II Məclisi (r.ə) “Ayələrdə Allah (c.c)-nin endirdiyinin xilafına olan təhrif” adında bab açmışdırmı?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əvvəlki yazılarımızda İslam (Şiə) düşməni olan nasibilərin İslami mənbələrdən Qurani-Kərimin muharref olduğuna dair gətirdikləri sözdə dəlillərdən bəzilərini araşdırarkən ortaya qoyduq ki, onların gətirdikləri dəlillər ya tərcüməsi təhrif edilərək mənası azdırılmış mətnlər, ya zəif hədislər, yaxudda müəllifləri belə bəlli olmayan kitabları İslam alimlərinə nisbət etməkdir. İnşəallah bu yazımızda bu həqiqəti bir daha nümayiş etdirəcəyik.

Nasibilərin müsəlmanlar (şiələr) nəzdində, Quranın muharref olduğuna dair gətirdikləri dəlillərdən biri Əllamə Məclisi (r.a)-a nisbət etdikləri, guya “Biharul-ənvar” kitabında mövcud olan bir bab (fəsilə) – dır. İddaya görə Əllamə Məclisi (r.ə) “Biharul-ənvar” kitabında “ayələrdə Allah əzzə və cəllənin endirdiyinin xilafına olan təhrif” adlı bir bab açmışdır. Nasibilər bu barədə belə deyirlər:

Eyni şəkildə Məclisi “Biharul-ənvar” Quranın muharref olduğuna dair “ayələrdə Allah əzzə və cəllənin endirdiyinin xilafına olan təhrif” adlı bir bab açmışdır (bax: Məclisi, “Biharul-ənvar”, 89/60.)

Bu iddiaya dr. Fətullah Məhəmmədi “Səlamtul Quran min ət-Təhrif” adlı kitabında cavab vermişdir. Bu cavabı isə 313news.net/forum saytında Əbu Sufyan Ordusu niki ilə yazan dəyərli qardaşımız tərcümə edərək paylamışdır. Əbu Sufyan Ordusu qardaşımızın tərcümə etdiyi cavabın əsli bu linkdə: Əbu Sufyan Ordusu qardaşın cavabı

Biz inşallah bu cavabı sadə bir şəkildə tənzimləyərək sizlərlə bölüşəcəyik.
subha-tahrif-meclisi

Şəkildə gördüyünüz Əllamə Məclisi (r.a)-ın “Biharul-ənvar” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

ووجدت في رسالة قديمة سنده هكذا : 47 جعفر بن محمد بن قولويه ، عن سعد الاشعري القمي أبي القاسم رحمه الله وهو مصنفه روى مشايخنا عن أصحابنا ، عن أبي عبدالله عليه السلام قال : قال أميرالمؤمنين عليه السلام : وساق الحديث إلى أن قال : باب التحريف في الايات التي هي خلاف ما أنزل الله عزوجل مما رواه مشايخنا رحمة الله عليهم عن العلماء من آل محمد صلوات الله عليه وعليهم
Qədim bir risalə tapdım ki, sənədi bu şəkildə idi: Cəfər b. Məhəmməd b. Qəvlaveyhdən, o da Sad əl-Əşəri əl-Qummi (r.a)-dan – ki, risalənin müəllifi odur- belə rəvayət etdi: Sahibimiz bizə öz şeyxlərindən, onlar da Əbu Abdullah (imam Cəfər əs-Sadiq (a.s)) rəvayət etdi, dedi ki: Möminlərin Əmiri (imam Əli (ə.s)) dedi ki: Hədis bu şəkildə davam edir ta ki, belə deyir: Ayələrdə Allah (c.c)-nin endirdiyinin xilafına olan təhrif babı. Şeyxlərimiz (r.ə) Ali Muhəmməd ( s.a.)-a alimləri (imamlar a.s) belə rəvayət etdilər:

II Məclisi (r.a), “Biharul Ənvər”, 89/60

Göründüyü kimi, “ayələrdə Allah (c.c)-nin endirdiyinin xilafına olan təhrif” adlı bab nasibilərin iddia etdiyi kimi II Məclisi (r.ə)-ın sözü və ya açdığı bir bab deyildir. Əksinə, II Məclisi (r.ə) tapdığı bir risaləni öz kitabında rəvayət edir və tapdığı risalədə “ayələrdə Allah (c.c)-nin endirdiyinin xilafına olan təhrif” adlı bir bab mövcuddur. Yəni bu bab II Məclisi (r.a)-ın açdığı bir bab deyil, tapdığı (və rəvayət etdiyi) kitabda mövcud olan bir babdır.

Digər tərəfdən, II Məclisi (r.ə)-in “Biharul Ənvər” kitabında yer verdiyi bu risalə sabit deyil. Çünki II Məclisi (r.ə) bu kitabı təkcə özünün də dediyi kimi tapmışdır. Hədis elmləri terminində isə bir kitabı və ya risaləni tapmaq sənədində irsal olduğu deməkdir. Çünki hədis alimi bu kitabı ravilər vasitəsi ilə sahibindən oxumamış, sadəcə bir yerlərdə tapmışdır. Bu hədis elmlərində bilinən bir şeydir, biz sözümüzə nümunə olaraq Seyid Mürtəza əl-Əskərinin sözlərini çatdırırıq:

سابعها: الوجادة:
7-Tapmaq:

وهو ان يجد انسان بخط معاصر له ، أو غير معاصر ، ولم يسمعه منه ، وليس له منه اجازة ، ولا خلاف بينهم في منع الرواية بها ، وانما يقول : وجدت ، أو قرأت بخط فلان ” حدثنا فلان ” ويسوق باقي الإسناد والمتن أو يقول : وجدت بخط فلان ، أو في كتاب فلان ، عن فلان
İnsanın özüylə eyni əsrdə olan və ya olmayan mühəddisdən eşitmədən və ondan rəvayət etmə icazəsi olmadan onun əl yazısıyla bir hədis tapmasına deyilir. Bu halda o hədisi o mühəddisdən rəvayət etməyəcəyi barədə ittifaq vardır. Sadəcə belə deyə bilər: “Filankəsin xəttiylə bu hədisi tapdım”. Və ya “Filankəsin xəttiylə bu hədisi oxudum”. Və ya “Filankəsin kitabında bu hədisi gördüm”. Sonra da sənədləri ilə birlikdə hədisin mətnini zikr edər.

Seyid Mürtəza əl-Hərbi, “Məalimul-Mədrəsəteyn”, 3/245

Bu məsələ haqqında daha geniş məlumat üçün linkə baxa bilərsiniz: Hədis lüğəti–>vicadə (tapmaq)

Vəlhamdulillahi Rəbbil aləmin.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma