“Mən Ba-nın altındakı nöqtəyəm” sözü hədis deyil sufi uydurmasıdır


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Son zamanlar həm kitablarda həmdə avamlar arsında məhşur olan rəvayətlərdən biridə İmam Əli (ə.s)-a nisbət edilən “mən banın altındakı nöqtəyəm” sözüdür.  İnsanlar bu sözü sanki İmam Əli (ə.s) dan qəti olaraq rəvayət edilmiş kimi dilə gətirirlər. Əslində isə bu İmam Əli (ə.s)-ın sözü olmadığı kimi heç zəyif sənədlə belə mövcud deyil. Bu üzdən bu mövzu haqda çalışmağın zəruri olduğunu bildim. Lakin Pakistandan olan Nadir Zavəri adlı qardaşın öz sitatında bu mövzu haqda araşdırması olduğu üçün sadəcə olaraq bu araşdırmanı tərcümə edərək paylaşmaq qərarına gəldim. Nadir Zavəri qardaşın bu mövzuda olan araşdırmasının linki burda: I am the Dot Under the Ba

Nadir Zavəri qardaş araşdırmasında mövzunu sənəd baxımından incələmişdir. O üzdən burada onun araşdırmasını “sənəd analizi” adı ilə yerləşdiriləcək, daha sonra isə mətin tənqidi haqqında öz sözlərimi əlavə edəcəyəm:

1.Sənəd analizi: Bu İmam Əli (ə.s)-dan rəvayət edilmiş bir hədis deyil. Bu sufilərin sözüdürki İmam Əli (ə.s)-a isnad ediblər. Bu söz bizim köhnə islam kitablarda mövcud deyil, nə Sünni nə də Şiə kitablarında bu söz yoxdur. Biz şiə və sünni məzhəblərin kitablarına baxdıqda əslində bu “mən banın altındakı nöqtəyəm” sözü İmam Əli (ə.s)-a deyil başa şəxslərə nisbət edildiyini görürük. Mən bu sözü ən qədim mənbə olan məhşur sufi Qazalinin (vəfat hicri 505) kitabında tapdım.  O “İhya-u Ulumuddin” kitabında bu sözü sufilərə istinad edərək deyirki:

وجاء رجل إلى الشبلي رحمه الله فقال له ما أنت وكان هذا دأبه وعادته فقال أنا النقطة التي تحت الباء
Şiblinin yanına bir nəfər gəlir, Şibli ona deyirki: “Sən kimsən?” Adam belə dedi: “mən Ba hərfinin altındakı nöqtəyəm”.

 Qazali  “İhya-u Ulumuddin”, 3/342

Bu söz sonrakı tarixdə Muhyiddin ibni Arabi deyilən və qatı sufi olan ibni Arabinin “Futuhatul Məkkiyə” adlı kitabında görülməkdədir. O özünün şah əsəri sayılan “Futuhatul Məkkiyə” kitabında Qazalinin axtardığı hekayəni axtarmışdır.

İlk dəfə bu sözü sünni bir sufi olan Muhamməd ibn Təlhə əş-Şafei (vəfatı hicri 652) “Durrul Mənzam fi Sirrul Əzəm” adlı kitabında sənədsiz olarak İmam Əli  (ə.s)-a nisbət etmişdir. O kitabında deyirki :

و اعلم أن جميع أسرار الله تعالى في الكتب السماوية و جميع أسرار الكتب السماوية في القرآن ، وجميع ما في القرآن في الفاتحة ، وجميع ما في الفاتحة في بسم الله، وجميع ما في بسم الله في باء بسم الله، وجميع ما في باء بسم الله في النقطة التي هي تحت الباءقال الإمام علي : أنا النقطة التي تحت الباء
və bil ki, Allah Təalanın bütün sirləri səmavi kitablardır və səmavi kitabların bütün sirri Qurandadır. Quranın bütün sirri Fatihə surəsində, Fatihə surəsindəki bütün sirlər bismillah sözündə, bismillah sözündəki bütün sirlər ba hərfində və bismillah sözündəki ba hərfində olan bütün sirlər ba hərfinin altındakı nöqtədədir. İmam Əli demişdi ki : “mən ba-nın altındakı nöqtəyəm.”

Muhamməd b. Təlhə əş-Şafei, “Durrul Mənzam fi Sirrul Əzəm”, səyfə 23

Sünni rical alimi əz-Zəhəbi bu kişinin bioqrafiyasında demişdirki:

محمد بن طلحة بن محمد بن الحسن . الشّيخ كمالُ الدّين، أبو سالم القُرشيّ ، العَدَويّ ، النَّصِيبيّ ، الشّافعيّ ، المفتي
Məhəmməd ibn Təlhə ibn Məhəmməd ibn Həsən, Şeyx Kəmaləddin, Əbu Səllam əl-Kureşi, əl-Ədəvi, ən-Nüseybi, əş-Şafei, əl-Müfti

قلت : وقد دخل في شيءٍ من الهَذَيَان والضّلال ، وعمل دائرةً وادّعى أنّه يستخرج منْها علِْم الغيب وعلْم السّاعة ، نسأل الله السّلامة في الدّين
Mən(əz-Zəhəbi) deyirəmki: o sayıqlama və azğınlıqdan bir şeylərə qarışmış, qeyb elmini və zaman elmini bildiyini idda etmişdir, dinimiz mövzusunda Allahdan salamatlıq diləyirik.

əz-Zəhəbi, “Tarihul İslam”, 11/44-45, 85-ci ravi

bu adamın rəvayəti köçürdüyü ” Durrul Mənza fi Sirrul Əzəm” adlı kitabına gəlincə, bu kitab hərf elmləri və s. kimi batini elmlər haqqında yazılmış bir kitabdır və göründüyü kimi, bu söz üçün nə bir qaynaq kitab göstərməmiş və nə də hər hansı bir sənəd zikr etməmişdir.

İmam Əli (ə.s)-a nisbət edilən bu sözə şiə alimləri içərisində ilk dəfə yer verən isə həddindən artıq sufi hafiz Rəcəb əl-Bərsidir. O da bu sözü “Məşariku Ənvar əl-Yakin” adlı kitabında heç bir qaynaq və sənəd göstərmədən İmam (ə.s)-a nisbət etmişdir (baxın: hafiz Rəcəb əl-Bərsin, “Məşariku Ənvar əl-Yakin”, səhifə 21). Rəcəb əl-Bərsin isə daha əvvəl söylədiyimiz kimi həddindən artıq bir sufidir və Şeyxul İslam II Məclisi (r.ə) onun haqqında deyir ki:

nuraniyyet-meclisi  nuraniyyet-meclisi1

Şəkildə gördüyünüz Əllamə Məclisi (r.ə)-ın “Biharul Ənvar” kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

و لا أعتمد على ما يتفرد بنقله لاشتمال كتابيه على ما يوهم الخبط و الخلط و الارتفاع و إنما أخرجنا منهما ما يوافق الأخبار المأخوذة من الأصول المعتبرة
Onun kitabında azğınlıq, səhv və quluv olduğundan ötəri rəvayət etməkdə tək qaldığı şeylərə etibar etmirəm. Onun kitabından ancaq mötəbər əsillərdə mövcud olanlara uyğun olanları rəvayət edirəm.

II Məclisi(r.ə), “Biharul Ənvar”, 1/10

Daha sonra bu sözə kitablarında yer verənlərin hamısı buna qaynaq olaraq ya ” Durrul Mənzam fi Sirrul Əzəm” kitabını və ya “Məşariku Ənvar Əl-Yakin” kitabını göstərmişdir.

2. Mətn analizi: Bu sözün İmam Əli (ə.s)-a aid olmadığının ən böyük dəlili burada Ba hərfinin altındakı nöqtədən söz edilməsidir. Çünki məlum olduğu kimi o dövrdə hərflər Kufi xətti ilə yazılırdı və Kufi xəttində nöqtə mövcud deyildi(bax: Küfi xətt)

Vəlhəmdulillahi Rəbbil Aləmin

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma