Şəri hökmləri əldə etməkdə qiyas(müqayisə) qanunidirmi?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Məlum olduğu kimi bəzi firqələr şəri hökmləri qiyas vasitəçiliyi ilə əldə etməyi qanuni görməkdədirlər. Bildiyimiz qədəri ilə ilk dəfə bu düşüncə Əbu Hənifə tərəfindən ortaya qoyulmuşdur. Yaxşı qiyas nə anlama gəlir? bu mövzuda qısaca şərh verək:

Qiyas lüğətdə  təqdir , bərabərlik , bir şeyi digər bir şey ilə ölçmək mânasına gəlir. Buna ” qiyas ” da deyilir.

Terminin mənası, müxtəlif surətlərdə tərif edilmişlər. Bu təriflərin ikisini təqdim edirəm : Qiyas: Bir şəri məsələnin hökmünü əsas götürərək o məsələyə misil və bənzər digər bir məsələ haqqında hökm ortaya qoymaqdır.

Qiyas: şəri hökmü məlum olmayan bir hadisəni şəri hökmü bilinən başqa bir hadisəyə bənzətməklə hökm verməkdir. Beləki iki hadisədən birinin səbəbi kimi bir səbəb , digərində də tapılsa  onun hökmü kimi bir hökm bu ikinci hadisə üçün də verilə bilər.

muslumaniz.org/kiyas/

Yaxşı qiyas İslamın qanuni gördüyü bir üsul ola bilərmi ? Bu mövzuda Məsumlar (ə) nə demişdir? İnşaAllah bu yazıda səhih hədislərlə Məsumlar (ə)-ın qiyas haqqında nə dediyini paylaşacağıq.

meveddet-ayeti-berkikiyas-berki1  kiyas-berki2  kiyas-berki3

Şəkildə gördüyünüz Hz. Cavad ( İmam Məhəmməd ət – Təqi (ə) ) və Hz. Hadi ( İmam Əli ən – Nəqi (ə) )-ın səhabələrindən olan Bərki (r.ə)-ın ( vəfatı hicri 274 ) ” Məhasin ”  kitabıdır. İşarələdiyiniz yerdə bu ifadələr var:

عنه عن أبيه عن فضالة عن أبان الأحمرعن أبي شيبة قال سمعت أبا عبد الله (ع) يقول إن أصحاب المقاييس طلبوا العلمبالمقاييس فلم يزدهم المقاييس من الحق إلا بعدا و إن دين الله لا يصاب بالمقاييس
Atam mənə Fudaləyə , o Eban əl- Əhmərdən, o da Əbu Şeybə əl- Xorasanidən izah etdi , dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə))-ın belə dediyini eşitdim: « Qiyas tərəfdarları, qiyas vasitəsilə məlumata çatmaq istəyirlər , ancaq qiyas onları haqdan uzaqlaşdırır başqa bir qatqısı olmaz. Qiyas üsuluyla Allahın dinində məqsədəuyğun bir nəticəyə çatılmaz. »

عنه عن الحسن بن علي بن يقطين عنالحسين بن مياح عن أبيه عن أبي عبد الله (ع) قال إن إبليس قاس نفسه بآدم فقال خَلَقْتَنِي مِنْ نارٍ وَ خَلَقْتَهُ مِنْ طِينٍ فلو قاس الجوهر الذي خلق الله منهآدم بالنار كان ذلك أكثر نورا و ضياءً من النار
Həsən ibn Əli ibn Yaktin mənə Hüseyn ibn Məyyahdan, o atasından, o da Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə) )-dan izah etdi, dedi ki : « İblis, özünü Adəm (ə) ilə qiyasladı  və belə dedi: ” Sən məni oddan, onu palçıqdan yaratdın . ” ( Sa’ d , 76 )  Əgər Allahın, Adəm (ə)-ı yaratdığı özü , odla qiyaslasaydı , bunun atəşdən çox daha işıqlı və nur saçan bir şey olduğunu görəcəkdi. »

عنه عن أبيه عن محمد بن أبي عمير عنمحمد بن حكيم قال قلت لأبي الحسن موسى بن جعفر (ع) جعلت فداك فقهنا في الدين وأغنانا الله بكم عن الناس حتى أن الجماعة منا لتكون في المجلس ما يسأل رجل صاحبهيحضره المسألة و يحضره جوابها منا من الله علينا بكم فربما ورد علينا الشي‏ء لميأتنا فيه عنك و لا عن آبائك شي‏ء فننظر إلى أحسن ما يحضرنا و أوفق الأشياء لماجاءنا عنكم فنأخذ به فقال هيهات هيهات في ذلك و الله هلك من هلك يا ابن حكيم ثم قاللعن الله أبا حنيفة يقول قال علي و قلت و قال محمد بن حكيم لهشام بن الحكم و اللهما أردت إلا أن يرخص لي في القياس
Atam mənə Məhəmməd ibn Əbu Umeyrdən, o da Məhəmməd ibn Hakimdən izah etdi, dedi ki : Əbul Həsən Musa ibn Cəfər ( İmam Musa əl – Kazım (ə))-a dedim ki : “Sənə qurban olum. Sizin sayənizdə dində dərin qavrayışa sahib olduq və Allah, bizi başqa insanlara möhtac etmədi. Hətta bizdən biri, bir məclisdə oturanda, bir kimsə yoldaşına bir sual etdiyi zaman, Allahın, sizin vasitənizlə bizə bəxş etdiyi nemət sayəsində bu problemin cavabını bilir . Ancaq bəzən qarşımıza bir məsələ çıxa bilər və bu barədə nə səndən nə də atalarından bir şərh gəlməmiş ola bilər. Belə bir vəziyyətdə ağılımıza gələn ən gözəl cavabı və sizdən bizə çatan açıqlamalara ən uyğun şərhi qiyaslaya  bilərikmi ? ” İmam (ə) dedi ki : « Heyhat! Heyhat! Ey Hakimin oğlu! Bu üsulu tətbiq üçün , Allaha and içirəm ki , bir çox insan həlak oldu. Allah Əbu Hənifəyə lənət etsin ki: “Əli elə deyir , mən də belə deyirəm.” Deyərdi. » Məhəmməd ibn Hakim, Hişam ibn Hakimin demişdir ki : ” Allaha and içirəm ki , mən yuxarıdakı sualı, qiyas etmək üçün icazə almaq məqsədilə göndərmişdik. “

عنه عن عثمان بن عيسى قال سألت أباالحسن موسى (ع) عن القياس فقال ما لكم و للقياس إن الله لا يسأل كيف أحل و كيف حرم
Mənə Osman ibn İsa izah etdi, dedi ki : Əbul Həsən Musa ( İmam Musa əl – Kazım (ə) )-a qiyas haqqında bir sual soruşdum, dedi ki : « Sizin qiyasda nə işiniz var ? Allaha bir şeyi necə halal buyurduğu , necə haram qıldığı soruşulmaz. »

عنه عن أبيه عن فضالة بن أيوب عنموسى بن بكر عن فضيل بن يسار عن أبي جعفر (ع) قال إن السنة لا تقاس و كيف تقاس السنةو الحائض تقضي الصيام و لا تقضي الصلاة
Atam mənə Fudalə ibn Eyyubdan, o Musa ibn Bəkirdən, o Fudeyl ibn Yəsardan, o da Əbu Cəfər ( İmam Məhəmməd əl- Baqir (ə))-dan izah etdi, dedi ki : « Sünnə qiyas qəbul etməz. Aybaşı halındakı bir qadının tutmadığı orucları daha sonra qəza etdiyi halda , qıla bilmədiyi namazları qəza etmədiyini bilmirsənmi? »

عنه عن أبيه عن صفوان بن يحيى عن عبدالرحمن بن الحجاج عن أبان بن تغلب قال قلت لأبي عبد الله (ع) رجل قطع إصبع امرأةفقال فيها عشرة من الإبل قلت قطع اثنين قال فيهما عشرون من الإبل قلت قطع ثلاثأصابع قال فيهن ثلاثون من الإبل قلت قطع أربعا قال فيهن عشرون من الإبل قلت أ يقطعثلاثا و فيهن ثلاثون من الإبل و يقطع أربعا و فيها عشرون من الإبل قال نعم إنالمرأة إذا بلغت الثلث من دية الرجل سفلت المرأة و ارتفع الرجل إن السنة لا تقاس ألا ترى أنها تؤمر بقضاء صومها و لا تؤمر بقضاء صلاتها يا أبان حدثتني بالقياس و إنالسنة إذا قيست محق الدين
Atam mənə Safvan ibn Yəhyadan, o Abdurrahman ibn Haccacdan, o da Eban ibn Tağlibvdən izah etdi, dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə) ) dedi ki : « Sünnə qiyas qəbul etməz. Aybaşı halındakı bir qadının tutmadığı orucları daha sonra qəza etdiyi halda , qıla bilmədiyi namazları qəza etmədiyini bilmirsənmi? Ey Eban ! Sünnə qiyas edildiyi zaman din ortadan qalxar. »

عنه عن القاسم بن يحيى عنجده الحسن بن راشد عن محمد بن مسلم عن أبي عبد الله (ع) في كتاب أدب أمير المؤمنين عقال لا تقيسوا الدين فإن أمر الله لا يقاس و سيأتي قوم يقيسون و هم أعداء الدين
Qasım ibn Yəhya mənə cəddi Həsən ibn Raşidin, o Məhəmməd ibn Müslimdən, o da Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə) )-dan izah etdi, dedi ki : « Möminlərin Əmri (İmam Əli (ə) )- ın kitabında belə yazılmışdır: ” Dində qiyas etməyin , çünki Allah qiyas etməməyi əmr etmişdir . “Daha sonar qiyas edən qövm gəldi və onlar dinin düşmənləridir. »

Bərki (r.ə), “Məhasin”, 1/211-214, hədis 79, 81, 89, 94, 96, 97

Burada axtardığım hədislərdən birinci hədis olan Əbu Şeybənin İmam Cəfər əs- Sadiq (ə)-dan rəvayət etdiyi hədisi Kuleyni (r.ə)  əl-Kafi”, 1/33, Elmin fəziləti kitabı, bab 19, hədis 7 də ravi  Əban ibn Osmana qədər başqa bir sənəd ilə rəvayət etmişdir .

İkinci hədis olan Hüseyn ibn Məyyahın atasından rəvayət etdiyi hədisi Kuleyni (r.ə)  əl-Kafi”, 1/34, Elmin fəziləti  kitabı, bab 19, hədis 18  dən canlı rəvayət etmişdir .

Üçüncü hədis olan Məhəmməd ibn Hakimin İmam Musa əl – Kazım (ə)-dan rəvayət etdiyi hədisi Kuleyni (r.ə) əl-Kafi”, 1/33, Elmin fəziləti  kitabı, bab 19, hədis 9‘ da ravi Məhəmməd ibn Əbu Umeyrə qədər başqa bir sənəd ilə rəvayət etmişdir .

Dördüncü hədis olan Osman ibn İsanın İmam Musa əl – Kazım (ə)-dan rəvayət etdiyi hədisi Kuleyni (r.ə) əl-Kafi”, 1/34, Elmin fəziləti  kitabı , bab 19, hədis 16‘ ‘da Bərki (r.ə)-dan canlı rəvayət etmişdir .

Altıncı hədis olan Əban ibn Tağlibin İmam Cəfər əs- Sadiq (ə)-dan rəvayət etdiyi hədisi Kuleyni (r.ə) əl-Kafi”, 1/34, Elmin fəziləti  kitabı , bab 19 hədis 15 ‘də ravi Səfvan ibn Yəhyaya qədər başqa bir sənəd ilə rəvayət etmişdir .

meveddet-ayeti-himyeri  kiyas-himyeri1  kiyas-himyeri2kiyas-himyeri3

Şəkildə gördüyünüz Hz.Rza, Hz.Əli əl- Hadi ən-Nəqi və Hz.Əsgəri (ə)-ın səhabələrindən olan Abdullah ibn Cəfər əl – Himyəri (r.ə)-ın ( vəfatı hicri 300 )  ” Kurbul isnadı ”  kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

قال : وحدثني مسعدة بن صدقة قال : حدثني جعفر بن محمد، عن أبيه عليه السلام : أن علياً عليه السلام قال : «من نصب نفسه للقياس لم يزل دهره في التباس، ومن دان الله بالرأي لم يزل دهره في ارتماس»
Mənə Məsadə ibn Sədəqə izah etdi, dedi ki : Cəfər ibn Məhəmməd ( İmam Cəfər əs- Sadiq (ə)) mənə atası ( İmam Məhəmməd əl- Baqir(ə) )-dan izah etdi , dedi ki : «Əli (ə) dedi: Bir kimsə qiyas kürsüsünə qurularsa , ömrü səhvlər içində keçər. Bir kimsə , fərdi fikirinə əsaslanaraq Allaha qulluq təqdim etsəniz , ömrü boş işlərə dalmaqla keçib gedər. ” »

قال وقلت : للرضا عليه السلام : جعلت فداك ، إن بعض أصحابنا يقولون : نسمع الأثر يحكى عنك وعن آبائك عليهم السلام فنقيس عليه ونعمل به. فقال : «سبحان الله ، لا والله ما هذا من دين جعفر عليه السلام ، هؤلاء قوم لا حاجة بهم إلينا، قد خرجوا من طاعتنا وصاروا في موضعنا، فاين التقليد الذي كانوا يقلدون جعفراً وأبا جعفر عليهما السلام ؟ قال جعفر: لا تحملوا على القياس ، فليس من شيء يعدله القياس إلا والقياس يكسره »
[ Məhəmməd ibn İsa mənə Əhməd ibn Məhəmməd əl – Bəzəntiden izah etdi, dedi ki :] ər-Rıza (İmam Əli ər- Rza (ə) ) -a dedim ki : “sənə fəda olum bəzi yoldaşlarımız səndən və atalarından (ə) duyduqları hədislər ilə qiyas edir və onlarla əməl edirlər.” İmam (ə) dedi ki : « SubhanAllah ! Vallahi bu Cəfər ( İmam Cəfər əs- Sadiq (ə) )-ın dinindən deyil. onlar bizim özlərinə ehtiyacımız olmayan bir qövmdür və onlar bizim itaətimizdən çıxmışdırlar . Harada Cəfər ( İmam Cəfər əs- Sadiq (ə) ) və Əbu Cəfər ( İmam Məhəmməd əl- Baqir (ə) ) -ın mukallidləri ? Cəfər ( İmam Cəfər əs- Sadiq (ə) ) demişdir ki : “” »

Himyəri (r.ə) “Kurbul İsnad”, səyfə 11 ve 351-352, hədis 35 ve 1275

Burada köçürdüyümüz ilk hədis olan Məsadə ibn Sədəqənin İmam Cəfər əs- Sadiq (ə)-dan rəvayət etdiyi hədisi Kuleyni (r.ə)  əl-Kafi”, 1/34, Elmin fəziləti  kitabı, bab 19, hədis 17 -də öz sənədi ilə Məsadə ibn Sədəqədan rəvayət etmişdir .

nahl-106-kuleyni kiyas-kuleyni1  kiyas-kuleyni2 kiyas-kuleyni3

Şəkildə gördüyünüz Şiə və Sünnilərin etibarlılığı barəsində ittifaq etdikləri Sikatul İslam (İslamın Güvənci ) Kuleyni (r.ə) – ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن محمد بن عيسى بن عبيد، عن يونس بن عبدالرحمن، عن سماعة بن مهران، عن أبي الحسن موسى (عليه السلام) قال: قلت: أصلحك الله إنا نجتمع فنتذاكر ما عندنا فلا يرد علينا شئ إلا وعندنا فيه شئ مسطر وذلك مما أنعم الله به علينا بكم، ثم يرد علينا الشئ الصغير ليس عندنا فيه شئ فينظر بعضنا إلى بعض، وعندنا ما يشبهه فنقيس على أحسنه؟ فقال: ومالكم وللقياس؟ إنما هلك من هلك من قبلكم بالقياس، ثم قال: إذا جاء كم ما تعلمون، فقولوا به وإن جائكم ما لا تعلمون فها – وأهوى بيده إلى فيه – ثم قال: لعن الله أبا حنيفة كان يقول: قال علي وقلت أنا، وقالت الصحابة وقلت، ثم قال: أكنت تجلس إليه؟ فقلت: لا ولكن هذا كلامه، فقلت:  أصلحك الله أتى رسول الله (صلى الله عليه وآله) الناس بما يكتفون به في عهده؟ قال: نعم وما يحتاجون إليه إلى يوم القيامة، فقلت: فضاع من ذلك شئ؟ فقال: لا هو عند أهله
Əli ibn İbrahim mənə Məhəmməd ibn İsadan , o Yunus ibn Əbdürrəhmandan , o da Səmanın ibn Mihrandan izah etdi , dedi ki : Əbul Həsən Musa ( İmam Musa əl – Kazım (ə) )-a dedim ki : “Allah , səni saleh qılsın! Bizlər bir araya gəlir və aramızda məlumatlarımız nisbətində müzakirələrdə oluruq. Qarşımıza nə çıxarsa , mütləq onunla əlaqədar yanımızda yazılı bir şey vardır. Şübhəsiz ki, bu , uca Allahın sizin vasitənizlə bizə bəxş etdiyi bir lütfdür. Bəzən də kiçik məsələlər qarşımıza çıxar və biz , bunlarla əlaqədar bir şərh tapa bilmirik , bir-birimizə baxarıq. Lakin yanımızda buna bənzər məlumatlar vardır. Bu məsələni ən gözəl bilgilərimizlə qiyasla cavablandırmağımız doğru olar mı ? ” Buyurdu ki: « Sizin qiyasda nə işiniz var ? Sizdən əvvəl həlak olanlar , bu qiyas üzündən həlak oldular. » Ardından bunları əlavə etdi: « Qarşınıza haqqında məlumat sahibi olduğunuz bir məsələ çıxarsa bildiklərinizi söyləyin. Bilmədiyiniz bir şey çıxarsa qarşınıza – İmam əlini ağzına apararaq belə dedi- Susun. » Sonra dedi ki: « Allah , Əbu Hənifəyə lənət etsin ki: “Əli elə deyir , mən də belə deyirəm , səhabələr elə deyirlər , məndə belə deyirəm deyərdi. ” » dedi və bunları əlavə etdi: «Onun söhbətinə qatıldın mı ? » dedim ki : “Xeyr , lakin bu sözlər onundur. ” Sonra dedim ki : “Allah , səni saleh etsin , görəsən Rəsulullah (s.ə.ə) öz zamanındakı insanların ehtiyaclarına cavab verəcək məsəlləri təklif etməmişdirmi ? ” İmam (ə) dedi ki : « Bəli , ayrıca qiyamətə qədər ehtiyac duyacaqları həlləri də təqdim etmişdir. » Dedim ki :” Bundan bir şey itmiş midir? ” İmam (ə) dedi ki : « Xeyr , bu məlumatların bütünü əhli olanların yanındadır. »

عنه، عن محمد، عن يونس، عن أبان، عن أبي شيبة قال: سمعت أبا عبدالله (عليه السلام) يقول ضل علم ابن شبرمة عند الجامعة إملاء رسول الله (صلى الله عليه وآله) وخط علي (عليه السلام) بيده إن الجامعة لم تدع لاحد كلاما، فيها علم الحلال والحرام إن أصحاب القياس طلبوا العلم بالقياس فلم يزدادوا من الحق إلا بعدا، إن دين الله لا يصاب بالقياس
Əli ibn İbrahim mənə Məhəmməd ibn İsadan , o Yunusdan , o Əbandan , o da Əbu Şeybənin izah etdi , dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq(ə)) -ın belə dediyini eşitdim: « ibni Şubrumənin elmi   ” əl- Camiə “adlı kitab nəzdində dəlalət ( azğınlıq )-dır . Bu kitab Rəsulullah (s.ə.ə)-in diktə etməsi və Əli (ə)- ın əl yazısıyla hazırlanmışdır. Bu kitab kimsəyə söyləyəcək söz buraxmamışdır. Bu kitabda , halal və haramların məlumatı vardır. Qiyas tərəfdarları , qiyasda məlumata çatmaq istəyirlər , ancaq bu onlara haqdan uzaqlaşmaqdan başqa bir şey olmaz. Qiyas üsuluyla Allahın dini baxımından doğruya çatılmaz. »

علي بن إبراهيم، عن أبيه، عن أحمد بن عبدالله العقيلي، عن عيسى بن عبدالله القرشي قال: دخل أبوحنيفة على أبي عبدالله (عليه السلام) فقال له: يا أبا حنيفة! بلغني أنك تقيس؟ قال: نعم قال: لا تقس فإن أول من قاس إبليس حين قال:  خلقتني من نار وخلقته من طين، فقاس ما بين النار والطين، ولو قاس نورية آدم بنورية النار عرف فضل ما بين النورين، وصفاء أحدهما على الآخر
Əli ibn İbrahim mənə atasından , o Əhməd ibn Abdullah əl- Ukaylidən , o da İsa ibn Abdullah əl- Kurəşiden izah etdi , dedi ki: Əbu Hənifə , Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə))-ın yanına gəldi. İmam (ə) dedi ki : « Ey Əbu Hənifə ! Duydum ki qiyas edirsən , bu doğru mu ? » Əbu Hənifə dedi:” Bəli . ” İmam (ə) dedi ki : « Qiyas etmə , çünki ilk qiyas edən kimsə : “Məni atəşdən , onu palçıqdan yaratdın . ” ( Sad , 76) deyən İblisdir . İblis , odla palçıq arasında qiyas etmişdir. Əgər Adəmin nuraniliyinii , atəşin nuraniliyilə qarşılaşdırsaydı , iki nur arasındakı üstünlük fərqini anlayardıbirinin digərindən daha aydın olduğunu görərdi. »

Kuleyni (r.ə), “əl-Kafi”, 1/33-35, Elmin fəziləti  kitabı, bab 19,hədis 13, 14 ve 20

tenzih-saduk kiyas-saduk1

Şəkildə gördüyünüz Şeyx Səduq (r.ə)- ın ” Uyunu Əhbar ər-Rıza (ə)” adlı kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

حدثنا محمد بن موسى بن المتوكل رضي الله عنه قال: حدثنا على ابن إبراهيم بن هاشم عن أبيه عن الريان بن الصلت عن علي بن موسى الرضا عن أبيه عن آبائه عن أمير المؤمنين عليه السلام قال: قال رسول الله (ص): قال الله جل جلاله: ما آمن بي من فسر برأيه كلامي وما عرفني من شبهني بخلقي وما على ديني من استعمل القياس في ديني
Mənə Məhəmməd ibn Musa ibn Mütəvəkkil (r.ə) izah etdi , dedi ki: Əli ibn İbrahim mənə atasından , o Rəyyan ibn Saltdan , o Əli ibn Musa ər- Rza (İmam Əli ər- Rza (ə) ) – dan , o atası (İmam Musa əl – Kazım (ə) ) -dan , o atalarından , onlar da Möminlərin Əmri (İmam Əli (ə))-dan izah etdi , dedi ki : Rəsulullah (s.ə.ə) dedi ki : « Allah cəllə cəlaluhu dedi ki : ” Kim mənəm kəlamımı öz rəyinə görə təfsir etsə mənə iman etməmişdir, kim məni məxluqlarıma bənzətsə məni tanımamışdır və kim dinimdə qiyasla hökm verərsə  mənəm dinim üzrə deyil . ” »

Şeyx Səduq (r.ə), “Uyunu əhbar ər-Rıza (ə)”, 1/107, bab 11, hədis 4

Bunlar qiyas haqqında Məsumlar (ə-dan rəvayət edilən mütəvatir hədislərin yalnız kiçik bir hissəsidir. mövzu haqqındakı digər hədisləri görmək istəyənlər Şeyxul İslam II Məclisi (r.ə) ” Biharul Ənvar ” kitabına baxa bilərlər: II Məclisi (r.ə), “Biharul Ənvar”, 2/283-316, bab 34

Vəlhəmdulillahi Rəbbil Aləmin .

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma