İmam Əli (ə) üsyan zamanı Osman ibn Əffana köməkçi olubmu?


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Bilindiyi kimi nasibilər Islam tarixini təhrif etməyə calışmaqda və imamlarımız (ə) ilə öz hökmdarları arasında dostluq və yoldaşlıq əlaqələri oldugunu isbat etmək üçün məşğul olmaqdadırlar.əlbəttə ki, bunu etməkdə tək məqsədləri Islam və müsəlmanlara zərbə vurmaqdır, cünki ortaya atılan bu ssenari Islam əqidə və tarixini yalan, imamət haqqında bir nəss olmadığını bəyan edir. Cünki aydındır ki, imamət haqqında nəss olduğu və nasibi hökmdarları da xilafəti qəsb etmiş olduqları təqdirdə imamlarımız (ə) onlara dost deyil düşmən olması lazım idi, elə buna görə nasibilər bu mövzuda cox məşğul olurlar və dəlillər gətirməyə calışırlar, guya bu mövzudakı dəlillərindən biri Seyyid Razi r.ə “Nəhcul-bəlağə” kitabının imam Əli (ə) xütbələri hissəsindəki 164-cü xütbədir. Biz bu araşdırmada inşaAllah əvvəlcə “Nəhcul-bəlağə” dən xütbənin əslini və tərcüməsini göstərəcəyik, daha sonra isə onun sənədini, qaynağını və sihhətini araştıracağıq.

Seyyid Razi (r.ə) “Nəhcul-bəlağə” nin xütbələr hissəsində imam Əli (ə) üsyan zamanı  Osman ibn Əffanın yanına gələrək ona nəsihət edərək belə dediyini rəvayət etmişdir:

 ومن كلام له (عليه السلام) لما اجتمع الناس اليه وشكوا ما نقموه على عثمان وسألوه مخاطبته واستعتابه لهم، فدخل(عليه السلام) على عثمان فقال
xalq Osmanı ‏şikayət etmək və Osmanla gِörüş‏məsini istəmək üçün Hz. Əlinin yanına gəldi. Hz. Əli (ə) da, Osmanın yanına gedərək belə dedi:

إِنَّ النَّاسَ وَرَائي، وَقَدِ اسْتَسْفَرُوني(1) بَيْنَكَ وَبَيْنَهُمْ، وَوَاللهِ مَا أَدْرِي مَا أَقُولُ لَكَ! مَا أَعْرِفُ شَيْئاً تَجْهَلُهُ، وَلاَ أَدُلُّكَ عَلَى أَمْر لاَ تَعْرِفُهُ، إِنَّكَ لَتَعْلَمُ مَا نَعْلَمُ، مَا سَبَقْنَاكَ إِلَى شَيْء فَنُخْبِرَكَ عَنْهُ، وَلاَ خَلَوْنَا بِشَيْء فَنُبَلِّغَكَهُ، وَقَدْ رَأَيْتَ كَمَا رَأَيْنَا، وَسَمِعْتَ كَمَا سَمِعْنَا، وَصَحِبْتَ رَسُولَ الله(صلى الله عليه وآله) كَمَا صَحِبْنَا. وَمَا ابْنُ أَبِي قُحَافَةَ وَلاَ ابْنُ الْخَطَّابِ بِأَوْلَى بِعَمَلِ الْحَقِّ مِنْكَ، وَأَنْتَ أَقْرَبُ إِلَى رَسُولِ اللهِ(صلى الله عليه وآله) وَشِيجَةَ(2) رَحِم مِنْهُمَا، وَقَدْ نِلْتَ مَنْ صَهْرِهِ مَا لَمْ يَنَالاَ.
فَاللهَ اللهَ فِي نَفْسِكَ! فَإِنَّكَ ـ وَاللهِ ـ مَا تُبَصَّرُ مِنْ عَمىً، وَلاَ تُعَلّمُ مِنْ جَهْل، وَإِنَّ الْطُّرُقَ لَوَاضِحَةٌ، وَإِنَّ أَعْلاَمَ الدِّينِ لَقَائِمَةٌ.
فَاعْلَمْ أَنَّ أَفْضَلَ عِبَادِاللهِ عِنْدَ اللهِ إِمَامٌ عَادِلٌ، هُدِيَ وَهَدَي، فَأَقَامَ سُنَّةً مَعْلُومَةً، وَأَمَاتَ بِدْعَةً مَجْهُولَةً، وَإِنَّ السُّنَنَ لَنَيِّرَةٌ، لَهَا أَعْلاَمٌ، وَإِنَّ الْبِدَعَ لَظَاهِرَةٌ، لَهَا أَعْلاَمٌ، وَإِنَّ شَرَّ النَّاسِ عِنْدَاللهِ إِمَامٌ جَائِرٌ ضَلَّ وَضُلَّ بِهِ، فَأَمَاتَ سُنَّةً مَأْخُوذَةً، وَأَحْيَا بِدْعَةً مَتْرُوكَةً.
وَإِني سَمِعْتُ رَسُولَ اللهِ(صلى الله عليه وآله) يَقُولُ: «يُؤْتَى يَوْمَ الْقِيَامَةِ بِالاِْمَامِ الْجَائِرِ وَلَيْسَ مَعَهُ نَصِيرٌ وَلاَ عَاذِرٌ، فَيُلْقَى فِي نَارِ جَهَنَّمَ، فَيَدُورُ فِيهَا كَمَا تَدُورُ الرَّحَى، ثُمَّ يَرْتَبِطُ(3) فِي قَعْرِهَا».
وَإِني أَنْشُدُكَ اللهَ أنْ تَكُونَ إِمَامَ هذِهِ الاُْمَّةِ الْمَقْتُولَ، فَإِنَّهُ كَانَ يُقَالُ: يُقْتَلُ
فِي هذِهِ الاُْمَّةِ إِمَامٌ يَفْتَحُ عَلَيْهَا الْقَتْلَ وَالْقِتَالَ إِلى يَوْمِ الْقُيَامَةِ، وَيَلْبِسُ أُمُورَهَا عَلَيْهَا، وَيَبُثُّ الْفِتَنَ فِيهَا، فَلاَ يُبْصِرُونَ الْحَقَّ مِنَ الْبَاطِلِ، يَمُوجُونَ فِيهَا مَوْجاً، وَيَمْرُجُونَ فِيهَا مَرْجاً(1).
فَلاَ تَكُونَنَّ لِمَرْوَانَ سَيِّقَةً(2) يَسُوقُكَ حَيْثُ شَاءَ بَعْدَ جَلاَلَ السِّنِّ وَتَقَضِّي الْعُمُرِ.
فَقَالَ لَهُ عُثْـمَانُ: كَلِّمِ النَّاسَ فِي أَنْ يُؤَجِّلُونِي، حَتَّى أَخْرُجَ إِلَيْهِمْ مِن مَظَالِمِهِمْ، فَقال(عليه السلام):
مَاكَانَ بِالْمَدِينَةِ فَلاَ أَجَلَ فِيهِ، وَمَا غَابَ فَأَجَلُهُ وُصُولُ أَمْرِكَ إِلَيْهِ.
Xalq arxamcadı, məni səninlə özləri arasında elçi olaraq göِdərdilər. Vallah, sənə nə deyəcəyimi bilmirəm,Sənin bilmədiyin bir şeyi mən də bilmirəm. Mənim sənə göstərəcəyim, sənin bilmədiyin bir iş yoxdur. Bizim bildiyimizi sən də bilirsən. Sənə demədiyimiz bir şey yoxdu ki sənə xəbər verək və gizlincə bir şey etmiş də deyilik ki sənə xəbər verək. Bizim göِrdüyümüz kimi sən də göِrdün, bizim eşitdiyimiz kimi sən də eşitdin. Bizim Rəsulullah ilə dostluq etdiyimiz kimi səndə etdin. Nə ibni Əbu Quhafə (Əbu Bəkir), nə də ibni Xəttab (Ömər), doğru əməldə səndən daha üstün deyildilər. Sən qohumluq baxımından Rəsulullaha o ikisindən daha yaxınsan. Sən onun kürəkəni olmağa nail oldun, Allaha xatir, Allaha xatir halına yan .Çünki sən, Allaha and olsun, korluqdan bəsirətə, cəhalətdən məlumata çatırsan. Yollar açıq, dinin əlamətləri ayaqdadır. Bil ki, Allah qatında Allahın qullarının ən əfzəli hidayətə çatmış hidayətə çağıran, məlum olan sünnəti ayaqda tutan və məchul olan bidətləri öldürən ədalətli imamdır. Sünnələr işıqlandırılmış, əlamətləri var, bidətlər də açıqca gِstərilmiş, onun da əlamətləri vardır. Allah qatında insanların ən pisi, azmış və xalqın da ona tabe olaraq azdırdığı zalım imamdır.O yaşanan sünnəti öldürür, tərk edilən bidəti dirildir. Rəsulullahın (s) belə dediyini eşitdim: “Zülm edən imam, qiyamət günü özü heç bir köِməkçisi və bəhanə bildirəni olmadan gətirilər, cəhənnəmin atəşinə atılar, içində dəyirman daşı kimi döِnər, sonunda da dibində qalar. Allaha xatir, bu ümməti öldürəcək imamı olma.Çünki belə deyilirdi. “Bu ümmət içində bir imam öldürülər, onun öldürülməsiylə qiyamətə qədər öldürülmələr davam edər. Beləcə ümmətin işi bir-birinə qarışar, içlərində fitnə baş qaldırar, haqqı batildən ayırd edə bilməz, fitnələr dalğa dalğa yayılar, böِyük bir çaşqınlığa düşərlər. Yaşının kamalına, ömrünün sonuna gəldikdən sonra, Mərvanın istədiyi yerə sürdüyü minik olma. Bunun üzərinə Osman, “Xalqla danış şikayət etdikləri haqsızlıqları aradan qaldırmaq üçün mənə möhlət versinlər.” Dedi. Əli (ə) da “Mədinədə olanlar üçün möِhlət verməyə ehtiyac yoxdur, digər yerlərdəki haqsızlıqları aradan qaldırmaq möhləti isə, əmrin onlara çatana qədərdir” dedi.

Seyyid Razi (r.ə), “Nəhcül-bəlağə”, 164-cü xütbə

Şübhənin cavabı: bu xütbə həm sənəd və həm də mətn baxımından batildir. İnşəAllah əvvəlcə sənəd, daha sonra isə mətn baxımından xütbəni araşdıracağıq

1. sənədin analizi: Bilindiyi kimi Seyyid Razinin (r.ə) “Nəhcül-bəlaًğə” kitabı‎ bəzən ş‏iə, bəzən sünni və bəzən də hər iki məzhəbin qaynaqları‎nda imam Əli (ə) nisbət edilən xütbə və məktubları‎n bir araya toplanmış‎‏ olduًğu bir kitabdı‎r. Lakin Seyyid Razi (r.ə) bu iş‏i edərkən hədisləri sənədləri ilə birlikdə yazmam‎‏ış, yaln‎z mətnləri zikr etmiş‏dir. Ona göِrə “Nəhcül bəlağə” də keçən hər hansı bir xütbənin və ya məktubun sənədini göِrə bilməmiz üçün Seyyid Razi (r.ə) in bunları aldığı ana qaynaqlara baxmamız lazımdır. Məhz üzərində danışmaqda olduğumuz bu xütbə həm şiə və həm də nasibi qaynaqlarında sənədi ilə birlikdə rəvayət edilmişdir. Ona gِörə biz burada hər bir məzhəbin qaynaqlarında bu məktub üçün zikr olan sənədləri köِçürəcək, daha sonra isə onu araşdıracağıq

 1-1. şiə mənbələrində hədisin sənədi: Şiə mənbələrində bu hədisi yalnız Seyyid Razi (r.ə) in müəllimi olan şeyx Müfid r.ə “Cəməl” adlı kitabında bu isnad ilə rəvayət etmişdir:

وروى المدائني عن علي بن صالح قال ذكر ابن دأب قال
İbni Dab dedi ki: Mədaini’dən rəvayət edilir ki, o Əli b. Salehdən belə rəvayət etmişdir

Şeyx Müfid (r.ə), “Kitabul-Cəməl”, səhifə 100

Şiə alimi Seyyid Sadiq ər-Ruhaniyə (r.ə) bu mövzu ilə bağlı sual ünvanladıq.

164-cu-hutbe-ruhani (1)

Şəkildə gördüyünüz Seyid Sadiq ər-Ruhaniyə (r.ə) göndərdiyimiz sual və onun cavabıdır. Ərəbcəsini və tərcüməsini aşağıda veririk:

بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد سماحة السيد صادق الروحاني

Bismillahir-Rahmanir-Rahim
Allahummə salli əla Muhammədin və Ali Muhamməd
Hörmətli Seyyid Sadiq ər-Ruhani

لقد ذكر الشيخ المفيد في الجمل، ص100: وروى المدائني عن علي بن صالح قال ذكر ابن دأب قال
Şeyx Müfid (r.ə) “Cəməl” kitabında səhifa 100-də belə zikr etmişdir: və Mədaini, Əli b. Salehdən, o da ibni Dabdan belə rəvayət etdi, dedi ki:

١_هل هذا السند صحيح؟
Sual 1: Bu sənəd səhihdirmi?

الجواب: باسمه جلت اسمائه
هذا السند غير صحيح
Cavab 1: Ən gözəl adlara sahib olanın adı ilə. Bu sənəd səhih deyil.

٢_منهوالمدائنيوعليبنصالحوابندأبفيهذاالسند؟
sual 2: bu sənəddə adı keçən Mədaini, Əli b. Saleh və ibni Dəb kimlərdir?

الجواب: باسمه جلت اسمائه
عليبنصالحضعسمیهذاالاسمالمضافالیصالحجميعهمضعفاء،المدائنيمجهول يفبلم
Cavab 2:
 ən gözəl adlara sahib olanın adı ilə. Əli b. Saleh zəifdir, Mədani isə məchuldur.

Yəni xütbənin şiə qaynaqlarında mövcud olan tək sənədi Şeyx Müfidin (r.ə) “Cəməl” kitabında zikr etdiyi sənəddir ki, bu sənədin ravilərindən də biri zəif, digəri isə məchuldur.

1-2. Sünni qaynaqlarında hədisin sənədi: Nasibi mənbələrində isə bu hədisi Təbəri “Tarixi Təbəri” adı ilə məşhur olan kitabında rəvayət etmişdir ki, onun sənədi bu şəkildədir:

وأماالواقديفإنهزعمأنعبداللهبنمحمدحدثهعنأبيهقال
Vaqidi dedi ki: Abdullah b. Məhəmməd mənə atasından belə dedi:

Təbəri, “Tarixi Təbəri”, 3/375-376

Bu sənəd bir neçə cəhətdən zəifdir. Əvvəla sənəddə kəsinti (qopuqluq) vardır, çünki ravi Vaqidi hicri 207-ci ildə vəfat etmişdir (baxın: əz-Zəhəbi, “Siyər”, 9/467) Təbəri isə 224-ci ildə dünyaya gəlmişdir (baxın: əz-Zəhəbi, “Siyər”, 14/267). Yəni Təbəri Vaqidinin ölümündən 17 il sonra doğulmuşdur. Buna görə də, hədis bu cəhətdən zəifdir. İkincisi, hədisin ravisi olan Vaqidi nasibi rical alimlərinin yalançılıqda ittiham etdikləri bir adamdır. Zəhəbi onun haqqında deyir:

الواقدي  محمدبنعمربنواقدالأسلميمولاهمالواقديالمدينيالقاضي
əl-Vaqidi: Məhəmməd b. Ömər b. Vəqd əl-Əsləmi, əl-Vaqidi əl-Mədəni əl-Qadi

وذكره البخاري ، فقال : سكتوا عنه ، تركه أحمد وابن نمير
وقال مسلم وغيره : متروك الحديث
وقال النسائي : ليس بثقة
وقال يونس بن عبد الأعلى : قال لي الشافعي : كتب الواقدي كذب
أحمد بن زهير ، عن ابن معين قال : ليس الواقدي بشيء وقال مرة : لا يكتب حديثه
الدولابي : حدثنا معاوية بن صالح ، قال لي أحمد بن حنبل الواقدي كذاب
النسائي في ” الكنى ” : أخبرنا عبد الله بن أحمد الخفاف ، قال : قال إسحاق هو عندي ممن يضع الحديث – يعني الواقدي
وقال أبو داود لا أكتب حديثه
قال النسائي : المعروفون بوضع الحديث على رسول الله – صلى الله عليه وسلم – أربعة : ابن أبي يحيى بالمدينة ، والواقدي ببغداد ، ومقاتل بن سليمان بخراسان ، ومحمد بن سعيد بالشام
وقال أبو زرعة : ترك الناس حديث الواقدي

Buxari zikr etmiş və “Əhməd və ibni Numeyr onu tərk etmişdir” demişdir.
Müslim və digərləri dedilər: “mətruk (rədd edilmiş) hədisdir.”
Nəsai dedi ki“siqə (etibarlı) deyil.”
Yunus b. Abdulala dedi ki: Saff mənə dedi ki: “Vaqidi’nin kitabı yalandır.”
Əhməd b. Züheyr ibni Main’dən dedi ki: “Vaqidi bir şey deyildir” və yenə dedi ki: “hədisi yazılmaz.”
Müaviyə b. Salid dedi ki: Əhməd b. Hənbəl mənə dedi ki: “Vaqidi yalançıdır.”
İshaq dedi: “o-yəni Vaqidi-mənim nəzdimdə hədis uydurucusudur.” Əbu Davud dedi ki: “hədisi yazılmaz.”
Nəsai dedi ki: “Rəsulullah s.ə.v. adına hədis uydurmaqla bilinən 4 adam vardı: Mədinədə ibni Əbi Yahya, Bağdadda Vaqidi, Xorasanda Muqatil b. Süleyman və Şamda Məhəmməd b. Səid. ”
və Əbu Zura dedi ki: “insanlar Vaqidi’nin hədisini tərk etmişdir.”

Zəhəbi, “Siyər”, 9/454-463

Bu sənədi nasibilərin islamweb.net saytına sual halında göndərib vəziyyətini soruşduq, cavabı təqdim edirik:

164-cu-hutbe-islamweb (1)

 الحمدللهوالصلاةوالسلامعلىرسولاللهوعلىآلهوصحبه،أمابعد:

Allaha həmd, Rəsuluna və ailəsi ilə səhabələrinə salam və salat olsun.

فهذا الإسناد لا يصح؛ فالواقدي متروك مع سعة علمه، كما في (التقريب)
.
 وأما حال من فوقه، فقد أورد الدكتور محمد الصبحي في رسالته للماجستير: (فتنة مقتل عثمان بن عفان رضي الله عنه) هذا الأثر من تاريخ الطبري وقال: يروي الواقدي عن عبد الله بن محمد بن أبي يحيى، وعبد الله بن محمد بن أبي فروة، وكلاهما يروي عن أبيه؛ وليس هناك دليل على تخصيص أحدهما دون الآخر، لذلك سأترجم لهما ثم لوالد كل منهما:
Bu sənəd səhih deyil. “Təqrib” kitabında da bildirildiyi kimi alimlər Vaqidi’ni mətruk (rədd edilmiş) adlandırmağdadırlar. Doktor Məhəmməd Subhi “Osman b. Əffan’ın öldürülməsi fitnəsi “adlı risaləsində bu hədis haqqında deyir ki: Vaqidi, Abdullah b. Məhəmməd b. Əbi Yəhya ilə Abdullah b. Məhəmməd b. Əbi Fərvədən, bunların hər ikisi də atalarından rəvayət etmişdir. Burada Vaqidi’nin hədisi hansından aldığını göstərəcək bir dəlil mövcud deyil. Ona görə burada bunların hər ikisinin, daha sonra isə atalarının barəsində məlumat veririk:

) عبداللهبنمحمدبنعبداللهبنأبيفروةالأموي،مولاهم،أبوعلقمةالفرويالمدني،صدوق،منالثامنة،عمر 100سنة،ماتسنة 190 .. a) Abdullah b. Məhəmməd b. Abdullah b. Əbi Fərvə əl-Əməvi, Əbu Əlqamə əl-Fərəvi əl-Mədəni. düz danışandır, 8-ci təbəqədəndir, ömrü 100 il olub, 190-ci ildə vəfat edib.

ب) والدهمحمدبنعبداللهبنأبيفروة،لمأجدلهترجمة. b) onun atası Məhəmməd b. Abdullah b. Əbu Fərvə, onun barəsində məlumat tapa bilmədik.

ج) عبداللهبنمحمدبنأبييحيىالأسلمي،وقدينسبإلىجده،ثقة،منالسابعة،ماتسنة 172 .. c) Abdullah b. Məhəmməd b. Əbi Yəhya əl-Əsləmi. böyük atasına nisbət edilmişdir, siqə (etibarlı) -dir, 7-ci təbəqədəndir 172-ci ildə vəfat etmişdir.

د) محمدبنأبييحيىالأسلمي،واسمأبييحيىسمعان،صدوق،منالخامسة،تسنة 147 .. اهـ. d) Məhəmməd b. Əbi Yəhya əl-Əsləmi. Və adı Əbu Yəhya Sadandır. düz danışandır, 5-ci təbəqədəndir. 147-ci ildə vəfat edib.

وفي ما قاله الدكتور نظر؛ فعبد الله بن محمد بن عبد الله بن أبي فروة لم يذكر المزي له رواية عن أبيه، ولا ذكر الواقدي في من روى عنه ! والصواب ـ إن شاء الله ـ أن عبد الله بن محمد هو ابن عمر بن علي بن أبي طالب أبو محمد العلوي المدني، الملقب بدافن. فهو الذي يروي عنه الواقدي في المغازي. وقد ذكر الطبري في مواضع من تاريخه التصريح بنسبه من طريق الواقدي، قال: حدثني محمد بن عبد الله بن محمد بن عمر، عن أبيه. وعبد الله هذا قال عنه الذهبي في (الكاشف): ثقة. وكذلك قال عن أبيه محمد بن عمر بن علي بن أبي طالب. فعلة هذا الأثر هي حال الواقدي، ثم الانقطاع.
Lakin doktorun dediyi haqqında dəyişik fikirlər vardır. çünki Abdullah b. Məhəmməd b. Abdullah b. Əbi Fərvə’nin atasından rəvayət etmiş olduğunu əl-Mizzi söyləməmişdir. eyni şəkildə Vaqidinin də ondan rəvayət etdiyi zikr edilməmişdir. doğrusu-inşaAllah Abdullah b. Məhəmməd adlı ravinin Abdullah b. Məhəmməd b. Ömər b. Əli b. Əbu Talib olduğudur. o Vaqidinin “Məğazi” adlı kitabında özündən rəvayət etdiyi biridir. və Abdullah ilə atası Məhəmməd haqqında Zəhəbi “Kəşşaf” kitabında siqə etibarlı) demişdir. Bu hədisin zəifliyinin səbəbi Vaqidinin vəziyyəti və buna əlavə olaraq kəsinti təşkil edir.

فقدقالابنحجرفي (التقريب) فيترجمةمحمدبنعمربنعليبنأبيطالب: صدوقمنالسادسة، وروايتهعنجدهمرسلة. اهـ. ibni Həcər “Təqrib” kitabında Məhəmməd b. Ömər b. Əlinin barəsində demişdir ki: düz danışandır, 6-cı təbəqədəndir. Babası (Hz. Əli)-dən olan rəvayətləri mürsəldir.

واللهأعلم
Doğrusunu Allah bilir

islamweb saytı, 2013/11/07 tarixi, 226477-ci fətva

Qısacası, hədisin sənədində olan problemlər sırası ilə bunlardır:

a) Təbəri ilə Vaqidi arasında  fasilə vardır.
b) Vaqidi cərh edilmiş bir ravidir.
c) Vaqidinin rəvayəti aldığı Məhəmməd b. Abdullah adlı ravinin atası Abdullahın Hz. Əlidən (ə) etdiyi rəvayətlər mürsəldir.

Göründüyü kimi sənədin həm başında və həm də sonunda kəsinti (qopuqluq) olmaqla birlikdə ravi Vaqidi cərr edilmişdir ki, bu da hədisi çox zəif ( ciddi zəif olaraq) mövqesinə salmaq üçün kifayətdir. Hədisin həm Şiə və həm də nasibi qaynaqlarındakı sənəd vəziyyəti bu idi, indi isə onun mətnini incələməyə başlayaq.

 2. Mətn analizi: Hədisin sənədi kimi mətni də batildir və bu imam Əli (ə) ilə Osman b. Əffan haqqında azacıq məlumata sahib olan hər kəs üçün açıqdır. Bu xütbədə imam Əli (ə) Osmana “Vallah, sənə nə deyəcəyimi bilmirəm, sənin bilmədiyin bir şeyi bilir deyiləm. Mənim sənə göstərəcəyim, sənin bilmədiyin bir iş yoxdur “dediyi keçir bu necə mümkündür? Halbuki imam Əli (ə) Allahın (c.c) əziz kitabında “yanında kitabın elmi olan şəxs” deyə vəsf edilmiştir. (baxın:  Kitab elminin sahibi ayəsi) Nəbi (s) isə imam (ə) haqqında “mən elmin şəhəriyəm Əli isə onun qapısıdır” buyurmuşdur. (baxın Elm şəhəri hədisi) İmam (ə) isə “Məndən soruşun! Allaha and içirəm ki, Qiyamətə qədər olacaqlar haqqında soruşduğunuz hər şeyi sizə xəbər verərəm” buyurmuşdur. Bu halda imamın (ə.s) “Sənin bilmədiyin bir şeyi bilən deyiləm” deməsi necə mümkündür? Sonra: Bu rəvayətdə imam (ə) Osmana “Allaha xatir özüvə yazığın gəlsin” dediyi keçir. Halbuki bu necə ola bilər? Osman, eyni Əbu Bəkr və Ömər kimi Allah (cc) və Rəsulunun (s) nəss qoyduğu xilafəti qəsb etmişdir. Yenə Osman qohumları ilə birlikdə xalqa zülm etmişdir ki, ona qarşı üsyanın da səbəbi bu olmuşdur (baxın: Osman b. Əffanın öldürülməsi) Necə ki Hz. Əli (ə) də xəlifə olduğu zaman Kufədə dediyi Şiqşiqiyyə xütbəsində buyurmuşdur:

إِلَى أَنْ قَامَ ثَالِثُ القَوْمِ، نَافِجَاً حِضْنَيْهِ بَيْنَ نَثِيلهِ وَمُعْتَلَفِهِ، وَقَامَ مَعَهُ بَنُو أَبِيهِ يَخْضَمُونَ مَالَ اللهِ خَضْمَ الاِْبِل نِبْتَةَ الرَّبِيعِ، إِلَى أَنِ انْتَكَثَ عَلَيْهِ فَتْلُهُ، وَأَجْهَزَ عَلَيْهِ عَمَلُهُ، وَكَبَتْ بِهِ بِطْنَتُهُ

Deyərkən onların üçüncüsü iki yanı şişmiş bir halda qalxdı. Yediyi yerlə çirklətdiyi yer arasında yaşadı. Onunla birlikdə atasının oğulları (Üməyyə oğulları) da işə girişdilərAllahın malını dəvənin yazda otları, çəmənlikləri, yeyib həzm ettiyi kimi yeyib həzm ettilər. Sonda onun da ipləri həll edildi. Əməlləri işini bitirdi. Qarınının dolğunluğu onu yerə sərdi.

Seyyid Razi (r.ə), “Nəhcül-bəlağə”, 3-cü xütbə

Vəlhəmdulillahi Rəbbil Aləmin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma