İmamlar (ə) Rəsulullahın (s) varisidir


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Həzrət Əli və onun nəslindən olan məsum imamların (ə.s) Rəsulullah (s)-ın varisləri olması məsələsi müsəlmanlar (şiələr) arasında qəti olaraq bilinən inanclardan biridir. Bu inanc Rəsulullah (s)-ın dinindən, onun (s) nəslindən olan məsum imamlar (ə.s)-da bu məsələni dilə gətirmiş, müsəlmanlara bildirmiş və səhabə ilə tabein nəsli arasında da bu inanc qəti olaraq tanınmışdır. İnşəallah bu məqalədə həm şiə, həm də sünni mənşəli hədislərlə bu mövzunu sizlərə çatdıracağıq.

1) Şiə mənbəli hədislər: İslam alimlərindən Səffar, Kuleyni, Səduq, Müfid və Tusi başda olmaq üzrə bir çox hədis alimi imamlar (ə.s)-ın Rəsulullah (s)-ın varisləri olduğuna dair müxtəlif səhih yollardan hədislər rəvayət etmişdirlər. İnşəallah aşağıda bunlardan bəzilərini paylaşacağıq.

veraset-besair1 veraset-besair2 veraset-besair3 veraset-besair4 veraset-besair5
veraset-besair6 veraset-besair7 veraset-besair8 veraset-besair9

Şəkildə gördüyünüz imam Həsən əl-Əsgəri (ə.s)-ın səhabəsi olan Məhəmməd b. Həsən es-Saffar (r.ə)-ın “Bəsair əd-Dərəcat” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

حدثنا عبد الله بن عامر عن عبد الرحمن بن أبي نجران قال كتب أبو الحسن الرضا عليه السلام رسالة وأقرأنيها قال قال علي بن الحسين عليه السلام ان محمدا صلى الله عليه وآله كان امين الله في ارضه فلما قبض محمد صلى الله عليه وآله كنا أهل البيت ورثته ونحن أمناء الله في ارضه
Abdullah b. Umarə danışdı mənə Əbdürrəhman b. Nəcrandan danışdı, dedi ki: Əbul Həsən ər-Rza (imam Əli ər-Rza (ə.s))-nın məktubunda belə yazdığını oxuduq: “Əli b. Hüseyn (imam Səccad (ə.s)) dedi ki: “Şübhəsiz, Məhəmməd (s), Allahın qulları arasında etibarlı elçisiydi. Məhəmməd (s) vəfat edincə, biz Əhli Beyt onun varisləri olduq. Biz, Allahın ərzindəki əminləriyik “.

حدثنا أحمد بن الحسين عن أبيه عن عمرو بن ميمون عن هارون عن أبي جعفر عليه السلام قال إن محمدا صلى الله عليه وآله كان امين الله في ارضه فلما قبضه الله كنا أهل البيت ورثته فنحن أمناء الله في ارضه
Əhməd b. Hüseyn mənə atasından, o Əmr b. Meymundan, o Harundan, o da Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s))-dan danışdı, dedi ki: “Şübhəsiz, Məhəmməd (s), Allahın qulları arasında etibarlı elçisiydi. O (s) vəfat edincə, biz Əhli Beyt onun varisləri olduq. Biz, Allahın ərzindəki əminləriyik”.

حدثنا إبراهيم بن هاشم بن عبد العزيز بن المهتدى عن عبد الله بن جندب انه كتب إليه أبو الحسن الرضا عليه السلام اما بعد فان محمدا كان امين الله في ارضه فلما قبض
كنا أهل البيت ورثته فنحن أمناء الله في ارضه
İbrahim b. Haşim mənə Əbdüləziz b. Muhtədidən, o da Abdullah b. Cündəbdən danışdı, dedi ki: Əbul Həsən ər-Rza (imam Əli ər-Rza (ə.s)) mənə belə bir məktub yazdı: “Bundan sonra, şübhəsiz, Məhəmməd (s), Allahın qulları arasındakı etibarlı elçisiydi. O (s) vəfat edəndə, biz Əhli Beyt onun varisləri olduq. Biz, Allahın ərzindəki əminləriyik”.

Səffar (r.ə), “Bəsair”, 3/152-154, bab 3, hədis 1, 2, 3 və 4

حدثني أحمد بن محمد عن علي بن الحكم عن مثنى الحناط عن أبي بصير قال دخلت على أبى عبد الله عليه السلام وأبى جعفر عليه السلام وقلت لهما أنتما ورثة رسول الله صلى الله عليه وآله قال نعم قلت فرسول الله وارث الأنبياء علم كلما علموا فقال لي نعم فقلت أنتم تقدرون على أن تحيوا الموتى وتبرئ الأكمه والأبرص فقال لي نعم بإذن الله ثم قال ادن منى يا أبا محمد فمسح يده على عيني ووجهي وأبصرت الشمس والسماء والأرض والبيوت و كل شئ في الدار قال أتحب أن تكون هكذا ولك ما للناس وعليك ما عليهم يوم القيمة أو تعود كما كنت ولك الجنة خالصا قلت أعود كما كنت قال فمسح على عيني فعدت كما كنت قال على فحدثت به ابن أبي عمير فقال اشهد ان هذا حق كما أن النهار حق
Əhməd b. Məhəmməd mənə Əli b. Hakimdən, o Musənna əl-Xənnatdan, o da Əbu Basirdən danışdı, dedi ki: Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s))-ın yanına getdim və ona dedim ki: “Siz Rəsulullah (s)-ın varislərisinizmi”? İmam (ə.s) dedi ki: “Bəli”. Dedim ki: “Rəsulullah (s) bütün peyğəmbərlərin varisi və onların bildiyi hər şeyi bilən idimi”? İmam (ə.s) dedi ki: “Bəli”. Dedim ki: “O halda siz, ölüləri diriltmə, alabəzək və kötürüm-ü sağaltma gücünə sahibsinizmi”? İmam (ə.s) dedi ki: “Bəli, Allahın izni ilə”. Sonra mənə dedi ki: “Yaxınlaş ey Əbu Məhəmməd”! Yaxınlaşdım, üzümü və gözlərimi məsh etdi. Bunun üzərinə günəşi, göyləri, yeri, evləri və şəhərdə olan hər şeyi gördüm. Sonra mənə dedi ki: “Belə qalmağı və qiyamət günü insanların savab və günahlarına şərik olmağı istəyərsən, yoxsa əvvəlki halına qayıdıb birbaşa cənnətə getmək istəyərsən”? Dedim ki: “Əvvəldən olduğum hala qayıtmağı istəyərəm”. Bunun üzərinə gözümü məsh etdi və əvvəldən olduğum şəklə qayıtdım. Bu hadisəni, ibn Əbu Umeyrə danışdım, mənə dedi ki: “Gündüzün layiq olduğu kimi bunun da haqq olduğuna şəhadət edirəm”.

Səffar (r.ə), “Bəsair əd-Dərəcat”, 6/308-309, bab 3, hədis 1

حدثنا عبد الله بن عامر عن عبد الله بن محمد الحجال عن داود بن ابى يزيد الاحول عن ابى عبد الله عليه السلام قال سمعته يقول انا لو كنا من الهالكين ولكنها اثار من رسول الله صلى الله عليه وآله اصل علم نتوارثها كابر عن كابر عن كابر نكنزها كما يكنز الناس ذهبهم وفضتهم
Abdullah b. Umarə mənə Abdullah b. Məhəmməd əl-Haccaldan, o Davud b. Əbu Yezid əl-Əhvəldən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-dan danışdı, dedi ki: “Əgər biz insanlara öz fikrimiz və istəyimizlə fətva verəcək olsaydıq, həlak olanlardan olardıq. Amma bizim dediklərimiz Rəsulullah (s)-dan bizə çatan əsərlərdir. Bu əsərlər biz imamların birinin əvvəlkindən irs aldığı və sonrakına miras qoyduğu bir elm mənbəyidir ki, biz onu, insanların qızıl və gümüşü qoruduqları kimi qoruyuruq”.

حدثنا محمد عن الحسين بن سعيد عن القاسم عن محمد بن يحيى عن جابر قال قال أبو جعفر عليه السلام يا جابر لو كنا نفتي الناس برأينا وهو انا لكنا من الهالكين ولكنا نفتيهم باثار من رسول الله صلى الله عليه وآله وأصول علم عندنا نتوارثها كابر عن كابر نكنزها كما يكنز هؤلاء ذهبهم وفضتهم
Əhməd b. Məhəmməd mənə Hüseyn b. Səid, o Qasımdan, o Məhəmməd b. Yəhyadan, o da Cabirdən danışdı, dedi ki: Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s)) dedi ki: “Ey Cabir! Əgər biz insanlara öz fikirlərimizlə fətva versəydik həlak olanlardan olardıq. Amma bizim dediklərimiz Rəsulullah (s)-dan bizə çatan əsərlərdir. Və bizim nəzdimizdə elmin mənbəyi birinin əvvəlkindən aldığı və sonrakına qoyduğu mirasdır. Biz onu, insanların qızıl və gümüşü qoruduqları kimi qoruyuruq”.

حدثنا أحمد بن محمد عن الحسن بن محبوب عن أبي حمزة الثمالي عن جابر قال أبو جعفر عليه السلام يا جابر والله لو كنا نحدث الناس أو حدثناهم برأينا لكنا من الهالكين ولكنا نحدثهم باثار عندنا من رسول الله صلى الله عليه وآله يتوارثها كابر عن كابر نكنزها كما يكنز هؤلاء ذهبهم وفضتهم
Əhməd b. Məhəmməd mənə Həsən b. Məhbub, o Əbu Həmzə əs-Sumalidən, o da Cabirdən danışdı, dedi ki: Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s)) dedi ki: “Ey Cabir! Əgər biz insanlara öz fikrimizlə fətva versəydik həlak olanlardan olardıq. Amma bizim dediklərimiz Rəsulullah (s)-dan bizə çatan əsərlərdir. Və bizim nəzdimizdə elmin mənbəyi birinin əvvəlkindən aldığı və sonrakına qoyduğu mirasdır. Biz onu, insanların qızıl və gümüşü qoruduqları kimi qoruyuruq”.

Səffar (r.ə), “Bəsair”, 6/340-342, bab 14, hədis

Burada söylədiyimiz 1-ci (Əbdürrəhman b. Nəcranın) hədisi ilə 3-cü (Abdullah b. Cündəbin) hədisi eyni hədisdir. İmam (ə.s) Abdullah b. Cündəbə bu məktubu yazmış və Abdullah b. Cündəb də bunu rəvayət etmişdir. Abdullah b. Cündəb məktubu Əbdürrəhman b. Nəcranın yanında oxumuşdur və buna görə Əbdürrəhman “Əbul Həsən ər-Rza (imam Əli ər-Rza (ə.s))-nın məktubunda belə yazdığını oxuduq” deyə rəvayət edir. Birinci hədisin raviləri siqa (etibarlı) və sənədi müttəsil (kəsintisiz)-dir.

3-cü (Abdullah b. Cündəb) hədisini Kuleyni (r.ə) “əl-Kafi”, 1/133, Höccət kitabı, bab 33, hədis 1-də eyni sened ilə rəvayət etmişdir. Və hədisin raviləri siqa (etibarlı), sənədi də müttəsil (kəsintisiz)-dir. Şeyxül İslam “əl-Kafi” şərhində hədis barədə deyir ki:

الحديث الأول: حسن
1-ci hədis: həsən

II Məclisi (r.ə), “Miratul-Uqul”, 3/14

4-cü (Əbu Basirin) hədisini Kuleyni (r.ə) əl-Kafi”, 1/299, Höccət kitabı, bab 118, hədis 3-də eyni sənəd ilə rəvayət etmişdir. Hədisin raviləri siqa (etibarlı), sənədi isə müttəsil (kəsintisiz)-dir. Şeyxül İslam “əl-Kafi” şərhində deyir ki:

الحديث الثالث: حسن
3-cü hədis: həsən

II Məclisi (r.ə), “Miratul-Uqul”, 6/19

5-ci (Davud b. Yezid əl-Əhvəlin) hədisinin də raviləri siqa (etibarlı) və sənədi müttəsil (kəsintisiz)-dir. Şeyx Həsən əl-Həcmi bu hədis barədə deyir ki:

وروى محمد بن الحسن الصّفار في كتابه بصائر الدرجات بسند صحيح
Və Məhəmməd b. Həsən əs-Səffar “Bəsair əd-Dərəcat” kitabında səhih sənəd ilə rəvayət etmişdir.

Şeyx Həsən əl-Həcmi, “Əimmə ət-Tahirun varisi ilmur-Rəsul (s)”, səhifə 10

6-cı və 7-ci hədislər eyni hədislərdir, hədisi imam (ə.s)-dan Cabir rəvayət etmiş, ondan sonra isə 2 sened ilə davam etmişdir. Cabirdən gələn bu hədisin ilk sənədi (6-cı hədis) zəif, ikinci sənədi (7-ci hədis) isə səhihdir. Şeyx Həsən əl-Həcmi 6-cı hədis barədə deyir ki:

وروى بسند صحيح فقال
səhih sənəd ilə rəvayət etmişdir.

Şeyx Həsən əl-Həcmi, “Əimmə ət-Tahirun varisi ilmur-Rəsul (s)”, səhifə 10

Lakin 7-ci hədis, 6-cı hədisin şahidi olduğuna görə 6-cı hədisin sənədi zəif olsa da mətni səhihdir. Bunlardan başqa Kuleyni (r.ə)- də öz kitabında irs aparmaq haqqında bir çox hədis rəvayət etmişdir.

veraset-kuleyni1 veraset-kuleyni2 veraset-kuleyni3

Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barədə ittifaq edilmiş olan Siqatul İslam (İslamın etibarı) Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

محمد بن يحيى، عن سلمة بن الخطاب، عن عبد الله بن محمد، عن عبد الله بن القاسم، عن زرعة بن محمد، عن المفضل بن عمر قال: قال أبو عبد الله عليه السلام: إن سليمان ورث داود، وإن محمدا ورث سليمان، وإنا ورثنا محمدا، وإن عندنا علم التوراة والإنجيل والزبور، وتبيان ما في الألواح، قال: قلت: إن هذا لهو العلم؟ قال: ليس هذا هو العلم، إن العلم الذي يحدث يوما بعد يوم وساعة بعد ساعة
Məhəmməd b. Yəhya mənə Sələmə b. Xəttabdan, o Abdullah b. Məhəmməddən, o Abdullah b. Qasımdan, o Zura b. Məhəmməddən, o da Müfəddəl b. Ömərdən danışdı, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s)) dedi ki: “Süleyman Davuda varis oldu. Məhəmməd (s) də Süleymana varis oldu. Biz də Məhəmmədə varis olduq. Biz, Tövratın, İncilin və Zəburun bilgisinə sahibik. Lövhələrdə (Musaya verilən) olan məqamların açıqlaması bizim yanımızdadır”. Dedim ki: “Elm budur”? Dedi ki: “Elm bu deyil. Elm, günbəgün, saatbasaat meydana gələn şeydir”.

أحمد بن إدريس، عن محمد بن عبد الجبار، عن صفوان بن يحيى، عن شعيب الحداد، عن ضريس الكناسي قال: كنت عند أبي عبد الله عليه السلام وعنده أبو بصير فقال أبو عبد الله عليه السلام: إن داود ورث علم الأنبياء، وإن سليمان ورث داود، وإن محمدا صلى الله عليه وآله ورث سليمان، وإنا ورثنا محمدا صلى الله عليه وآله وإن عندنا صحف إبراهيم وألواح موسى، فقال أبو بصير: إن هذا لهو العلم، فقال: يا أبا محمد ليس هذا هو العلم، إنما العلم ما يحدث بالليل والنهار، يوما بيوم وساعة بساعة
Əhməd b. İdris mənə Məhəmməd b. Abdülcəbbardan, o Səfvan b. Yəhyadan, o Şueyb b. Xəddaddan, o da Durays əl-Qunasidən danışdı, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))– ın yanında olduğum bir zamanda, Əbu Basir də orada idi. Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s)) dedi ki: “Davud, nəbilər (ə.s)-ın elminə varis olmuşdu, Süleyman da Davuda (ə.s) varis oldu. Məhəmməd (s) də Süleyman (ə.s)-a varis oldu. Biz Əhli-beyt də Məhəmmədin varisləriyik. İbrahimin sühufları və Musa (ə.s)-ın lövhələri bizim yanımızdadır”. Əbu Basir dedi ki: “Elm, budur hər halda”. İmam (ə.s) dedi ki: “Ey Əbu Məhəmməd! Elm bu deyil. Elm, gecə və gündüz, günbəgün, saatbasaat meydana gələn şeydir”.

Kuleyni (r.ə), “əl-Kafi”, 1/134, Höccət kitabı, bab 33, hədis 3 və 4

Bu hədisin də sənədləri siqa (etibarlı) adamlardır, Şeyxül İslam “əl-Kafi” şərhində hədis haqqında deyir ki:

الحديث الرابع: صحيح على الظاهر
4-cü hədis: Zahirə görə səhih

II Məclisi (r.ə), “Miratul-Uqul”, 3/20

Bunlar İslami (Şiə) mənbələrdə vərasət haqqında rəvayət edilmiş mütəvatir hədislərdən yalnız bir neçəsidir. Məsələni uzatmamaq üçün bu qədəri ilə yetindik.

2) Sünni mənbəli hədislər: Əhməd b. Hənbəl, Nəsai və Təbəri başda olmaqla sünnilərin bir çox hədis alimi Həzrət Əli (ə.s)-ın Rəsulullah (s)-ın varisi olduğuna dair müxtəlif səhih yollardan hədislər rəvayət etmişdirlər.

1 2

Şəkildə gördüyünüz Nəsainin “Xəsais” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

أخبرنا محمد بن يحيى بن عبد الله النيسابوري واحمد بن عثمان بن حكيم واللفظ لمحمد قالا حدثنا عمرو بن طلحة قال حدثنا   أسباط عن سماك عن عكرمة عن ابن عباس رض أن عليا كان يقول في حياة رسول الله إن الله يقول أفائن مات أو قتل انقلبتم على أعقابكم ومن ينقلب آل عمران 144 والله لا   ننقلب على أعقابنا بعد إذ هدانا الله والله لئن مات أو قتل لأقاتلن على ما قاتل عليه حتى مات والله إني لأخوه ووليه ووارثه وابن عمه ومن أحق به مني
Mənə Məhəmməd b. Yəhya və Əhməd b. Osman xəbər verdilər, dedilər ki: Bizə Əmr b. Təlha danışdı, dedi ki: Əsbat mənə Səmaqdan, o İkrimədən, o da ibn Abbasdan danışdı, dedi ki: Əli hələ Rəsulullah (s)-ın həyatda olduğu zamanlarda belə deyərdi: “Allah belə buyurmuşdur: “Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl bir çox peyğəmbərlər gəlib keçib. Ölsə, yaxud öldürülərsə geri mi dönəcəksiniz”? (Ali İmran, 144) Allaha and içirəm ki, Allah bizi haqqa yönəltdikdən sonra biz heç vaxt geri qayıtmayacağıq. Allaha and içirəm ki, Muhəmməd ölsə və ya qətlə yetirilsə mən sonuna qədər onun öldüyü şey uğrunda döyüşəcəyəm. Vallah mən onun qardaşı, vəlisi, varisi və əmisinin oğluyam. Elə isə kimin məndən ona daha yaxın olduğunu söyləməyə haqqı var”?

Nəsai, “Xəsais”, səhifə 64, hədis 61

Hədisi Təbərani “Mucəm əl-Kəbir”, 25/108 hədis 176-da; Hakim də “Müstədrək”, 3/136, hədis 4635-də eyni sənəd ilə rəvayət etmişdirlər. Hədisin sənədində yer alan bütün ravilər siqa (etibarlı) və sənəd müttəsildir. Hədisi öz kitabında rəvayət edən əl-Heysəmi hədis barədə deyir ki:

رجاله رجال الصحيح
Ricalları “Səhih” -in ricallarıdır.

Heysəmi, “Məcməuz-Zəvaid”, 9/134

3 4

Şəkildə gördüyünüz Nəsainin “Həsais” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

أخبرنا الفضل بن سهل قال حدثنا عفان بن مسلم قال حدثنا أبو عوانة عن عثمان بن المغيرة عن أبي صادق عن ربيعة بن ناجد أن رجلا قال لعلي يا أمير المؤمنين لم ورثت ابن عمك دون عمك قال جمع رسول الله أو قال دعا رسول الله بني عبد المطلب فصنع لهم مدا من طعام قال فأكلوا حتى شبعوا وبقي الطعام كما   هو كأنه لم يمس ثم دعا بغمر فشربوا حتى رووا وبقي الشراب كأنه لم يمس أو لم يشرب فقال يا بني عبد المطلب إني بعثت إليكم بخاصة والى الناس بعامة وقد رأيتم من هذه الآية ما قد رأيتم فأيكم يبايعني على أن يكون أخي وصاحبي ووارثي ووزيري فلم يقم إليه أحد فقمت إليه وكنت أصغر القوم سنا فقال اجلس ثم قال ثلاث مرات كل ذلك أقوم إليه فيقول اجلس حتى كان في الثالثة ضرب بيده على يدي ثم قال أنت أخي وصاحبي ووريثي ووزيري فبذلك ورثت ابن عمي دون عمي
Mənə Lütf b. Səhl xəbər verdi, dedi ki: Mənə Əffan b. Müslim danışdı, dedi ki: Əbu Əvanə mənə Osman b. Muğirədən, o Əbu Sadiq, o da Rabia b. Nəciddən danışdı, dedi ki: Biri Əliyə dedi ki: “Ey Möminlərin Əmiri! Necə oldu da əmilərin var ikən Rəsulullah (s)-a nə üçün sən varis oldun”? Əli dedi ki: “Rəsulullah (s) Əbdülmüttəliboğullarını toplayıb onlara ziyafət çəkdi. Onlar da doyana qədər yemələrinə baxmayaraq, yemək sanki heç toxunulmamış kimi eləcə qaldı! Sonra su gətirtdi, doya-doya içdilər. Buna baxmayaraq su sanki heç toxunulmamış kimi qalmışdı! Sonra belə buyurdu: “Ey Əbdülmüttəliboğulları! Mən, xüsusi olaraq sizlərə, ümumi olaraq da bütün insanlara peyğəmbər olaraq göndərildim. Bu möcüzədən gördüklərinizi gördünüz! (İndi söyləyin) Qardaşım, dostum və varisim olmağa qarşılıq, hansınız mənə beyət edəcək”? Heç kəs ayağa qalxmadı! Oradakıların yaşca ən kiçiyi olmama baxmayaraq təkcə mən ayağa qalxdım! Rəsulullah (s) oturmağımı istədi. Bu təklif tam üç dəfə təkrarlandı. Hər dəfə (mənə) “Otur”! Deyirdi. Nəhayət, üçüncü dəfə ayağa qalxanda, mübarək əlini əlimə qoydu, sonra dedi ki: “Sən mənim qardaşım, səhabəm, varisim və vəzirimsən”. Məhz buna görə əmi oğluma, (Rəsulullah (s)-a) digər əmilərim var ikən mən varis oldum”!

Nəsai, “Xəsais”, səhifə 64-65, hədis 62

Hədisi Əhməd b. Hənbəl “Müsnəd”, 1/159, hədis 1371-də eyni sənəd ilə; Təbəri, “Tarixi-Təbəri”, 1/543-də fərqli bir sənəd ilə rəvayət etmişdir. Nəsainin “Həsais” kitabını təhqiq edən Şeyx Əbu İshaq əl-Huveyni bu hədisin zəif olduğunu idda edir amma bu iddasına heç bir dəlil göstərmir. Sadəcə olaraq ravilərdən Rabia b. Nəcid haqqında rical alimi əz-Zəhəbinin “onu tanımıram” sözünü gətirir. Bəs əslində Rabia b. Nəcid kimdir? Həqiqətən tanınmayan, bəlli olmayan bir ravidirmi? Əhli sünnətin rical alimlərindən olan ibn Həcər bu ravi haqqında deyir ki:

ربيعة بن ناجد (1) الازدي ويقال أيضا الاسدي الكوفي
Rabia b. Nəcid əl-Əzdi, (əl-Əsədi də deyilmişdir) əl-Kufi

روى عن علي وابن مسعود وعبادة بن الصامت رضى الله عنهم. وعنه أبو صادق الازدي يقال انه أخوه ذكره ابن حبان في الثقات
Əli, ibn Məsud və Ubadə b. Samit (r.ə)-dan rəvayət etmiş, özündən isə Əbu Sadiq əl-Əzdi rəvayət etmişdir. Əbu Sadiqin qardaşı olduğu söylənmişdir. İbn Hibban onu “əs-Siqat (etibarlı ravilər)” kitabında zikr etmişdir.

قلت: وقال العجلى كوفي تابعي ثقة وقرأت بخط الذهبي لا يكاد يعرف
Mən (ibn Həcər) deyirəm ki: Və İcli onun siqa (etibarlı) Kufəli tabein olduğunu söyləmişdir. Əz-Zəhəbinin öz əl yazısından isə “onu tanımıram” sözünü oxudum.

İbn Həcər, “Təhzib ət-Təhzib”, 3/228, 498-ci ravi

Yəni İcli və ibn Hibban bu ravinin etibarlı olduğunu bildirmişdirlər. Əz-Zəhəbinin “onu tanımıram” sözü isə onun naməlum olduğu demək deyil. Çünki İcli və ibn Hibban kimi Rabia b. Nəcidin dövrünə yaxın zamanlarda yaşayan cərh və tədil alimləri onu tanımış və siqa olduğunu bildirmişdirlər. Əz-Zəhəbi isə ancaq hicri 673-cü ilində (miladi 1274) dünyaya gəlmişdir. Dolayısı ilə əz-Zəhəbinin birbaşa olaraq, heç kimə əsaslanmadan onu tanıması, vəziyyətini bilməsi onsuz da mümkün deyil. Və böyük ehtimal ilə əz-Zəhəbi bu ravinin biografiyasını axtararkən ibn Hibban və İclinin sözlərinə rast gəlməmiş və bu səbəbdən də “onu tanımıram” demişdir. Dolayısı ilə bu hədisin sənədi ən azından həsən dərəcəsindədir. Belə ki, nasibilerin böyük hədis alimlərindən olan əl-Əlbani də “Sünəni ibn Macə” kitabında Əbu Sadiq –> Rabia b. Nəcid — >Ubade b. Samit sənədi ilə rəvayət edilən bir hədis barədə deyir ki:

قال الشيخ الألباني : حسن
Şeyx əl-Əlbani dedi ki: həsən

İbn Macə, “Sünən”, 2/849, hədis 2540

1 2

Şəkildə gördüyünüz sünni hədis alimi, Buxari və Müslim başda olmaqla sünnilərin bir çox aliminin müəllimi olan ibn Əbu Şeybənin “Müsənnəf” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

حَدَّثَنَا حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ وَاقِدٍ ، حَدَّثَنَا زُهَيْرٌ ، حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، قَالَ : قِيلَ لِقُثَمَ : كَيْفَ وَرِثَ عَلِيٌّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دُونَكُمْ ؟ قَالَ : ” إِنَّهُ وَاللَّهِ كَانَ أَوَّلُنَا بِهِ لُحُوقًا ، وَأَشَدُّنَا بِهِ لَزُوقًا “
Mənə Əhməd b. Əbdülməlik danışdı, dedi ki: Mənə Zuheyr danışdı, dedi ki: Mənə Əbu İshaq danışdı, dedi ki: Kusəm b. Abbasa deyildi ki: “Necə oldu da sizin aranızdan Əli Rəsulullah (s)-a varis oldu”? Kusəm dedi ki: “Çünki vallah O Rəsulullah (s)-a hamımızdan əvvəl qoşulub və ona bizdən daha çox bağlıydı”.

İbn Əbu Şeybə, “Müsənnəf”, 7/266, hədis 35938

Hədisi Hakim “Müstədrək”, 3/136, hədis 4633-də eyni sened ilə rəvayət etmişdir. Hədisin raviləri siqa (etibarlı) və sənədi də müttəsildir. Hədisi öz kitabında rəvayət edən Hakim və onun kitabını təhqiq edən əz-Zəhəbi hədis haqqında deyirlər ki:

هذا حديث صحيح الإسناد و لم يخرجاه
تعليق الذهبي قي التلخيص : صحيح
(Hakim): Bu hədisin sənədi səhihdir lakin rəvayət etmemişdirlər.
Əz-Zəhəbi: Səhih.

Hakim, “Müstədrək”, 3/136, hədis 4633

Hədislərin mətnlərindən aşkar şəkildə göründüyü kimi 3 səhabə (Həzrət Əli, Abdullah b. Abbas və Kusəm b. Abbas) Həzrət Əli (ə.s)-ın Rəsulullah (s)-ın varisi olduğunu bildirməkdədirlər. Əlavə olaraq Həzrət Əli (ə.s) bu mövzuda Rəsulullah (s)-ın sözünü də deyir. 2-ci və 3-cü hədislərdən göründüyü kimi insanlar gəlib Həzrət Əli və Kusəm b. Abbasa “necə oldu da Əli Rəsulullah (s)-ın varisi oldu”? Deyə soruşurlar. Yəni o dövrün insanları (səhabə və tabein) arasında Həzrət Əli (ə.s)-ın Rəsulullah (s)-ın varisi olduğu qəti olaraq bilinirdi.

Vəlhamdulillahi Rabbil aləmin.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma