Hz. Hüseyn (ə.s)-ın Muaviyə (l.ə)-a rəhmət oxuması şübhəsinə cavab


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Facebook’da qiymətli bir qardaşımız bizə nasibilərin öz saytlarında şiə qaynaqlı bir sənəd paylaşdıqlarını və sənəddə imam Hüseyn (ə.s)-ın Əməvi hökmdarı lənətlənmiş Müaviyəyə rəhmət oxuduğunun olduğunu bildirərək bunun doğru olub olmadığını soruşdu. Bu qiymətli qardaşa mövzu haqqında ətraflı və geniş bir cavab verəcəyimi söylədim və buna görə bu işi etdim. Qardaşın mənə verdiyi nasibi məqaləsində idda bu şəkildədir:

Şiə Şeyx Əbdürrəzzaq əl-Mukarrəm “Maqtəl-imam Hüseyn” adlı kitabının 42-ci səhifəsində deyir ki:

Vəlid ona Yezidin məktubunu oxudu və Muaviyyə’nin ölüm xəbərini verdikdən sonra onu beyət etməyə dəvət etdi.
İmam Hüseyn (ə.s) dedi ki: “inna lillahi və inna iləyhi raciun. Allah Müaviyəyə rəhmət etsin və ona böyük mükafat versin. “

Şübhənin cavabı: bu rəvayətin əsli Əbu Mihnəf əl-Əzdi (r.ə) ‘ın “Maqtəlul Hüseyn (ə.s)” adlı kitabındadır. Və bu şübhəli rəvayətə 05/09/2010 tarixində alkafi.net saytında Kitab bi Dune Unvan nicki ilə yazan qardaşımız tərəfindən cavab verilmişdir. Burada ilk əvvəl Kitab bi Dune Unvan nicki ilə yazan qardaşın cavabını paylaşacaq, daha sonra isə 2-ci cavab olaraq öz cavabımızı verəcəyik. Kitab bi Dune Unvan qardaşın yazısının əsli bu linkdə:
http://www.alkafi.net/vb/showthread.php?t=448

1. Kitab bi Dune Unvan qardaşın cavabı: qardaşımız verdiyi bu cavabda əhəmiyyətli bir nöqtəyə diqqət çəkmiş və o da budur ki, nasibilər sitat edərkən mətni makaslamışlardır. “Maktəlul Hüseyn (ə.s)” kitabına baxdığımızda tam mətnin belə olduğunu görürük:

قال هشام بن محمد عن أبي مخنف: ولي يزيد في هلال رجب سنة 60 وامير المدينة الوليد بن عتبة بن ابي سفيان، وامير الكوفة النعمان بن بشير الانصاري، وامير البصرة عبيدالله بن زياد، وامير مكة عمرو بن سعيد بن العاص. ولم يكن ليزيد همة حين ولي الابيعة النفر الذين أبوا على معاوية الاجابة إلى بيعة يزيد حين دعا الناس إلى بيعته، وانه ولي عهده بعده والفراغ من امرهم، فكتب إلى الوليد: بسم الله الرحمن الرحيم من يزيد أمير المؤمنين إلى الوليد بن عتبة اما بعد: فان معاوية كان عبدا من عباد الله اكرمه الله واستخلفه وخوله ومكن له فعاش بقدر ومات بأجل فرحمه الله فقد عاش محمودا ومات برا تقيا والسلام. وكتب اليه في صحيفة كانها اذن فأرة أما بعد: فخذ حسينا وعبدالله بن عمر وعبدالله بن الزبير بالبيعة اخذا شديدا ليست فيه رخصة حتى يبايعوا والسلام. فلما اتاه نعى معاوية فظع به وكبر عليه فبعث إلى مروان بن الحكم فدعاه اليه وكان الوليد يوم قدم المدينة قدمها مروان متكارها. فلما راى ذلك الوليد منه شتمه عند جلسائه، فبلغ ذلك مروان فجلس عنه وصرمه فلم يزل كذلك حتى جاء نعى معاوية إلى الوليد، فلما عظم على الوليد هلاك معاوية وما امر به من اخذ هؤلاء الرهط بالبيعة فزع عند ذلك إلى مروان ودعاه. فلما قرأ عليه كتاب يزيد استرجع وترحم عليه، واستشاره الوليد في الامر وقال كيف ترى ان نصنع؟ قال: فاني ارى ان تبعث الساعة إلى هؤلاء النفر فتدعوهم إلى البيعة والدخول في الطاعة فان فعلوا قبلت منهم وكففت عنهم، وان ابواقدمتهم فضربت اعناقهم قبل ان يعلموا بموت معاوية فانهم ان علموا بموت معاوية وثب كل امرى منهم في جانب واظهر الخلاف والمنابذة ودعا إلى نفسه، لا أدري اما ابن عمرفاني لا أراه يرى القتال ولا يحب أنه يولى على الناس الا أن يدفع اليه هذا الامر عفوا، فارسل عبدالله بن عمرو بن عثمان وهو اذ ذاك غلام حدث اليهما يدعوهما، فوجدهما في المسجد وهما جالسان، فاتاهما في ساعة لم يكن الوليد يجلس فيها للناس ولا يأتيانه في مثلها، فقال: اجيبا الامير يدعو كما، فقال له: انصرف الان نأتيه.  ثم اقبل احدهما على الاخر فقال عبدالله بن الزبير للحسين: ظن فيما تراه بعث الينافي هذه الساعة التي لم يكن يجلس فيها، فقال حسين: قد ظننت ارى طاغيتهم قد هلك فبعث الينا ليأخذنا بالبيعة قبل ان يفشو في الناس الخبر. فقال: وانا ما اظن غيره، قال: فما تريد ان تصنع؟ قال: اجمع فتيانى الساعة ثم امشى اليه، فاذا بلغت الباب احتبستهم عليه ثم دخلت عليه، قال فاني اخافه عليه اذا دخلت، قال لا آتيه الاوانا على الامتناع قادر، فقام فجمع اليه مواليه واهل بيته ثم اقبل يمشي حتى انتهى إلى باب الوليد وقال لاصحابه: اني داخل فان دعوتكم او سمعتم صوته قد علا فاقتحموا على باجمعكم والا فلا تبرحوا حتى اخرج اليكم.  فدخل فسلم عليه بالامرة ومروان جالس عنده، فقال حسين كانه لا يظن ما يظن من موت معاوية: الصلة خير من القطيعة، اصلح الله ذات بينكما فلم يجيباه في هذا بشئ، وجاء حتى جلس، فأقرأه الوليد الكتاب ونعى له معاوية ودعاه إلى البيعة، فقال حسين: انالله وانا اليه راجعون ورحم الله معاوية وعظم لك الاجر
60- cı ilin Rəcəb ayında Yezid vəli (əmr sahibi) oldu , başa keçdiyində Mədinə valisi Vəlid b. Utbə b. Əbu Süfyan , Məkkə valisi Əmr b. Səid b. As , Bəsrə valisi Ubeydullah b. Ziyad , Kufə valisi Numan b. Bəşir idi. Yezidin özünə beyət etməkdən çəkinmiş olan kəslərin beyətini almaqdan başqa edəcək bir şey yox idi. Vəlidə məktub yazaraq Müaviyənin öldüyünü xəbər verdi. Yanında kiçik bir məktub daha göndərib bunları yazdı: « indi, Hüseyni , Abdulah b. Öməri və (Abdullah ) ibni Zubeyri sənə beyət edənə qədər məcbur edəcəksən . Bu mövzuda heç bir dözüm söz mövzusu deyil , vəssalam. » Vəlid Müaviyənin Ölüm xəbərini alınca çox kədərləndi və hadisədən olduqca təsirləndi. Mərvan b. Hakimin xəbər göndərib yanına çağırdı. Mərvan Vəliddən əvvəl Mədinə valisi idi. Vəlid Mədinə valisi olduqdan sonra Mərvan onun yanma istəməyə istəməyə gəlirdi. Vəlid onun bu vəziyyətini görüncə yoldaşlarının hüzurunda Mərvan’dan kiçildici bir şəkildə söz etdi. Mərvan bunu xəbər alınca əsaslı Vəliddir yanma gəlməz oldu və bu vəziyyət Müaviyənin ölüm xəbəri gələnə qədər beləcə davam etdi. Vəlid Müaviyənin ölümündən bu dərəcə təsirlənib adı keçən kəslərin də beyətini almaqla məşqul olunca Mərvanın yanına çağırdı. Yezidin məktubunu oxuyanda Mərvan « İnna lillah … » dedi və ona rəhmət dilədi. Daha sonra Vəlid necə etməsi lazım olduğu mövzusunda onun fikrini soruşdu. Mərvan bunları söylədi: « Mən bu anda onların yanına çağırıb , beyət etmələrini əmretməni uyğun görürəm. Əgər beyət etsələr qəbul edərsən və onlara bir şey eləməzsən , qəbul etməyəcək olsalar Müaviyənin ölümünü öyrənmədən əvvəl onların boyunlarını vurarsan . Çünki onlar Müaviyənin öldüyünü biləcək olsalar , hər biri bir tərəfdə ortaya çıxar , açıqca müxalifətlərini bildirir və insanları özlərinə beyət etməyə dəvət edirlər. Məncə ibni Ömər döyüşmək fikirində deyil , insanların başına keçməyi də arzu etməz. Bu işin özbaşına ona verilməsi , ya da istər-istəməz belə bir işə itilmesi müstəsna . » Bunun üzərinə Vəlid hələ gənc yaşdakı Abdullah b. Osmanı , Hüseyn ilə Abdullah b. Zubeyri çağırmaq üzrə göndərdi. Abdullah onların məsciddə oturduklarını gördü. Yanlarına gəldiyində Vəlidin başqalarını dinləmək üçün oturduğu bir saat deyildi. Abdullah hər ikisinə dedi ki : « Əmr sizi çağırır , siz də gəlin » Hüseyn ilə Abdullah b. Zübeyr dedilər: « Sən indi get , biz gəlirik. » Abdullah b. Zübeyr Hüseynə dedi ki : « Başqalarıyla oturmaq əbədi olmadığı bu saatda arxamızca nə deyə xəbər göndərdi deyərsən ? » Hüseyn dedi ki : « Onların ( Əməvilərin ) tağutlarının ölmüş olduğunu düşünürəm , o da bizi bunun xəbəri xalq arasında yayılmadan beyət etməyə məcbur etmək məqsədiylə xəbər göndərdi. » Abdullah b. Zübeyr dedi ki : « Mən də başqa bir səbəbin olacağını fikirləşmirəm . Nə etməyimizi istəyirsən? » Hüseyn dedi ki : « Mən bu anda igidlərimi alıb onun yanına gedəcəyik , onları qapıda buraxıb özüm içəri girəcəyəm. » Bunun üzərinə Abdullah b. Zübeyr dedi ki : « Yanına girəcək olsan səni öldürməsindən qorxuram. » Hüseyn dedi ki : « Özümü qoruyabiləcək vəziyyətdə olmadıqca onun yanına girəcək deyiləm . » Daha sonra Hüseyn yanından ayrılıb yoldaşlarını və ailə üzvlərini yığdıqdan sonra Vəlidin qapısına getdi. Yoldaşlarına dedi ki : « İndi mən içəri girəcəyəm. Sizləri çağıracaq ya da səsimi yüksəldəcək olsam hamınız mənəm yanıma içəri girin. Əks təqdirdə çıxıb yanınza gələnə qədər yerinizdən ayrılmayın. » Daha sonra içəri girib onlara salam verdi. Mərvan da Vəlidin yanında idi. Bunu görən Hüseyn dedi ki : « Qohumluq əlaqələrinə bağlı olmaq , əlaqələri kəsməkdən yaxşıdır. Sülh , fəsaddan xeyirlidir. İndi də bir araya gəlməyin zamanıdır. Allah aranızı düzəltsin. » Daha sonra Vəlid ona məktubu oxutdu , Müaviyənin vəfat xəbərini çatdırdı və ondan beyət etməyini istədi. Bunun üzərinə Hüseyn dedi ki : « İnna lillahi və inna ileyhu raciun . Allah Müaviyəyə rəhmət etsin … »

 Əbu Mihnəf (r.ə), “Maqtəlul Hüseyn (ə.s)”, səhifə 2-5

rəvayəti başdan oxuduğumuzda vəziyyət dəyişir. çünki mətnin sonunda ( Vəlid ilə Mərvanın yanında ) Müaviyə l.ə-a rəhmət oxuyan Hz. Hüseyn (ə.s) daha əvvəl Abdullah b. Zübeyr ilə danışarkən Müaviyənin ölümü haqqında ” Onların ( Əməvilərin ) tağutlarının ölmüş olduğunu düşünürəm “ deməkdədir. Elə isə imam (ə.s) necə həm Müaviyənin tağut olduğunu söyləyər və həm də ona rəhmət oxuyar? İmam (ə.s) ‘ ın Müaviyə l.ə haqqında tağut deməsinə görə sonda dediyi “Allah Müaviyəyə rəhmət etsin” sözünün ədəb və nəzakət babından olduğunu söyləmək mümkündür.

2. Bizim cavabımız : bu rəvayət yuxarıda da söylədiyimiz kimi Əbu Mihnəf (r.ə) ‘ ın ” Maktəlul Hüseyn (ə.s)” adlı kitabıdır. Əbu Mihnəf (r.ə) imam Cəfər əs- Sadiq (ə.s) ‘ ın səhabələrindən olan siqə( etibarlı) və fəzilət sahibi bir alim , tarixçi və hədis alimidir ( baxın : Ebu Mihnef (r.a)’ın biografiyası) və tarix mövzusunda bir çox kitab təlif etmişdir. ” Maktəlul Hüseyn (ə.s)” adlı kitabı da tarix haqqında olan kitablarından biridir. Dediyimiz kimi Əbu Mihnəf siqə ( etibarlı) bir alimdir və ” Maktəlul Hüseyn (ə.s)” adlı bir kitab da yazmışdır. Lakin bu kitabın hər hansı bir nüsxəsi bizə çatmış deyil və gün əlimizdə matbu olaraq mövcud olan ” Maktəlul Hüseyn (ə.s)” adlı kitab sünni tarix alimi Təbərinin “Tarix” adlı kitabından çıxarılmışdır. Bu mövzuda mühəddis Nuri (r.ə) deyir ki :

أبو مخنف لوط بن يحيى من كبار المحدثين في الأخبار والسير والتواريخ ، ومقتله  معتمد لدينا ونقل عنه أعاظم العلماء قديماً ، ومقتله الاصلي خالي من العيوب والمنكرات ، وأما ما ينسب إليه من هذا المقتل المتداول والذي يحتوي على منكرات ومخالفات لأصول المذهب ، فأن حتماً دسها في داخله الأعداء والجهال تبعاً لآهوائهم المريضة مما يجعله ساقطاً من الاعتبار والوثوق .. ونرى في أعصارنا من هذا المقتل نسخاً متفاوتة زيادة ونقصاً ناً
Əbu Mihnəf Lut b. Yəhya: tarix və siyər mövzusunda böyük muhəddislərdəndir. onun “Maktəl” adlı kitabı etimad edilən bir kitabdır və bu kitabdan qədim böyük alimlər rəvayət etmişdir. Və “Maktəl” in əsli ayıb və münkərdir təmizdir. Amma ona nisbət edilən və dövriyyədə olan bu “Maktəl” Münkər və məzhəbin əslinə müxaliflərdən ibarətdir …. və bizim fikrimizcə dövrümüzdə bu “Maktəl” in mövcud olan nüsxəsinə əlavələr edilmiş və ondan çıxarmaları olmuşdur.

Mühəddis Nuri (r.ə), “əl-Lulu vəl-Mərcan”, səhifə 156-157

dolayısı ilə bu kitab etimad ediləcək bir kitab deyil. Bunun səbəbi isə qətiliklə Əbu Mihnəf (r.ə) ‘ın şəxsiyyəti və ya yazdığı kitabın etimad edilməycək bir kitab olması deyil. Əksinə bunun səbəbi onun “Maktəlul Hüseyn (ə.s)” kitabının hər hansı bir nüsxəsinin bizə çatmamış olması, matbu olan kitabın isə “Tarixi Təbəri” dən çıxarılmış olmasıdır.

Vəlhəmdulillahi Rəbil aləmin

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma