Mötəbər hədislər işığında Şiəliyin-müsəlmanlığın həqiqəti


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Qiymətli qardaşlarım , inşaAllah bu yazıda gerçək bir müsəlmanın – Şiənin necə olması lazım olduğunu bildirən , gerçək müsəlmanın xüsusiyyətlərinin nələr olduğunu bildirən mötəbər (səhih , həsən və müvəssəq ) hədisləri sizlərlə paylaşacağam . Bu mövzuda paylaşacağım hədislərin bəzilərini alkafi.net saytında İrandan Sıbtır Rasul ( Rəsulun taronu ) nicki ilə yazan qardaşımızın işindən aldım. İşin əsli bu linkdə : http://alkafi.net/vb/showthread.php?p=562

hak-mezhep-kuleyni  hak-mezhep-kuleyni1

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Sikatul İslam (İslamın Güvənci ) Şeyx Kuleyni (r.ə)- ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن أبيه، عن أحمد بن محمد بن أبي نصر، عن محمد أخي عرام، عن محمد بن مسلم، عن أبي جعفر (عليه السلام) قاللا تذهب بكم المذاهب، فوالله ما شيعتنا إلا من أطاع الله عز وجل
Əli ibn İbrahim mənə atasından , o Əhməd ibn Məhəmməd ibn Əbu Nasrdan , o Arimin qardaşı Məhəmməddən , o Məhəmməd ibn Müslimdən , o da Əbu Cəfər ( İmam Məhəmməd əl- Baqir (ə.s) )-dan izah etdi , dedi ki : « fərqli yollara sürüklənməyin , Vallah Allah əzze və cəlləyə itaət edənlər də yalnız bizim şiələrmizdir . »

Kuleyni(r.ə), “əl-Kafi”, 2/48, İman və küfür kitabı, bab 36, hədis 1

hak-mezhep-kuleyni  hak-mezhep-kuleyni2

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Sikatul İslam (İslamın Güvənci) Şeyx Kuleyni (r.ə)- ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

أبوعلي الاشعري، عن محمد بن سالم ; وأحمد بن أبي عبدالله، عن أبيه، جميعا عن أحمد بن النضر، عن عمر وبن شمر، عن جابر، عن أبي جعفر (عليه السلام) قال:  قال لي: يا جابر أيكتفي من ينتحل التشيع أن يقول بحبنا أهل البيت، فو الله ما شيعتنا إلا من اتقى الله وأطاعه وما كانوا يعرفون يا جابر إلا بالتواضع والتخشع والا مانة وكثرة ذكر الله والصوم والصلاة والبر بالوالدين والتعاهد للجيران من الفقراء وأهل المسكنة والغارمين والايتام وصدق الحديث وتلاوة القرآن وكف الالسن عن الناس إلا من خير ; وكانوا امناء عشائرهم في الاشياء. قال جابر: فقلت:  يا ابن رسول الله ما نعرف اليوم أحدا بهذه الصفة، فقاليا جابر لا تذهبن بك المذاهب حسب الرجل أن يقول: احب عليا وأتولاه ثم لايكون مع ذلك فعالا؟  فلو قال: إني احب رسول الله فرسول الله (صلى الله عليه وآله) خير من علي (عليه السلام) ثم لايتبع سيرته ولا يعمل بسنته ما نفعه حبه إياه شيئا، فاتقوا الله واعملوا لما عند الله، ليس بين الله وبين أحد قرابة، أحب العباد إلى الله عزوجل [وأكرمهم عليه] أتقاهم وأعملهم بطاعته، ياجابر والله مايتقرب إلى الله تبارك وتعالى إلا بالطاعة وما معنا براءة من النار ولا على الله لاحد من حجة من كان لله مطيعا فهو لنا ولي ومن كان لله عاصيا فهو لنا عدو ; وما تنال ويتنا إلا بالعمل والورع
Əbu Əli əl- Əşəri mənə Məhəmməd ibn Səllamdan və Əhməd ibn Əbu Abullah mənə atasından bunların hamısı Əhməd ibn Nədrdən , o Əmr ibn Şimrə , o da Cabirdən izah etdi , dedi ki : Əbu Cəfər (İmam Məhəmməd əl – Baqir (ə.s) ) mənə dedi ki : « Ey Cabir bir kimsənin Şiəlik simasına bürünməsi və biz Əhli Beyti sevdiyini söyləməsi kafi ola bilərmi ? Vallah bizim Şiələrimiz yalnız Allahdan çəkinən və yalnız Allaha itaət edənlərdir. Ey Cabir! Onlar təvazö ilə , huşu ilə , əmanatə riayət etmələri ilə , Allahı çox zikretmələriylə , oruc tutmalarıyla , namaz qılmalarıyla , ana və ataya yaxşılıq etmələri , yoxsul qonşularına , kasıblara, borclulara, yetimlərə kömək etmələri , doğru sözlü olmalarıyla , Quran oxumalarıyla , insanlar haqqında xeyirdən başqa bir söz söyləməməkləriylə tanınarlar. Tayfaları içərisində hər kəsin əşyalarını əmanət etdiyi kimsələrdir onlar. » Dedim ki:” ey Rəsulullah (s.ə.ə)’in oğlu! Bu zamanda bu xüsusiyyətlərə sahib bir adam tanımırıq. ” İmam (ə.s) dedi ki : « Ey Cabir! Adamın sırf “mən Əlini sevirəm , onun vilayətini qəbul edirəm” deməsi , buna qarşılıq bu sözünün gərəyini həqiqətən etməməsi səni səhv qənaətə sövq etməsin. Bu adam ” mən Rəsulullah (s.ə.ə)’i sevirəm” desə – ki , Rəsulullah (s.ə.ə) Əli (ə.s)-dan üstündür – sonar Rəsulullah (s.ə.ə)-in həyatına görə əməl etməsə , sünnəsinə uymasa bu sevgisi ona heç bir fayda verməz . Allahdan qorxun və Allah qatında olanlar üçün əməl edin . Allah ilə bəndələr arasında bir qohumluq yoxdur. Allah əzzə və cəllə qatında ən sevimli və ən çox ikrama məzhər olan qul , Ondan ən çox çəkinən və Ona ən çox ibadət edən kimsədir. Ey Cabir! Vallah Allah Təbarəkə və Təalaya ancaq itaət etməklə yaxınlaşılır . İnsanların atəşdən xilas olmalarının səlahiyyəti bizim əlimizdə deyil. heç kimin Allaha qarşı irəli sürəcəyi bir səbəbi də yoxdur. Kim Allaha itaət edirsə o bizim dostumuzdur , kim Allaha üsyan edirsə o bizim düşmənəmizdir. Bizim vilayətimiz  ancaq əməl və təqva ilə əldə edilir. »

Kuleyni (r.ə), “əl-Kafi”, 2/49, İman və küfür kitabı, bab 36, hədis 3

Hədisi Tusi (r.ə) ” Əmali “, səhifə 735 , 46- cı bab , hədis 1535-də 2 sənəd ilə rəvayət etmişdir . Kuleyni (r.ə) -ın sənədi və Tusi (r.ə)-ın 1 sənədində Əmr ibn Şimr adlı ravi vardır ki , o aramızda zəif bir ravidir. Elə buna görə Şeyxul İslam ” əl- Kafi” şərhində hədis haqqında deyir ki :

الحديث الثالث : ضعيف
3- cü hədis: zəyif

II Məclisi (r.ə), “Miratul Ukul”, 8/50

Lakin Tusi (r.ə)-ın 2 -ci sənədi müttəsil və bütün raviləri siqə ( etibarlı) -dir , buna görə hədis səhihdir.

hak-mezhep-kuleyni   hak-mezhep-kuleyni3

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Sikatul İslam (İslamın Güvənci) Şeyx Kuleyni (r.ə)-ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

أبو علي الأشعري، عن محمد بن عبد الجبار، عن صفوان بن يحيى، عن يزيد بن خليفة قال: وعظنا أبو عبد الله (عليه السلام) فأمر وزهد، ثم قال:عليكم بالورع، فإنه لا ينال ما عند الله إلا بالورع
Əbu Əli əl- Əşari mənə Məhəmməd ibn Əbdülcabbardan , o Səfvan ibn Yəhyadan , o da Yezid ibn Xəlifədən izah etdi , dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə.s) ) bizə vaz etdi , zühdü əmr etdi və dedi ki : « sizə iman tövsiyə edirəm , çünki Allah qatında olan imansız əldə edilməz. »

Kuleyni (r.ə), “əl-Kafi”, 2/50, İman və küfür kitabı, bab 37, hədis 3

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن محمد بن إسماعيل بن بزيع، عن حنان بن سدير قال: قال أبو الصباح الكناني لأبي عبد الله (عليه السلام): ما نلقى من الناس فيك؟! فقال أبو عبد الله (عليه السلام): وما الذي تلقى من الناس في؟ فقال: لا يزال يكون بيننا وبين الرجل الكلام فيقول: جعفري خبيث، فقال: يعيركم الناس بي؟ فقال له أبو الصباح: نعم قال: فقال: ما أقل والله من يتبع جعفرا منكم، إنما أصحابي من اشتد ورعه، وعمل لخالقه، ورجا ثوابه، فهؤلاء أصحابي
Məhəmməd ibn Yəhya mənə Əhməd ibn Məhəmməd ibn İsadan , o Məhəmməd ibn İsmayıl ibn Bəziədən , o da Hənnan ibn Sədirdən izah etdi , dedi ki: Əbu Səbbah əl- Kinanə Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə.s))-a dedi ki : “sənin üzündən insanlardan nələr çəkirik? !” İmam (ə.s) dedi ki : « İnsanlar sizə nə deyir? » Dedi ki : « Biri ilə danışmağa başladıqmı dərhal” Cəfəridir , pisdir ” deyirlər. » İmam (ə.s) dedi ki : « İnsanlar sizi mənimləmi utandırırlar? » Əbu Səbbah dedi ki : ” Bəli.” Bunun üzərinə İmam (ə.s) dedi ki : « Vallah aranızda Cəfərə itaət edən çox az adam var. Mənəm əshabım çox çəkinən , yaradıcısına qarşı saleh əməl işləyən , Onun savabını uman kəslərdir. Bax mənim əshabım ONLAR. »

Kuleyni (r.ə), “əl-Kafi”, 2/50, İman və küfür kitabı, bab 37, hədis 6

Bu hədislərdən ikincisinin sənədi müttəsil və bütün raviləri siqə ( etibarlı) -dir . Ancaq ravilərdən Hənnan ibn Sədr vəqf məzhəbinə mənsubdur ki , bu da hədisi müvəssəq dərəcəsinə salmaqdadır. necə ki Şeyxul İslam da ” əl- Kafi” şərhində hədis haqqında deyir ki :

الحديثالسادسموثق
6- cı hədis: müvəssəq

II Məclisi (r.ə), “Miratul Uqul”, 8/60

hak-mezhep-kuleyni  hak-mezhep-kuleyni4

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Sikatul İslam (İslamın Güvənci ) Şeyx Kuleyni (r.ə)- ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن أبيه، عن ابن محبوب، عن ابن رئاب، عن أبي عبد الله (عليه السلام) قالإنا لا نعد الرجل مؤمنا حتى يكون بجميع أمرنا متبعا مريدا، ألا وإن من اتباع أمرنا وإرادته الورع، فتزينوا به، يرحمكم الله وكبدوا أعدائنا [به] ينعشكم اللهوإنمناتباعأمرناوإرادتهالورع،فتزينوابه،يرحمكماللهوكبدواأعدائنا [به] ينعشكمالله
Əli ibn İbrahim mənə atasından , o ibni Mahbubdan , o ibn Riabdan , o da Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə.s) ) -dan izah etdi , dedi ki : « Bütün əmirlərimizə  itaət edən və itaət etməyi istəyən olmadıqca biz bir adamı mömin saymarıq. Xəbəriniz olsun , bizim əmrimizə itaət etmək və itaət etməyi istəmək təqvanın bir hissəsidir. O halda bu təqva ilə bəzənin ki , Allah sizə rəhmət etsin. Təqvaya sahib olmaqla bizim düşmənlərimizi üzün ki , Allah sizi ucaltsın. »

Kuleyni (r.ə), “əl-Kafi”, 2/51, İman və küfür kitabı, bab 37, hədis 13

Bu hədis də mötəbərdir , Şeyxul İslam hədis haqqında deyir ki :

الحديثالثالثعشر: حسن
13-cü hədis: həsən

II Məclisi (r.ə), “Miratul Uqul”, 8/64

hak-mezhep-kuleyni  hak-mezhep-kuleyni5

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Sikatul İslam (İslamın Güvənci) Şeyx Kuleyni (r.ə)- ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

عنه، عن علي بن النعمان، عن ابن مسكان، عن خيثمة قال: دخلت على أبي جعفر (عليه السلام) أودعه فقاليا خثيمة أبلغ من ترى من موالينا السلام وأوصهم بتقوى الله العظيم وأن يعود غنيهم على فقيرهم وقويهم على ضعيفهم وأن يشهد حيهم جنازة ميتهم وأن يتلاقوا في بيوتهم، فإن لقيا بعضهم بعضا حياة لامرنا، رحم الله عبدا أحيا أمرنا، يا خيثمة أبلغ موالينا أنا لا نغني عنهم من الله شيئا إلا بعمل وأنهم لن ينالوا ولايتنا إلا بالورع وأن أشد الناس حسرة يوم القيامة من وصف عدلا ثم خالفه إلى غيره
ondan , o Əli ibn Numandan , o ibn Muskandan , o da Haysəmədən izah etdi , dedi ki : Vida etmək üçün Əbu Cəfər (İmam Məhəmməd əl – Baqir (ə.s))-ın yanına getdim , İmam (ə.s) dedi ki : « ey Haysəmə ! Bizi özlərinə dost tutanları gördüklərinə salam söylə. Onlara əzm Allahdan çəkinməyi tövsiyə et . Zənginləri kasıblarını , güclüləri zəiflərini izləsinlər . Sağ olanları ölənlərin cənazə mərasimlərinə qatılsın , evlərində görüşsünlər . Çünki onların görüşməsi bizim mübarizəmizin canlanmasına vasitəçi olar. Allah bizim davamızı canlandıran qula rəhmət etsin. Ey Haysəmə ! Bizi vəli tutanlara çatdır ki , onların əməlləri olmadan bizim onlar üçün edəcək bir şeyimiz yox . Onlar günahlardan uzaq durmadıqca , bizi vəli əldə etmə şərəfinə çata bilməzlər . Qiyamət günü ən şiddətli həsrəti , başqalarına ədaləti tövsiyə edib özü ona qarşı hərəkət edən kimsə çəkər. »

Kuleyni (r.ə), “el-Kafi”, 2/109, İman və küfür kitabı, bab 77, hədis 2

Hədisin sənədindəki ravilərdən Haysəmə xaric hamısının etibarlılığı ittifaq ilə sabitdir. Haysəməyə gəlincə , onun rəvayət etdiyi 2 hədis İmam Cəfər əs- Sadiq (ə.s)-a ərzedilmiş və İmam (ə.s) ” Haysəmə doğru söyləyir ” deyərək onun rəvayətini seçdi. Eyni şəkildə rical alimlərindən Nəcaşi( r.ə) da Haysəmənin əshabımızın üz ağı olduğunu söyləmişdir ki , bu qədəri heç olmasa hədisi həsən saymaq üçün kifayətdir. Şeyxul İslam ” əl- Kafi” şərhində hədisi məchul saymasına baxmayaraq bizim dediyimiz kimi hədisi həsən saymaq mümkün ola biləcəyini bildirir .

الحديث الثاني: مجهول.  و يمكن عده حسنا لأن خيثمة في هذه المرتبة مردد بين ممدوح
2-ci hədis: məchuldur amma həsən saymaq da mümkündür. Çünki Haysəmə haqqında mədh (tərif) varid olmuşdur.

II Məclisi (r.ə), “Miratul Uqul”, 9/53

hak-mezhep-kuleyni   hak-mezhep-kuleyni6

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Sikatul İslam (İslamın Güvənci) Şeyx Kuleyni (r.ə)- ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن محمد بن إسماعيل، عن منصور بزرج، عن مفضل قال: قال أبو عبد الله (عليه السلام): إياك والسفلة، فإنما شيعة علي من عف بطنه وفرجه، واشتد جهاده، وعمل لخالقه، ورجا ثوابه، وخاف عقابه، فإذا رأيت أولئك فأولئك شيعة جعفر
Məhəmməd ibn Yəhya mənə Əhməd ibn Məhəmməd ibn İsadan, o Məhəmməd ibn İsmaildən, o Mənsur ibn Bizracdan , o da Mufəddaldan izah etdi , dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə.s) ) dedi ki : « Alçaqlardan uzaq durun. Çünki Əli (ə.s)- ın şiəsi mədəsi və şəhvəti barəsində iffətli davranan , buna qarşı amansız bir cihad edən , yaradıcısı üçün əməl edən , (Rəbbinin ) savabını uman , əzabından qorxan kəslərdən meydana gəlirdi. Əgər onları görsən bax Cəfərin şiəsi onlardır. »

Kuleyni (r.ə), “əl-Kafi”, 2/142, İman və küfür kitabı, bab 99, hədis 9

Bu hədisin bütün raviləri də siqə ( etibarlı)-dir , yalnız ravilərden Mənsur ibn Bizrac vəqf məzhəbinə mənsubdur ki , bu da hədisi müvəssəq  dərəcəsinə salmaqdadır.

الحديثالتاسع: مختلففيه ومعتبرعندي
9-cu hədis: mənim nəzdimdə mötəbərdir

II Məclisi (r.ə), “Miratul Uqul”, 9/239

hak-mezhep-kuleyni   hak-mezhep-kuleyni7

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Sikatul İslam (İslamın Güvənci ) Şeyx Kuleyni (r.ə)- ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن ابن أبي عمير، عن علي بن عطية، عن خيثمة قال: قال لي أبو جعفر (عليه السلام): أبلغ شيعتنا أنه لن ينال ما عند الله إلا بعمل وأبلغ شيعتنا أن أعظم الناس حسرة يوم القيامة من وصف عدلا ثم يخالفه إلى غيره
Məhəmməd ibn Yəhya mənə Əhməd ibn Məhəmməd ibn İsadan , o ibn Əbi Umeyrdən, o Əli ibn Atiyyədən, o da Haysəmədən izah etdi, dedi ki : Əbu Cəfər (İmam Məhəmməd əl – Baqir (ə.s) ) mənə dedi ki : « Şiəmizə bunu çatdır ki , Allah qatında olanlara ancaq əməl ilə çatılar. Şiəmizə bunu çatdır ki , Qiyamət günü ən böyük həsrəti ədaləti dilindən salmadığı halda başqaları ilə ona zidd ( ədalətsiz ) davranan kəslər çəkər. »

Kuleyni (r.ə), “əl-Kafi”, 2/174, İman və küfür kitabı, bab 119, hadis 5

Bu hədisin sənədindəki  ravilərin də hamısı siqə ( etibarlı)-dir . Ravilərdən Haysəmə haqqında da yuxarıda məlumat vermişdik. Şeyx Hadi ən – Nəcəfi hədis haqqında deyir ki :

الرواية معتبرة الإسناد
rəvayətin sənədi  mötəbərdir .

Şeyx Hadi ən-Nəcəfi  (r.ə), “Məvsuat əhədisi Əhli Beyt (ə.s)”, 7/114, hədis 8172

hak-mezhep-kuleyni  hak-mezhep-kuleyni8  hak-mezhep-kuleyni9

Şəkildə gördüyünüz sünni və şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Sikatul İslam (İslamın Güvənci) Şeyx Kuleyni (r.ə )-ın ” əl- Kafi” kitabıdır , işarələdiyiniz yerdə bu ifadələr var:

أبو علي الأشعري، عن محمد بن عبد الجبار، ومحمد بن إسماعيل، عن الفضل ابن شاذان، جميعا، عن صفوان بن يحيى، عن أبي أسامة زيد الشحام قال: قال لي أبو عبد الله (عليه السلام): اقرأ على من ترى أنه يطيعني منهم ويأخذ بقولي السلام و أوصيكم بتقوى الله عز وجل والورع في دينكم والاجتهاد لله وصدق الحديث وأداء الأمانة وطول السجود وحسن الجوار فبهذا جاء محمد (صلى الله عليه وآله)، أدوا الأمانة إلى من ائتمنكم عليها برا أو فاجرا، فان رسول الله (صلى الله عليه وآله) كان يأمر بأداء الخيط والمخيط صلوا عشائركم واشهدوا جنائزهم وعودوا مرضاهم وأدوا حقوقهم فإن الرجل منكم إذا ورع في دينه وصدق الحديث وأدى الأمانة وحسن خلقه مع الناس قيل: هذا جعفري فيسرني ذلك ويدخل علي منه السرور وقيل: هذا أدب جعفر وإذا كان على غير ذلك دخل علي بلاؤه وعاره وقيل: هذا أدب جعفر، فوالله لحدثني أبي (عليه السلام) أن الرجل كان يكون في القبيلة من شيعه علي (عليه السلام) فيكون زينها آداهم للأمانة وأقضاهم للحقوق وأصدقهم للحديث، إليه وصاياهم وودائعهم، تسأل العشيرة عنه فتقول: من مثل فلان إنه لآدانا للأمانة وأصدقنا للحديث
Əbu Əli əl- Əşəri mənə Məhəmməd ibn Abdulcəbbardan və Məhəmməd ibn İsmayıl mənə Fəzl ibn Şazandan bunların hamısı birlikdə Safvan ibn Yəhyadan, o da Əbu Usamə Zeyd ibn Şahhamdan izah etdi , dedi ki: Əbu Abdullah ( İmam Cəfər əs- Sadiq (ə.s) ) mənə dedi ki : « onlardan mənə itaət etdiyini və mənim sözümü dinlədiyini bildiyin kəslərə salam söylə və de ki : Sizə Allahdan qorxmağı , dininiz barəsində iman sahibi olmağı , Allah üçün çalışmağı , doğru söz söyləməyi , əmanəti əda etməyi , uzun uzun səcdə etməyi , yaxşı qonşuluq etməyi tövsiyə edirəm. Məhəmməd (s.ə.ə) bu məqsədlə gəlmişdir , istər yaxşı , istərsə pis kimsə olsun əmanəti aldığınız kimsəyə təslim edin. Şübhəsiz Rəsulullah (s.ə.ə) iplik və iynə belə olsa əmanətin sahibinə verilməsini əmr edərdi. Qohumlarınızı ziyarət edin , cənazə mərasimlərinə qatılın, xəstələrinizi ziyarət edin , haqqlarını əda edin . Çünki sizdən bir adam din barəsində iman sahibi olduğunda , doğru söz söylədiyində , əmanəti əda etdiyində , insanlarla əlaqələrində gözəl əxlaqa görə hərəkət etdiyində ” bu adam Cəfərin ədəbidir ” deyilir . Bu da məni sevindirir , bundan ötəri sevinc duyaram, ” bu Cəfərin ədəbidir ” deyilər. Amma bunun xaricində bir tutum içində olursa , bəlası və utancı mənə ilişər və insanlar ” bu Cəfərin ədəbidir ” deyərlər. Vallah mənə atam (İmam Məhəmməd əl – Baqir (ə.s)) izah etdi , dedi ki : ” Bir adam bir qəbilə içində Əli (ə.s)-ın şiəsindən olardı da o qövmün bəzəyi olardı. Kamin içində əmanəti ən yaxşı əda edənləri , ən yaxşı haqqı ödəyəndə və ən doğru söyləyənləri o olardı. Onun tövsiyələrinə qulaq asar və mallarını ona əmanət edərdilər. Tayfalar onu soruşduqlarında “Filan adam kimisi deyilməz. O içimizdə ən sadiq və ən sözü doğru olan kimsədir “deyə cavab verilərdi. ” »

Kuleyni (r.ə) “əl-Kafi”, 2/352-353, Muaşərət kitabı, bab 1, hədis 5

Şeyxul İslam ” əl- Kafi” şərhində hədisin vəziyyəti haqqında deyir ki :

الحديثالخامسصحيح
5-ci hədis: səhih

II Məclisi (r.ə), “Miratul Uqul”, 12/528

Bunlar gerçək müsəlmanın necə olması lazım olduğu haqqında qaynaqlarımızdan  məsumlar (ə.s)-dan mötəbər (səhih , həsən və müvəssəq ) sənədlərlə  rəvayət edilən hədislərdən bəzi seçmələrdir. Allah hamımızı oxuyub əməl edənlərdən , gerçək müsəlmanlardan etsin.

Vəlhəmdulillahi  Rəbbil Aləmin

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma