Dəstəmazda ayaqların yuyulması haqqında bəzi şübhələr və cavabı


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu üzrə dəstəmazda ayaqlar məsh edilməlidir və bu mövzu Quran və Sünnəni Nəbəvi ilə sabitdir. Quran açıq-aşkar bir şəkildə, oxuduğunun nə mənanı verdiyini bilən hər kəsin anlayacağı sadəlikdə ayaqların məsh edilməsini əmr etməkdədir. Eyni şəkildə Sünnəni Nəbəvi (s.ə.ə)-də də ayaqların yuyulması sabitdir. Lakin nasibilər yəhudi fiqhinə tabe olduqları üçün ayaqlarını yumaqdadırlar. Bizlər nasibilərə “siz bunu yəhudilərdən əldə etdiniz” dediyimiz üçün nasibilər özlərini bu yəhudi damgasından qurtarmaq üçün İslami-Şiə qaynaqlardan ayaqların yuyulması lazım olduğuna dair dəlillər yetirməyə çalışırlar. Gətirdikləri bu sözdə dəlillər 4 hədisdir ki, inşaAllah bu yazıda onların gətirdiyi bu dəlillərə cavab verəcəyik.

1-ci hədis: Bu hədisi Əyyaşi (r.ə) mürsəl olaraq Əli ibn Əbu Həmzədən bu şəkildə rəvayət etmişdir:

عن على بن أبى حمزة قال : سألت أبا ابراهيم عليه السلام عن قول الله : ( يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ ) إلى قوله ( إلى الكعبين ) فقال : صدق الله قلت :جعلتفداك كيف يتوضأ ؟ قال : مرتين مرتين ، قلت : يمسح ؟ قال : مرة مرة ، قلت : من الماء مرة ؟ قال : نعم ، قلت : جعلت فداك فالقدمين ؟ قال : اغسلهما غسلاƏli ibn Əbu Həmzə dedi ki: Əbu İbrahim (İmam Musa əl-Kazım (ə)) -dan Allahın  “Ey iman gətirənlər! Namaza qalxdığınız zaman ”  sözündən  ” inci sümüklərinə qədər “(Maidə, 6) sözünə qədər soruşdum. İmam(ə) dedi ki: “Allah doğru buyurmuşdur.” Dedim ki: “Sənə fəda olum, necə yuyum?” Dedi ki: “İki dəfə (yumaqla).” Dedim ki: “Məsh necə edirlər?” Dedi ki: “Bir dəfə. “Dedim ki: ” Sudan bir dəfəmi? ” Dedi ki:  ” Bəli. ”  Dedim ki:” Sənə fəda olum ya ayaqlar? “Dedi ki:” Yumaqla yu. “

Əyyaşi, “Təfsiri Əyyaşi”, 1/301, hədis 58

Cavab: Bu rəvayətin sənədi 2 istiqamətdən zəifdir. Əvvəlcə hədisin sənədi mürsəldir çünki müəllif Əyyaşi (r.ə) ilə ravi Əli ibn Əbu Həmzə arasındakı sənəd mövcud deyil. İkinci olaraq, ravi Əli ibn Əbu Həmzə yalançı və məlun biridir. Onun haqqında daha əvvəlki yazılarımızda məlumat verdiyimiz üçün təkrar etmir və yalnız link verməklə kifayətlənirik, baxın: Hz. Ebu Talib a.s’ın Rasulullah s.a.a’i emzirmesi ile ilgili hadis sahih midir?

2-ci hədis: Bu hədis isə İbrahim ibn  Məhəmməd əs-Səqafi (r.ə)-ın rəvayət etdiyi bir məktubdur. Bu məktubu İmam Əli (ə) özünün Misir qubernatoru Məhəmməd ibn Əbu Bəkirə yazmışdır. Məktubun dəstəmaz haqqında olan hissəsi belədir:

ثم الوضوء فإنه من تمام الصلاة 5، اغسل كفيك ثلاث مرات، وتمضمض ثلاث مرات، واستنشق ثلاث مرات، واغسل وجهك ثلاث مرات، ثم يدك اليمنى ثلاث مرات إلى المرفق، ثم يدك الشمال ثلاث مرات إلى المرفق، ثم امسح رأسك، ثم اغسل رجلك اليمنى ثلاث مرات، ثم اغسل اليسرى ثلاث مرات، فإني رأيت النبي – صلى الله عليه وآله – هكذا كان يتوض
sonra, dəstəmazına bax (diqqət et) çünki o namazın tamamındandır. Əllərini 3 dəfə məzməzə et, 3 dəfə istimşak et, üzünü yu, sağ qolunu yu, sol qolunu yu, sonra başını məsh et, sağ ayağını üç dəfə yu, daha sonra isə sol ayağını üç dəfə yu. Çünki mən Rəsulullah (s.ə.ə)-in belə dəstəmaz aldığını gördüm.

əs-Səqafi, “Ğarat”, səhifə 244-245

Cavab: Əvvəlcə bu rəvayət əs-Səqafi (r.ə)-ın “Ğarat”  kitabındandır, əs-Səqafinin özü siqə(etibarlı) və böyük bir alimdir, “Ğarat” adlı kitab da onun kitabıdır. Lakin “Ğarat” kitabı əlimizə səhih bir yol  ilə çatmamışdır. Yəni bu gün əlimizdə mövcud olan “Ğarat” adlı kitabın gerçəkdə əs-Səqafi (r.ə)-ın yazdığı “Ğarat” kitabı olub olmadığı, kitaba əlavə edilib edilmədiyi, ondan çıxarmaları olub olmadığı bilinmir. Buna görə bu kitab mötəbər deyil. Şeyx Müslim əd-Dərəvi (h.a) bu kitab haqqında deyir ki:

الطريق الى كتب سبعة طرق أربعة منها للنجاشى و واحد  للشيخ و اثنان للصدوق إلا أن هذه الطرق كلها وقعت موردا للبحث ففي الطريق الأول للنجاشى عباس بن السندي (السري) و هو مجهول و في الثاني محمد بن زيد الرطال (الرطاب) و هو غير موثق و في الثاث أحمد بن علوية و هو مجهول و في الرابع عبد الرحمان بن إبراهيم المشملي و هو مجهول ايضا و في طريق الشيخ عبد الرحمان بن إبراهيم المشملي و في طريقي الصدوق أحمد بن علوية و هو مجهول. و الطرق كلها غير معتبر فلا يمكن ا لاستناد إلي هذا الكتب، و لا يصح أن يكون مدركا الأحكام الشرعية
Kitaba olan tarik 7 dənədir, 4-ü Nəcaşinin, 1-i Şeyx (Tusi) -nin və 2-i də Səduqun tarikidir. Ancaq bu tariki hamısı müzakirəyə açıqdır. Nəcaşinin ilk tarikində Abbad ibn Sindi(Sirri) vardır və o məchuldur. İkinci tarikdə Məhəmməd ibn Zeyd vardır və o təvsiq edilməmişdir. Üçüncü tarikdə Əhməd ibn Əlviyyə vardır və o məchuldur. Dördüncü tariktə Abdurrahman ibn İbrahim vardır və o da eyni şəkildə məchuldur. Şeyx (Tusi)-nin tarikində yenə Abdurrahman ibn İbrahim vardır. Və Səduqun tarikində Əhməd ibn Əlviyyə  vardır ki, o da məchuldur. Və tariki hamısı mötəbər deyil və bu kitaba istinad etmək mümkün deyil. Və Şəri hökmləri bu kitabdan əldə etmək doğru deyil.

Şeyx Müslim əd-Dərəvi (h.a), “Aslu ilmur-Rical”, səhifə 287-288

İkinci olaraq, “Ğarat” kitabında bu məktubun sonunda iştirak edən “sonra başını məsh et, sağ ayağını üç dəfə yu, daha sonra isə sol ayağını üç dəfə yu.” sözü təhrif edilmişdir. “Ğarat” kitabında iştirak edən İmam Əli (ə)-ın Muhəmməd ibn Əbu Bəkir (r.ə)-a yazdığı bu məktubu Şeyx Müfid (r.ə) “Emali” adlı kitabında əs-Səqəfidən rəvayət etmişdir ki, orada “sonra başını və ayaqlarını məsh et” sözü mövcuddur.

suphe-abdest-mufid   suphe-abdest-mufid1   suphe-abdest-mufid2

Şəkildə gördüyünüz Şeyx Müfid (r.ə)-ın “Əmali” kitabıdır, işarələdiyiniz yerdə Şeyx Müfid (r.ə) “Ğarat” kitabının sahihi əs-Səqafidən İmam Əli (ə)-ın Məhəmməd ibn Əbu Bəkirə yazdığı məktubu rəvayət etməkdədir:

قال: أخبرني أبو الحسن علي بن محمد بن حبيش الكاتب قال: أخبرني الحسن بن علي الزعفراني قال: أخبرني أبو إسحاق إبراهيم بن محمد الثقفي قال: حدثنا عبد الله بن محمد بن عثمان قال: حدثنا علي بن محمد بن أبي سعيد، عن فضيل بن الجعد، عن أبي إسحاق الهمداني قال: لما ولي أمير المؤمنين علي بن أبي طالب عليه الصلاة والسلام محمد بن أبي بكر مصر وأعمالها كتب له كتابا، وأمره أن يقرأه على أهل مصر وليعمل بما وصاه به فيه فكان الكتاب:
ثم أنظر إلى الوضوء فإنه من تمام الصلاة، وتمضمض ثلاث مرات، واستنشق ثلاثا، واغسل وجهك، ثم يدك اليمنى، ثم يدك اليسرى، ثم امسح رأسك ورجليك، فإني رأيت رسول الله صلى الله عليه وآله يصنع ذلك
Mənə Əbul Həsən Əli ibn Məhəmməd xəbər verdi, dedi ki: Mənə Həsən ibn Əli Zəfarani xəbər verdi, dedi ki: Mənə İbrahim ibn Məhəmməd əs-Səqəfi xəbər verdi, dedi ki: Mənə Abdullah ibn Məhəmməd ibn Osman izah etdi, dedi ki: Əli ibn Məhəmməd mənə Fudayl ibn Çadda, o da Əbu İshaq əl-Həmədanidən izah etdi, dedi ki: Möminlərin Əmri (İmam Əli (ə)) Məhəmməd ibn Əbu Bəkri vali təyin edincə onun üçün bir kitab (məktub) yazdı və kitabı Misir xalqına xumasını, özünün də ona əməl etməsini əmr etdi. O kitabda bunlar vardı: “Sonra, dəstəmazını bax (diqqət et) çünki o namazın tamamındandır. Əllərini 3 dəfə məzməzə et, 3 dəfə istimşak et, üzünü yu, sağ qolunu yu, sol qolunu yu, sonra başına və ayaqlarına məsh et. Çünki mən Rəsulullah (s.ə.ə)-in belə dəstəmaz aldığını gördüm.

Şeyx Müfid (r.ə), “Əmali”, səhifə 266-267

3 və 4-cü hədislər: Dəstəmazda ayaqların yuyulması mövzusunda şübhə ortaya atanların sarıldığı bu 2 hədisi Kuleyni və Tusi (r.ə) rəvayət etmişdir. Hədislər belədir:

عدة من أصحابنا، عن أحمد بن محمد، وأبي داود جميعا، عن الحسين بن سعيد، عن فضالة بن أيوب، عن الحسين بن عثمان. عن سماعة، عن أبي بصير، عن أبي عبدالله (ع) قال: إذا نسيت فغسلت ذراعك قبل وجهك فأعد غسل وجهك ثم اغسل ذراعيك بعد الوجه فإن بدأت بذراعك الايسر قبل الايمن فأعد غسل الايمن ثم اغسل اليسار وإن نسيت مسح رأسك حتى تغسل رجليك فامسح رأسك ثم اغسل رجليك
Əshabımızdan bir qismini mənə Əhməd ibn Məhəmməd və Əbu Davuddan, bunlar Hüseyn ibn Səiddən, o Fudale ibn Eyyubdan, o Hüseyn ibn Osmandan, o Səmaədən, o Əbu Basardan, o da Əbu Abdullah (İmam Cəfər əs-Sadiq (ə))-dan izah etdi, dedi ki: “….. başını məsh et və ayaqlarını yu.”

Kuleyni (r.ə), “əl-Kafi”, 3/35, Təharət kitabı, bab 21, hədis 6

فأما ما رواه محمد بن الحسن الصفار عن عبيد الله بن المنبه عن الحسين بن علوان عن عمرو بن خالد عن زيد بن علي عن آبائه عن علي عليه السلام قال: جلست أتوضأ فاقبل رسول الله صلى الله عليه وآله حين ابتدأت في الوضوء، فقال: لي تمضمض واستنشق واستن ثم غسلت ثلاثا فقال قد يجزيك من ذلك المرتان، فغسلت ذراعي ومسحت برأسي مرتين، فقال: قد يجزيك من ذلك المرة وغسلت قدمي، فقال: لي يا علي خلل بين الأصابع لا تخلل بالنار
Amma Məhəmməd ibn Həsən əs-Səffarın Ubeydullah ibn Mənbədən, onun Hüseyn ibn Ulvandan, onun Əmr ibn Xaliddən, o Zeyd ibn Əlidən, onun atalarından, onların da Əli (ə.s)-dan rəvayət etdiyi «dəstəmaz almaq üçün oturmuşdum, dəstəmaz almağa başlamaq üzrəykən Rəsulullah (s.ə.ə) gəldi və dedi:” məzməzə və istimşak et, sonra 3 (üzünü) dəfə yu. Eyni şəkildə 2 dəfə yumaq da caizdir. Qollarını yu və 2 dəfə başını məsh et  eyni şəkildə 1 dəfə məsh etmək də caizdir. və ayaqlarını yu. “» hədisinə gəlincə ….

Şeyx Tusi r.ə, “İstibsar”, 1/66, Təharət kitabı, hədis 8 (196)

Cavab: bu rəvayətlərin hər ikisi sənəd baxımından səhihdir lakin hədislərin mətni təqiyyə ilə varid olmuşdur. Onsuz da mövzu haqqında məlumatı olan hər kəsə məlum olduğu kimi Şeyx Tusi (r.ə)-ın “Təhzib” və “İstibsar” adlı kitablarında metoddan hər hansı bir mövzuda əvvəl səhih hədisləri vermək daha sonra isə o mövzuda olan zəif və ya təqiyyə ilə (r.ə) “ayaqları məshin vacib olması babı (باب وجوب المسح على الرجلين)” adlı hissədə ayaqları məsh edilməsi lazım olduğunu bildirən səhih hədisləri verdikdən sonra ayaqların yuyulması lazım olduğunu bildirən bu rəvayəti gətirib cavab verməkdədir. Şeyx (r.ə) rəvayətdən dərhal sonra deyir ki:

فهذا خبر موافق للعامة وقد ورد مورد التقية لان المعلوم الذي لا يتخالج فيه الشك من مذاهب أئمتنا عليهم السلام القول بالمسح على الرجلين وذلك أشهر من أن يدخل فيه شك أو ارتياب، بين ذلك أن رواة هذا الخبر كلهم عامة ورجال الزيدية وما يختصون بروايته لا يعمل به على ما بين في غير موضع
Bu xəbər Ammə (əhli sünnəyə) müvafiqdir və təqiyyə ilə varid olmuşdur. Çünki zərrə qədər şübhə olmadan məlum olan İmamlarımız (ə.s)-ın məzhəbinin ayaqları məsh etmək olduğudur. Bu mövzu üzərində şübhə edilməyəcək qədər məşhurdur.

 Şeyx Tusi (r.ə), “İstibsar”, 1/66, Təharət kitabı, hədis 8 (196)

İndi əgər kimsə imamiyyə əqidəsindən, hədis elmi və bu sahədən xəbərsiz şəkildə sırf mübahisə üçün “təqiyyə olduğu haradan məlumdu?” deyə etiraz edəcək olarsa ona veriləcək olan cavab məhz budur: bəzən İmamlarımız (ə) nasibi krallarının səbəbindən təqiyyə etmiş və nasibi rəvayətlərinə uyğun olan fikirlər bəyan etmiş və hökmlər vermişdir. Lakin İmamlarımız (ə) öz səhabələrinə daha sonra təqiyyə və ya bənzəri səbəblərlə deyilənləri gerçək olanından ayıra bilmələri üçün bəzi qaydalar öyrətmişdir. bu qaydalardan biri “rəvayətləri Qurana ərz edin” şəklində digəri isə “eyni mövzuda bir-birinə zidd 2 hədis mövcudsa onu amme (sünni) rəvayətlərə ərz edin və onlara müxalif olanı alın” şəklindədir. İmamlarımız (ə)-ın öyrətdiyi bu qaydaları görə bilmək üçün linkə baxın:  Hədisləri ayırd etmək üçün  Məsumlar (ə)-in öyrətdiyi  üsullar

Və ayaqların yuyulmasını bildirən bu rəvayətlər həm Qurana və həm də mütəvatir xəbərlərə müxalifdir. Çünki Quran açıqca ayaqların məsh edilməsini əmr etməkdədir, baxın: Dəstəmaz ayəsinin təfsiri | تفسيرآية الوضوء

Eyni şəkildə Nəbi (s.ə.ə)-in sünnəsindən mütəvatir olaraq sadir olan da ayaqların məsh edilməsidir, baxın:  Nəbi (s.ə.ə)-in sünnətində dəstəmaz və  ayqlar məsh edilməlidir.

Dolayısı ilə ayaqların yuyulmasını bildirən bu rəvayətlər Qurana və Sünnəni Nəbəvi (s.ə.ə)-ə müxalif olduğundan təqiyyə ilə varid olduğu qətidir.

Vəlhəmdulillahi Rəbbil Aləmin .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma