Aişənin zina ithamından tənzihi!


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Çox kədərli bir haldır ki , son zamanlarda müsəlmanlar-şiələr arasında Yasir əl- Həbib adlı bir fitnə ortaya çıxmışdır. Bu fitnə insanları təmiz İslam-şiə əqidəsindən yoldan çıxartdıqları və onları cəhalət və xurafatlara doğru istiqamətləndirir. Girişdiyi ağla sığmaz şərhlər , iddalarına dəlil deyə təqdim etdiyi ayə və hədislərin iddası ilə zərrə qədər əlaqəsi olmaması və bu kimi xüsuslar onun pozğunluğunu görmək üçün kifayətdir. Lakin yenə kədərli bir haldır ki , bu axmağın sözləri , bir tərəfinə şiş batmış kimi bağırması bəzi elm əhli olmayan qardaşlarımızın bu fitnəyə qapılmasına gətirib çıxarmışdır. Hətta iş o yerə vardı ki , bəzi qardaşlar ” Yasir əl- Həbib bir hədis demişsə demək ki , o hədis səhihdir ! ” deməyə başlamışdırlar . Bu fitnənin ortaya atdığı pozğun düşüncələrindən biri Aişənin zina etdiyi inancıdır. Tarixdə ağılı tarazlığı yerində olmayan bəzi cahillər də bu kimi sözləri söyləmişlər və İslam alimlərini , elmlərini başqa mövzulara yönəltməkdən bu kimi gərəksiz mövzulara yönəlmək məcburiyyətində buraxmışlar. Bu alimlərdən biri Nasruddin ləqəbi ilə bilinən Şeyx Abdulcəlil ibn Əbul Həsəndir. Seyyid Əbul Qaslm əl- Xoi( r.ə) onun bioqrafiyasında deyir ki :

عبد الجليل بن أبي الحسن
Abdulcəlil b. Əbul Həsən

قال الشيخ منتجب الدين في فهرسته: ” الشيخ الواعظ نصير الدين عبد الجليل بن أبي الحسين بن أبي الفضل القزويني: عالم، فصيح، دين، له كتاب بعض مثالب النواصب في نقض بعض فضائح الروافض، كتاب البراهين في إمامة أمير المؤمنين، كتاب السؤالات والجوابات سبع مجلدات، كتاب مفتاح التذكير، كتاب تنزيه عائشة! “
Şeyx Müntəcəbiddin  ” Fihrist ” kitabında dedi: ” Şeyxul Vaiz Nasruddin Abdulcəlil ibn Əbul Həsən . Alim , fəsih və dindardır. Onun bu kitabları var: ….. Kitab Tənzihul Aişə “

Seyyid Əbul Qasım əl-Xoyi (r.ə), “Mucəm ricalil hədis”, 10/288, 6262-ci ravi

Lakin Yasir əl- Həbib fitnəsi ortaya çıxdığından bu yana bəzi alimlərin ( YouTube olan ) qısa söhbətləri xaric ona cavab olaraq hazırlanmış bir kitab və ya məqalənin olmaması çox kədərlidir. Elə  bundan ötəri Yasir əl- Həbibin iddalarını söykədiyi dəlillərini araşdırmaq üçün bu işi etməyi qərar aldım. Və işin adını da Şeyx Nasruddin Abdulcəlilin kitabının adı ilə adlandırmaq qərara aldım.

Yasir əl- Həbib bu iddalarında yalnız Aişəni deyil , Hz. Nuh və Hz. Lut (ə)-ın zövcələrini də zina ilə ittiham etmişdir. Bununla məqsəd qoyduğu isə Təhrim surəsi 10- cu ayədə bu 2 peyğəmbər zövcəsinin Aişəyə nümunə verilməsinə söykənərək Aişənin də zina etdiyini isbat etməyə çalışmaqdır. İndi inşaAllah sırası ilə bu dəlilləri bir-bir araşdıracağıq.

1 və 2 -ci hədisi: Bu hədis Əyyaşi  və Qummi (r.ə) Hud surəsinin təfsirində rəvayət etmişdir . Əyyaşi öz təfsir kitabında deyir ki :

عنمحمدبنمسلمعنأبىجعفرعليهالسلامقال : (ونادىنوحابنه) قالانمافيلغةطىابنهبنصبالالفيعنىابنامرأته
Məhəmməd ibn Müslimdən , o da Əbu Cəfər ( İmam Məhəmməd əl- Baqir (ə))-dan “və Nuh oğluna səsləndi …” kavli haqqında izah etdi , dedi ki: “Bu ancaq Tay qəbiləsinin şivəsinə görədir yəni arvadının oğlu idi.

عن موسى عن العلا بن سيابة عن أبى عبدالله عليه السلام في قول الله: ونادى نوح ابنه قال : ليس بابنه انما هو ابن امرأته ، وهو لغة طى يقولون لابن امرأته ابنه قال نوح : رب انى أعوذ بك إلى الخاسرين
Musadan , o Ala ibn Sibabədən , o da Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə))- dan Allahın ” və Nuh oğluna səsləndi …” kavli haqqında izah etdi , dedi ki : “O , Nuhun deyil yoldaşının oğlu idi və ayədəki təbir Tay qəbiləsinin şivəsinə görədir. Onlar , adamın yoldaşının oğluna adamın oğlu deyirlər. “

Əyyaşi (r.ə), “Təfsiri Əyyaşi”, 2/148-149, hədis 30-31

Bu hədislərin ikincisini Əli ibn İbrahim əl- Qummi (r.ə) ” Təfsirul Qummi ” , 1/ 328 , Hud surəsi 45-ci ayənin təfsirində öz sənədi Ala ibn Sibabədən rəvayət etmişdir . Hədislərin vəziyyətinə gəlincə , Əyyaşİ (r.ə) -ın rəvayət etdiyi ilk hədisin sənədi mürsəldir və məlum  olduğu kimi mürsəl Zəifin qisimlərindəndir . İkinci hədisə gəldikdə , ” Təfsiri Əyyaşi ” də bu hədisin sənədi də mürsəldir amma Əli ibn İbrahim (r.ə) bunu müsnəd olaraq rəvayət etmişdir. Lakin həm ” Təfsiri Əyyaşi ” də və həm də ” Təfsiri Qummi ” də hədis Ala ibn Sibabə adlı ravidən rəvayət edilməkdədir ki , bu ravi də məchuldur. Rical alimlərindən yalnız Şeyx Tusi (r.ə) onu ” Rical”  kitabında zikr etmişdir amma siqə ( etibarlı) mi , zəif mi , yoxsa yalançı mı olduğunu bildirməmişdir . Dolayısı ilə ravinin vəziyyəti məchuldur. Digər tərəfdən bu sözün tam əksinə səhih sənədlə imam Rza (r.ə) -dan rəvayət edilmişdir.

tenzih-saduk  tenzih-saduk1

Şəkildə gördüyünüz Şeyx Səduq( r.ə) – ın ” Uyunu Əxbar ər-Rıza (ə)” adlı kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

حدثنا أبي رضي الله عنه قال: حدثنا سعد بن عبد الله، عن أحمد بن محمد بن عيسى عن الحسن بن علي الوشاء، عن الرضا عليه السلام، قال: سمعته يقول: أبي عليه السلام: قال أبو عبد الله عليه السلام، إن الله عز وجل قال لنوح: (يا نوح إنه ليس من أهلك) ، لأنه كان مخالفا له وجعل من اتبعه من أهله قال: وسئلني كيف يقرؤون هذه الآية في ابن نوح؟ فقلت: يقرأها الناس على وجهين إنه عمل غير صالح وإنه عمل غير صالح فقال: كذبوا هو ابنه ولكن الله عز وجل نفاه عنه حين خالفه في دينه
Mənə atam( r.ə) izah etdi , dedi ki : Sad ibn Abdullah mənə Əhməd ibn Məhəmməd ibn İsadan, o Həsən ibn Əli əl- Vəşşadan, o da ər-Rıza (İmam Əli ər- Rza (ə) )-dan anlatdi , dedi ki : Atam (İmam Musa əl – Kazım (ə) )-ın belə dediyini eşitdim: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə.s)) dedi ki : « Allah Təala Nuha belə buyurdu:” Ey Nuh! O sənin ailəndən deyildir ” ( Hud , 46) Çünki Hz. Nuhun oğlu ona müxalif idi.  Allah Təala Nuh (ə.s)-a uyğun gələn hər kəsi onun ailəsindən saymışdır. ” » Daha sonra İmam Əli ər- Rza (ə) mənə dedi ki : ” Müxaliflər , Nuhun oğlu haqqında enən bu ayəni necə oxuyurlar? ” Dedim ki : « Xalq onu iki şəkildə oxuyur ; ” İnnəhu aməlun qeyri – u salihin” və ” İnnəhu aməlu qeyri -salehin ” » İmam (ə) dedi ki :” Yalan deyirlər ! O , Nuhun oğlu idi , ancaq Allah Təala onu , atasıyla müxalifət edincə əhlindən çıxartdı . “

Şeyx Səduk (r.ə), “Uyunu əxbar ər-Rıza (ə.s)”, 2/82, bab 31, hədis 3

Hədisi Şeyx Səduq yenə ” Uyunu Əxbar ər-Rıza (ə.s)” kitabında , 2/257-258 , bab 58 , hədis 1-də fərqli bir sənəd ilə Həsən ibn Əli əl- Vəşşa’dan , o da İmam Rza (ə.s)- dan; ” İləluş Şərai ” , 1/36-37 , bab 25 , hədis 1-də eyni sənəd ilə ; Əyyaşi (r.ə) ” Təfsiri Əyyaşi ” , 2/ 151 , hədis 41də mürsəl olaraq rəvayət etmişdir. Yəni hədisin 3 sənədi ( Səduqun ” Uyun ” kitabındakı yuxarıda verdiyimiz sənədi , Səduqun ” Uyun ” kitabında 58- ci babdaki sənədi , Əyyaşidə mürsəl sənədi ) vardır. Əyyaşidə sənədi mürsəl ; Səduqun 2-ci Sənd Səhl ibn Ziyad adlı ravi səbəbindən zəif ; Səduqun yuxarıda köçürdüyümüz hədisinin sənədi isə mütəsil ( kəsilməz ) və ravilərinin hamısı siqə ( etibarlı) olan səhih bir sənəd.

3- cü hədis: Bu hədisi Kuleyni (r.ə) “əl – Kafi” də rəvayət etmişdir ki , hədis bu şəkildədir :

علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس، عن رجل، عن زرارة عن أبي جعفر (عليه السلام) قال: قلت له: فما تقول في مناكحة الناس فإني قد بلغني ما.  تراه وماتزوجت قط، فقال: وما يمنعك من ذلك؟ فقلت: ما يمنعني إلا أنني أخشى أن لا تحل لي مناكحتهم فما تأمرني؟ فقال: فكيف تصنع وأنت شاب، أتصبر؟ قلت: أتخذ الجواري قال: فهات الآن فبما تستحل الجواري؟ قلت:  إن الامة ليست بمنزلة الحرة إن رابتني بشئ بعتها واعتزلتها، قال: فحدثني بما استحللتها؟ قال: فلم يكن عندي جواب.  فقلت له: فما ترى أتزوج؟ فقال: ما ابالي أن تفعل، قلت: أرأيت قولك:  ما ابالي أن تفعل، فإن ذلك على جهتين تقول: لست أبالي أن تأثم من غير أن آمرك، فما تأمرني أفعل ذلك بأمرك؟ فقال لي: قد كان رسول الله (صلى الله عليه وآله) تزوج وقد كان من أمر امرأة نوح وامرأة لوط ما قد كان، إنهما قد كانتا تحت عبدين من عبادنا صالحين، فقلت: إن رسول الله (صلى الله عليه وآله) ليس في ذلك بمنزلتي إنما هي تحت يده وهي مقرة بحكمه، مقرة بدينه قال: فقال لي: ما ترى من الخيانة في قول الله عزوجل ” فخانتاهما ” ما يعني بذلك إلا الفاحشة وقد زوج رسول الله (صلى الله عليه وآله) فلانا
Əli ibn İbrahim mənə Məhəmməd ibn İsadan, o Yunusdan , o bir adamdan , o da Zürarədən izah etdi , dedi ki : Əbu Cəfər (İmam Məhəmməd əl – Baqir (ə.s) )-a dedim ki : “Bizim kimi düşünməyən insanlarla evlənməyə nə deyərsən ? Gördüyün kimi bu yaşıma gəldim hələ evlənəmədim . ” İmam (ə.s) dedi ki :” Evlənmənə maneə törədən nədir? ” Dedim kim: ” onlarla evlənmənin halal olmayacağından qorxduğum üçün evlenmirəm . Mənə nə əmr edirsən? ” İmam (ə.s) dedi ki :  ” Gənc bir insansan , yaxşı nə edirsən? ” Dedim ki: ” cariyələr evliyəm . ” İmam (ə.s) dedi ki : ” İndi söylə baxaq , cariyələrlə birlikdə olmağı necə halal görürsən? ” Dedim ki:” Cariyə qadın azad qadın səviyyəsində deyil . Bir barədə məni şübhəyə salacaq bir davranışı olsa sataram , ondan ayrılaram . ” İmam (ə.s) dedi ki :” Mənə cariyələrlə birlikdə olmağı necə halal gördüyünü izah et. “Buna verəcək cavab tapa bilmədim və dedim ki:” Nə deyərsən ? Evliyəm mi ? ” İmam (ə.s) dedi ki : ” Əgər etsən bu məni maraqlandırmaz. “Dedim ki : « sözünün 2 anlama gəldiyini görürəm . “Mən sənə əmr etmədən günah görərsən bu məni maraqlandırmaz” demək istəyirsən? Mənə nə əmr etsəm sənin əmrinlə onu edərəm. » İmam (ə.s) dedi ki : « Rəsulullah (s.ə.ə) də evlənmişdi , Nuh və Lut (ə.s)-ın həyat yoldaşlarının vəziyyətinə bənzər vəziyyət meydana gəldi  “Onlar iki saleh bəndənin nihakları altında idilər ” (Təhrim , 10 ) buyurulmuşdur. » Dedim ki: “Bu barədə Rəsulullah (s.ə.ə)  mənim mövzumda deyil . Həyat yoldaşı onun əlinin altında , onun hökmünü qəbul edirdi , dinini mənimsəyirdi. ” İmam (ə.s) dedi ki : « Bəs Allah əzzə və cəllənin “İki bəndəmizə xəyanət etdilər” (Təhrim , 10 ) sözündə keçən xəyanətə nə deyərsən ? Bununla fahişəlik ( çirkinlik ) xaricində bir şey qəsd edilmir. Və Rəsulullah (s.ə.ə) də filanə ( Aişə ) ilə evlənmişdi. »

Kuleyni (r.ə) , “əl – Kafi” , 2/ 402 , İman və Küfr kitabı , bab 171 , hədis 2

Bu hədisin sənədi mürsəldir çünki Yunus ilə Zürarə arasında  ” bir adam” deyə təbir edilən ravi bilinmir. Amma eyni hədisi Kuleyni (r.ə)  “əl – Kafi” , 5/ 350 , Nigah kitabı , bab 27 , hədis 12-də başqa bir sənəd ilə rəvayət etmişdir . Və o sənəd mütəssil ( kəsilməz ) və bütün raviləri hamısı siqə ( etibarlı)-dir . Sadəcə olaraq o sənəddəki ravilərdən ikisi ( ibni Faddal və ibni Bukeyr ) Fətahi məzhəbindəndir ki, bu vəziyyətdə hədis müvəssəq dərəcəsində olacaq. Necə ki Şeyhul İslam da  ” əl- Kafi” şərhində bu ikinci sənəd haqqında deyir ki :

الحديث الثاني عشر: موثق
12-ci hədis: müvəssəq

II Məclisi (r.ə) , ” Miratul Uqul ” , 20 / 52

Və bildiyimiz kimi müvəssəq hədis səhih və həsən hədislər kimi mötəbər və dəlildir . Başqa sözlə sənəd baxımından hədis mötəbərdir .

Amma hədisin mətninə gəlincə , əvvəlcə Yasir əl- Həbibin bu hədisdən nə əldə etməyə çalışdığını izah edək. Yasir qısaca dediyi bu: Görüldüyü kimi hədisdə İmam (ə.s) Rəsulullah( s.ə.ə)-in arvadı ( Aişə ) haqqında ” Nuh və Lut (ə.s) -ın həyat yoldaşlarının vəziyyətinə bənzər vəziyyət meydana gəldi” Buyurur: Bəs Hz. Nuh və Hz. Lut (ə.s)-ın xanımları haqqında meydana gələn vəziyyət nədir? Allah azzə və cəllənin də buyurduğu kimi xəyanət etmişdilər. İmam (ə.s) da Aişənin vəziyyətinin Hz. Nuh və Hz. Lut (ə.s)-ın vəziyyəti kimi olduğundan demək ki , Aişə də xəyanət etmişdir. yaxşı “xəyanət etdi” məqsəd nədir? məqsəd zina edərək ərlərinə xəyanət etmələridir

Bu Yasir əl- Həbibin hədisin mətnindən çıxarımıdır .Biz də ” xəyanət etdilər  sözünün mənası zina etdilər deməkdir ” qisimi xaric bunların hamısını qəbul edirik. Lakin ” xəyanət etdilər” dən məqsəd zina etdilər mənasında olduğunu qəbul etmirik. Çünki ” xəyanət” yalnız zina mənasını verməməkdədir və üstəlik hədisin mətni ” xəyanət” sözü ilə zinanın deyil küfrün nəzərdə tutulduğunu ortaya qoymaqdadır. İndi hədisin mətnini daha yaxşı anlamamız üçün hədisin mətnini parça parça ayırıb araşdıraq: Hədis Zürarə ilə İmam Məhəmməd əl – Baqir (ə.s) arasında keçən bir danışıqdı. Burada Zürarə İmam (ə.s)-a bizim kimi (yəni şiə) olmayanlar ilə evliliyi soruşur. Səbəb isə onlarla evlənmənin halal olmayacağından qorxması . Yəni burada söhbətin üzərinə edildiyi mövzu küfr və bidət əhlindən biri ilə evlilikdir , zina və ya başqa bir cinayət deyil . İmam (ə.s) Zürarənin Hz. Nuh , Hz. Lut və Rəsulullah (s.ə.ə)-in kafir olan arvadlarını nümunə verir. Zürarə isə Aişənin Rəsulullah (s.ə.ə)-in hökmünü qəbul etdiyini , onun dini altında olduğunu söyləyərək buna qarşılıq verir. Yəni Zürarə , özü dövründə olan batil və bidət əhli təriqətlərə mənsub olan qadınların Aişə ilə bir mövqedə olmayacağını , çünki Aişənin Rəsulullah (s.ə.ə)-in dini üzrə olduğunu söyləyir. İmam (ə.s) isə Zürarənin Aişə haqqındakı düşüncəsinin səhv olduğunu ortaya qoymaq üçün “xəyanət etdilər” ayəsini zikr edir. Bunu dəlil gətirərək Zürarənin  ” Aişə Rəsulullah (s.ə.ə)-in hökmünü qəbul edirdi , dinini mənimsəyirdi” iddasını rədd edir. Yaxşı ayədəki “xəyanət” ilə nə nəzərdə tutulur? Zina yoxsa kafirlik mi ? Bunu anlamaq üçün təkrar söhbətin hansı mövzu üzərinə olduğuna baxırıq. Söhbət kafir və bidət əhlinə mənsub biri ilə evlənmək üzərinə İmam (ə.s) 3 peyğəmbərin arvadını nümunə verir. Zürarə isə cavab verərək Aişənin Rəsulullah (s.ə.ə)-in dininə bağlı olduğunu söyləyir. İmam (ə.s) isə “xəyanət etdilər” ayəsini oxuyaraq bunun belə olmadığını göstərir. Başqa sözlə “xəyanət etdilər” sözündən məqsəd din baxımından xəyanət edərək kafir olduqlarıdır.

4- cü rəvayət: Yasir əl- Həbibin bu mövzuda gətirdiyi bir başqa dəlil hafiz Rəcəb əl- Bərsi’nin ” Məşariku Ənvar əl- Yakin ” kitabında köçürdüyü bir rəvayətdir. Rəcəb əl- Bərsin bu rəvayəti Husaybinin  ” Hidayetul Kübra ” adlı kitabından köçürmüşdür ki , həm kitabın müəllifi Husaybinin özü və həm də rəvayət zəncirində keçən ravilər problemlidir. Əlavə olaraq rəvayətin mətni də zinaya dəlalət etmir. Biz bu rəvayəti daha əvvəl araşdırdığımız üçün yalnız link buraxırıq , baxın : İmam Həsən (ə) Aişənin zina etdiyini söylədi mi ?

Bunlar , Yasir əl- Həbibin iddalarını isbat etmək üçün gətirdiyi dəlillərdi . Göründüyü kimi  ” Təfsiri Əyyaşi” və ” Təfsiri Qummi ” dən gətirdiyi ilk 2 hədis zəif və bunun tam tərsini Şeyx Səduq (r.ə) səhih səndlə rəvayət etmişdir . “Əl – Kafi ” dən gətirdiyi dəlilin isə ortaya qoyduğumuz üzrə onun iddası ilə bir əlaqəsi yoxdur. ” Məşariku Ənvar ” kitabından gətirdiyi dəlil isə bizim qaynaqlarımızda mövcud olmayan , fasid əqidəli Husaybinin yazdığı ” Hidayətul Kubra ” kitabından olmaqla birlikdə ” Hidayətul Kubra ” kitabında da rəvayətin sənədi səhih deyil . Əlavə olaraq rəvayətin mətni də zinaya dəlalət etmir.

Vəlhəmdulillahi Rəbbil Aləmin .

Bir şərh yazın