yesar, Bukeyr b. Ayən, Məhəmməd b. Muslim, Bureyd b. Müaviyə və Əbulcaruddan, bunların hamısı birlikdə Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s.))-dən rəvayət etdilər, dedi ki: «Allah azzə və cəllə, Rəsuluna, Əlinin vilayətini əmr etdi və ona bu ayəsni endirdi: “Sizin vəliniz, ancaq Allah, Elçisi və iman edənlərdir. Onlar ki namazı edərlər və rükuda ikən zəkat verərlər.” (Maidə, 55) Ayrıca əmr sahibinin vilayətini fərz etdi. Lakin Müsəlmanlar bunun nə demək olduğunu anlaya bilmədilər. Bunun üzərinə uca Allah, Məhəmmədə (s), namazı, zəkatı, orucu və həcci açıqladığı kimi vilayəti də onlara izah etməsini əmr etdi. Bu əmr, Allah tərəfindən gəlincə, Rəsulullahın sinəsi, bu əmr qarşısında daraldı. Bunu eşidən bəzi kəslərin dinlərindən dönmələrindən və özünü yalanlamalarından narahat oldu. Sinəsi bu narahatlıqla çətinlikliykən Rəbbinə müraciət etdi. Allah Azzə və Cəllə ona bu ayəni vəhy etdi: ” Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! ” (Maidə, 67) Bunun üzərinə Rəsulullah (s) Allahu Təalanın əmrini açıq-aşkar bir şəkildə eşitdirdi. Qədir-Xum günündə Əlinin vilayətini elan etdi. Bu məqsədlə insanları camaat namazına çağırdı və hazır olanların orada olmayanlara bunu eşitdirməsini əmr etdi.»

قال عمر بن اذنية: قالوا جميعا غير أبي الجارود – وقال أبوجعفر (عليه السلام): وكانت الفريضة تنزل بعد الفريضة الاخرى وكانت الولاية آخر الفرائض، فأنزل الله عزوجل “اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي قال أبوجعفر (عليه السلام): يقول الله عزوجل: لا انزل عليكم بعد هذه فريضة، قد أكملت لكم الفرائض
Ömər b. Uzeynə dedi ki: Əbu Carud xaricindəkilər dedilər ki: Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s)) dedi ki: «Fərzlər bir-birlərinin ardınca nazil olurdular. Vilayət, fərzlərin ən sonuncusudur. Allah Azzə və Cəllə bu ayəsni endirdi: “Bu gün sizin üçün dininizi kamala çatdıraraq, üzərinizdəki nemətimi tamamladım.” (Maidə, 3) Allah, bu ayədə bizə bunları söyləyir: “Bundan sonra üzərinizə hər hansı bir fərz enməyəcək. Artıq sizin üçün fərzləri kamala çatdırdım.”»

Kuleyni (r.ə.), “əl-Kafi”, 1/173-174, Hüccet kitabı, bab 64, hədis 4

bu hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və isnadı müttəsildir, Əllamə II Məclisi (r.ə.) “əl-Kafi” şərhi olan “Miratul-Uqul” kitabında hədis haqqında deyir ki:

الحديث الرابع: حسن
4-cü hədis: Həsən

II Məclisi (r.ə.), “Miratul-Uqul”, 3/250

Və yenə Şeyx Hadi ən-Nəcəfi (r.ə.) bu hədisi “Məvsuat ahadisi-Əhli-Beyt ə.s” adlı kitabında “əl-Kafi”dən nəqlən rəvayət etdikdən sonra hədis haqqında deyir ki:

الرواية صحيحة الإسناد
Rəvayətin sənədi səhihdir.

Şeyx Hadi ən -Nəcəfi (r.ə.), ” Məvsuat ahadisi-Əhli-Beyt ə.s”, 8/415, hədis 10368

4. imam Sadiq (ə.s) hədisi: Qədir hədisi imam Sadiq (ə.s)-dən də bir çox mənbədə müxtəlif sənədlərlə rəvayət edilmişdir. Biz burada “Qurbul-İsnad” və “əl-Kafi” kitablarında iştirak edən hədisləri köçürməklə kifayətlənəcəyik.

gadir-hadisi-himyeri gadir-hadisi-himyeri1

Şəkildə gördüyünüz Hz. Rza, Hz. Əli əl-Hadi ən-Nəqi və Hz.Əskəri (ə.s)-in səhabələrindən olan Abdullah b. Cəfər əl-Himyəri (r.ə.)-nin (vəfatı hicri 300) “Qurbul-İsnad” kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

وعنه ، عن صفوان الجّمال قال: قال ابو عبد الله عليه السلام: «لما نزلت هذه الاية في الولاية، أمر رسول الله صلّى الله عليه واله بالدوحات في غدير خم فقمن ، ثم نودي: الصلاة جامعة، ثم قال . أيها الناس ، من كنت مولاه فعلي مولاه ألست أولى بكم من أنفسكم ؟ قالوا: بلى، قال: من كنت مولاه فعلي مولاه رب وال من والاه ، وعاد من عاداه . ثم أمر الناس يبايعون عليا، فبايعه لا يجيء أحد إلا بايعه ، لا يتكلم منهم أحد. ثم جاء زفر وحبتر، فقال له: يازفر، بايع علياً بالولاية . فقال: من الله ، أو من رسوله ؟ فقال: من الله ومن رسوله ؟ . ثم جاء حبتر فقال:بايع علياً بالولاية . فقال: من الله أو من رسوله ؟ فقال: من الله ومن رسوله . ثم ثنى عطفه ملتفتاً فقال لزفر: لَشَدّ ما يرفع بضبع ابن عمه»
O [Süddi b. Məhəmməd] mənə Səfvan əl-Cəmmaldan rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s)) dedi ki: «Vilayət haqqındakı ayə (Maidə, 67) nazil olunca Rəsulullah (s) Qədir-Xumda kölgəlik qurulmasını əmr etdi və kölgəlik hazırlandı. Sonra “camaat namazına” şəklində səs edildi. (namazdan sonra) Rəsulullah (s) belə buyurdu: “ey insanlar! Mən kimin mövlasıyamsa Əli də Onun mövlasıdır. Mən sizə öz nəfslərinizdən daha övla deyiləmmi?” dedilər ki: “Bəli.” Rəsulullah (s) buyurdu ki: “Mən kimin mövlasıyamsa Əli də Onun mövlasıdır. Allahım Ona dost olan dost, düşmən olana düşmən ol.” Sonrasında insanlara Əli (ə.s)-ə beyət etmələrini əmr etdi. Hər kəs Onun yanına çatıb beyət etdi. Əli onlardan heç birisiylə danışmadı. Sonra da Züfər (Əbu Bəkir) və Habtər (Ömər) gəldi. Rəsulullah (s) dedi ki: “ey Züfər (Əbu Bəkir), Əliyə vilayət barəsində beyət et.” Züfər (Əbu Bəkir) dedi ki: “bu Allahdandırmı yoxsa Rəsuldanmı?” Rəsulullah (s) dedi ki: “Allah və Rəsulundandır.” Sonra Habtər gəldi, Rəsulullah (s) ona dedi ki: “Əliyə beyət et.” Habtər (Ömər) dedi ki: “bu Allahdandırmı yoxsa Rəsuldanmı?” Rəsulullah (s) dedi ki: “Allah və Rəsulundandır.”»

Himyəri (r.ə.), “Qurbul-İsnad”, səhifə 57, hədis 186

Hədisi Ayyaşi (r.ə.) “Təfsiri-Ayyaşi”, 1/329, hədis 143-də mürsəl olaraq Səfvan əl-Cəmmaldan rəvayət etmişdir. Himyəri (r.ə.)-nin sənədi isə səhihdir. Göründüyü kimi Himyəri bu hədisi imam Sadiq (ə.s)-dən 2 ravi vasitəçiliyi ilə rəvayət etməkdədir. Və ravilərin hər birisi siqa (etibarlı)-dırlar, hədisin sənədi də müttəsildir. Əlhəmdulillah, hədis səhihdir.

veraset-kuleyni1gadir-hadisi-kuleyni4

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul-İslam (İslamın etibarı) Kuleyni (r.ə.)-nin “əl-Kafi” kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

محمد بن يحيى، عن محمد بن الحسين، عن الحجال، عن عبد الصمد بن بشير، عن حسان الجمال قال: حملت أبا عبد الله (عليه السلام) من المدينة إلى مكة فلما انتهينا إلى مسجد الغدير نظر إلى ميسرة المسجد فقال: ذلك موضع قدم رسول الله (صلى الله عليه وآله) حيث قال: من كنت مولاه فعلي مولاه ثم نظر إلى الجانب الآخر فقال: ذلك موضع فسطاط أبي فلان وفلان و سالم مولى أبي حذيفة وأبي عبيدة الجراح فلما أن رأوه رافعا يديه قال بعضهم لبعض: انظروا إلى عينيه تدور كأنهما عينا مجنون فنزل جبرئيل (عليه السلام) بهذه الآية: ” وإن يكاد الذين كفروا ليزلقونك بأبصارهم لما سمعوا الذكر ويقولون إنه لمجنون وما هو إلا ذكر للعالمين “
Məhəmməd b. Yəhya mənə Məhəmməd b. Hüseyndən, o Haccaldan, o Əbdussaməd b. Bişirdən, o da Həssən əl-Cəmmaldan rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s.))ı Mədinədən Məkkəyə aparırdım. Qədir Məscidinə varınca məscidin sol tərəfinə baxıb belə buyurdu: «Məhz bura Rəsulullah (s)-in “Mən kimin mövlasıyamsa Əli də Onun mövlasıdır.” buyurduğu əsnada ayağını qoyduğu yerdir. Bura da atamın çadırının olduğu yerdir. Rəsulullah (s)-in əllərini qaldırıb o sözləri söylədiyində Filan (Əbu Bəkir), filanca (Ömər), Əbu Huzeyfənin mövlası Salim və Əbu Übeydə əl-Cərrah bir-birlərinə belə dedilər: “Gözlərinə baxın. Sanki məcnunun gözləri kimi dönür.” Bunun üzərinə Cəbrayıl (ə.s) “O kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə aşırdacaqdılar. Bir də dayanmışlar “o bir dəli” deyirlər. Halbuki o aləmlər üçün bir öyüddür.” (Qələm, 5152) ayəsini endirdi.»

Kuleyni (r.ə.), “əl-Kafi”, 4/326, Həcc kitabı, Ziyarət babları, bab 13, hədis 2

Hədisi Şeyx Səduq (r.ə.) “Fəqih”, 2/350, Həcc kitabı, Ziyarət babları, hədis 3144-də mürsəl olaraq ravi Həssən əl-Cəmmaldan; Şeyx Tusi (r.ə.) “Təhzibul-Əhkam”, 3/234, Məscid və oradakı namazın fəziləti babı, hədis 66 (746)-da öz sənədi ilə Həssən əl-Cəmmaldan rəvayət etmişdir. Kuleyni və Tusi (r.ə.)-nin sənədlərində iştirak edən bütün raviler siqa (etibarlı) və isnadları da müttəsildir. Əllamə Hilli (r.ə.) bu hədis haqqında deyir ki:

وروى الشيخ وابن يعقوب في الصحيح عن حسان الجمال
Və Şeyx (Tusi) ilə ibni Yaqub (Kuleyni) səhih olaraq Həssən əl-Cəmmaldan rəvayət etmişdirlər.

Əllamə Hilli (r.ə.), “Muntəhiul-Mətalib”, 1/387

Və yenə Şeyx Hadi ən-Nəcəfi (r.ə.) də bu hədisin səhhətini təsdiqləyərək deyir ki:

الرواية من حيث السند صحيحة
Rəvayət sənəd cəhətdən səhihdir.

Şeyx Hadi ən-Nəcəfi (r.ə.), “Məvsuat əhadisi-Əhli Beyt ə.s”, 8/24, hədis 9292

veraset-kuleyni1gadir-hadisi-kuleyni5

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul-İslam (İslamın etibarı) Kuleyni (r.ə.)-nin “əl-Kafi” kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس وعلي بن محمد، عن سهل ابن زياد أبي سعيد، عن محمد بن عيسى، عن يونس، عن ابن مسكان، عن أبي بصير قال قال أبي عبد الله عليه السلام
فقال رسول الله (صلى الله عليه وآله): في علي: من كنت مولاه، فعلي مولاه
Əli b. İbrahim mənə Məhəmməd b. İsadan, o Yunisdən və yenə Əli b. Məhəmməd mənə Səhl b. Ziyaddan, o Məhəmməd b. İsadan, o Yunisdən, o ibni Muskandan, o Əbu Bəsirdən belə rəvayət etdi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s)) dedi ki: «Rəsulullah (s) Əli ilə əlaqədar olaraq belə buyurmuşdur: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”»

Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməd b. İsadan, o Məhəmməd b. Xalid və Hüseyn b. Səiddən, onlar Nadr b. Süveyddən, o Yəhya b. İmran əl-Xələbidən, o Eyyub b. Hürrdən və (Nadr b. Süveyd) İmran b. Əli əl-Xələbidən, o Əbu Bəsirdən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-dan bu hədisi rəvayət etdi.

Kuleyni (r.ə.), “əl-Kafi”, 1/172, Höccət kitabı, bab 64, hədis 1

Kuleyni (r.ə.) bu hədisi 3 sənəd ilə rəvayət etmişdir. Sənədlərdən ikincisi ravi Səhl b. Ziyad səbəbindən zəifdir, birinci və üçüncü sənədlər isə səhih, raviləri siqa (etibarlı) və müttəsildirlər. Şeyxul-İslam Əllamə II Məclisi (r.ə.) “əl-Kafi” şərhində bu hədis haqqında deyir ki:

الحديث الأول: صحيح بسنديه
1-ci hədis: Sənədləri səhihdir.

II Məclisi (r.ə.), “Miratul-Uqul”, 3/213

veraset-kuleyni1teblic49f-kuleyni3 teblic49f-kuleyni4

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul-İslam (İslamın etibarı) Kuleyni (r.ə.)nin “əl-Kafi” kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

محمد بن الحسين وغيره، عن سهل، عن محمد بن عيسى، ومحمد بن يحيى ومحمد بن الحسين جميعا، عن محمد بن سنان، عن إسماعيل بن جابر وعبد الكريم بن عمرو، عن عبد الحميد بن أبي الديلم، عن أبي عبد الله عليه السلام قال:
فلما رجع رسول الله صلى الله عليه وآله من حجة الوداع نزل عليه جبرئيل عليه السلام فقال: ” يا أيها الرسو بلغ ما انزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين (6) ” فنادى الناس فاجتمعوا وأمر بسمرات فقم شوكهن، ثم قال صلى الله عليه وآله: [يا] أيها الناس من وليكم وأولى بكم من أنفسكم؟ فقالوا: الله ورسوله، فقال: من كنت مولاه فعلي مولاه، اللهم وآل من والاه، وعاد من عاداه – ثلاث مرات فوقعت حسكة النفاق في قلوب القوم وقالوا: ما أنزل الله جل ذكره هذا على محمد قط وما يريد إلا أن يرفع بضبع ابن عمه
Məhəmməd b. Hüseyn və başqaları mənə Səhl b. Ziyaddan, o Məhəmməd b. İsadan və yenə Məhəmməd b. Yəhya mənə Məhəmməd b. Hüseyndən, bunların hamısı Məhəmməd b. Sinandan, o İsmayıl b. Cabir və Əbdülkərim b. Əmrdən, o Əbdulhumeyd b. Əbu Deyləmdən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s)-dən rəvayət etdi, dedi ki: «Nəbi (s) vida həccindən dönərkən Cəbrayıl endi və ona belə dedi: “Ey Rəsul! Bildir sənə Rəbbindən endirilən əmri və əgər bu təbliği ifa etməzsənsə Onun elçiliyini etməmiş olarsan və Allah, səni insanlardan qoruyar. Şübhə yox ki Allah, kafir olan qövmə, doğru yola getmək barəsində müvəffəqiyyət verməz.” (Maidə, 67) Bunun üzərinə Nəbi (s) insanlara səsləndi və toplanmalarını istədi. Mugaylan ağaclarının tikanlarını təmizləyərək üzərlərinə oturub ətrafında bir halqa meydana gətirmələrini istədi. Sonra bunları söylədi: “Ey insanlar! Sizin vəliniz və sizin üçün nəfsinizdən daha əvvəl gələn kimdir?” dedilər ki: “Allah və Rəsuludur.” Bunun üzərinə belə buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım, onu vəli edəni sən də vəli et, ona düşmən olana sən də düşmən ol.” -bunu üç dəfə təkrarladı- Bunun üzərinə bəzilərinin ürəyinə nifaq tikanı girdi və dedilər ki: “Allah, Məhəmmədə belə bir şeyi qətiliklə endirməmişdir. O, belə etməklə, əmisinin oğlunun bazusunu yüksəltməkdən, onu yüksək bir mövqeyə gətirməkdən başqa bir şey istəmir.”»

Kuleyni (r.ə.), “əl-Kafi”, 1/176-178, Höccət kitabı, bab 65, hədis 3

5. imam Kazım (ə.s) hədisi: bu hədisi imam Cəfər əs-Sadiq (ə.s)-in oğulu və imam Musa əl-Kazım (ə.s)-in qardaşı olan Əli b. Cəfər “Məsail” kitabında rəvayət etmişdir. Əli b. Cəfərin bu kitabı qardaşı imam Musa əl-Kazım (ə.s)-ə soruşduğu suallara imamın verdiyi cavabları ehtiva edər (müctəhidlərin istiftaat kitabları kimi). Kitab yalnız Əli b. Cəfərin sualları və qardaşı imam Musa əl-Kazım (ə.s) arasındakı sual cavabdan meydana gəldiyi üçün kitabın hamısı səhihdir. Məhz bu kitabda 175-ci məsələdə Seyid Əli b. Cəfər (ə.s) deyir ki:

وسألته عن نبي الله صلى الله عليه وآله هل كان يقول على الله شيئا قط، أو ينطق عن هوى، أو يتكلف؟ فقال: “لا”. فقلت: أرأيت قوله لعلي عليه السلام: (من كنت مولاه فعلي مولاه) ، الله أمره به؟ قال: “نعم”. قلت: فأبرأ إلى الله ممن أنكر ذلك منذ يوم أمر به رسول الله صلى الله عليه وآله؟ قال: “نعم”. قلت: هل يسلم الناس حتى يعرفوا ذلك؟ قال: “لا، إلا المستضعفين من الرجال والنساء والولدان الذين لا يستطيعون حيلة ولا يهتدون سبيلا”. قلت: من هو؟ قال: ” أرأيتم خدمكم ونساءكم ممن لا يعرف ذلك أتقتلون خدمكم وهم مقرون لكم؟”. وقال: “من عرض ذلك عليه فأنكره فأبعده الله وأسحقه لاخير فيه”
Ondan (imam Musa əl-Kazım (ə.s)-dan Nəbi (s)-in görəsən heç heva və həvəsindən danışıb danışmadığını və ya olduğundan başqa bir şeyə girişib girişmədiyini soruşdum. İmam (ə.s) dedi ki: “Xeyr.” Dedim ki: “Onun (s) Əli (ə.s) haqqındakı “Mən kimin Mövlasıyamsa Əli də Onun mövlasıdır.” Ifadəsi haqqındakı fikrin nədir? Bunu Allah Təalamı əmr etdi?” İmam (ə.s) dedi ki: “Bəli.” Dedim ki: “Allahın Rəsulu (s.) o şeyi əmr etdiyi gündən bu yana bunu inkar edənlərdən bəri olummu?” İmam (ə.s) dedi ki: “Bəli.” Dedim ki: “bunu bilənə qədər insanlar bundan etibardadırlarmı?” İmam (ə.s) dedi ki: “Xeyr, kişilər, qadınlar və uşaqlardan mustəzəf (aciz) olub heç bir çarəyə gücü çatmayanlar, heç bir yol tapa bilməyənlər müstəsnadır.” Dedim ki: “o (müstəzəf) kimdir?” İmam (ə.s) dedi ki: “bunları bilməyən kəslərdən olan xidmətçiləriniz və xanımlarınız haqqında nə deyərsiniz. Onlar sizin haqqlarınızı təsdiq etdikləri halda xidmətçilərinizi öldürərsinizmi? Kim bunu ona ifadə etsə o da inkar etsə Allahu Təala onu rəhmətindən uzaqlaşdırsın və həlak etsin, onda xeyr yoxdur.”

Əli b. Cəfər (ə.s), “Məsail”, səhifə 145-146, 175-ci məsələ

Bunlar, İslami/Şiə qaynaqlarda Qədir-Xum hədisi haqqında varid olan xəbərlərdir. Göründüyü üzrə işimizdə ancaq səhih hədisləri və ancaq birinci dərəcə mənbələri paylaşdıq. Hədisi rəvayət etdiyimiz mənbələr ya “Məsailu Əli b. Cəfər” və “Qurbul-İsnad” kimi imamlar (ə.s) dövründə yazılan ən köhnə qaynaqlar (əsllər), və ya “əl-Kafi” və “Fəqih” kimi kutubi ərbəəyə (dörd kitab) daxil olan kitablar idi.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma